İntibahımızda Nəsrəddin Tusi töhfəsi

 

Şamaxı Astrofizika Rəsədxanasında astronomiya tədqiqatları genişləndirilir

 

(Əvvəli burada...)

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi cihazlar sırasında “AZT-8” fotoelektrik teleskop da var. ŞAR-danBizim Yola məlumat verdilər ki, bu teleskop elmi ocağa 1970-ci ildə quraşdırılıb. Əsas güzgü parabolikdirdiametri 700 mm, fokus məsafəsi 2820 mm-dir. Birinci Kassegren sisteminin fokus məsafəsi 11 200 mmnisbi işıq qüvvəsi 1:16 və görüş sahəsi 40" və ya 13 x 13 sm2-dir. İkinci Kasseqren sisteminin fokus məsafəsi 28 000 mm, görüş sahəsi isə 18" nisbi işıq qüvvəsi  1:40-dır. Teleskop ulduzların fotometrikpolyarimetrik müşahidələri üçün AFM-6 fotometri ilə və parlaq ulduzların spektrini almaq üçün 30 Angstrem/mm dispersiyaya malik ASP-21 spektroqrafı və PC ilə təchiz edilmişdir. Teleskop səma cisimlərinin fotoelektrik, polyarimetrikspektral müşahidələr üçün istifadə olunur.

Menisk teleskopu “AST-452”. Bu elmi cihaz ŞAR-da 1964-cü ildə quraşdırılıb. Menisk Maksutov optik sistemi olan teleskop əsasən bənövşəyi oblastda ulduzların spektralfotometrik tədqiqi üçün istifadə olunur. Fokus məsafəsi 1200 mm, teleskopun güzgüsünün diametri 400 mm, giriş aperturasının diametri 350 mm,  baş fokusda görüş sahəsinin diametri 4°14", sahənin xətti ölçüsü 90 mm, Nyuton fokusunda  isə uyğun olaraq 2°52" və 60 mm. Ulduzulduz topalıqlarının spektrlərini almaq üçün teleskop sındırma bucaqları 15° və 35°40" 2 ədəd prizma ilə təhciz olunub. Bu teleskopda ulduzların spektral təsnifatına dair işlər və ulduz spektrlərinin müntəzəm müşahidəsi həyata keçirilir. Nyuton fokusunda fotometrik tədqiqatlar üçün CCD (3056x3056 piksel) kamerasından istifadə olunur, görüş sahəsi: 2° x 2°.

Teleskop “Zeiss-600”. Bu elmi cihaz ŞAR-da 1978-ci ildə quraşdırılıb. Teleskop ulduz və qalaktikaların fotometrik tədqiqatları üçün istifadə olunur. Əsas güzgü parabolikdirdiametri 600 mm fokus məsafəsi 2400 mm-dir; Kasseqren sisteminin fokus məsafəsi 7500 mm-dir. Teleskop beynəlxalq fotometrik sistemin filtr dəsti (B,V,Rc,R,J) ilə və 1024x1024 piksel ölçülü CCD kamera (termoelektron soyutma) ilə təchiz olunmuş fotometr ilə təmin olunub. Fokus reduktorundan istifadə olunmaqla görüş sahəsi 10"x10"-ə çatdırılıb.

Üfiqi  günəş teleskopu “ASQ-5”(Astronomik Selostat Qurğusu AÜU-5). Bu elmi cihaz ŞAR-da 1963-cü ildə quraşdırılıb. Günəşin spektralfotometrik tədqiqi üçün istifadə olunur. Onun selostat, əlavə və baş güzgülərinin diametri 440 mm, nyuton güzgüsünün diametri 200 mm, nyuton sisteminin fokus məsafəsi 17500 mm, kasseqren sisteminin fokus məsafəsi 60540 mm-dir. Baş və həm də Kasseqren fokuslarında birbaşa fotoqrafiya üçün teleskop iki kamera ilə təchiz olunub. Nyuton fokusundan spektralmaqnit müşahidələr üçün istifadə olunur. Teleskop avtokollimasiya rejimində işləyən (fokus məsafəsi 7000 mm) ASP-20 spektroqrafı ilə təchiz olunub. Difraksiya qəfəsinin ölçüsü 150x120 mm2, ştrixlərinin sıxlığı 600 şt/mm-dir. İkinci spektral tərtibdə dispersiya 1.12 Anqstrem/mmspektral diapozon 360 Anqstrem, xəyalın diametri 160 mm-dirbu spektroqrafdan Günəş alışmalarının spektrlərini, Günəş ləkələrinin vizual ölçüsünü, Günəş tacının və spikulların inkişaf dinamikasını və Günəşin spectral xətlərinin quruluşunu tədqiq etmək üçün istifadə olunur.

Xromosfer fotosfer teleskopu AFR-3. Bu teleskop ŞAR-da 1957-ci ildə quraşdırılıb. Teleskop 35 ildən çox Günəşin patrul müşahidələri üçün istifadə olunub. Fotosfer borusunun obyektivinin diametri 200 mmekvivalent fokus məsafəsi 9000 mm, xromosfer borusunun diametri 130 mmfokus məsafəsi 6000 və 2000 mm; xəyalın deameteri 100 mm-dir. İnterferensiya polyarizasya süzgəcinin (buraxma zolağının eni 0,5 Anqstrem)  köməkliyi ilə Günəş xromosferinin və digər aktiv törəmələrin patrul müşahidəsi həyata keçirilmişdir. Fotosfer borusunun köməyi ilə günəş fotosferi müşahidə edilib.

 

 

Elmi tədbirlər

 

ŞAR-dan məlumat verdilər ki, 1957-1989-cu illər ərzinsdə ŞAR-da təxminən 25 yerli, regional və beynəlxalq konfranslar, eləcə də digər elmi simpoziumlar və s. keçirilib. 1998-ci ildən  ŞAR-da - “Tusi 800” məktəbi təşkil edilib. Bu məktəbin əsas məqsədi Tusinin elmi fəaliyyətinin kompleks tədqiqi, Azərbaycanda və yaxın bölgədə aparılan astronomiya tədqiqatlarının əlaqləndirilməsi idi. 1998-2001-ci illər ərzində “Tusi - 800” məktəbinin  5 yerli, 2 regional və 1 beynəlxalq YUNESKO-nun ("Nəsirəddin Tusimüasir astronomiya") elmi konfransları keçirilib.

Son 10 il ərzində ŞAR-ın iştirakı ilə ŞAR-da YUNESKO-nun Türk Dövlətləri Kosmos Ümumi Forumu (11-14 May 2003) keçirilib. Həmçinin bir neçə Yay Astronomiya Məktəbləri və AstronomiyaKosmik fizika üzrə Gənc Alimlərin Regional Konfransı keçirilib. ŞAR Bakı şəhər bölməsində 10 ildən çox müntəzəm fəaliyyət göstərən Bakı Şəhər Astronomiya seminarnın təşəbüsçüsü və yaradıcılarından biridir.

Azərbaycan Astronomiya Cəmiyyəti (AAS) ŞAR-ın təşəbbüsü ilə 2009-cu ildə yenidən yaradılıb. İndi ŞAR AAC-nin bütün tədbirlərinin ən böyük yaradıcısı və əsas əlaqələndiricisdir. AAC və ŞAR 2009-cu ildə 2 regional konfrans (may da Marağaoktyabrda Naxçıvan), əsas təşkilatçılarından olaraq Beynəlxalq Astronomiya İli-2009-un qeyd olunmasında mühüm rol oynayıb. N.Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfransın bir iclası 2011-ci ildə ŞAR-da keçirilib.

 

Aprel ayı üçün elmi seminarlar

 

Elmi ocaqdan onu da öyrəndik ki,  Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2014-cü il aprel ayı üçün nəzərdə tutulmuş astroseminarın siyahısı hazırdır. Bildirildi ki, aprel 3-də “F0 Ia ulduzunun fundamental parametrlərinin” və “F0 Ia ulduzunun kimyəvi tərkibinin  təyini ilə bağlı” seminar keçirilib. Aprelin 10-u tarixində isə “Komet nüvələrinin parçalanmasında meteor sellərinin rolumövzusunda, aprel 17-də “Kvazar 3C 273-ün fotometrikspektral dəyişkənliyinin xüsusiyyətləri”,  aprel 24-də “Qalaktikadankənar obyektlərdə qırmızı sürüşmənin paylanması haqqında” elmi seminarlar keçiriləcək.

Onu da öyrəndik ki, bu ilin əvvəllərində Şamaxı Astrofizika Rəsədxanasında AMEA Yer Elmləri və Fizika-Riyaziyyat-Texnika Elmləri Bölmələrinin birgə təşkil etdikləri “Təbiətlə bağlı fundamental problemlərə müxtəlif elmlər qovşağından müasir baxışlar” mövzusunda Respublika seminarı keçirilib. Bildirilir ki, belə seminarların gələcəkdə ayrı- ayrı mövzülar üzrə keçirilməsi, AMEA-nın  müxtəlif bölmələrinin, onların tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının AMEA-da aparılan elmi tədqiqat işlərinin birgə həlli məsələsinə, bu tədqiqatların daha  yüksək səviyyədə hərtərəfli həllinə təkan verəcək. Seminarların respublikanın bölgələrində keçirilməsi AMEA-da aparılan tədqiqatların geniş kütləyə çatdırılması və

elmi nailiyyətlərin təbliğinə yol açacaq.

 

Tədqiqat işləri

 

ŞAR astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və post-sovet elmi proqramlarına töhvə verib. Rəsədxananın üç əsas elmi istiqaməti var:  Ulduz fizikası; Günəş sistemi cisimlərinin tədqiqi və Günəş fizikası.

Rəsədxanada eləcə də  aşağıdakı sahələr üzrə araşdırmalar aparılır: Günəş-Yer əlaqələri və kosmik hava, astronomiya tarixi, nəzəri astrofizika, kosmologiya, helioseismologiya, radioastronomiya, praktiki astronomiya, göy mexanikası, qalaktikalar, süni peyklərin dinamikası və s. Son illər bu cür obyektlərin tədqiqi üçün istifadə edilən Eşelle spektrografları  uğurla təkmilləşdirilir.

ŞAR-da olan Ph.D. kursları Azərbaycanda astronomiyanın strateji inkişafı və gənc astronomların hazırlığının bir hissəsidir. ŞAR Azərbaycanda astronomiyakosmik elm bilgilərin təbliğində və tədrisində mühüm rol oynayır.

 

Beynəlxalq əməkdaşlıq

 

ŞAR-dan bildirildi ki, elmi ocaq Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Hollandiya, Fransa, ABŞ, Almaniya, Bolqarıstan, Çexiya, İsrailin bir sıra astronomiyaona yaxın olan elm müəssisə və təşkilatları ilə əməkdaşlıq edir. ŞAR əməkdaşları Avropa Beynəlxalq Astronomiya İttifaqının, Beynəlxalq Astronomiya Cəmiyyətinin və Avro-Asiya Astronomiya Cəmiyyətinin, Günəş müşahidələri üzrə Birgə Təşkilatı, Avropa Şurası Elmi İnkişaf/Elmi "sağlamlıq və ekologiya" Beynəlxalq Şurasının üzvüdür. ŞAR Beynəlxalq Astronomiya Federasiyasının (IAF) üzvüdür. ŞAR Birləşmiş Millətlər Əsaslı Kosmik Elmlər Təşəbbüsü (BMƏKET) ilə Beynəlxalq heliofizika ili (BHİ) və Beynəlxalq Kosmik Hava Təşəbbüsü (BKHT) tərəfindən müxtəlif proqramların iştirakçısı olub. ŞAR Beynəlxalq Astronomiya İlininin (BAİ -2009) fəal iştirakşılarından biri olmuşdur. ŞAR Balkan, Qara dəniz, Xəzər dənizinin Regional Xüsusi Hava Araşdırmaları Şəbəkəsinin təsisçilərindən biridir.

 

Elmi dərgilər

 

“ŞAR sirkulyarı” adlanan elmi jurnal  1970-ci ildə təsis edilib və 2006-cı ilə qədər müntəzəm çap edilmişdir.  Müasir astronomiyaona yaxın  aktual problemlərə həsr olunmuş məqalə və qısa qeydlər Azərbaycan, rusingilis dillərində nəşr edilib. 28 Aprel 2006-cı ildə AMEA ŞAR-ın təşəbbüsü ilə  “Azərbaycan Astonomiya Jurnalı” təsis edilib və jurnalın ildə dörd sayı çapdan çıxır. Jurnalla ŞAR-ın internet saytinda  tanış olmaq olar. 

 

Film

 

Qeyd edək ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) haqqında 1973-cü ildə “Şamaxı rəsədxanası” filmi çəkilib. Film Azərbaycan alimlərinin, astronomiya sahəsində görkəmli kəşflər etmələrinə, onların həyatına və problemlərinə ithaf olunub. Filmin rejissoru Oqtay Babazadə, ssenari müəllifi Oqtay Babazadə, operator  Aydın Axundov, səs rejissoru  Tofiq Babayev olub.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014 .-9 aprel.- S.13.