Lineyn trilogiyasıAzərbaycanda...

 

Britaniyalı mütəxəssislərlə birgə “Teatr əməkdaşlığı”  layihəsinə başlanıb

British Council Azərbaycan nümayəndəliyi Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında qurulmuş “Lineyn trilogiyası” tamaşasının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində premyerasını elan edib.

Bu tamaşalar Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq üçün nəzərdə tutulub. Ötən ilin fevral ayından başlayaraq, British Council Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər silsiləsini təşkil edib.

Dramaturq Martin MakDonaxın qələminə aidLineyn trilogiyası”nın özündə birləşdirdiyi üç pyes - “Lineynin Gözəllik Kraliçası”, “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” adlanır. 1994-ci ildə, “Lineynin Gözəllik Kraliçası” və “Yalqız Qərb” Ən Yaxşı Pyes nominasiyasında “Tony Award” mükafatına layiq görülüb.

Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, üç yerli rejissorumuz - Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları ilə əməkdaşlıq yolu ilə Bakıda Azərbaycan Dövlət Gənc Tamaşaçılar  Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir. Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov bildirib ki, bu trilogiya rəhbərlik etdiyi teatr üçün yeni və həyəcanlandırıcı təşəbbüsdür. Teatr əməkdaşlıq yolu ilə hazırlanan bu cür tamaşaları hər zaman məmnuniyyətlə qəbul edib dəstəkləməyə hazırdır.

Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatının direktoru Elizabet Uaytın sözlərinə görə, bu tamaşaların xüsusiliyi ondadır ki, Bakının teatr peşəkarları və Böyük Britaniya rejissoru, müasir Britaniya pyesini Azərbaycanın kontekstində təqdim etmək üçün aylarla birlikdə əməkdaşlıq ediblər. “Bu işin nəticəsi həm yeniliyi, həm də qeyri-adiliyi ilə seçilir”, deyə Elizabet Uaytın bildirib.

 

“Yalqız Qərb” tamaşasının məşqindən təəssüratlar

 

Biz dramaturq Martin MakDonaxın qələminə aid “Lineyn trilogiyası”nın özündə birləşdiyi üç pyesdən biri olan “Yalqız Qərb” tamaşasının məşq prosesində iştirak edə bildik. Biz teatrda olarkən artıq məşq gedirdi. Aktyorlar səhnədə tamaşanın məşqini canlandırırdılar.

Tamaşanın quruluşçu rejissoru, ingilis dilli Yan Uilem Van Den Box tərcüməçi vasitəsi ilə aktyorlarla ünsiyyətdə olurdu, o, tamaşanın məşqindən razılıq ifadə edirdi. Bununla yanaşı istəklərini bildirirdi, tövsiyyələrini verirdi. Aktyor heyətinə rolu necə canladırmaq üçün istiqamət göstərirdi. Eləcə də, aktyorların və yerli rejissorun təkliflərini dinləyirdi, məsləhətləşmələr aparırdı.

Məşqdə tamaşada istifadə olunacaq avadanlıqlara da şahid olduq. Məşqin gedişatından belə təəssürat yarandı ki, tamaşada sərtlik, yumşaqlıq, sevgi, qəzəb öz əksini tapacaq.

Qeyd edək ki, hazırda “Lineyn trilogiyası”nın özündə birləşdirdiyi üç pyesin əsasında hazırlanan eyni adlı “Lineynin Gözəllik Kraliçası”, “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” tamaşalarının hazırlığı gedir.

 

 

Teatr əməkdaşlığı” layihəsinin uğurlu nəticəsi mart ayında təqdim olunacaq

 

“Yalqız Qərb” tamaşasının məşqi zamanı öyrəndik ki, sözügedən tamaşada Nigar Bahadırqızı, Vüsal Mehrəliyev, Rasim Cəfər, Anar Səfiyev rol alacaqlar. Bildirək ki, bu aktyorların hamısı gəncdirlər.

Aktrisa Nigar Bahadırqızının sözlərinə görə, “Teatr əməkdaşlığı” layihəsinin uğurlu nəticəsi mart ayında təqdim olunacaq: “Deyim ki, “Lineyn trilogiyası”nın premyerası 11 mart saat 12:00, 16:00 və 19:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Qeyd edim ki, öncə 10 mart tarixində tamaşaya baxış olacaq. Ondan sonra tamaşa izləyicilərin ixtiyarında olacaq. Biletləri Bakı şəhərinin kassalarında əldə etmək olar. Bu tamaşalar Gənc Tamaşaçılar Teatrında Azərbaycan dilində ifa olunacaq və Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilərək nümayiş olunacaq”.

 

Layihənin əsas məqsədi...

 

British Council Azərbaycan nümayəndəliyindən bildirildi ki, təşkilat Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr əməkdaşlığı layihəsinin davamını elan etməkdən qürur duyur: “Layihə nəticəsində Azərbaycanın dövlət və özəl teatrları ilə əməkdaşlıq gücləndiriləcək. Layihə Birləşmiş Krallığın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan gənc artistlərin və səhnəarxası görünməyən şəxslərin peşəkar bacarıqlarının və potensialının gücləndirilməsinə yönəlmişdir. Layihənin əsas məqsədi gənc artistlərin və səhnəarxası görünməyən şəxslərin peşəkar bacarıqlarının və potensialının beynəlxalq standartlara yüksəldilməsinə yardım etməkdən ibarətdir”.

Qeyd edək ki, British Council Birləşmiş Kraqllıqda və digər ölkələrdə yaşayan insanlar üçün beynəlxalq imkanlar təmin edironlar arasında inam yaradır: “Biz buna mədəni əlaqələr deyirik”.

British Council Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin ayrılmaz və mühüm hissəsi hesab olunur. British Council 1993-cü ildə Azerbaycanda ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilib.

Biz Azərbaycanın hər yerindən olan insanlar üçün imkanlar yaratmaq məqsədilə Azərbaycanın hökumət, akademik və qeyri-hökumət təşkilatları, habelə Birləşmiş Krallıq və Avropadakı tərəf müqabillərimizlə əməkdaşlıq edirik. British Council Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq biznes ictimaiyyəti ilə əməkdaşlıq səviyyəsində fəaliyyətini genişləndirir. Azərbaycanda fəaliyyətimizin əsas hədəfi ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan imtahanların təmin olunması, incəsənət sahəsində Birləşmiş Krallıq və Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsi və ali təhsil müəssisələri və vətəndaş cəmiyyətinin potensialının artırılmasından ibarətdir”, -deyə nümayəndəlikdən bildirildi.

 

Azərbaycan teatrının inkişafı ilə bağlı 10 illik proqram

 

Xatırladaq ki, Prezidentin 2009-cu il 18 may tarixli Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.

Dövlət Proqramında bildirilir ki,  XIX əsrin 70-ci illərində təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqündünyagörüşünün formalaşması, realist ənənələrin davaminkişaf etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi yolunda mütərəqqi ideyalar tribunasına çevrilib.

Hazırda respublikada fəaliyyət göstərən 26 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlət sifarişi yolu ilə hər il teatrlarda 50-dən çox yeni tamaşa hazırlanır ki, bu tamaşaların da əsasını klassikmüasir Azərbaycan, eləcə də dünya dramaturqlarının əsərləri təşkil edir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

Qeyd edilənlərlə yanaşı, teatr sənətinin inkişafı ilə bağlı bir sıra problemlər də mövcuddur. Ölkəmizə Ermənistanın hərbi təcavüzü nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları qaçqın və məcburi köçkünlük şəraitində fəaliyyət göstərirlər.

“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli Sərəncamına əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının hazırlanması nəzərdə tutulub”, -deyə sözügedən Dövlət Proqramında bildirilir.

Gözlənilir ki, Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcək.

        

 

 

Ramid İBRAHİMOV

Bizim yol.-2014.-7 fevral.-S.13.