Açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi

 

5 min illik tarixi olan yaşayış məskəni Azərbaycanın mədəni irsini dünyaya tanıdır

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sülh küçəsi 17. Bu ünvandaQala” Dövlət Tarix-Etnoqrafiya QoruğuArxeoloji-Etnoqrafik Muzey Kompleksi yerləşir. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III miniliyə aid olan qədim insan yaşayış məskənidir.

Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun bələdçisi “Bizim Yol” əməkdaşı ilə söhbətində bildirdi ki, Qala kəndi Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri sayılır: “1988-ci ildən etibarən Qala qəsəbəsinin tarixi məkan sayılan yerində qoruq yaradılıb. Daha dəqiq desək, qoruq Azərbaycan Respublikası Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 sayli qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb”.

 

Eramızdan əvvəl III minillikdən başlayan tarix

 

Bələdçinin sözlərinə görə, Abşeron yarımadasının şimal-şərqində yerləşən bu kənd paytaxtımıza yaxın olduğu qədər, özündə çox uzaq keçmişi yaşadır: “Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr yaşayış evləri movcuddur.  Ən qədim yaşayış formalarından biri Samanlıqlarolub. 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə olunub. Ümumiyyətlə Abşeron ərazisində meşə olmadığından, bu cür yaşayış məskənləri əhəng daşından tikilib.  Qala kəndində 3 hamam mövcud olub:  Şor hamamı”, “Qum hamamıBayraməli  hamamı”.

Şor hamamıQala kəndinin cənub hissəsində duz gölünün yaxınlığında yerləşib. Oraya göldən su çəkilib. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi məqsəd daşıyıb. Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunarmış. Hamam dağılmış, lakin özülü bu günədək qalmaqdadır.

Digər hamamlardan biri “Qum hamamı”dır. Bildirim ki, bu hamam o biri hamamlardan daha qədimdir. Təsadüfən bərpaçılar tərəfindən tapılıb. Tamamilə zibil torpaq altında uzun muddət qalan hamamda təmizlənmə aparıldıqdan sonra məlum olub ki, hamam XII-XIV əsr memarlıq quruluşuna malikdir. Hamam torpağın altında yerleşdiyinə görə, “Qum hamamıadlandırılıb.

Qeyd edək ki, orta əsrlər dövründə Qala kəndində məhəllələr mövcud olub. Bu məhəllələrdən Balaverdi, Hacı Ramazan, Tərəkəmə, Çəmbərəkənd, Tocuqla başqalarını xatırlamaq olar. Tocuqlaadlanan yerdə mərasimlər, bayramlar keçirilirdi. Hər məhəllədə isə ictimai mərkəz kimi  məscidin qarşısında kiçik meydança olub.

Çəmbərəkənd məhəlləsində 2 məhəllə məscidi, qalan məhəllələrdə isə hərəsində 1 məscid mövcud olub. Hazırda Qala kəndində ümumilikdə 5 məscid mövcuddur. Onlar müxtəlif vaxtlarda tikiliblər. Məscidlərdən biri Tərəkəmə məhəllə məscididir.

Məhəllə məscidlərindən biri Balaverdi məhəlləsində yerləşir. Onun tikilişi XIX əsrə aid edilir. Məscidlərdən biri Çəmbərəkənd yaşayış sahəsində yerləşib. Qalada olan məscidlərdən biri Cümə məscididir. Orta əsrlərə aid tarixi abidələrimizdən biri Sərdabədir. Buradan insanların dini təsəvvürlərinə, vəfat edənin vəsiyyətinə görə istifadə edilirdi. Sərdabənin istifadə məqsədi mərhumun cəsədinin müvəqqəti saxlanılması üçün olub”.

Onu da öyrəndik ki, Qala kəndində orta əsrlərə aid edilən 2 məqbərə var. Bunlardan birinin tarixi XVII əsrə aid edilir. Məqbərənin üst hissəsi gümbəz şəklindədir. Giriş hissəsi tikilişində oxvarı şəkilli olub, tədricən sökülmə nəticəsində düzbucaqlı şəklində düzəldilib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qala festivalı

 

QalaTarix-Etnoqrafiya Qoruğundan bildirildi ki, Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Azərbaycanın mədəni irsini geniş təbliğ etməyə, Qalanı ölkənin turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir: “Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu tərəfindən maddi mədəniyyət abidələrimizin qorunması istiqamətində ciddi addımlar atılır. Respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq təbliğ etmək məqsədini daşıyan Qala festival keçirildi. Beş min il tarixi olan qəsəbədə eramızdan əvəl III minillikdən başlayaraq XX əsrə qədər tarix barəsində ziyarətçilərə məlumat verildi.

Bildirək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə qoruğun ərazisində yaradılan, səma altında ilk Arxeoloji-Etnoqrafik Muzey Kompleksində yerli tarixi mədəni abidələrlə yanaşı, Abşeron yarımadasında aşkar edilmiş digər arxeoloji tapıntılar yer alıb. Görülmüş işlər nəticəsində Muzey Kompleksində Azərbaycan xalqının mədəniyyətinin məişətinin əsrlər boyu necə inkişaf etdiyini bir məkanda canlı izləmək imkanı yaranıb. Buranı ziyarət edənlər 1.2 hektar ərazisi olan muzey kompleksində qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət bəzək əşyaları, silah sikkələrlə tanış olur, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə edirlər”.

İnteraktiv turlar təşkil edirik

Qoruqda mövcud olan daş üzərindəki rəsm əsərləri Qobustandakı abidələri xatırladır. Eləcə , sonuncu dəfə Nadir şahın istehkamına çevrilmiş Qala qəsri heyranlıq yaradır. Qoruq bələdçisi deyir ki, SSRİ dövründə qəsrin daşları məktəb hərbi bazaların tikintisi üçün sökülüb.

Bizimlə söhbət edən bələdçi bildirdi ki, qalanın öyrənilməsi təbliğ olunması üçün daim işlər gedir: “Paytaxt sakinlərinin   turistlərin buraya cəlb olunması üçün çalışırıq. İllərdir ki, təhsil müəssisələrində təbliğat işləri aparılır. Açıq səma altındakı muzeyimiz məktəblilərin, uşaqların daha çox marağına səbəb olur. Orada ziyarətçilər tarixi məkanlarla, eksponatlarla birbaşa təmasda olmaq imkanı qazanırlar. İnteraktiv turlar təşkil edirik”.

Öyrəndik ki, muzeyin rejimi bayram    istirahət günləri daxil olmaqla işləyir: “Muzey həftənin bütün günü saat 9:00-dan 18:00-dək işləyir. Ekskursiya xidmətləri saat 10:00-dan 17 :00-dək davam edir. Turist marşrutları "Qala" Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Qala Qəsri, Qoruq Ərazisindəki abidələr Qala Əntiq Əşyalar muzeyini nəzərdə tutur.

Onu da bildirdilər ki, Abşeron yarımadasının şərq hissəsində aşkar olunmuş abidələrin geniş öyrənilməsinə XX əsrin 60-cı illərindən başlanılıb. Aparılmış elmi tədqiqatlar nəticəsində aşkar edilmiş çoxsaylı petroqliflər orta tunc dəmir dövrlərini əhatə edir. Abşeron yarımadasında tapılmış, eramızdan əvvəl III-II minilliklərdən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, müqəddəs nigah s. səhnələr təsvir olunmuşdur. Ayrı-ayrı təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O daha əhatəli-ayaq üstə, əlləri göyə qalxmış vəziyyətdə göstərilmişdir.

Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini dublalı evlər təşkil edir. Dublalı evlər birmərtəbəli olmaqla, yastı dam örtüyü üzərində dubların təndir ocaq gümbəzlərinin olması ilə seçilir. Binanın fasadına dekorativ zənginlik gətirən daş navalçalar maili dam örtüyündə yağıntı sularının yığımını tənzimləyir. Plan quruluşuna görə dublalı evlər iki otaqdan ibarət olub. Otağın biri qonaq, digəri isə mətbəx hissə adlanırdı.

Qoruğun bələdçisi bildirdi ki, Qala Dövlət tarix-etnoqrafiya qoruğunun Azərbaycan xalqının tarixi, milli mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür. Yəni qala qəsəbəsinin tarixi hissəsindəQalaDövlət tarix-etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix mədəniyyət abidələri dövlət tərəfindən qorunur.

 

 

Prezident sərəncamı

Azərbaycan Respublikası Prezidentinin  22 dekabr 2011-ci il tarixli "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun idarə edilməsi haqqında Sərəncamı ilə bu qoruq 2012-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib. Nazirlər kabinetinin 2 oktyabr 2013-cü il tarixli qərarı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə təsdiq edilib. Əsasnaməyə əsasən, qoruğun tarix-memarlıq görkəmini, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədi ilə qoruğun mühafizə (bufer) zonası yaradılmalıdır. Qoruğun sərhədləri Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə bu Əsasnamə ilə tənzimlənən xüsusi rejimli sahə hesab olunur. Qoruq ərazisində həyata keçirilən işlər Qala qəsəbəsinin baş planına, Qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır. Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayişinkişaf etdirilməsi məqsədləri üçün istifadə ediləcək. Qoruq ərazisində abidələrin siyahıya və dövlət qeydiyyatına alınması, onların pasportlaşdırılması İdarə tərəfindən həyata keçirilir.

 

 

Ramid

 

Bizim yol.-2014.-23 aprel.-S.13.