Məcburi köçkünlər üçün 36 qəsəbə
salınıb
Son 5 ildə yeni qəsəbələrin
salınması məqsədilə 486 milyon manat həcmində
vəsait sərf edilib
Azərbaycan
Respublikasında qaçqın və məcburi
köçkünlərə göstərilən dövlət
qayğısı çərçivəsində, hansı
işlərin görülüb? Dövlət bu təbəqədən
olan vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılması məqsədilə nə
kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsindən
aşağıdakı məlumatı əldə etdik
2004-2008-ci illər ərzində
görülən işlər:
Qaçqın
və məcburi köçkünlərin sosial problemlərinin
həlli dövlətimizin, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində
olmuş, bu istiqamətdə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə
mövcud olan çadır düşərgələrinin ləğvi
ideyası Heydər Əliyevə məxsus idi. İlk dəfə
Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi
də məhz onun göstərişi ilə 2003-cü ilin iyun
ayında ləğv edilmiş və 3781 ailə 17014 nəfər
məcburi köçkün yeni müasir qəsəbələrə
köçürülmüşdü.
Son 5
ildə də qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli
prioritet məsələlərdən biri olmuşdur.
Qaçqınların və məcburi köçkünlərin
sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi
məqsədilə son 5 ildə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 18 fərman və
sərəncam imzalanmış, onların icrası ilə əlaqədar
Nazirlər Kabinetinin 64 qərar və sərəncamı və
Milli Məclis tərəfindən bir qanun qəbul
edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü
il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə
«Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı» və
2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı
ilə həmin Dövlət Proqramına edilmiş « Əlavələr»
təsdiq edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar
Ermənistan Respublikasının Prezidenti ilə 10, ATƏT-in
həmsədrləri ilə 29, xarici ölkələrə 99
səfəri zamanı müxtəlif ölkələrin
dövlət rəhbərləri ilə çoxsaylı
görüşlər keçirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
uğurla icra edilir və demək olar ki, artıq başa
çatmaq üzrədir.
- Son
5 ildə məcburi köçkünlər üçün
yeni qəsəbələrin salınması məqsədilə
486 milyon manat həcmində vəsait (Dövlət Neft
Fondundan 466 mln. manat, qrant, güzəştli kredit vəsaiti
17,5 mln. manat və investisiya vəsaiti 2,7 mln. manat) sərf
edilmişdir. O cümlədən 2008-ci ildə bu məqsədlə
146,8 milyon manat həjmində vəsait (Dövlət Neft
Fondundan 145 mln. manat və investisiya vəsaiti 1,8 mln. manat)
ayrılmışdır.
- Son
5 ildə 10401 ailə 47 min nəfər məcburi
köçkün üçün 36 qəsəbə
salınmışdır. 534 min kvadrat metr yaşayış
sahəsinə malik həmin qəsəbələrdə həmçinin
34 məktəb, 4 musiqi məktəbi, 18 uşaq
bağçası, 26 tibb müəssisəsi, 21rabitə evi,
22 klub - icma mərkəzi, 29 inzibati bina, 5 yanğın postu
tikilib istifadəyə verilmiş, 366 kilometr yol, 438 kilometr su xətti,
583 kilometr elektrik hava xətti çəkilmiş, 141 ədəd
artezian quyusu qazılmış, müxtəlif həcmə
malik 48 su anbarı, 20 nasos stansiyası inşa edilmiş, 349
transformator quraşdırılmış, 2650 hektar sahədə
minadan təmizləmə işləri
aparılmışdır.
-
Saatlı və Sabirabad rayonlarındakı son 3 çadır
düşərgəsinin ləğvi 2007-ci ilin dekabrında təmin
edilmiş, beləliklə, ölkəmizdə mövcud olan 12
çadır düşərgəsinin ləğvi başa
çatdırılmış və ölkə Prezidenti cənab
İlham Əliyevin tapşırığı vaxtından bir
il əvvəl yerinə yetirilmişdir.
-
Respublikamızda qalan 7 çadır düşərgəsi (Bərdə
rayonunda 3, Ağcabədi rayonunda 1, Saatlı və Sabirabad
rayonlarında 3 çadır düşərgəsi) ləğv
edilmiş, həmin düşərgələrdə, həmçinin
Bərdə və İmişli rayonları ərazisindəki
dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti
məskunlaşmış 8039 ailə 35 min nəfər məcburi
köçkün üçün Ağdam, Ağcabədi,
Biləsuvar, Sabirabad və Füzuli rayonlarının ərazisində
408 min kvadrat metr sahəyə malik 26 qəsəbə
salınmış, həmçinin 27 məktəb, 3 musiqi məktəbi,
16 uşaq bağçası, 22 tibb müəssisəsi, 18
rabitə evi, 19 klub - icma mərkəzi tikilib istifadəyə
verilmiş, 283 kilometr yol, 328 kilometr su xətti, 438 kilometr
elektrik hava xətti çəkilmiş və məcburi
köçkünlərin həmin qəsəbələrə
köçürülməsi təmin edilmişdir.
-
Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi
köçkünlər üçün 500 ailəlik yeni qəsəbənin
tikintisi başa çatmış, məcburi
köçkün ailələri qəsəbədə olan
evlərə köçürülmüşlər.
-
Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi
köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbədən
Aşağı Ağcakənd qəsəbəsində - 150
ailəlik, Börü qəsəbəsində - 130 ailəlik,
Meşəli qəsəbəsində - 100 ailəlik qəsəbələrin
tikintisi başa çatmış, hazırda məcburi
köçkün ailələri qəsəbələrdə
olan evlərə köçürülürlər. Yuxarı
Ağcakənd qəsəbəsində - 120 ailəlik qəsəbənin
tikintisi davam edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə qaçqın və məcburi
köçkün problemi ilə bağlı 1 beynəlxalq
konfrans, 2 geniş müşavirə keçirilib. Son 5 ildə
məcburi köçkünlərlə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 11
görüşü keçirilib:
-
2003-cü il oktyabrın 1-də Prezident seçkiləri ərəfəsində
seçicilərlə ilk görüşünü məhz
Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə
keçirmişdi.
-
2004-cü il fevralın 17-də beynəlxalq humanitar təşkilatların
10 illik fəaliyyətinə həsr olunmuş konfransda
çıxış etmiş, qaçqın və məcburi
köçkünlərin probleminin ölkədə prioritet məsələ
olduğunu bir daha vurğulamış, aidiyyəti dövlət
orqanlarına konkret tapşırıqlar vermişdir.
-
2004-cü il iyunun 8-də Mingəçevir şəhərində
412 məcburi köçkün ailəsi üçün yeni
salınmış qəsəbənin açılış mərasimində
iştirak və çıxış etmişdir.
-
2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri
zamanı həmin rayonun ərazisindəki çadır
düşərgələrində müvəqqəti məskunlaşmış
məcburi köçkünlərlə
görüşmüşdür.
-
2005-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidentinin
yanında qaçqınların və məcburi
köçkünlərin problemlərinə həsr
olunmuş müşavirə keçirilmişdir. Həmin
müşavirədə verilmiş tapşırığa əsasən
qaçqın və məcburi köçkünlər
taxılyığan kombaynlarla təmin edilmiş, ilkin mərhələdə
67 yataqxanada təmir-bərpa işləri aparılmış,
Füzuli rayonunun Haramı düzündə Yuxarı Mil
kanalının 4,2 kilometrlik, Qarqarçay laçın
Qışlaqları Kanalının 8,1 kilometrlik hissəsinin
tikintisi başa çatdırılmışdır.
-
2006-cı il martın 1-də Ağdam rayonuna səfər
zamanı orada məcburi köçkünlər
üçün salınmış «Bənövşələr»
qəsəbəsinin açılışında iştirak
etmiş, həmçinin Quzanlı Olimpiya İdman Kompleksinin
təməlini qoymuşdur. 2008-ci il yanvarın 17-də Azərbaycan
Respublikası Prezidentinin Ağdam rayonuna səfəri
zamanı həmin Kompleksin açılış mərasimi
keçirilmişdir.
-
2007-ci il mayın 4-də Sabunçu rayonunun Ramana qəsəbəsində
məcburi köçkünlər üçün yeni
salınmış qəsəbənin açılış mərasimindəki
iştirak və çıxış etmişdir.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci
il aprelin 18-də Füzuli rayonunun Horadiz şəhərində
olmuş, Heydər əliyev Müzeyinin
açılışında iştirak etmiş, Muzeyə
baxış keçirmiş , xalqımızın ümumilli
lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş,
«Zobucuq» adlanan ərazidə məcburi köçkünlər
üçün yeni salınmış 2-ci qəsəbədəki
orta məktəbin açılışında iştirak
etmiş, məcburi köçkünlərlə
görüşmüş, onlar qarşısında
çıxış etmiş, həmçinin Horadiz -
Bakı yolunun kənarında, Böyük Bəhmənli kəndinin
yaxınlığında Tibb Mərkəzinin və Bala Bəhmənli
kəndinin yaxınlığında Su Elektrik
stansiyasının təməlqoyma mərasimlərində
iştirak etmiş, Qarabağ müharibəsi şəhidlərinin
xatirəsinə ucaldılmış abidəni ziyarət
etmişdir.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci
il aprelin 18-də Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün 2007-ci ildə yeni salınmış
5 qəsəbədə olmuş, Heydər Əliyev parkına
baxış keçirmiş, xalqımızın ümumilli
lideri Heydər Əliyevin büstünü ziyarət
etmiş, parka toplaşmış məcburi köçkün
ağsaqqallarla görüşmüş, həmçinin məktəblə
tanış olmuş, onun qarşısında məcburi
köçkünlərlə görüşmüşdür.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2008-ci il 26 avqust tarixli Sərəncamı ilə məcburi
köçkünlərlə yemək xərci
üçün verilən aylıq müavinətin həcmi
50 faiz artırılmışdır.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Beyləqan
rayonunda Xocavənd rayonundan olan 500 məcburi
köçkün ailəsi üçün
salınmış qəsəbənin 2008-ci il oktyabrın 4-də
keçirilmiş açılış mərasimində
iştirak etmişdir.
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci
il oktyabrın 4-də Ağdam və Füzuli rayonlarında da
olaraq məcburi köçkünlərlə və rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşmüşdür.
əvvəli və ardı var…
Bizim Yol.-2013.-12 yanvar.-S.-13.