“Fransada təhsil alan
şagirdlərim var”
Emin Qəhrəmanov: “Mənim çəkdiyim
əsərləri hər kəs anlamır, çünki məndə
avanqard tərzdir, realizmdən qaçıram”
Müsahibimiz Azərbaycan Rəssamlar İttifaqı Xalq sənəti bölməsinin katibi və “Art Studio”nun rəhbəri, gənc rəssam Emin Qəhrəmanovdur. Öncə Azərbaycan Rəssamlar İttifaqı barəsində məlumat verək. İttifaqın saytında bildirilir ki, qurum Azərbaycanın ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır: “Azərbaycan Rəssamlar İttifaqı öz fəaliyyətində özünüidarəetmə və demokratiya prinsiplərinə, Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir. Azərbaycan Rəssamlar İttifaqı respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, ciddi iş aparır, uşaqların və gənclərin estetik tərbiyəsində əlindən gələni əsirgəmir, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir”.
1992-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin qəbulu ilə, Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Sovet Sosialist Respublikasının Rəssamlar İttifaqının tam davamçısı olub. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir.
Azərbaycan Rəssamlar İttifaqı nəzdində Gənc Rəssamların və Sənətşünasların Birliyi, Karikaturaçılar Birliyi və Qeyri-peşəkar Rəssamlar Birliyi fəaliyyətdədir. Bu günədək Azərbaycan Rəssamlar İttifaqı üzvlərin ümumi sayı 1651 nəfərdir: rəngkarlar; heykəltəraşlar; qrafikaçılar; plakat rəssamları; monumental- tərtibat və dekorativ - tətbiqi sənət rəssamları; teatr, kino və televiziya rəssamları, incəsənət tənqidçiləri - sənətşünasları. Azərbaycan Rəssamlar İttifaqının strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.
Yaradıcılıq imkanlarını stimullaşdırmaq üçün Azərbaycan Rəssamlar İttifaqı 1992-ci ildə XVI əsrin tanınmış Azərbaycan miniatürçüsü Soltan Məhəmməd adına mükafat təsis etmişdir və həmin ildə Azərbaycan təsviri incəsənətinin tanıdılması, yayılması və təbliğ olunması üçün “İncəsənət” qəzetinin nəşrinə başladı. Azərbaycan Rəssamlar İttifaqı illər kəçəndən, düz on ildən sonra öz daxili inkişafının ən ümdə mərhələlərini keçə-keçə, incəsənətin daha geniş intişar tapdığı uzaq ölkələrin məşhur rəssamları və sənətşünaslarını yaxından əməkdaşlığa cəlb edərək Azərbaycanda həm forması, həm də ideya və məzmunca yeni, yüksək çap mədəniyəti ilə nəşr olunan “İncəsənət” jurnalını oxucuların sərəncamına vermişdir.
Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqıları Beynəlxalq Konfederasiyası ilə keçirilən illik “Art - sərgilərdə” son dərəcə aktiv iştirak edir. Bədii təcrübənin rəngərəngliyi, qızğın sərgi fəaliyyəti, yeni yaradıcılığın mənimsənilməsi, Azərbaycan təsviri sənətində bu gün bütün baş verənlər bunun çox yaxşı təsdiqidir. Azərbaycan Rəssamlar İttifaqının fəaliyyətində bu gün gələcək perspektiv üçün böyük, məsul işlər durur, həyati əhəmiyyətli və yaradıcı sualların aktiv şəkildə cavablandırılması zəruridir”, deyə Azərbaycan Rəssamlar İttifaqının rəsmi saytında bildirilir.
“Emalatxanaya görə ayda 600 manat kirayə haqqı
verirəm”
Müsahibimiz haqqında onu bildirək ki, Emin Qəhrəmanov Tbilisi Rəssamlıq Akademiyasının məzunudur. Müxtəlif incəsənət cərəyanlarında qarışıq çəkməyi sevir. Tez-tez sərgilər təşkil edir, avanqard tərzində master klass keçirib. Rəssam emaltxanasında həm də dərs keçir. Onun şagirdləri var. Biz onunla müsahibəni elə emalatxanada aldıq.
“Mən hazırda işlədiyim emalatxanaya görə ayda 600 manat kirayə haqqı verirəm. Bütün xərclərimi qarşılamaq üçün kiçik emalatxanada rəsm çəkmək istəyən uşaqlara dərs də keçirəm. Burada mənimlə yanaşı başqa rəssamlar da fəaliyyət göstərirlər. Eləcə də, köməkçilərimiz var. Şagirdlərin ödədiyi təhsil haqqı ilə emalatxanada çalışan əməkdaşları məvaciblə təmin edirik. Desəm ki, yox “dərslər qazanc əldə etmək üçün deyil”, bu yalan olardı. Əlbəttə ki, pul lazımdır. Pulsuz işləmək çox çətindir. Həmişə fədakarlıq etmək olmur. Rəssam və pul - bu gün var, sabah yoxdur. Belə də ki, pulun dalınca qaçsaydım, hər halda bu işlə məşğul olmazdım. Ümumiyyətlə, dərs deməkdən xoşum gəlir, çünki mən daha çox insanla ünsiyyətdə oluram. Deyim ki, mən uşaqlarla işləməyi çox xoşlayıram, 5 yaşından başlayaraq şagirdlərim var. Uşaqlarla işləmək həddən artıq maraqlıdır. İşimə sevgim var. Deyim ki, mənim şagirdlərim var, Fransada təhsil alırlar. Uğurlu şagirdlərim çoxdurr. Mən qürur duyuram”, d-eyə rəssam Emin Qəhrəmanov bildirdi.
Həmsöhbətimiz bildirir ki, o, gəlmiş-keçmiş rəssamlardan fərqlənmək istəyir: “Elə Azərbaycan rəssamı var ki, bir tərzdə işləyir. Məsələn, nar, neft quyurları və s. Mən isə çalışıram ki, mövzu fərqli olsun. Mən də istəyərəm mənzərə çəkim, amma... Bunu bütün rəssamlar çəkir də. Mən istəyirəm dərin, fəlsəfi mövzular olsun, mənim bu mövzulardan xoşum gəlir”.
“Uşaqlar anadan
olacaq, ya olmayacaq bilinmir...”
Emin Qəhrəmanovun
sözlərinə görə,
rəssam olaraq xeyriyyə
aksiyalarında iştirak
edir: “Yəni hər hansı əsərimlə aksiyaya dəstək verirəm. Yaxın keçmişdə bir xeyriyyə aksiyası keçirilirdi. Aksiya xəstə
uşaqla bağlı
idi. Aksiyadan sonra düşündüm ki, xəstə uşaqlarla bağlı bir əsər yaradım. Mövzu “Dünyaya yarımçıq
gələn, ya da doğulan uşaq”la bağlı oldu. Uşaqları itiririk, qadınlar
da əziyyət çəkir və s. Fikirləşdim ki, bu əsəri necə təsvir edim, yaradım. Səhra çəkdim, səhrada küplər və qadın var. Qadın küpləri qucaqlayır.
Küplərin içində uşaqlar
var. Uşaqlar anadan olacaq, ya olmayacaq
bilinmir. Mənim həyat
yoldaşım hamilə
olanda mən qadının necə əzab çəkdiyini görmüşəm. Qadın ölümlə
üz-üzə qalır,
həyatı təhlükədə
olur. Doğrudur, insanın həyatı
həmişə təhlükədədir.
Rəsmdə görünən arxada küplərə baxın. Küplər sınıb. Sınan küplər dünyaya yarımçıq gələn
uşaqları ifadə
edir, anladır”.
“Rəssamın öz
sifəti olmalıdır”
Müsahibimizin dediyinə görə,
onun çəkdiyi əsərləri hər kəs anlamır, çünki əsərləri
realığı açıq-aşkar
göstərmir: “Bu əsəri
hər kəs anlamaz. Çünki məndə avanqard
tərzdir, realizmdən
qaçıram. Realizmdən çox
çəkmişəm. Çalışıram ki, öz tərzim olsun. Xətləri sındırıram, rənglərlə, qabarıq
faktura ilə işləyirəm. Rənglərin kontrastı ilə işləyirəm. Hesab edirəm
ki, hər rəssamın öz sifəti olmalıdır.
Olur ki, gecələr işləyirəm,
səhərlər yatıram. Yəni özümü
əsəri yaratmağa,
doğmağa hazır
hesab edəndə mütləq işləyirəm.
Vaxtımın daha çox
hissəsini yaradıcılığa
həsr edirəm.
Rəsm əsərini çəkmək
üçün dəqiq
vaxt yoxdur. Məsələn, mən Sabina adlı bir şəxsin potretini çəkmişəm.
Bir saat yarıma əsər hazır olub. Elə portret olur ki, bir ayla
işləyirsən, alınmır.
Üstünü rəngləyib atırsan
gedir. Əsərin uğurlu olması
üçün ab-hava
yaxşı olmalıdır,
özünü yaxşı
hiss etməlisən. Yaradıcı insanlar üçün vaxt söhbəti doğru olmazdı. Odur ki, yaradıcı insanlarla danışarkən
ehtiyyatlı olmaq gərəkdir. Çünki tez təsir göstərir. Mənə bir
neçə nəfərin
sözü təsir edir. Onlardan biri anamdır.
Anam mənə bir söz deyərsə, dörd gün sönürəm (gülür-R.İ.).
Elə adamlar var ki,
onun başı rəssamlıqdan çıxır. Onların iradını qəbul
edirəm. Amma olur ki, incəsənətdən
anlayışı olmayan
adam sizə
irad bildirir. Mən əlbəttə ki, o iradı dinləyirəm, amma qəbul etmirəm. Bildiyimi edirəm. Məsələn, mən də narla bağlı rəsm əsəri yaradıram. Burada soyu
və isti boyalardan istifadə edəcəm. Eyni əsəri
hamı çəkə
bilər, ancaq onu bir-birindən fərqləndirməyi bacarmalısan”.
“Rəssamlıqda plagiat
arzuolunmazdır”
Emin Quliyev əməkdaşımızın “rəssam sənətində
olmağınızı təsadüfdür?”
sulına cavab olaraq bildirdi ki, bu sənətə
marağı uşaqlıqdan
yaranıb: “Ailəmizdə
yaradıcı insan
var. Anam dramatruqdur. Anam incəsənəti sevən
adamdır. Lənkəran Teatrında rejissor işləyib. Anam Səfaət Qafarovadır.
Anamın Qarabağla bağlı
əsəri var. Mənim
anamın yazdığı
əsərlərdən biri
mənim sevdiyim “Qara Fatma” əsəridir.
Anam uşaqlıqdan məndə
incəsənətə maraq
yaratdı. Amma anam
işini yaxşı bilməyən adamı da sevmir. Deyirdi ki, qeyri-peşəkar rəssam olmaqdansa, bazarda soğan satmaq yaxşıdır.
Sonradan anladım ki, anam düz deyir,
bir işi yarımçıq görməkdənsə,
görməmək ondan
yaxşıdır”.
Emin Qəhrəmanov deyir ki, rəssamlar bir-birinə təsir edirlər: “Rəssamların bir-birinə baxıb öyrənməsi təbiiddir. Plagiat arzuolunmazdır. Əlbəttə uşaqlıq yaşlarında plagiat olar, yəni öyrənmək üçün etmək olar. Ancaq sənətkar olmaq istəyirsənsə, gərək öz işin olsun, fərqli işin olsun. Və bizdə elə rəssam var ki, bir tərzdə işləyir, nəticədə də mövzuları bir-birinə oxşayır.
Xalq sənəti ilə bağlı
sərgi təşkil oluncaq
Müsahibimiz deyir ki, yaxın keçmişdə Azərbaycan Rəssamlar İttifaqı Xalq sənəti bölməsinin katibi olub: “Burada işlərimiz olacaq. Planımız var. Belə ki, yaxın gələcəkdə Rəssamlar İttifaqında sərgi təşkil edəcəyik. Ağaəli müəllimin sərgisi olacaq. Xalq sənətinin nümunələri sərgidə öz əksini tapacaq. İstəyirəm ki, sərgilər fərqlənsin. Standart sərgi olmasın. Sərgi xatirinə sərgi olmasın. Sərgilərin fərqlənməsi arzuolunandır. Deyim ki, mənim əsərlərimdə modern, avanqard tərzi var. Karikatura, realizm də və əsərimdə. Mən hər tərzdə çəkirəm. Özümü bir çərçivəyə salmaq istəmirəm, hər tərzdə işləməyin tərəfdarıyam. Bildirim ki, rəssamlıqda uğur qazanmaq üçün əlaqələrin də olmalıdır. Ölkə səviyyəsində və beynəlxalq səviyyədə sərgi keçirmək üçün gərəkdir ki, əlaqələrin olsun”.
Ramid İBRAHİMOV
Bizim yol.-2014.-12 fevral.-S.13.