Dövlətçilik
tariximizə Naxçıvan töhfəsi
90 yaşını tamamlayan Muxtar Respublika Azərbaycanın
elm və mədəniyyət mərkəzlərindən biri
olub
2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının (NMR) yaradılmasının 90 illiyi tamam oldu. Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı ilə Muxtar Respublikanın tarixi, buradakı dövlətçilik ənənəsi, NMR-in Azərbaycanın elmi-mədəni inkişafına verdiyi töhfələr və digər məsələlər ətrafında həmsöbət olduq.
M.Qasımlı bildirdi ki, ilk Azərbaycan dövlətləri yaranandan bəri Naxçıvan xalqımızın iqtisadi-mənəvi inkişafında mühüm rol oynayıb: “Naxçıvan ən qədim zamanlardan, Atabəylər dövlətindən bu günə qədər Azəraycan dövlətçiliyinin inkişafında özünəməxsus yer tutmuş regiondur. Sonrakı dövrlərdə, Şimalı Azərbaycan çarizm tərəfindən işğal edildikdən sonra Naxçıvan ərazisinin etnik tərkibi dəyişdirilməyə çalışılıb, oraya müxtəlif ölkələrdən ermənilər gətirələrək yerləşdirilib, demoqrafif şərait dəyişdirilib”.
“Naxçıvan Azərbaycanın elm
və mədəniyyət mərkəzlərindən biri olub”
Tarix elmləri doktorunun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın oynadığı rolu bir çox amillərlə göstərmək olar: “Naxçıvan Azərbaycana görkəmli dövlət xadimləri, hərbçilər, sərkərdələr, eləcə də elm və mədəniyyət xadimləri verib. Çar Rusiyası ordusunun ən görkəmli nümayəndəsi, suvari dəstəsi komandiri general Naxçıvaniski olub. Azərbaycan tarixində Kəlbəlixan Naxçıvaniski, Cəmşidxan Naxçıvaniski kimi görkəmli generallar yetirib. Tarix boyu Naxçıvan Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Ən qabaqçıl elmi məktəblər Naxçıvanda formalaşıb. Azərbaycanın bir çox görkəmli ədibləri məhz Naxçıvandan çıxıb. Azərbaycan demokratik mətbuatı olan “Molla Nəsrəddin” jurnalının yaradıcıcı böyük Cəlil Məmmədquluzadə Naxçıvanın yetirməsi olub”.
“Naxçıvanlılar erməniləri
qovub çıxardılar”
Musa Qasımlı hesab edir ki, 1918-1920-ci illərdə də Naxçıvan Azərbaycan dövlətçiliyində müstəsna rol oynayıb: “Naxçıvanlılar daşnak silahlı dəstələrini qovaraq, Ermənistanın Naxçıvanı işğal etmək və Azərbaycandan qoparmaq cəhdlərinin qarşısını alıblar. Naxçıvanlılar iradə göstəriblər. Xatırladım ki, 1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrilib, nizami daşnak silahlı dəstələri Naxçıvana hücüm edib. 1918-ci il mayın 26-28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra, Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başlayıb. Ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi”.
“Ermənistan Naxçıvanı
ilhaq etmək üçün
cəhdlər göstərirdi”
Millət vəkili Naxçıvan Muxtar Resbublikasının yaranmasından da söz açdı: “Azərbaycan sovetləşdirildikdən sonra, Sovet Azərbaycanının tarixində Naxçıvan özünəmxusus rol oynayıb. 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan qabaqcıl bir muxtar respublikaya çevrilib. Xatırladım ki, 1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, Ermənistan SSR hökuməti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rəsmi saytında bildirilir ki, bu ərazi 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası adlandırılıb. Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.
Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir. Muxtar Respublika paytaxt Naxçıvan şəhərindən
və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək
təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 qəsəbəsi, 206 kəndi
vardır.
Muxtar Respublikanın
Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü
dağı (2064 m), ən
cənub nöqtəsi
isə Arazın sol sahilində 600 m yüksəklikdə
yerləşən Zerəni
dəmir yol stansiyasıdır. Şimaldan Cənuba
doğru ən böyük məsafəsi
75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı
olan Zəngəzurun
1920-ci ildə sovet rəhbərliyi tərəfindən
Ermənistana verilməsi
nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının
qalan ərazisindən
ayırıb. 1924-cü ildə
Naxçıvan MSSR-də
3 qəza və 12 dairə təşkil olunub, 1925-ci ildə qəzalar ləğv edilib, dairələrin sayı 8-ə endirilib: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov,
Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında
Şahbuz rayonu əlavə edilməklə
Şərur, Naxçıvan,
Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılıb.
1948-ci ildə Əbrəqunis
rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra,
Naxçıvan MSSR inzibati
cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən
Babək), Şərur,
Şahbuz, Culfa və Ordubad) bölünüb. 1990-cı il
28 avqustda Azərbaycan
SSR Ali Sovetinin fərmanına
əsasən Türkiyə
ilə həmsərhəd
bölgənin sosial-iqtisadi
inkişafını daha
da sürətləndirmək
və gücləndirmək
məqsədi ilə,
həmçinin ərazinin
geostrateji mövqeyi nəzərə alınaraq,
Sədərək kəndi
və ona məxsus ərazilər əsasında Sədərək
rayonu yaradılıb.
Naxçıvanın yetişdirdiyi görkəmli
şəxsiyyətlər
Musa Qasımlı
bildirdi ki, Azərbaycan sovet hakimiyyəti dövründə
Naxçıvan Azərbaycana
görkəmli dövlət,
mədəniyyət, incəsənət
və elm xadimlərini
bəxş edib: “Heydər Əliyev, Yusif Məmmədəliyev
və onlarca başqaları Azərbaycan
tarixində müstəsna
rol oyanyıblar. Müstəqillik dövründə də Naxçıvanın
əhəmiyyəti çox
böyük olub.
Naxçıvanlılar Ermənistanın təcavüzünə cavab
veriblər. Üçbucaqda yerləşməsinə baxmayaraq
Ermənistan Silahlı
Qüvvələrinin hücumunu
dəf ediblər.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinin keçirilməsi
haqqında sərəncamını
yüksək qiymətləndirirəm.
Hesab edirəm ki, həmin dövlət tədbirləri yüksək
səviyyədə keçiriləcək.
Və bu tədbirlərin keçirilməsi Naxçıvanın
Azərbaycan tarixində
oynadığı rolun
daha geniş şəkildə öyrənilməsinə
və insanlara çatdırılmasına kömək
edəcək”.
“Azərbaycan bayrağı
ilk dəfə Naxçıvanda
dalğalanıb”
Musa Qasımlı
Azərbaycanın ikinci
dəfə əldə
etdiyi müstəqillik
dövründə Naxçıvan
Muxtar Respublikasının
elm-təhsil, mədəniyyət
və başqa sahələrdə olan inkişafı ilə də bağlı danışdı: “Naxçıvan
müstəqil Azərbaycanın
dövlətçiliyinin bel
sütünu oldu. Hələ SSRİ-nin mövcud olduğu bir şəraitdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin
1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından «Sovet Sosialist» sözləri çıxarıldı,
qanunverici hakimiyyət
orqanının adı
dəyişilərək Ali Məclis qoyuldu, Azərbyacan ərazisində
ilk dəfə olaraq Naxçıvanda sovet atributlarından imtina edildi”.
Muxtar Respublikanın
90 illik yubileyinin keçirilməsi haqqında
sərəncam
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzaladı. Sərəncamda yazılıb: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.
Sərəncamda
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunması və bununla
əlaqədar tədbirlər planının hazırlanıb
həyata keçirilməsi nəzərdə tutulur.
(Davamı gələn sayımızda)
Ramid İbrahimov
Bizim
yol.-2014.-16 aprel.-S.13.