Qarabağ döyüşçülərinə ən yüksək təminat verilməlidir”

 

Tofiq Cəfərov: “Əsir götürdüyüm ermənilərin 4-nü Ağcabədidə stadionda güllələdim”

 

“Əgər biz hər bir vətəndaşımızın qədrini bilsək, minlərlə Mubariz kimi qəhrəman oğullarımız meydana çıxar”

 Həmsöhbətimiz Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovdur. O, döyuşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci grup Qarabag əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub. Onunla söhbətimizi təqdim edirik:

- Tofiq bəy, Qarabağ deyəndə ilk düşündüyünüz nə olur, nə hiss keçirirsiniz?

- Mən hər Qarabağ deyəndə ilk dəfə 1989-cu ildə Şuşaya gedəndə atamın göz yaşı yadıma düşür. Mən onun heç vaxt göz yaşlarını görməmişdim. İndi başa düşürəm ki, bu goz yaşları tək mənim atamın yox, neçə-neçə Qarabağdan olan ataların göz yaşları olub. 20 ildir mənim içim ağlayır, daha ağlamısını istəmirəm. Təssüf ki, bu gün buna imkan verimirlər ki torpaqlarımızı azad edək. Axı Azərbaycanın indi buna böyük imkanları var. Bizə əmr lazımdır.

- Hansı istiqamətlərdə gedən döyüşlərdə işirakçı olmusunuz?

- Əsasən Ağdam, Xocavənd, Füzuli rayonalrdan olmuşam. Xüsusi Təyinatlı Kəşfiyat komandiri olduğum ücün ən ağır bölgələrə göndərilirdim. Mən kəşfiyyat komandiri olduğum vaxtlar rəsmi olaraq Müdafiə Nazirliyinin əmri ilə 42 döyüşdə iştirak etmişəm. Həmin sənədləri saxlayıram. Kəşfiyyat zamanı 7 erməni əsir götürmüşəm və onlardan mühum məlumatlar əldə etmişik. İlk dəfə sizə açıqlama verirəm ki, bu ermənilərin 4-nü Ağcabədidə stadionda özüm güllələdim. Bu barədə heç vaxt danışmıram. Çünki biz vəzifəmizi yerinə yetikmişik. Qəhrəmanlıqdan danışmağa hələ ki, haqqımız yoxdur. Biz yalnız Qarabağı azad edəndən sonra qəhrəmanlıqdan danışa bilərik.

İndi çox adamlar özü haqqında yalanlar, uydurmalar yazaraq özlərini qəhrəman kimi xalqa sırımaq istəyirlər. Ancaq onlar bilməlidilər ki, bu, yolverilməzdi və mən şəxsən belə adamlara qarşı olacam. Əsl qəhrəmanlar bizim şəhidlərimizdir. Əgər bu gün biz yaşayırqqsa, şəhidlərimizi yaşatmaq onların qəhrəmanlıqlarından danışmaq bizim borcumuzdur. Hələ ki bizim özümüzdən danışmağa haqqımız yoxdur. Tarix özü bizə qiymət verəcək.

- Döyüşlər həyacansız, stressiz, qorxusuz keçmir. Ən ağır döyüşünüz hansıdır və nəticəsi necə olub?

- 1992-ci il avgustun 14-də 17-də olan döyüşlər ağır olub. Xocəvənd rayonu ərazisində. Hücüm uğurlu oldu. Lakin özümüzünkilər bu hücumu niyə dayandırdılar, mənə hələ aydın deyil. Girov götürdüyüm Gurgen adlı erməni idi, o deyirdi ki, sizin hücumunuzda çoxlu erməni əsgəri ölmüşdü. Hamı qaçırdı Xankəndindən. Həmin dövr 2 aylıq atəşkəs elan olundu. O dövrün rəhbərləri ən böyuk səhvi onda etdilər.

Bu gün bəzi məmurlar şəhid ailələrinə biganə yanaşırlar. Mən bu gün şəhid ailələri ilə tez-tez görüşürəm, imkanım qədər maddi olmasa da, mənəvi dəstək oluram. Hər birinə hüquqi yardımlar edirəm. Biz şəhidin kim olduğunu, onun adının necə əbədiləşdirməsini tam dərk edə bilmirik. Axı hər bir şəhidin adı ilə 1000 vətənpərvər əsgər yetişdirmək olar. Ancaq biz edirik, kimləri xalqımıza nümunə olaraq tanıtdırmağa cəhd edirik? Hansı ki, Qarabag döyuşlərində olmayan, ordan-burdan eşirtdiklərini öz adına yazanları təbliğ edirik. Bu yalan təbliğatla hansı vətənpərvərlikdən söhbət gedə bilər? Yalanlarla Qarabağı azad etmək mümkün deyil.

Son günlər prezdent seckiləri ilə əlaqədar mətbuatda gedən yazıları izləyirəm. Elə bil yarışa çıxıblar kim prezident olsun. Onlara bir sual vermək istəyirəm. Qarabağı azad etmək üçün yarışda hansı qalib gələr görəsən? Onların çıxışlarında bir kəlmə olsun Qarabağın qarabağlıların dərdləri səslənmir. Hamısı bir söz deyir: “Hakimiyətə gələk, Qarabağı azad edərik”.

 

Ona görə bu gün millətin heç kimə inamı qalmayıb. Bəzən xalqı qınayırlar ki, xalq aktiv deyil. Ancaq onlar bilməlidilər ki, bu son 25 ilə görə məsuliyyət daşıyırlar xalqın qarşısında. Bir gün gələcək onlar mütləq cavab verəcəklər. Biz vətən fədailəriyik. Bizim üçün hakimiyətdə kimin olması vacib deyil.

20 ildir ermənilərin nazı ilə oynayırlar. Guya ATƏT gəlib torpaqları azad edəcək. 20 ildə qarabağlıların nələr çəkdiklərini düşünən yoxdur ki, bunlar Azərbaycan vətəndaşlarıdır öz torpaqlarında yaşamaq onların haqqıdır. Bu haqqı onlardan heç kim ala bilməz. Hər bir şeyin sonu olduğu kimi bir gün gələcək buna da son qoyulacaq, buna əmin ola bilərlər.

- Xalqımızın qəhrəmanları çoxdur, elə müstəqillik dövründə yüzdən artıq döyüşçü Milli Qəhrəman adını aldı. Sizcə döyüş ruhu bizdə hələ qalır?

- Mən tanıdığım qəhrəmanların qarşısında baş əyirəm onlardan üzr istəyirəm ki onların intiqamını axıra kimi ala bilməmişəm. Bu gün bizdə vətənpərvərlik ruhunu qaldırmaq üçün təbliğat çox zəifdir. Bir öz millətinə güllə atana qəhrəman demək onları təbliğ etməklə biz özümüzü aldadırıq. Biz bu gün Çingiz Mustafayevi, Şirin Mirzəyevi, Allahverdi Bağırovu, Fred Asifi, Salatın Əsgərovu başqalarını təbliğ etməliyik. Mənim bir neçə yalançı tanıdığım qəhrəmanları təbliğ etməklə biz öz gələcək əsgərlərimizdə vətənpərvərlik ruhun məhv edirik. Konkret bir cavab deyim, bu günki təbliğat məni mənim tanıdığım döyüşçü komandirləri qane etmir.

-Bax, Siz bir döyüşçü olaraq gənclərin vətənpərvər ruhunda tərbiyə olunmasında etmisiniz?

- Mənim bu gün döyüşə hazır 400-ə yaxın əsgərim var. etmişəm? Bu məndən asılı deyil, siz mətbuat nümayəndələrindən asılıdır. Məktəblərdə tez-tez oluram, döyüşçülər barədə məlumat verirəm, hətta bu yaxınlarda məni uşaq baxçasına da dəvət etmişdilər. Bunu mənə kimsə təşkil etmir, mənim öz təşəbbüsümlə olur. Bəzən bəzi məmurların xoşuna gəlmir, hətta mane olanlar da olur.

- Mübariz İbrahimovun qəhrəmanlığı onu ifadə edirmi ki, Azərbaycanda döyüşkən ruhda olan hərbçilərimiz, gənclərimiz var?

- Mübariz İbrahimovun qəhrəmanlığı mənim üçün bir örnəkdir. Ancaq bir söz var - “biz bir nəfər hamı üçün yox, hamı bir nəfər üçün”. Biz belə təbliğat aparmalıyıq. Əgər biz hər bir vətəndaşımızın qədrini bilsək, bu gün minlərlə Mubariz kimi qəhrəman oğullarımız meydana çıxar. Gerçək ürəkdən bir söz deyim. Məgər biz bu gün Mubariz İbrahimovu istənilən qədər təbliğ edirikmi? Niyə yalanlarla özünü qəhrəman edən yalan təbliğ edən İbad Hüseynovu Mübarizdən çox təbliğ edirlər? Mən çox təssüf edirəm. Biz öz qəhrəmanlarımızın qədrini bilmirik.

- Bu gün keçmiş döyüşçülərin sosial-iqtisadi durumu necədir?

- Tam qaneedici deyil. Hesab edirəm ki, dövlətimizin imkanları həmin təbəqədən olan vətəndaşların daha yaxşı həyat yaşamalarına yetər. Yəni, mənim fikirimcə, onlara ən yüksək təminat verilməlidir. Ancaq bir həqiqət var ki, saxta yolla veteran olanlar da çoxdur. Yəni dediyim odur ki bu məsələ köklü dəyişiliklik olmalı, saxta yolla veteran alanlar ləvğ edilməlidir. Mən elə adamlar tanıyıram ki, bir dəfə olsun hərbi forma geyinməyib, ancaq veterandır. Maşınla qəzaya düşüb 2-ci qrup Qarabağ əlili vəsiqəsini alıb. Təxminən, 100-ə yaxın belə adamın siyahısı məndə var. Hərbi prokurorluğa müraciət edim. Bildirdilər ki, belə şikayətlər çoxdur. Təzə qanun qəbul ediləcək. Bu məsələlərə kompleks baxılacaq. Dolayısı ilə hərbi komissarlıqlarda bunu təsdiq edirlər.

- Döyüş anlarını necə yaşadırsınız?

- Mənim gözəl arxivim var bu arxivdə Qarabaq müharibəsi dövründə olan əsl həqiqətlər durur. Bu arxivi yaxınlarda təhvil vermək istəyirdim. Ancaq düşündüm ki, bir azda səbr edim. Çünki onda çox sirrlər açılacaq. Çox sirrlər var Qarabağ döyüşləri haqqında.

- Müharibə başlasa, könüllü iştirak edərsiniz?

- Mənim könüllü sözündən xoşum gəlmir. Mənim vətən qarşısında borcum var, buna da hər dəqiqə hazıram. Sizə bir söz deyim. Kəşfiyat komandiri kimi Qarabağda yaşayan hər bir qarışını bilən bir komandir olaraq bildirirəm ki, Qarabağı azad etmək istəyən minlərlə oğlanlarımızı tanıyıram. Bizə hərbi təlimat verilsin, Qarabağı 3 aya azad edək. Mən Qarabağın hər qarışını tanıyıram. Biz azad edək, qoy lap sonralar bizi güllələsinlər ki, beynəlxalq öhdəlikləri pozmusunuz.

 

 

Ramid İBRAHİMOV

 

Bizim Yol.-2013.-10 yanvar.-S.-11.