«İçərişəhər özünün intibah dövrünü yaşayır»

 

Şirvanşahlar sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü təntənə ilə qeyd olundu

 

Təranə Balayeva: «Elmi personalımız Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatnın aşkarlanması üzərində çalışır»Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi muzeylərdə “açıq qapı” günü elan etdi. Həmin gün İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Sahovun ev muzeyində giriş ödənişsiz idi. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi Azərbaycanın tarixi irsi ilə yaxından tanış olmağa dəvət etdi.

Əlamətdar gün münasibəti ilə “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruğu Muzeyində “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai birliyi ilə birgə “Abidələrimizi sevək və qoruyaqmözusunda tədbir keçirildi.

Tədbirin keçirilməsində əsas məqsəd Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd edilməsinin tarixi haqda məlumat vermək, ictimaiyyəti, o cümlədən gənc nəsli maarrifləndirmək, tarixi abidələrimizi qorumağın və sevməyin önəmini təbliğ etməkdən ibarətdir.

Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin direktor müavini Təranə Balayeva tədbirə qatılan yerli sakinləri, məktəbliləri və turistləri salamladı: “Şirvanşahlar Saray Kompleksinə xoş gəlmişsiniz! Bu sözlərin uzun illərdən bəri günümüzə gəlib çatan ənənəsi vardır. Xalqımız bu sözlərlə evinə, obasına, yurduna gələn qonaqları salamlayaraq onlara hörmətini bildirir. Elimizin ənənəsinə sadiq qalaraq bizSizi öz evimizdə - İçəri Şəhərdə belə salamlayırıq: Xoş gəlmişsiniz !

İçərişəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir.

Son illər İçərişəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçərişəhər özünün intibah dövrünü yaşayır. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yaxından iştirak edirlər.

Qədim İçərişəhərin yeni veb-saytının (səhifəsinin) müntəzam olaraq mükəmməlləşdirilməsi və daha da zənginləşdirilməsi üçün başladığımız işləri davam etdirəcəyik. Eyni zamanda Sizbu proseslərdən kənarda qalmayaraq qeydlərinizi, təkliflərinizi bizə göndərin.

İçərişəhər mahir memarların, sənətkarların peşəkarlığından söhbət açır, bizi ötən qərinələrə aparır. Dövrümüzə gəlib çatmış bu şəhərin dar, əyri-üyrü küçələrini, meydançalarını göz önünə gətirdikcə ötən yüzilliklərdə hakim olmuş şəhər həyatının zaman keçdikcə necə dəyişdiyini görürük. Onun divarları arasında sanki keçmişə qayıdaraq, o dövrün səsini duyuruq. "Mədəni qatlarda" şəhərsalma ənənələrini izlədikdə burada sənət eşqilə yaşayıb-yaradan insanların ürək çırpıntılarını eşidirik.

Bakının tarixi özəyi olan «İçərişəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii dühaxalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz -  Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.

5 noyabr 2004-cü il tarixində XV əsr mədəni irsimizin tacı olan Şirvanşahlar Sarayının II mərtəbəsinin başa çatmış bərpasının təqdimat mərasimi keçirilib. 21.07.2003-cü il tarixində isə XV əsr mədəni irsimizin şah əsərlərindən biri olan Divanxananın başa çatmış konservasiyasının təqdimatı keçirildi”.

 

Tarixi abidələrin qorunması muzeyin əsas fəaliyyət növüdür

 

Təranə Balayevanın sözlərinə görə, tarixi abidələrin təbliği və qorunması "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin əsas fəaliyyət  növüdür: Qoruq-muzey yarandığı gündən fəaliyyətinin ekskursiya, mühazirə, stasionar və səyyar sərgi, «açıq qapı», musiqi günləri: «şərq gecələri», «muğam axşamları», vətənpərvərlik dərsləri  kimi müxtəlif forma və metodlarından istifadə etməklə bu gün ümumdünya şöhrəti qazanmışdır. Azərbaycanın orta əsr tarixini məktəblilərə əyani surətdə qoruq-muzeydə açıq səma altında keçən elmi personalımız həm də böyük maarifləndirici aparır, viktorina və müsabiqələr, konfrans, treninq və dəyirmi masalar təşkil edir. Elmi personalımız, eləcə də Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatnın aşkarlanması üzərində çalışır, ilk mənbələr, məsələn 2 şahın: Şirvanşah I İbrahiminŞirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin bədii irsi-«Divanı» tədqiq edilir. Qoruq-muzey dünya muzeyləri ilə sıx əməkdaşlıq əlaqələri saxlayır : Rusiya Federasiyasının, MDB dövlətlərinin, Türkiyə, İran, Amerika, İngiltərə, İtaliya, Yaponiya, Norveç muzeyləri ilə təcrübə mübadiləsi aparır.

Bu il, yəni 2014-ci ilin əvvəllərindən başlayaraq Şirvanşahlar Sarayı yeni ekspozisiyası ilə sakinləri və şəhər qonaqlarını qarşılayır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib. Qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq.  İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər dövlətin milli mədəni irsə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir”.

 

Azərbaycanın təbliğı və xeyriyyəçilik mədəniyyəti...

 

Tədbirdə “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyinin himayəsində olan əlil və kimsəsiz uşaqların rəsm əsərlərinin sərgisi təşkil olundu. İctimai Birliyinin mümayəndəsi çıxış edərək, Heydər Əliyev Fondunun Azərbaycanın təbliğı və xeyriyyəçilik mədəniyyəti istiqamətində olan fəaliyyətindın rolundan danışdı: “Heydər Əliyev Fondu Azərbaycanda elm-təhsil, mədəniyyət, səhiyyə, sosial, ekologiya istiqamətlərində tədbirlər keçirir, layihələr reallaşdırır. Azərbaycan mədəniyyətinin, elmininbaşqa sahələrinin təbliği üçün işlər görür. Xeyriyyəçilik mədəniyyətinin nümunəsini biz Heydər Əliyev Fondunun fəaliyyətində göstərmək olar.

Biz, müstəqil fəaliyyət göstərən “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi-qeyri-hökumət qadın təşkilatıyıq. İctimai Birlik 27 may 2010-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından keçib. “Damlaİctimai Birliyi Azərbaycan xalqının əsrlər boyu sahib olduğu zəngin xeyriyyəçilik mədəniyyətinin qorunmasına və təbliğ olunmasına xidmət edir. Bizim missiyamız xeyriyyəçilik mədəniyyətinin bərpa olunması və cəmiyyətimizdə tətbiqidir. Bizim dəyərlərimiz Azərbaycan xalqının tarixən sahib olduğu milli-mənəvi dəyərlərə, xeyriyyəçilik adət-ənənəsinə sadiqlikdir. Eləcə də, missiyamız aztəminatlıların haqq və hüquqlarının qorunmasına xidmət etməkdir. Aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş, fiziki qüsurlu uşaqlara, gənclərə, kimsəsiz qocalara hərtərəfli yardım göstərməyə çalışırıq.

Sərəgiyə təqdim olunmuş 20 əsər arasında rəsm müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırıldı. Xeyriyyə sərgisində əsərləri nümayiş olunan müəlliflər - qeydiyyatımızda olan fiziki qüsurlu insanlarvalideyn himayəsindən məhrum uşaqlar arasında müsabiqə keçirildi. Təranə Balayeva 1, 2 və 3-cü yer tutmuş müəllifləri təqdim edərək onları mükafatlandırdı. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar verildi”.

Tədbirdə  İrs” ansambılının ifasında milli musiqi və rəqslər ifa edildi.“İrsfolklor ansamblı, ayrı-ayrı müğənnilər yaddaqalan çıxışlar nümayiş etdirdilər. Hətta çıxışlar zamanı sərgiyə qatılanlar yallı rəqsini oynadılar. Tədbirin bədii hissəsinin yüksək abu-havası şəhərin turistlərini də cəlb etmişdi.

Sonda tədbir iştirakçıları “Şirvanşahlar Saray Kompleksi”ndə yeni yaradılmış ekspozisiya ilə tanış olmub, eyni zamanda İçərişəhər ərazisində yerləşən digər muzeyləri də ziyarət etmişlər.

 

 

Ramid

 

Bizim yol.-2014.-22 aprel.-S.13.