Tariximizi yaşadan Milli Azərbaycan Tarix Muzeyi
Yüksək səviyyədə təmirdən
çıxmış muzeydə 300 minədək maddi mədəniyyət
nümunəsi qorunur
Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 4… Bu ünvanda Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyi yerləşir. Muzey bazar günündən başqa hər gün saat 11.00-dan 18.00-dək işləyir.
Muzeyə daxil olarkən bizi bələdçilər qrupu qarşıladı. Öyrəndik ki, muzeydə xidmət haqqı böyüklərə 5 manatdırsa, şagird, tələbə, hərbi məktəblərin müdavimləri üçün 2 manatdır. Muzeyə güzəştli giriş də var. Güzəştlə müvafiq sənədlər təqdim etməklə müharibə veteranlarına, şəhid ailələrinə, işləməyən əlillərə (I-II qrup) 50 qəpik ödəniş aparılmalıdır. Uşaq evlərində və internat məktəblərində yaşayan yetim uşaqların muzeyə girişi 20 qəpik, həqiqi hərbi xidmətdə olan əsgərlər üçün isə 50 qəpikdir.
Müvafiq sənədlər təqdim etməklə milli qəhrəmanların və məktəb yaşına çatmamış uşaqların muzeyə girişi ödənişsizdir. Muzeydə çəkiliş fotoaparatla 2 manat, videoaparatla isə 15 manatdır. Çəkiliş ştativsiz və əlavə işıqsız aparılmalıdır.
“Tarix muzeyinin tarixi açılışı oldu”
Bizimlə söhbətində
muzeyin bələdçisi
məlumat verdi
ki, 2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri
başlanıb: “İki
il ərzində aparılan işlər nəticəsində Tağıyev
sarayının bənzərsiz
xarici və daxili görünüşü
yenidən özünə
qaytarılıb. 2005-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə
muzeyə milli statusu verildi. 2007-ci il Prezident
İlham Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin açılışını etdi. Tarix muzeyinin tarixi
açılışı oldu. Muzeydə aparılan yenidənqurma işləri ilə tanış olan dövlət başçısı yeni
ekspozisiyanın bir hissəsini, həmçinin
H.Z.A.Tağıyevin xatirə
muzeyini gəzdi və əldə olunan nailiyyətlərdən
razılığını bildirdi. Prezidentin Muzeyin fəxri
qonaqlar kitabında yazdığı sözlər
onun Azərbaycan mədəniyyətinə, xalqın
mənəvi irsinə
münasibətini bir daha nümayiş etdirdi”.
Prezident muzeyin fəxri qonaqlar kitabına yazıb: “Tarix Muzeyi əsaslı
təmirdən sonra öz fəaliyyətini davam etdirir. Muzeyin ekspozisiyası Azərbaycan
tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir.
Muzeyin bütün avadanlığı
dünya standartlarına
uyğundur. Muzeyin binası
və daxili tərtibatı Azərbaycanın
milli sərvətidir.
Biz Muzeyi təmir
etdirməklə ona yeni həyat verdik. Azərbaycan xalqının böyük
oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanmış
bu şəxsiyyət
Azərbaycan gənclərinin
maarifləndirilməsinə böyük töhfələr
vermişdir. Əminəm ki, Muzeyin bundan
sonra da fəaliyyəti həmişə
olduğu kimi uğurlu olacaq. Tarix Muzeyinin bütün əməkdaşlarına yeni
uğurlar arzulayıram”.
Bələdçi Prezident
İlham Əliyevin
2007-ci ildə imzaladığı
“Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında” sərəncamını
da xatırlatdı: “Sərəncamda yazılıb
ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi
həyatının inkişafı
baxımından əhəmiyyətini
və perspektivlərini
nəzərə alaraq
elmi və mədəni sərvətlərdən
hərtərəfli istifadə
imkanlarını genişləndirmək
üçün Azərbaycanın
regionlarında fəaliyyət
göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına
dair xüsusi tədbirlər planı hazırlansın. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatlar dövlət
başçısının göstərişinə əsasən
Azərbaycanda muzeylərin
fəaliyyətinin müasir
prinsiplər əsasında
müvafiq olaraq yenidən qurulması və onun bütün
ekspozisiyalarının azərbaycançılıq
məfkurəsinə uyğunlaşdırılması
yolunda işə başladılar.
Bələdçi onu da bildirdi ki,
bu gün muzeyin müxtəlif fondlarında Azərbaycan tarixini yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi
qorunur: “Muzeyin kitabxanasında 80 mindən
artıq əsasən,
XIX-XX əsrin əvvəllərində
çap olunmuş nadir
jurnal, kitab, və qəzetlər toplanmışdır. Muzeyin yeni
avadanlıqla təchiz
olunması, prezidentin və hökumətin ayırdığı investisiya
ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi və bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da
muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir.
Muzeyin 10 otağında
Azərbaycan xalqının
görkəmli oğlu
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin açılması vətəninə
və xalqına hədsiz xidmətlər göstərmiş “el atası”nın xatirəsini əbədiləşdirib, onun
görk olacaq həyat və fəaliyyətini işıqlandırıb.
2007-ci ildə öz qapılarını
yeni ekspozisiya ilə tamaşaçıların
üzünə açan
muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə
elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirib, fəaliyyətini
elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurub. Açılışdan
sonra muzeydə keçirilən müxtəlif
mövzulu sərgilər,
elmi-praktiki seminar və
konfranslar, muzey əməkdaşlarının hazırladıqları
kitab, buklet, kataloq və toplular həm mütəxəssislərin, həm
də Azərbaycanın
tarixi, onun maddi və mənəvi
mədəniyyəti ilə
maraqlananların rəğbətinə
səbəb olub. Muzeyə hər gün onlarla tamaşaçı
gəlir. Onların xidmətində
duran muzey işçiləri hər
bir tamaşaçının
Azərbaycanın zəngin
tarixi keçmişi,
dünəni və bu günü ilə, maddi-mədəni tarixi irsi ilə
tanış olması
üçün əllərindən
gələni etməyə
çalışırlar”.
Azərbaycanın tarixinə aid ekspozisiya...
Milli Azərbaycan Tarixi Muzeyi tariximizin bütün dövrlərinə
aid maddi və mənəvi mədəniyyət
abidələrinin toplanılması,
öyrənilməsi, nümayişi
və təbliği ilə məşğul olan elmi tədqiqat
və mədəni-maarif
müəssisəsidir. Muzey
1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının
məkdəbdənkənar işlər şöbəsində
təzəcə təşkil
olunub “Muzekskurs” yarımşöbəsinin nəzdində
yaradılıb. Əsas
bazasını Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin ildönümü
münasibətilə 1919-cu il dekabrın
7-də açılmış “İstiqlal” muzeyinin materialları təşkil
edirdi. 1920-ci ilin
iyulundan həmin muzeyin şərəfinə
“Doğma diyarın tədris muzeyi - İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin
martınadək Azərbaycan
SSR Dövlət Muzeyi
adlandırılıb. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə
tikdirdiyi sarayda yerləşdirilib və
ilk tamaşaçılarını 1921-ci
ilin mayında qəbul edib.
Muzeyin ekspozisiyası 2 mərtəbədə
yerləşir. Birinci mərtəbədə ibtidai
icma cəmiyyətinin
yaranması-daş dövrünə
(2 milyon il- 3 minillik), tunc və erkən dəmir dövrlərinə (e.ə. VI-I minilliklər), Qədim və orta əsr
dövlətlərinə (e.ə.
IX-b.e. XII), Azərbaycan
XII-XV əsrlərinə (siyasi,
ictimai-iqtisadi durum), elm və
mədəniyyətə, Azərbaycan
XVI-XVIII əsrlərinə, XVI-XIX əsrlərdə kənd
təsərrüfatına aid ekspozisiyası yerləşir.
Muzeyin ikinci mərtəbəsində isə
Azərbaycan xanlıqlarına,
Rusiya işğalının
başlanması və
Gülüstan müqaviləsinə,
Rusiya işğalının
başa çatması
və Türkmənçay
müqaviləsinə, Şimali
Azərbaycan Rusiya İmperiyası tərkibinə
(1830-1870), xalq sənətkarlığına
(ənənəvi sənət
məhsulları), xalçaçılığa
və ipəkçiliyə,
ticarətə, iqtisadiyyat,
neft və digər sənaye sahələrinin inkişafına,
təhsil, elm və mədəni həyata, Azərbaycan muğamına,
Xalq inancları və ruhaniliyə, XX əsrin əvvəlində
inqilabi hərəkatına,
Azərbaycan-I Dünya
müharibəsi illərinə,
Azərbaycan-1917-1918-c i illərə,
1918-ci il mart soyqırımına,
Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) aid ekspozisiyasına rast gəlmək olar.
IV respublika
elmi konfransı keçiriləcək
Muzeyin inciləri sırasında
bizə XIX əsrə
aid olduğu deyilən
minalı kəmər
təqdim olundu. Məlumat verildi
ki, XVIII əsrdən etibarən Azərbaycanda aynalı kəmərlərlə
bərabər minalı
kəmərlər də
geniş yayılıb.
Azərbaycanın milli kolleksiyasında
öz forma müxtəlifliyi,
detalların əlvanlığı
və kompozisiya mürəkkəbliyi ilə
seçilən çox
saylı belə kəmərlər qorunub saxlanmaqdadir.
XVIII əsrin əvvəli “arxalıq” üst geyim növü də maraq doğurur.
Bələdçi bildirir ki, Azərbaycan milli geyimləri uzun müddətli təkamil prossesində hasil olub, davamlı özünə məxsusluğunu
etnik əlamət olaraq o, xalqın mahiyyətini tam şəkildə
əks etdirir. Ölkənin muzeyində qorunub
saxlanan milli geyim nümünələri
öz gözəllik və zərifliyi, bəzək motivlərinin
zənginliyi və yüksək istehsal texnikalarına görə
təkrarsızdır.
Muzeyin inciləri sırasında
baş örtüyü
üçün broşka
da var. Onun XIX əsrin axırı-XX əsrin əvvəlinə
aid edirlər. Materialı qızıl, firuzə,
mirvari, rəngli şüşədən ibarətdir.
Bələdçi deyir ki, Azərbaycanda
baş örtükləri
hər zaman müxtəlif bəzəklərlə
bəzədilir. Baş ürtüyi üçün
özünə məxsus
bəzək növö
broş idi. Azərbaycanda baş örtüyünün
sancaq və ya broşla bəzəmə ənənəsi
qədim dövrlərdən
məlumdur. Arxeoloqlar qadın
məzarlarında böyük
miqdarda belə bəzəklər üzə
çıxarıblar.
XIX əsrə
aid olduğu deyilən
qapaqlı mis qazan da izləyicilər
arasında maraq doğurur. Bəldədçi deyir ki, Azərbaycan xalqının
şöhrət qazandığı
ən qədim sənətkərlıq növlərindən
biri mis basma məmulatlarının
hazırlanmasıdır.
Onu da öyrəndik ki, Milli Azərbaycan Tarixi Muzeyində 2014-cü il iyunun 19-da “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV respublika elmi konfransını keçiriləcək. Konfrans çərçivəsində bu mövzuların müzakirəsi nəzərdə tutulub.
Ramid
Bizim
yol.-2014.-25 aprel.-S.13.