“Ədəbiyyat susursa, cəmiyyət bədbəxtdir”

 

Ziya Səfərbəyov: “Acınacaqlıdır ki, müasir Azərbaycan ədəbiyyatını oxumayanlar, onu oxumamağı da təbliğ edirlər”

 

Müsahibimiz gənc oxucular arasında kifayət qədər populyar olan yazar Ziya Səfərbəyovdur. İki kitabın müəllifi olan yazarın ötən ilin sonunda "Mənim lənətlənmiş dünyam" kitabının təqdimatı olub. Hətta “Əli və Ninokitab evində sözügedən kitabla bağlı yazarın imza günükeçirilib.

Bildirək ki, "Mənim lənətlənmiş dünyam" kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir.Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi "brunfelsiya" adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.

Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir.Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur.

Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək? Bu suallara cavab axtarışında olanlar kitabı oxumalı olacaqlar.

Yazıçı Ziya Səfərbəyov "Mənim lənətlənmiş dünyam” kitabını yazmağa necə qərar verməsi barədə danışarkən deyib: “Rubinşteyn belə söyləmişdir: "Mümkün olanlara nail olmaq üçün, mümkün olmayanları etməyi unutmayın”. Məni hər zaman insanların tənha qaldıqları zamanı onların keçirdiyi hisslər və düşüncələri maraqlandırırdı. Onlar nədən çəkinirlər? haqda düşünürlər? Ölümdən qorxurlarmı? Əsasən də, cəmiyyətin "qaçaq” adlandırdığı və ya vidalaşaraq öz sıralarından çıxardığı, artıq ölüm ayağında olan insanların fikirləri məni daha çox maraqlandırırdı.Və yaxud, “insan - vəhşi heyvandır” prinsipi ilə yaşayan və həmin qaçaqlara əziyyət verən bu cəmiyyətin fikirlərini öyrənmək istəyirdim. Bu insanların bir çoxu depressiv cəfəngiyyat, özünü alçaltmaözünü məhv etmə sindromundan əziyyət çəkirlər. Buna görə də, cəmiyyətin kənarlaşdırdığı bu insanlar haqqında kitab yazmaq qərarına gəldim. Bu vəziyyətdə onların mübarizəsini nümayiş etdirməklə, cəmiyyətin onlara qarşı münasibətini dəyişmək, onların baş verə biləcək bir çox fəlakətlərin katalizatoru ola biləcəklərini göstərməyə çalışdım…

Bu kitabın başlıca məqsədi, cəmiyyətin imtina etdiyi insanların hüquqlarını qorumaqdır. Onlara, yemək, içmək, televizoryataqdan başqa da həyatın olduğunu aşılamaqdır. Bir anlıq olsa belə, onların yuxulu dərrakələrini oyatmaq istəyirdim. Çünki hal-hazırda bir çoxları dünyəvi problemlərə bulaşıblar və bu da dərdimizin hələ yarısıdır. Problemin başlıca mənbəyi isə cəmiyyətin öz uydurduğu prinsipləri, qanunları ilə başqalarını ədalətsizcəsinə mühakimə etməsidir, bu da bir çoxlarının sui-qəsdinə belə səbəb olur. Bir qədər ehtiyatlı, mehriban olmaq, bəlkə də mənim başlıca bildirişimdir...

Əlbəttə ki, bu kitab gənclər üçün yazılıb. Kitab hər kəsin onu anlaya bilməsi üçün elmi dildə yazılmamışdır. Amma məni təəccübləndirərək, bu kitab eyni zamanda yaşlı nəslin maraq hədəfinə çevrildi. Düşünürəm ki, hələ də oxucularımın tam portretini özüm üçün müəyyən etməmişəm”.

Sevgi yaş bilmir, sevgi qocalmır, sevgi müvəqqəti dayanacaq deyil, əbədi sığınacaqdır...” deyən Ziya Səfərbəyov “Onu Sevməyə Məhkumam” kitabının da müəllifidir. Yazıçının yaradıcığı Azərbaycan və rus dillərində öz əksini tapıb. Yazarla müsahibəmizə çağdaş Azərbaycan ədəbiyyatının problemləri ilə başladıq. Müsahibəni təqdim edirik:

-Ziya bəy, müasir Azərbaycan ədəbiyyatında olan vəziyyəti necə dəyərləndirirsiniz?

-Ədəbiyyatın problemləri haqqında bəhs etmək üçün, ilk növbədə müasir ədəbiyyatın bütün aspektləri ilə tanış olmaq gərəkdir. Düşünürəm ki, ədəbiyyatımızın başlıca problemlərindən biri, təhsil ocaqlarının tədris strukturunda müasir ədəbiyyata çox az yerin ayrılmasıdır. Çünki, gənclərimiz klassiklər ilə yanaşı müasir dünyamilli ədəbiyyat ilə də tanış olmalıdırlar.

Eyni zamanda daha bir problemi qabartmaq istəyirəm. Bu, yazıçıların, yetərli qədər vəsaitlərinin olmaması öz hesabına fəaliyyət göstərməsidir. Maddi kasadlıq bir çoxlarının fəaliyyətinə mane olur ruh düşkünlüyü yaradır. Avropa ya Amerikadakı, hətta Rusiyadakı nəşr evlərinə nəzər salsaq, onların yeni istedadları özlərinin axtardığının, gənclərə yazdıqları mətnlərini göndərmələrini xahiş etdiklərinin əmək haqqı təklif etdiklərinin şahidi olacaqsınız. Gənc yazıçılarımızın ehtiyac duyduğu seleksionerlərimiz yoxdur. Reallıq budur ki, bir çox istedadlı yazıçılar heç tanınmırlar.Mən müasir azərbaycan ədəbiyyatını oxumuram, Edqar Ponun yaradıcılığını oxuyuram”,-demək indi dəb halına minib. Ən acınacaqlısı da odur ki, müasir azərbaycan ədəbiyyatını oxumayanlar, onu oxumamağı təbliğ edir.

-Ədəbiyyatın durumu cəmiyyətin vəziyyəti ilə əlaqəlidirmi? Onların bir-birinə təsir etmək imkanı hansı səviyyədədir?

-Qısaca olaraq deyə bilərəm ki, ədəbiyyat susursa, cəmiyyət bədbəxtdir. Bədbəxt cəmiyyət onun problemlərini işıqlandırmalı olan ədəbiyyata ehtiyac duyursa, ədəbiyyat xoşbəxtdir...

-Ziya bəy, sizin "Mənim lənətlənmiş dünyam" Onu Sevməyə Məhkumamkitablarınız nəşr olunub. Azərbyacan yazıçısı kitab satışından gələn gəlir ilə yaşaya bilərmi? Kitablarının satılmasından gələn vəsait onun çap xərcini ödəyirmi?

-Ödəyir. Hal-hazırda işləmirəm vaxtımı bütünlüklə kitablarla bağlı fəaliyyətimə sərf edirəm.

-Bəlkə , hər bir yazarın arzusudur ki, onun əsərləri ölkə xaricində oxunsun. Onun ingilis, fransız, rus dilli oxucuları olsun. Azərbaycan ədəbiyyat nümunələrinin başqa dillərdə tərcümə perspektivi varmı bu hansı keyfiyyətdə, səviyyədə mümkündür?

-Əgər pulun varsa, hər şey mümkündür. Sən hətta öz əsərini Haitidə, onların yerli dilində nəşr edə bilərsən.Yenə , əgər mövzu məhz azərbaycan ədəbiyyatıdırsa, bu əsərləri dünyanın nəşr evlərinə təqdim edə biləcək insanlar lazımdır. Amerikanın Reclife nəşr evi özü onlarla birliyini təklif etmişdi. Georq Lixtenberq belə demişdir: “Şekspir sayağı etmək gərək idisə, artıq Şekspir edib”. Sənin əsərlərin tərcümə olunsun deyə Şekspir olmağa gərək yoxdur. Hesab edirəm ki, kitab oxucu ilə söhbətdir, əgər bu söhbət oxucunun xoşuna gəlirsə, o başqalarına da səninlə söhbət etməyi tövsiyyə edəcək. Məhz bu anda uğura təsadüf etmək mümkündür.

-Oxucularla ünsiyyətdə olan yazarsınız, sizcə Azərbaycan oxucusu hansı mövzulu əsərlərə maraq göstərir, daha çox kimi oxuyurlar?

-Son zamanlarda kitab oxuyanların faiz miqdarı daha da artıb, bu sevindirici bir haldır. Əlbəttə ki, elektron kitablar da oxunduğu üçün bu statistikanı dəqiqliklə müəyyən etmək mümkün deyil. Nəinki Azərbaycan oxucusu, bütün dünya oxucuları sırasında gənclər daha çox romantik, fəlsəfi əsərlərə, həmçinin detektiv fantaziyaya üstünlük verirlər. Amma unutmamalıyıq ki, F.Dostoyevski, O.Uayld, V. Şekspir, N. Gəncəvi kimi adını tarixə yazmış dahilər hər zaman tendemdə olaraq qalırlar.

-Ziya Səfərbəyovun yazıçı olması təsadüfdür, yoxsa zərurət?

-Mən mənəvi hüzur tapmaq üçün yazmağa başladım. O zaman mən bu sənətə karyera kimi yanaşmırdım. Həm , bu karyera qurmaq üçün ofis işi deyil. Quru çörək, su ilə dolanıb, gecələr yaza bilərsən. Bu da sənə öz karyerasından milyonlarla pul qazanmış insandan daha çox xoşbəxt olmağa yardım edə bilər. Mən bu dünyada özümü kəşf etmək üçün yazmaq qərarına qəldim.

-Yazıçı olmaq çətindir, yoxsa vətəndaş?

-Düşünürəm ki, əgər vətənini , məşğul olduğun işi sevirsənsə, heç biri çətin deyil.

-Sizcə, Azərbaycan yazıçısı fikirlərini azad yaza bilirimi?

-Bir tanışım mənəYaxınlıqdakı buPorche”nin şüşələrini sındıra bilərəm,- dedi. Təəccüblə ona baxdığımı gördükdəƏlbəttə sındıraram, amma sonra buna görə cəza çəkməli olacağam”,-deyə söylədi. Demək istəyirəm ki, istənilən hər bir şey haqqında yazmaq mümkündür, əgər bu yazdığınPorche”nin şüşələrini sındırdığın üçün sonradan həbsə düşmək qədər axmaqlıq deyilsə.

-Yazılarınızın dərc olunması qədər əhəmiyyətlidir?

-Düşünürəm ki, bu sual mənə deyil, mənim yazılarımı oxuyan jurnalistlərə, elmi işçilərə, professorlaraoxuculara ünvanlanmalıdır.

-Bəzi yazıçılar “Yazar kitab imzalamaz” deyirlər, bəs Ziya Səfərbəyov nə deyir?

-Əgər sənin imzaladığın kitab, hədiyyə qismində oxucuna təbəssüm bəxş edirsə, "bəzilərinin" nə dediyi önəmli deyil.

-Kitabxanaya gedirsiniz?

-Bizim evdə geniş kitabxana var, bu mənə qala biləcək ən gözəl mirasdır. Səhv etmirəmsə, ümumi sayda yeddi mindən çox kitabımız var. Kitabxanaya getməyə çox nadir halda ehtiyac duyulur.

-Nəyi danışmaq istəməzsiniz?

-Əgər bunu desəm, artıq bu haqda danışmış olacağam.

-Siz jurnalist olsaydınız, Ziya Səfərbəyovu oxucuya necə təqdim edərdiniz?

-Qeyri-adi, fərqli bir şey düşünməzdim. Sadəcə olaraq "Sizlərə Azərbaycanın gənc yazıçısı, Ziya Səfərbəyovla müsahibəni təqdim edirəm", deyə oxucuların nəzərinə çatdırardım.

 

 

Ramid İbrahimov

 

Bizim yol.- 2014.- 16 fevral.- S.12.