787 ailəyə humanitar yardım edilib

 

Bayram münasibətilə 7460 qaçqın və məcburi köçkün ailəsinə İslam İnkişaf Bankının xətti ilə 37,3 ton ət verilib

 

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə prezident İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan nörmativ-hüquqi sənədlərin yerinə yetirilməsi ilə əlaqədar 2008-cı il ərzində aşağıdakı işlər görülmüşdür:

- 2008-ci il ərzində «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən nəzərdə tutulmuş 3800 fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam 100% başa çatdırılmışdır. Bu sahədə 2003-cü ildə fərdi evlərdə 1800, kompakt yaşayış evlərində 254 sayğac, cəmi 2054 sayğac (fərq-2316), yəni 47% sayğac quraşdırılmışdır. Azərenerji ASC tərəfindən isə cari ildə nəzərdə tutulan ümumi 44200 sayğacdan fərdi evlərdə 17800, 1180 kompakt məskunlaşma obyektlərində isə 680 sayğac quraşdırılmışdır. Ümumilikdə cəmi 18480 sayğac, yəni 42% sayğac quraşdırılmışdır. Azərenerji ASC tərəfindən 2003-cü ildə fərdi evlərdə 700, kompakt evlərdə isə 45 sayğac quraşdırılmışdır. Ümumilikdə 745 sayğac, yəni cəmi 2% sayğac- 2008-ci illə müqayisədə 17735 sayğac (40%) az quraşdırılmışdır.

- Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC üzrə nəzərdə tutulan 570 obyektdən 558, yəni 98%, 2003-cü ildə 183 (2008-ci ildə 375 obyekt çoxdur), yəni 66%, cari ildə Azərenerji ASC üzrə isə nəzərdə tutulan 1055-dən 645 məskunlaşma obyektləri, yəni 61% məskunlaşma obyektləri sərbəstləşdirilmişdir. 2003-cü ildə heç bir obyekt sərbəstləşdirilməmişdir (fərq-645).

- «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47621 sayğacdan 47621 (100%) qaz sayğacları quraşdırılaraq sayğaclaşma işi başa çatdırılmışdır. 2003-cü ildə 1500 (2008-ci ilə nisbətən 46121 sayğac az), yəni 3% sayğac quraşdırılmışdır.

- Komitə tərəfindən müxtəlif rayonlar üzrə 118 məskunlaşma obyektlərinə 68 ədəd müxtəlif markalı güc transformatorları, 71 ədəd su nasosları, 2500 metr kabel, 80000 metr elektrik naqili verilmiş və quraşdırılmışdır.

- Dövlət büdcəsindən 2008-ci il üzrə təsdiqlənmiş 66,7 milyon manat vəsait hesabına məcburi köçkünlərə bankomat vasitəsi ilə yemək xərci üçün müavinət verilmişdir.

- 2003-cü illə müqayisədə Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə verilən yemək xərci üçün müavinətin məbləği 2,7 dəfə artırılaraq 2008-ci ilin setyabrından adambaşına 13,5 manata çatdırılmışdır.

- Qazla təmin olunmayan 51 şəhər və rayonda 87 min məcburi köçkün ailəsinin hər biri payız-qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunmuşdur.

-Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

- 270 min nəfər məcburi köçkün (195 min nəfər büdcə vəsaiti hesabına, 75 min nəfər isə BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının xətti ilə) aylıq ərzaqla təmin edilmişdir. BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq yardımı üzrə proqramı 2008-ci il 01 iyul tarixdən başa çatdığı üçün bundan sonrakı dövrdə məcburi köçkünlərə aylıq ərzaq yardımı Azərbaycan Hökuməti tərəfindən həyata keçirilir.

- Komitə üzrə 31 rayon (şəhər) icra hakimiyətlərinə 628 min manat məbləğində, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 787 ailəyə 18 min manat, cəmi 646 min manat məbləğində humanitar yardım verilmişdir.

- Qurban bayramı münasibətilə 7460 ailəyə İslam İnkişaf Bankının xətti ilə 37,3 ton ət payı kimi verilmişdir.

- Yanğın hadisəsi ilə bağlı 5 ailəyə 2400 manat məbləğində maddi yardım göstərilmişdir.

- Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 2 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

Ölkəmizdəki 72 beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatları tərəfindən 30 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir.

- Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2008-ci ilin məhsulu üçün 218 hektar sahədə taxıl əkilmiş və həmin sahədən 150 ton taxıl yığılmışdır. 9 sənaye, AS AFT-da 783 min manatlıq sənaye malı istehsal edilmişdir. 2008-ci ildə 2003-cü ilə (686,2 min manatlıq məhsul istehsal olunmuşdur) nisbətən 96,8 min manatlıq artıq sənaye malı istehsal olunmuşdur.

- Dünya Bankının kredit sazişiMəcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi») üzrə 61 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 3781,3 min ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir. Mikrolayihələrdən 45 minə yaxın məjburi köçkün faydalanmışdır.

- MKSİF tərəfindən Azərbaycanın müxtəlif rayonlarında daha 8 mikrolayihənin icrası başa çatmaq üzrədir. (mikrolayihələrin dəyəri 708 min ABŞ dolları təşkil edir). Bu mikrolayihələrdən 3 mindən artıq məcburi köçkün faydalanacaqdır.

- Dünya Bankının Direktorlar Şurası 15 mln ABŞ dolları həcmində yeni kredit sazişini təsdiq etmişdir. Bununla bağlı Azərbaycan tərəfinin payı (ƏDV nəzərə alınmaqla) 9,19 mln ABŞ dolları nəzərdə tutulur. Beləliklə yeni Layihənin ümumi həcmi 24,19 mln ABŞ dolları təşkil edəcəkdir. Bu Layihənin icrasına 01 yanvar 2009-ci ildən başlanacaqdır 2011-ci ilin sonunda başa çatacaqdır.

Hesabat müddətində Yaponiya Sosial İnkişaf Fondunun qrantı hesabına maliyyələşdirilən «Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsinin» icrasına başlamaq üçün tender əsasında 4 vasitəçi təşkilat cəlb edilmişdir.

- Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar inkişaf təşkilatlarının nümayəndələri ilə 180- dan çox görüş keçirilmişdir.

-18913 şəxsə, o cümlədən 126 şəxsə qaçqın, 18787 şəxsə məcburi köçkün statusu bu barədə müvafiq vəsiqə verilmişdir. 2003-cü illə (10658 şəxsə, o cümlədən 1765 şəxsə qaçqın, 8893 şəxsə isə məcburi köçkün statusu verilmişdir) müqayisədə 1,7 dəfə çox status bu barədə müvafiq vəsiqə verilmişdir.

- Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatına qaçqın, məcburi köçkünlərdən müxtəlif təşkilatlardan daxil olmuş 39736 yazılı şifahi müraciətə baxılmış, müraciətlərin 98,4 % icra olunub, 67,2%-i müsbət həll edilmişdir.

Qaçqınların məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 fərman, 1 Sərəncam, Nazirlər Kabineti tərəfindən 7 qərar sərəncam qəbul edilmişdir.

 

 

əvvəli və ardı var...

 

 

Bizim Yol.-2013.-11 yanvar.-S.-13.