Şamaxı
Rəsədxanası - elm və turizm mərkəzi
Mərkəzin
20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara
üzv seçilib
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)-Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır. Başqa sözlə desək, mindən artıq dünya rəsədxanası arasında Şamaxı rəsədxanası öz teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra parametrlərə görə ən önəmli yerlərdən birini tutur.
Qısa müddətdə yaşayış qəsəbəsi (Yusif Məmmədəliyev adına) və iş binaları tikilib, teleskoplar və digər elmi cihaz və avadanlıqlar quraşdırılıb: 2 metrlik teleskop, üfüqi Günəş teleskopu, AZT-8, AST-452, Seys-600 və başqaları.
Şamaxı Astrofizika Rəsədxanası Böyük Qafqaz dağının şimali-şərqində Bakıdan 150 km məsafədə Pirqulu dağının-şərq yamacında yerləşir (yüksəklik 1500 m, coğrafi koordinatları: 48 dərəcə 35 `04" E / 40 dəq 46 `20 N"). Rəsədxanaya gedən yol yenicə təmirdən çıxmış və asfalt örtüyə malikdir.
XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlanıb. 1927-ci ildən Azərbaycanda astronomya ekspedisiyları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisininə üstünlük verilməsini tövsiyyə etmişdir (iyun, 1953). Rəsədxananın yaradılması ilə əlaqədar layihələrin işlənməsi əvvəlcə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda Astrofizika bölməsi təşkilatçılığı ilə aparıldı (mart 1954). Sonra isə bu şöbə müstəqil astrofizika bölməsi kimi Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir (iyul, 1956). Nəhayət astrofizika bölməsi və onun Pirqulu dağı yaxınlığında astronomiya stansiyasının əsasında Astrofizika Rəsədxanasının təşkil olunmsı haqqında qərar verilmişdir (noyabr, 1959). Rəsədxananın tikintisi 1958-ci ilin sonunda başlamışdır. Hal-hazırda orada akademik Yusif Məmmədəliyevin adını daşıyan yaşayış qəsəbəsi, idarələr, məktəb, uşaq bağçası, qonaq evi, yeməkxana, poçt şöbəsi, poliklinika, qarajlar, lazımi texniki qurğular və s. vardır.
Prezidentin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlandı. Nəticə etibarilə Şamaxı Astrofizika Rəsədxanasıın maddi-texniki bazasının möhkəmləndirilmiş, əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni binalar və qurğular işə salınmışdır.
Prezidentin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasının elektrik, qaz və su təchizatı üçün kompleks tədbirlərin həyata keçirilməsi "Azərenerji" ASC, "Azəriqaz" ASC-nə, telefonların quraşdırılması və sürətli internetlə təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə , ətraf mühitin qorunması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdır. Yenidənqurma işlərinin tam başa çatandan sonra ŞAR regionda ən güclü və əhəmiyyətli rəsədxanalardan biri olacaq.
ŞAR Nəsirəddin
Tusinin adını daşıyır (sentyabr, 1981). ŞAR-ın
rəsmi yaranma tarixi 13 yanvar
1960-ci ildir. Səmada Azərbaycanla bağlı
11 ad vardır və müvafiq obyektlərdən
biri - kiçik planet
ŞAR-ın adını
daşıyır.
2002-ci ildə
ŞAR-ın keçmiş
Batabat Bölməsinin
və Ağdərə
Astronomiya Stansiyasının
bazası əsasında
Naxçıvan Muxtar
Resbublikası ərazisində
Azərbaycanın hündür
yerlərindən birində
yerləşən Batabat
Astrofizika Rəsədxanası
təşkil edilib.
Kiçik planetə azərbaycanlı
alimin adını veriblər
Şamaxı Astrofizika Rəsədxanasından
“Bizim Yol” qəzetinə verilən məlumata görə bu elm ocağında indiyədək minlərlə
səma cisimlərinin
xassələri öyrənilib,
rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak edib. Rəsədxana əməkdaşlarının aldıqları
elmi nəticələr
dünya alimləri tərəfindən layiqincə
qiymətləndirilib, 20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara üzv seçilib. Marsda və Ayda bir
neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının
adı ilə adlandırılıb. Azərbaycan astronomlarının
qazandıqları nüfuz
sayəsində Beynəlxalq
Astronomiya İttifaqı
tərəfindən bir
sıra kiçik planetlərə Azərbaycan
adı verilib. 2007-ci ilin sentyabrında
ABŞ rəsədxanasında kəşf olunmuş daha bir kiçik
planetə AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adı verilib.
Rəsədxana AMEA tərəfindən təsdiq
olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya
elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır.
Rəsədxananın fəaliyyəti çərçivəsində
qalaktikaların, ulduzların,
planetar dumanlıqların,
günəşin, planetlərin
və kometaların müşahidəsi aparılır.
Günəş-Yer əlaqələri çərçivəsində respublikanın səhiyyə,
energetika strukturları
ilə birgə işlər görülür,
rəsədxananın bu
sahə ilə bağlı gündəlik
məlumatları respublika
KİV-ində çap
olunur və praktiki məsələlərdə
istifadə edilir.
Rəsədxana Azərbaycan elminin
təbliği üçün
də önəmli fəaliyyət göstərir.
Buraya hər il minlərlə
turist, məktəbli,
xarici qonaqlar gəlir. Onların hamısına burada
görülən işlər
barədə ətraflı
məlumat verilir.
2011-ci ildə Prezidentin imzaladığı
iki sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan rəsədxanaya birinci dəfə 5 milyon, ikinci dəfə isə 3 milyon manat vəsait ayrılıb.
Dövlət başçısının sərəncamlarından
sonra rəsədxananın
baş korpusu əsaslı təmir edilib. Binanın dam örtüyü yeniləşdirilib, su, elektrik, siqnalizasiya, telefon və internet xətləri çəkilişi,
daxili divarlara alçipan, xarici divarlara alkapon örtüklərin çəkilişi
başa çatdırılıb.
Baş korpusun istiliklə təmin edilməsi məqsədilə qazanxana
və rəsədxananın
girişində keçid
məntəqəsi tikilib,
rəsədxananın ətrafına
hasar çəkilib.
Şamaxı Astrofizika
Rəsədxanasında üç
əsas istiqamətdə
elmi işlər görülür: ulduzlar fizikası, Günəş
sistemi cisimlərinin dinamikası və fizikası, Günəş
fizikası. Günəş fizikası sahəsində
əsas elmi nəticələr Günəş
alışmalarının inkişafı,
maqnit sahəsi və Günəş atmosferinin incə quruluş əlaqələri
üzrə əldə
olunub. Beynəlxalq və xüsusi
proqramlar üzrə patrul müşahidələri
aparılıb. Ulduz fizikası
sahəsində qeyristasionar,
dəyişən və
qoşa sistem ulduzları, maqnit və geniş örtüklü ulduzlar,
super sıxlıqlı ulduzlar
tədqiq olunub. Günəş sistemi cisimləri
fizikası və dinamikası sahəsində
planetlər və onların peykləri tədqiq olunubdu.
İşçi heyət
Rəsədxananın hazırda 152 əməkdaşı var: onların 55-i elmi işçi, o cümlədən 4 nəfər fizika-riyaziyyat elmlər doktoru və 23 nəfəri elmlər namizədi, 8 nəfəri isə mühəndislərdir. Əməkdaşılardfan ikisi AMEA-nın müxbir üzvüdür. Bir əməkdaş Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Elm ocağının strukturu
Rəsədxananın aşağıdakı struktur bölmələri vardır: Şamaxı Astrofizika Rəsədxanası Bakı şəhər bölməsi; “Səma cismlərinin spekroskopiyası” şöbəsi; “Səma cismlərinin fotometriyası və polyarimetriyası” şöbəsi; “Günəş fizikası” şöbəsi, “Günəş və Yer əlaqələri” şöbəsi, “Planetlər və kiçik səma cismləri” şöbəsi, “Müşahidə texnikasının təkmilləşdirilməsi” şöbəsi və “Əlaqələndirmə və təşkilat” şöbəsi. Rəsədxanada həmçinin elmi kitabxana, müvafiq inzibati-idarə etmə bölmələri, texniki emalatxana, alüminumlaşdırıcı gurğu və s. də fəaliyyət göstərir.
Rəsadxanada elmi cihazlar
2-m teleskop.
Bu teleskop ŞAR-da
Almaniyanın “Karl Seyss
Yena” şirkətinin istehsalıdır və
1966-cı ildə quraşdırılıb. 2-metrlik teleskop 3 müxtəlif optik
sistemi özündə birləşdirir,
və əsasən spektral müşahidələr
üçün nəzərdə tutulub. Əsas güzgü
parabolikdir, açıq səthinin diametri 2000 mm və fokus məsafəsi 9000 mm-dir.
Baş fokus sisteminin görüş
sahəsi korrektorsuz 6"x6"-dir. Korreksiya sistemi teleskopun faydalı görüş sahəsini 21"x21"-ə
qədər artırır. Kassegren sisteminin fokus məsafəsi 29 500
mm, Kude sisteminin fokus məsafəsi 72 000
mm-dir. 2-m teleskop aşağıdakı
işıq qəbulediciləri
ilə təmin olunub: zəif obyektlərin spektrlərinin
alınması üçün
istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı; Kasseqren fokusunda zəif ulduzların spektrlərini almaq üçün prizmalı
spektroqraf, ulduzların
kəmiyyət baxımından
spektral analizi üçün orta dispersiyaya malik 2 kameralı difraksiyalı spektroqraf; Baş (görüş sahəsi sahə 14"x14") və
Kasseqren (4"x4") fokuslarında
səma cisimlərinin
fotoqrafiyası üçün
3056x3056 piksel ölçülü
CCD matris (termoelektron soyutma) və beynəlxalq filtr dəsti ilə təchiz olunmuş 2 kaset qurğusu; Kasseqren fokusunda zəif ulduzların yüksək ayırdetməli spektrlərinin
alınması üçün
ayırdetmə qabiliyyətləri
15000 və 25000 olan və 530x580 piksel ölçülü CCD matris
(azotla soyutma) ilə təchiz olunmuş 2 kameralı Kasseqren eşelle spektroqrafı. Parlaq ulduzların yüksək
və daha yüksək ayırdetməli
spektrlərinin alınması
üçün Kude fokusunda yeləşdirilmiş
ayırd etmə qabiliyyəti 30 000, 200 000, 400 000 olan unuversal kude eşelle spektrometri; kompüter və digər müvafiq elektron avadanlıqlar.
(Ardı var...)
Ramid İBRAHİMOV
Bizim yol.-2014.-8 aprel.-S.13.