Vaqif Səmədoğlu bir ilkə imza
atdı
Azərbaycanın xalq şairi İsrail Yazıçılar
İttifaqları Federasiyasına üzv
qəbul edilib
Azərbaycanın xalq şairi, hazırda İsraildə müalicə olunan Vaqif Səmədoğlu İsrail Yazıçılar
İttifaqları Federasiyasının
qərarı ilə bu qurumun sıralarına
qəbul edilibMilli.Az-ın
modern.az-a istinadən verilən
məlumatına görə,
İsrail Yazıçılar
İttifaqları Federasiyasının
üzvü, professor Mixail
Aqarunov və beynəlxalq münasibətlər
sahəsində ekspert,
Hayfa Universitetinin doktorantı Arye Qut Azərbaycanın xalq şairi Vaqif Səmədoğluya baş çəkib, İsrail Yazıçılar
İttifaqları Federasiyasının
üzvlük biletini ona təntənəli şəraitdə təqdim
ediblər.
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu İsrail Yazıçılar
İttifaqları Federasiyasının
tamhüquqlu üzvü
kimi çıxış
edərək, ona göstərilmiş bu şərəfə görə
israilli həmkarlarına
təşəkkürünü bildirib. O deyib: “Bu gün
mənim həyatımda
çox əlamətdar
və mühüm bir hadisə baş verib. Azərbaycan rəhbərliyinin səyi,
ilk növbədə Azərbaycan
Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə
olunur və bu xəstəliklə mübarizəni davam etdirirəm. Bu müddətdə İsrail
mənim üçün
ikinci Vətən olub. Burada həm israilli
həmkarlarımla, həm
də Azərbaycan diasporunun nümayəndələri
ilə görüşmüşəm.
Onlar məni və Nüşabə xanımı
bir dəqiqə də diqqətsiz qoymurlar. Azərbaycan və yəhudi
xalqları arasında
əsrlər boyu dostluq və qardaşlıq münasibətləri
olub. Mənim atam, şair
Səməd Vurğun
həmişə məhz
Quba-Qusar zonasından Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Bu gün Azərbaycan
multikulturalizmi fenomeninin
fəxri sayılan Qırmızı Qəsəbəyə
atamla bərabər tez-tez gedirdim. İsrail Yazıçılar İttifaqları
Federasiyasının üzvü
kimi bir fakta görə çox fəxr edirəm ki, Azərbaycan ədəbiyyatının
və poeziyasının
beynəlxalq aləmdə
populyarlaşması sərhədləri
genişlənir. Mənə göstərilən
şərəfə və
Azərbaycan ədəbiyyatının
nailiyyətlərinə verilən
yüksək qiymətə
görə israilli dostlarıma təşəkkür
edirəm”.
Professor Mixail Aqarunov qeyd edib ki,
son ilyarımda bizim hamımız üçün
çox doğma insana çevrilmiş, hərtərəfli istedad
sahibi, Azərbaycanın
xalq şairi Vaqif Səmədoğlunu öz sıralarına qəbul etmək İsrail Yazıçılar
İttifaqları Federasiyası
üçün böyük
şərəfdir. Professor Aqarunov daha sonra
deyib:
“Vaqif Səmədoğlu
adı böyük hərflə yazılmağa
layiq İNSAN, həqiqi
və sədaqətli
dostdur. Onunla hələ məktəbdə
oxuduğumuz vaxtdan, tələbəlik illərindən
dostluq edirik. Bir il bundan əvvəl Yerusəlimdə bakılı
dostum və həmkarım, hazırda
ABŞ-da yaşayan Aleksandr Qriçlə birlikdə Vaqifi necə qarşıladığımızı
xatırlayıram. Bu, çox gözəl gecə idi, Vaqif özünün həyat eşqi ilə dolu lirik
şerlərini oxuyurdu.
O gecənin ədəbi
aurası hələ də xatirimdədir. Zaldakı tamaşaçılar bu səmimi yaradıcılıq
görüşünə görə
Azərbaycanın xalq
şairinə minnətdarlığını
bildirdilər. Məhz o vaxt
mən də, görüşün bütün
iştirakçıları da başa düşdük
ki, Vaqif burada öz dostları arasındadır,
buna görə də onun İsrail
Yazıçılar İttifaqları
Federasiyasına üzvlüyə
qəbul edilməsi təbiidir. Azərbaycan əsrlər boyu
böyük bir ailə kimi yaşayan çoxsaylı
xalqların mədəniyyətlərinin
təcəssümüdür. Bu ailəyə Azərbaycanda
yaşayan yəhudilər
də aiddir. Bu gün ayrı-ayrı
dinlərə etiqad bəsləyən müxtəlif
etnosların birlikdə
dostcasına yaşaması
fenomeni çoxlarını
heyrətləndirir. İstedadlı
şair Vaqif Səmədoğlunun israilli
həmkarlarının yaradıcılıq
ittifaqına qəbul edilməsi həm də Azərbaycanın bu böyük oğlunun Azərbaycan torpağında yaranmış
ənənələrə sədaqətinə görə,
onun vətənində
yaşayan bütün
xalqlara, o cümlədən
həmin xalqların ayrılmaz hissəsi olan Azərbaycan yəhudilərinə böyük
sevgisinə görə
təşəkkür əlamətidir.
Mən bilirəm ki, Vaqif Səmədoğlu İsrail yazıçıları
və şairləri kollektivinin üzvü olandan sonra onun
əsərləri bizim
ölkədə də
çap ediləcək”.
Beynəlxalq münasibətlər sahəsində ekspert,
Haifa Universitetinin doktorantı
Arye Qut Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunu təbrik
edərək vurğulayıb
ki, Azərbaycan xalqının parlaq nümayəndəsi, müdriklik
və ziyalılıq
mücəssəməsi olan
bu gözəl, nurlu insanla tanış
olduğuna görə
ulu tanrıdan çox razıdır. Arye Qut deyib:
“Əgər bu həyatda gözəllik və müdriklik varsa, bu keyfiyyətlər
sizin yaradıcılığınızda
və şəxsiyyətinizdə
əks olunur. Siz Azərbaycan ədəbiyyatı qaynaqlarından
ilham alan,
öz xalqını və Vətənini ürəkdən sevən,
böyük və bənzərsiz şairsiniz.
Siz Azərbaycanın döyünən
qəlbisiniz. Biz sizi çox sevirik. Bu gün sizin təkcə Azərbaycanda yox, İsrail dövlətində
də çoxlu oxucularınız və pərəstişkarlarınız, Facebook şəbəkəsində
tanışlarınız və
əsl dostlarınız
var. Onlar sizi ürəkdən sevir və sizin üçün
dua edirlər. Vaqif müəllim, siz çox müdrik və sadə, zərif və doğma insansınız, sözün
həqiqi mənasında
bizim adamsınız! Güman edirəm ki, bu gün
sizin peşəkarlığınızın
İsraildə etiraf edilməsi sizin yaradıcı fəaliyyətinizə
verilən yüksək
qiyməti əks etdirir və biz İsrail Yazıçılar
İttifaqları Federasiyasına
təşəkkürümüzü bildiririk ki, bu Federasiyaya üzv qəbul edilmiş ilk Azərbaycan şairi Azərbaycan ədəbiyyatının metri,
canlı əfsanəsi
və korifeyi Vaqif Səmədoğlu oldu”.
Bizim Yol.- 2014.- 9 dekabr.- S.15.