“Yazar cəmiyyətdəki hər bir prosesə mövqe sərgiləməlidir”

 

 

Könül Səid: “Bu gün Azərbaycanda “xarici ədəbiyyata baxım, mən də yazım” deyənlər ordusu yaranıb”

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Könül Səiddir.

-Könül xanım, ənənəvi olaraq, söhbətimizə müasir Azərbaycan ədəbiyyatının problemlərinin nədən ibarət olması ilə başlayaq

-Bəri başdan deyim ki, sırf ədəbi yaradıcılıqla yanaşı mənim peşəkar jurnalist kimi də fəaliyyətim olub.  Uğurlu olub-olmadığını ünsiyyətdə olduğum müsahiblərim deyə bilər. Sənin mənə ünvanladığım ilk sualı ədəbi mühitdə olan gənc yazarlardan tutmuş xalq şairi, xalq yazıçısına qədər hər kəsə müsahibə və söhbət zamanı mən də ünvanlamışam. Hər dəfə də fərqli cavablar almışam. Bəzən olub ki, bilməyərək də təhlil edənlər tapılıb, əsassız fikirlər yığını alınıb... Amma sözün əsl mənasında bu  suala biz yazarlar sadəcə səthi cavab verə bilərik, dolğun cavabı ədəbi tənqidçilər geniş analizlə, şərhlə cavablandıra bilərlər. Düşünmə ki, bunu deməklə bir sıra yazarlar kimi mən də məsuliyyəti öz üzərimdən atmağa çalışıram. Xeyir, bu əsla belə deyil! Bizim işimiz yazmaq, tənqidçilərin, eləcə də oxucuların işi onu qiymətləndirməkdir.

Deyim ki, vaxtı ilə mənim özümə bir jurnalist olaraq cavab verən ədəbi kəsimin nümayəndələri ilk növbədə inkişafdan söz açıb, sonra isə təbii ki, gizli qalan problemlərdən... Burda bir məqamla razıyam ki, əgər gündə bir neçə kitab çap olunursa, bu həqiqətən inkişafdır - müsbət, ya mənfi tərəfə - amma hər halda inkişafdır, hərəkət var yəni... Amma belə bir məqam da var ki, “problemsözünü hər hansı bir sözdən sonra, yaxud öndə yazanda insanda bir narahatlıq, bir həyəcan hissi baş qaldırır.  Çünkiproblem” istər-istəməz ağırlıq gətirir. Və həyəcan siqnalı kimi insanı düşünməyə vadar edir. Problem inkişafın sürətinə baxmır.

Əlavə edim ki, bəzən bu - adına “inkişafdediyimiz nəsnə gözə kül üfürmək üçünsüni şəkildə, necə deyərlər, xoş göstərilə bilər. Amma bir gənc yazareyni zamanda filoloq olaraq mənim də ədəbiyyatın problemlərinə öz baxışım, fikrim var, əlbəttə. Bəlkə də biz ilk növbədə xarici ölkələrin təcrübəsindən yararlanmalıyıq. Ən azından istərdim ki, bizim ölkədə də yaradıcılıq problemləri ilə, işin sosial tərəfləri ilə, texniki dəstəklə daha yaxından, dərindən məğul olan şirkətlər olsun. Bəlkə o zaman ədəbiyyat sözündən sonra gələn “problemsözü bizə qarlı dağlar arxasından nəriltisi gələn divə bənzəməz, bəlkə hansısa göyçək bir qıza, ya da elə yaraşıqlı igidə bənzəyər. Bəzən belə xəyallara qapılmaq da lazımdı, ümid də etməliyik, deyilmi?..

-Elədir. Bəs, ədəbiyyatdakı müxtəlif cəryanlardan hansı zamanımızla daha çox səsləşir?

-Çağdaş, eyni zamanda hər dövrün əhvalına daha çox real faktlar üzərində yazılan ədəbi cərəyan uyğundur deyərdim, amma həqiqət, reallıq çağdaş ədəbiyyatda çox azdır, ya da yazanlar azdır. Daha doğrusu, insanonun problemlərinin işıqlanması çox az dərəcədədir, çox... Bu da ki, ancaq bir sıra yazarların yaradıcılığında özünü göstərir. O da ki, müxalifsən deyə, bəzən qəbul edilmir, tənqidlərə tuş gəlir.

-Azərbaycan yazıçısı fikirlərini yazmaqda azaddır?

-Bəzi istisnalar olmaqla düşünürəm ki, azaddır. İstisnalar deyəndə, vulqar, tam açıq-saçıq, çılpaq fikirləri nəzərdə tuturam. Çünki bizdə “xarici ədəbiyyata baxım, mən də yazım” deyənlər “ordusu” yaranıb, elə bil... Xoş açıq-saçıqlıq olar, amma şit, mənasız ifadələrlə bəzənən cümlələr, “romanlar kimə lazımdır? Ya da bəzən olur ki, bir yazıçını tənqid edirlər, inadına deyir, “...mən özümoxucum üçün yazmışam". Nə isə çox dərinə getməyim...

-Deyirlər ki, ədəbiyyat xoşbəxtdirsə, cəmiyyət bədbəxtdir, cəmiyyət bədbəxdirsə, ədəbiyyat xoşbəxtdir...

-Hər iki halda predmet insandır. əgər predmet insandırsa, bu fərqlilik ola bilməz. Yazar cəmiyyətin bədbəxtliyi üzərində xoşbəxt misralar, cümlələr qura bilməz. Yaxud özü bədbəxt, ümidsiz olan yazar işıqlı fikirlərlə cəmiyyətə necə sirayət edəcək?!

-Yazarın kitabının satılmasından gələn vəsait onun çap xərcini ödəyirmi?

-Kitab satışından qazana bilən yazıçıya çox az təsadüf oluna bilər. Əksərən kitab dükanlarında rəflərin bolluğuna baxmayın, yazarlarımızın kitabları əsasən təqdimat törənlərində, elan olunmuş imza günlərində satılır. O da alanlar elə öz yazar dostları, tanış-bilişləri olur. Yeri gəlmişkən, bu mövzu da mənə tanışdır - gündəlik qəzetdə çalışarkən mən bu mövzunu araşdırmışdım, yanılmıramsa, Varisin, Elxan Elatlının Çingiz Abdullayevin kitablarının ən çox satıldığı bəlli olmuşdu.

-Yaxşı, bəs, özünüz kitabxanalara gedirsinizmi?

-Bir ildir ki, getmirəm desəm, məni tənqidə tuş etmə... Amma ayda ən azı iki dəfə kitab dükanına gedib bir neçə kitab alıram. Oxuyandan sonra dostlarıma da oxumaq üçün verirəm. Mən bəlkə , bir ömürlük kitabxanaya getmək limitimi tələbə magistr təhsilini alanda xərcləmişəm. Səhərdən axşama qədər kitabxana qapılarında olurdum. Görəsən, o qapılar indi məni xatırlayırmı?..

-Azərbaycan ədəbiyyat əsərlərinin başqa dillərə tərcümə perspektivi varmı bu hansı keyfiyyətdə, səviyyədə mümkündür?

-Əgər sırf dövlət tərəfindən maliyyə ayrılan  əsərləri diqqətə gətirsək, görərik ki, onlar da klassik yazıçı şairlərin əsərləridir. Çağdaş ədəbiyyatı tərcümə işini hər yazıçı özü etməlidir. Təbii ki, buna imkanı varsa... Çeviri yüksək səviyyədə olmalıdır. Bəzən biz xarici ədəbiyyatın dilimizə çevrilmiş örnəklərini oxuyanda, xeyli yanlışlıqları, xətaları görüb narazı qalırıq... Təbii ki, ucuz qiymətə çeviri işi ilə məşğul olan gənclər çoxdur, onların da əməyi çoxlarına sərf edir. Anlayıram, hər kəs qazanmaq istəyir. Amma ən azından o çevrilmiş mətnlərin üzərində yaxşı bir redaktor çalışmalıdır, hətta bir yox, iki redaktor.

Qaldı ki, sualın ikinci bölümünə, səviyyə yüksək olanda onun xərci yüksək olur, kitab da nəfis tərtibatla oxucuya ünvanlanır, amma yazıq ki, üstü bəzək olanlar az deyil.

-Azərbaycan oxucusu hansı mövzulu əsərlərə maraq göstərir, daha çox kimi oxuyurlar?

-Oxucu marağı da hər zaman qeyri-bərabər paylanır. Bəzən qıraqdan diqqətlə baxsaq, onlar döyüşə çıxan idmançının azarkeşlərinə bənzəyir. Ona görə bu suala cavab vermək bəlkə düz olmazdı. Bir yandan da çox çətindir. Hər yazarın bir nəfər belə olsa, oxucusu var, hər halda...

-İstəyərək yazıçılıq kariyerasına başladınız, yoxsa özünüzü bu dünyanın içində tapdınız?

-Uşaqlıqdan kitablara, özəlliklə şeir kitablarına marağım olub. Təbii ki, əlimə keçən bütün kitabları oxuyurdum. 3-cü sinifi bitirəndə ilk iri həcimli romanı oxudum. O da Şarlotta Brontenin “Jane-air” romanı idi. Kitabı da rus dilində oxudum. Kiçik bir qız üçün ağır çətin dünyanın iztirablarını hiss etmək çox çətin idi. Daha sonra bir sıra qəhrəmanlar ətrafımı sardı artıq anladım ki, mən ümumiləşmiş obrazlar yarada bilirəm. İlk qələm təcrübəm 9-cu sinifdə oxuyanda olub. Dərs zamanı gizlin-gizlin dəftər altına dəftər qoyaraq yazmışam. Sonra da dalğa daha sürətlə gəldi. nəhayət özümü bu ədəbi axında gördüm...

-Könül Səid üçün yazıçı olmaq çətindir, yoxsa vətəndaş olmaq?

-Hər halda yazıçı yazdığı əsərlərdə öz vətəndaş mövqeyini ortaya qoyur. Təbii ki, vətəndaş mövqeyi varsaKi, var! Mən bu mövqeyə sahib olan insanları alqışlayıram. Ərtafımızda gedən proseslərə mütləq hər yazar oz mövqeyini göstərməlidir. Kimisi məddah olur, kimisi vətəndaş-yazar. Bu da ki, hər dövrün tələbidir. Amma qaldı ki, çətinliyə, deyim ki, vəhdət varsa, qorxu çətinlik gözə görünmür.

-Yazılarınızın dərc olunması qədər önəmlidir sizin üçün?

-İndi hər kəs özünü o qədər sürətlə reklam edir ki, qədər yaxşı yazar olsan belə, unudulmamaq qeyri-mümkündür. Təbii ki, sadiq oxucuları çıxmaq şərtilə... Səni sevən, izləyən oxucu daima diqqətində, nəzərində səni saxlayacaq.

-Bəzi yazıçılarYazar kitab imzalamazdeyirlər, bəs Könül Səid deyir?

-Gəlin etiraf edək ki, hər bir yazıçının  xəyalından kitab imzalamaq keçir. Bu faktdır! Ona görə də xalq yazıçısı və şairindən tutmuş gənc yazara kimi hər kəs yeni kitabına təqdimat, imza günü keçirir. Həmin gün yenidən dünyaya gəlməyə, ya da yeni bir övlada qol-qanaq verməyə bənzəyir. Mənə gəlincə isə hələ ilk kitabım belə çap olunmayıb, amma yazılarım ölkənin ən tanınan, sayılıb-seçilən qəzet və saytlarında çap olunub. Gənc olmağıma baxmayaraq, yəni dəyər verdiyim aydınların sözünü desək, yaxşı uğurlarım var. Ən azından beş gənc arasında imzam var. Düşünürəm ki, qalaq-qalaq kitab çap edim, amma bir sətirlik qədər də məna, fikir  olmasın. Bu, nəyə yarar?! Gec olsungüc olsun, ya da elə biri olsun bəsdi. Şairi, yazıçını onsuz da bir kitaba, bir əsərə, bəlkə elə bir misraya görə sevirlər. Eyni zamanda qeyd edim ki, bu il kitab imzalamaq arzumu həyata keçirmək fikrindəyəm. Təbii ki, Allahın izni və qərarı olsa

- Nəyi danışmaq istəməzsiniz?

-Hər insan kimi mənim də bəzi sirlərim, “xırda sandığ”ım var. Hansından ki, öz qəlbimin sirlərini hər gün çıxarıb əzizləyib, ütüləyib yenidən yerinə qoyuram. Açarı da  ki, hər zaman gizlindədi. Bəzən özümitirib həftələrlə axtarıram. Əslinə qalsa danışmaq istəmədiyimizi elə danışmasaq yaxşıdı. Çünki mənim kimi əkiz biri tapılmaz ki, onları anlaya bilə. Bəzən də elə bir an gəlir ki, içimizdən o demək istəmədiklərimizi bəzi insanların simalarına bir sillə kimi vurmaq  duyğusu  keçir.

-Ədəbiyyata qalmaqalla gəlmək nə deməkdir?

-Bir az pisqulağa xoş səslənməsə də, deyim, qalmaqal daha çox sözü olmayıb, görünüşü olanlar üçün bir oyundur. Sözü olan öz işini asta görür, ətrafını toplayır, dostları asta-asta qazanır, amma sözü olmayan ya özünü bayıra qoyur, ya da qalmaqala tuş gələn sözlərini. Hər nə qədər qalmaqal pislənsə də, çoxlarının xeyirinə işləyən sürətli saata bənzəyib. Bariz örnəkləri də göz önündədir, ulduz kimi parıldayırlar.  Qalmaqal da ki, hələ bağlı qutuda qalsın. Baxın, qalmaqalla ədəbiyyata gəlməyin “qal” yanı olduğu kimi, “qalma” yanı da varo, birinci gəlir...

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-6 fevral.-S.13.