Dünya mədəniyyətinin 58 incisi
Milli Məclisin deputatı, tarix
elmləri doktoru, professor Musa Qasımlının sözlərinə
görə, Azərbaycan dövlətinin bayrağı ilk dəfə
Naxçıvanda qaldırılıb: “Müasir, müstəqil
Azərbaycan dövlətçilik tarixində ilk dəfə
olaraq üçrəngli, səkkiz güşəli,
ayparalı bayrağımız Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul
olundu. Azərbaycan SSRİ bayrağından imtina edildi. Heydər Əliyevin imzaladığı
Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin
sənədində Azərbaycan
Respublikası Ali Sovetinə
tövsiyyə edildi ki, Azərbaycanın milli atributları - bayrağı, himmni, gerbi qəbul edilsin.
Qeyd edim ki, 1991-ci il
sentyabrın 3-də Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin fövqəladə
sessiyasında xalqın
təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öhdəsinə
götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları,
elm və sənət
adamları, siyasi xadimləri Naxçıvana
üz tutdular. Vurğulayım ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 14
yanvar 2014-cü ildə
Naxçıvan Muxtar
Respublikasının 90 illik
yubileyinin keçirilməsi
haqqında imzaladığı
sərəncam və Prezidentin Naxçıvana
mütəmadi səfərlərinin
olması qayğı
və diqqətin göstəricisidir”.
Naxçıvanın elmi
müəssisələri
Musa Qasımlı
Naxçıvan Muxtar
Respublikasında elm-təhsil
və mədəniyyət
sahəsində olan inkişafdan da söz açdı: “Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi
ümummilli lider Heydər Əliyevin 2002-ci
il 7 avqust
tarixli Sərəncamı
ilə yaradılıb.
Bölmə Naxçıvan Muxtar
Respublikasında elmi-tədqiqat
qurumlarının fəaliyyətini
gücləndirmək, mövcud
elmi potensialdan istifadə olunmasının
səmərəliliyini artırmaq
və təbii sərvətlərin, muxtar
respublikanın tarixinin,
etnoqrafiyasının, arxeologiyasının
öyrənilməsi üçün
daha əlverişli şərait yaratmaq məqsədi ilə təsis edilib. 2003-cü ildən fəaliyyət göstərən
Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsində
29 şöbə və
laboratoriya, təcrübə
sahələri, seysmoloji
mərkəz, elmi kitabxana, nəşriyyat, doktorantura şöbəsi
vardır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin tərkibində
elmi-tədqiqat müəssisəsi
olan Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu fəaliyyət göstərir. Bu institutda Qədim və orta əsrlər
tarixi, Yeni və ən yeni tarix, Qədim
dövr arxeologiyası,
Antik və orta əsrlər arxeologiyası, Arxeoloji xidmət, Etnoqrafiya, Qafqaz tarixi şöbələri
fəaliyyət göstərir.
Bu elmi təşkilatda
Naxçıvanın maddi
və mənəvi mədəniyyəti tədqiq
edilir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinə
daxil olan İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunda memarlıq,
şəhərsalma və
abidələrin bərpası,
təsviri və dekorativ tətbiqi sənətlər, musiqi və teatr, dilçilik, onomastika, folklorşünaslıq, ədəbiyyatşünaslıq
sahəsində araşdırmalar
aparılır, öyrənilir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
tərkibində olan Təbii Ehtiyatlar İnstitutu muxtar respublika ərazisində təbii ehtiyatların və hidroloji şəraitin öyrənilməsi,
mineral xammalın istehsalının
elmi əsaslarının
işlənib hazırlanması,
bu istehsalın ekoloji təsirləri, seysmoloji tədqiqatlar, iqtisadi və sosial infrastrukturların yerləşdirilmə qanunauyğunluqları,
regionda ənənəvi
təsərrüfat sahələrinin
bərpa və inkişaf etdirilməsi yollarının araşdırılması
istiqamətində elmi
iş aparır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin tərkibində
olan Bioresurslar İnstitutu muxtar respublikanın bioresurslarının
öyrənilməsi, istifadəsi
və qorunması məqsədi ilə yaradılıb. İnstitutda nəbatat, bitki
sistematikası, zooloji
tədqiqatlar, elmi-istehsalat
və inzibati-təsərrüfat
sahəsində elmi tədqiqatlar aparılır,
laboratoriyalar fəaliyyət
göstərir. Bioresurslar İnstitutunda
Naxçıvan Muxtar
Respublikasının flora və
fauna biomüxtəlifliyi, nadir, nəsli kəsilməkdə
olan heyvan növlərinin qorunması,
çoxaldılması, genefondun
yaradılması, ekosistemin
mühafizə olunması
və bioresurslardan
optimal istifadə problemləri
araşdırılır. İnstitutun elmi-tədqiqat işlərinin
nəticələrini əks
etdirən məqalə
və nəşrlər
Azərbaycan Respublikasında
və bir sıra ölkələrdə
dərc olunub”.
Naxçıvanın ali məktəbləri
Millət vəkili
Naxçıvanda fəaliyyət
göstərən ali məktəblərin
fəaliyyətindən də
söz açdı:
“Muxtar Respublikada fəaliyyət göstərən
Naxçıvan Dövlət
Universiteti fikirmcə,
maddi-yexniki baza sarıdan ölkəmizin ən mükəmməl ali məktəblərindən
biridir. Naxçıvan Dövlət Universiteti
Naxçıvan Muxtar
Respublikasının mühüm
təhsil, elm və mədəniyyət mərkəzidir.
1967-1972-ci illərdə ali təhsil müəssisəsi Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı kimi fəaliyyət göstərib,
1972-ci ildən isə
Yusif Məmmədəliyev
adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutuna çevrilib.
Naxçıvan Dövlət
Universiteti Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 29 dekabr
1990-cı il tarixli Qərarı ilə Yusif Məmmədəliyev adına
Naxçıvan Dövlət
Pedaqoji İnstitutunun bazası əsasında yaradılıb, ölkə
Prezidentinin 12 iyun
2002-ci il tarixli Sərəncamı ilə
Naxçıvan Dövlət
Universitetinə yüksək
özünüidarə statusu
verilib. Naxçıvan
Dövlət Universitetində
ali ixtisas
təhsilinin dövlət
standartları əsasında
bakalavr, magistratura, rezidentura və doktorantura üzrə təhsil pillələri fəaliyyət göstərir.
Sözügedən ali məktəbdə 56 ixtisas
üzrə mütəxəssislər
hazırlayan 11 fakültə,
Fizika-riyaziyyat, Memarlıq
və mühəndislik,
Təbiətşünaslıq və kənd təsərrüfatı, Sosial
idarəetmə və hüquq, İqtisad, Tibb, Tarix-filologiya, Pedaqoji, Beynəlxalq münasibətlər
və xarici dillər, İncəsənət,
Magistratura fakültələri
fəaliyyət göstərir.
Ali məktəbin Xarici
tələbələr üzrə
dekanlıq və Hazırlıq şöbəsi
də var. Hesab edirəm ki, xarici ölkələrdən,
xüsusən qonşu
ölkələrdən Naxçıvan
Dövlət Universitetinə
tələbələrin gəlib
təhsil almalarını
daha geniş tədqiq etmək olar. Bundan əlavə
Naxçıvan üçün
müəyyən güzəştlərin
edilməsi də faydalı ola
bilər. Mən güzəştlər dedikdə vergilər və başqa məsələləri nəzərdə
tuturam.
Bildirim ki, Azərbaycan Respublikası
Prezidentinin “Naxçıvan
Dövlət Universitetinin
40 illik yubileyinin keçirilməsi haqqında”
1 mart 2007-ci il tarixli Sərəncamına
uyğun olaraq ali məktəbin 40 illik yubileyi muxtar respublikada geniş şəkildə
qeyd edilib.
Muxtar Respublikada Naxçıvan
Müəllimlər İnstitutu
da fəaliyyət göstərir. Bu ali
məktəb Naxçıvan
Politexnik Texnikumunun bazasında yaradılıb.
2000-2003-cü illərdə
Azərbaycan Müəllimlər
İnstitutunun filialı
olub, 2003-cü ildə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı ilə müstəqil instituta çevrilib. İbtidai
sinif müəllimliyi,
məktəbəqədər təlim və tərbiyə, təhsildə
sosial-psixoloji xidmət,
riyaziyyat və informatika müəllimliyi,
təsviri incəsənət
müəllimliyi ixtisasları
üzrə mütəxəssislər
hazırlayan institutun
2 fakültəsi və
6 kafedrası var. İnstitutda
ali təhsilin magistratura pilləsinin pedaqogika nəzəriyyəsi
və tarixi, eləcə də, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə kadr hazırlığı
aparılır. 2001-ci ildən institutun nəzdində ictimai əsaslarla “Heydər Əliyev lektoriyası” fəaliyyət göstərir.
Bu ali təhsil
ocağında pedaqoji
kadrların ixtisasının
artırılması və
təkmilləşdirilməsi məqsədilə Əlavə
Təhsil Mərkəzi
fəaliyyət göstərir.
Bildirim ki, Muxtar Respublikada
Naxçıvan Özəl
Universiteti də fəaliyyət göstərir”.
Naxçıvanın mədəniyyət
abidələri
Tarixçi alim Naxçıvan Muxtar Respublikasında olan abidələrə, teatrlara
və muzeylərə
də diqqət çəkdi: “Muxtar Respublikada dünya, ölkə və yerli əhəmiyyətli abidələr var. Muxtar Respublikanın ərazisində
1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə
ölkə, 649-u isə
yerli əhəmiyyətlidir.
Bildiyiniz
kimi tarixi-mədəniyyət
abidələrinə arxeoloji
abidələr, memarlıq
abidələri, monumental sənət
abidələri, tarixi
abidələr, ziyarətgahlar,
təbiət abidələri
daxildir.
Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər, Şərur, Ordubad, Babək və Şahbuz Rayon Xalq teatrları fəaliyyət göstərir.
Azərbaycan Dövlət Tarix Muzeyində Naxçıvana aid bir neçə qadın geyim dəsti mühafizə edilir. Buradakı bəzi qadın geyimlərinin adları eyni olsa da onlar tikişinə və bəzək ünsürlərinə görə bir-birindən fərqlənir. Arxalıq gümüşü rəngdə atlasdan tikilirdi, astarlıdır. Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarda seçilirdi.
Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri toplanıb”.
Deputatın Naxçıvanla
bağlı arzusu
“Mənim bir tarixçi olaraq Naxçıvanla bağlı ən böyük düşüncələrimdən biri Qars, İğdır, Naxçıvan, Təbriz və oradan da Fars körfəzinə qədər dərmir yolunun tikilməsi və fəaliyyət göstərməsidir. Əgər bu məsələlər reallaşarsa, Naxçıvan Avropanı Fars körfəzi və Hind okeanı ilə birləşdirəcək, dünyanın mərkəzinə çevriləcək bir ərazi olar və inanıram ki, belə də olacaq”, -deyə professor Musa Qasımlı bildirdi.
Ramid
Bizim
yol.-2014.-17 aprel.-S.13.