141 ildən sonra: “Lənkəran xanının vəziri”nin yerini "Nazirin xanımı"na verdi

 

Cəmiyyətimizin güzgüsü olan teatrlarımızın bugünkü repertuarları nədən ibarətdir?

 

1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundovun "Lənkəran xanının vəziri" əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. Bundan sonra ölkəmizdə teatr sənətinin inkişafı yolunda çox böyük işlər görüldü, peşəkar teatr xadimləri yetişdi.

Teatra getmək də, teatra baxmaq da, hətta teatr haqqında düşünmək də maraqlıdır. Odur ki, teatrların aprel ayı üçün repertuarını siz oxucularımıza təqdim edəcəyik. Repertuarı təqdim etməmişdən öncə Azərbyacan teatrının keçdiyi yola nəzər salaq. Azərbaycan teatrının aşağıdakı əlamətdar günləri var: 1873-cü ilin 10 martında “Lənkəran xanının vəziri” tamaşası Bakıda səhnəyə qoyuldu. 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərildi. 1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdibu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. 1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti quruldu. 1908-ci il yanvarın 12-də Bakıda ilk milli opera - Ü.Hacıbəylinin "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycanda professional musiqili teatrın əsası qoyuldu.  1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. 1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradıldı. Azərbaycan teatr tarixi ilə bağlı kifayət qədər belə faktlar olsa da, biz mövzunu uzatmadan teatr afişalarında olan repertuarları sizə təqdim edirik.

 

"Kreppin son lent yazısı"

 

4 aprel (dünən-R.İ.) 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Semuel Bekketin "Kreppin son lent yazısı" əsərinin tamaşası oynanılmalı idi (bu yazı həmin tamaşanın oynanılmasından öcnə hazırlanıb -red.). Tamaşanın quruluşçu rejissoru  Oruc İzzətoğlu, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatı İzzət Qurbanovdur. Tamaşada baş rolda xalq artisti Nurəddin Mehdixanlı oynayır.

5 aprel 2014-cü ildə saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı, quruluşçu rəssamı Simurə Məhərrəmova, qusiqi tərtibatı İradə Muradova, rəqslərin quruluşu Vüsal Mehrəliyev olacaq.

Tamaşada Natiq Fərzəliyev, Günel Məmmədova, Nigar Bahadırqızı, Elnur Hüseynov Aygün Mehrəliyeva rol alacaqlar.

5 aprel 2014-cü ildə saat 18:00-da Azərbaycan Dövlət Pantomim Teatrında Bəhruz Əhmədlinın "Ora-bura" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissor Bəxtiyar Xanızadədir.

 

"Nazirin xanımı"

 

5 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mate Vişneçin "Qoca kloun" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, rejissor assistenti Müşfiq Əliyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Tamaşada Nicat Kazımov, Vüsal Mehrəliyev, Manaf Dadaşov, İlham Əsədov Elnur Kərimov rol alacaqlar. 

5 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Branislav Nuşiçin "Nazirin xanımı" əsərinin tamaşası olacaq. Tamaşanın sözlərini Azərbaycan dilinə tərcümə edən Tofiq Kazımovdur. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsayev, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistentləri Rəfiqə Musayeva Vüqar Məmmədovdur. Tamaşada rolları Bəsti Cəfərova, Şəlalə Şahvələdqızı, Vüsal Mustafayev, Aslan Şirin, Məsmə Aslanqızı, Rada Nəsibova, Əjdər Həmidov, Tofiq Hüseynov, Sabir Məmmədov, Hacı İsmayılov, Firuz Xudaverdiyev, Ləman İmanova, Əminə Babayeva Cümşüd Zeynalov  canlandıracaq.

 

"Qaraca qız"

 

6 aprel 2014-cü ildə saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Süleyman Sani Axundovun "Qaraca qız" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatı Həmid Kazımzadə, rəqslərin quruluşçusu isə Nigar Güləhmədovadır.

Tamaşada rolları İlham Əsgərov, Hacı İsmayılov, Münəvvər Əliyeva, Elxan Quliyev, Telman Əliyev, Mətanət Atakişiyeva, İlahə Həsənova, Xədicə Novruzlu, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Elnar Qarayev, Almaz Amanova, Günel İmanova Aygün Baxışalıyeva canlandıracaq.

 

Balaca şahzadə"

 

6 aprel 2014-cü ildə saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Astrid Lindqrenin "Balaca damda yaşayan Karlson" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissorı Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeyster Yekaterina Moreva, musiqi tərtibatı İradə Muradova, trüklərin quruluşu İsa Əsədovdur. Tamaşanı Azərbaycan dilinə tərcümə edən Pərvin Nurəliyevadır.

Tamaşada rolları Səfa Mehdi, Vüsal Mehrəliyev, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Rövşən Abbasov, Asya Atakişiyeva, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyal Salahov, Vahid Orucoğlu, Ramil Məmmədov, Zümrüd Quliyeva, Xaliq Bəkirov, Araz Pirimov, Gülbəniz Mustafayeva, Fatimə Əliyeva, Vüsalə Qubadova Fidan Abbasova ifa edəcəklər.

6 aprel 2014-cü ildə saat 14:00-da Azərbaycan Dövlət Pantomim Teatrında Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyevdir.

 

"Min bir gecə"

 

6 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında Fikrət Əmirovun "Min bir gecə" 2 pərdəli baletinin tamaşası olacaq. Libretto müəllifləri Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov Nailə Nəzirovadır. Tamaşanın quruluşçu baletmeysterı Nailə Nəzirova, quruluşçu rəssamı Toğrul Nərimanbəyov, geyim rəssamı Tahir Tahirov, xormeyster isə Sevil Hacıyevadır.

6 aprel 2014-cü ildə saat 18:00-da Azərbaycan Dövlət Pantomim Teatrında Bəhruz Əhmədlinın "Ora-bura" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Plastik həll üzrə rejissor isə Bəxtiyar Xanızadə olacaq.

6 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əli Əmirlinin "Şah Qacar" əsərinin tamaşası olacaq. Tamaşanın ideya müəllifi Ədalət Vəliyev, quruluşçu rejissoru Azərpaşa Nemət, rəssamı Azərpaşa Nemət, bəstəkarı Səyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada rollarda Fuad Poladov, Laləzar Mustafayeva, Məmməd Səfa, Vidadi Həsənov, Ayşad Məmmədov, Sabir Məmmədov, Anar Heybətov Fəridə Əliyev oynayacaq.

 

Qatil"

 

6 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Tamara Vəliyevanın "Mənim göyərçinim" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Şota Qlurcidze, musiqi tərtibatı Vladimir Neverov, rejissor assistenti Nofəl Vəliyev, rəqslərin quruluşu Vüsal Mehrəliyevdir. Tamaşanın rollarını Rafiq Hüseynov, Rahib Əliyev, İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Elnur Hüseynov, Zülfiyyə Alhüseynova, Nəsibə Eldarova, Kərəm Hadızadə, Anar Səfiyev, İlham Əsədov, Məsumə Babayeva, Sona Babayeva, Rövşən Abbasov, Müşfiq Əliyev, Anar Seyfullayev, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Rəzzaq Məmmədov, Yusif Dadaşov, Aydın Dəmirov, Nurlan Rzayev, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Aybəniz Əhmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Nəsibə Eldarova, Dilarə Fərəcullayeva, Kərəm Hadızadə, Asya Atakişiyeva Nigar Bahadırqızı canlandıracaq.

8 aprel 2014-cü ildə saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Elçinin "Qatil" əsərinin tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadədir. Tamaşada rolları Münəvvər Əliyeva, Hikmət Rəhimov, Səidə Quliyeva Elxan Quliyev canlandırırlar.

 

Xatırladaq ki

 

 Azərbaycan Respublikasının Prezidenti 18 may 2009-cu il tarixdə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan teatrının zəngin bədii irsinin yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə verilib. Bu sənəddə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə həvalə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən 26 dövlət teatrı var. Dövlət sifarişi yolu ilə hər il teatrlarda 50-dən çox yeni tamaşa hazırlanır ki, bu tamaşaların da əsasını klassik müasir Azərbaycan, eləcə dünya dramaturqlarının əsərləri təşkil edir.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-5 aprel.-S.13.