«Arzuladığım
rolu hələ teatrda görməmişəm»
Təhminə Məmmədova: «Gürcüstan, Türkiyə,
Rusiya, Ukrayna teatrlarında olmuşam, etiraf edim ki,
paxıllığım tutub»
«Hər ailədə birdən
çox uşağın dünyaya gəlməsinə icazə
verilməməlidir»
Müsahibimiz aktrisa Təhminə
Məmmədovadır. O, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrınında fəliyyət göstərir,
filmlərə və teleseriallara çəkilib.
Müsahibəni təqdim etməmişdən
öncə aktrisanın fəaliyyəti haqqında qısa məlumat
verək. Təhminə
Məmmədova quruluşçu rejissoru Nicat Kazımov olan
"Ana qaz", "Ələddinin sehrli
çırağı", "Şahzadə Xəzərin
nağılı" və Samuel Marşakın
"Pişiyin evi" əsərlərinin tamaşasında
müxtəlif obrazları canlanıdırıb. Aktrisa 26
fevral 2014-cü ildə cffn 10:00-lf Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında nümayiş etdiriləcək
Xanımana Əlibəylinin "Dovşanın ad
günü" əsərinin
tamaşasında da rol alacaq. Bildirək ki,
tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlı,
quruluşçu rəssamı Fuad Əliyev, bəstəkar
Şəfiqə Axundovadır. Rollarda Təhminə Məmmədova
ilə yanaşı Eyvaz İbrahimov, Ceyhun Məmmədov,
Sevinc Mehrəliyeva
da rol alıblar.
Müsahibimiz 2007-ci il
istehsalı olan “Qızlar” filmində də obraz yaradıb.
Sözügedən filmin məzmunu belədir: filmdə olan
hadisələr XXI əsrin əvvəllərində Bakıda
baş verir. Zamanın gerçəkliyi dörd
xanımın nəzər nöqtəsində canlanır.
Bu qızların hər birinin öz taleyi, öz
dünyası, həyata öz baxışları var. Xarakterləri
fərqli olsa da, onları bir-birinə bağlayan ali bir qüvvə var: dostluq! Bəs
kimdir bu qızlar?!
Arzu (Təhminə Məmmədova)
- Əksər azəri qadınlar kimi arzuları
böyükdür - ərə getmək istəyir. Amma sevgidə
bəxti gətirmir. Çətin vəziyyətlərə
düşdükdə isə, rəfiqələri onu
düşdüyü vəziyyətdən xilas edirlər.
Leyla (Vəfa Zeynalova) - jurnalistdir, əsasən
gender problemlərindən, eyni zamanda cəmiyyətin sosial
yaşantıları haqda yazır. Vətənpərvərdir,
daim ictimai ədalət axtarışındadır.
Turan (Hüsniyyə Mürvətova)
- Uğurlu iş adamıdır. Həyat
yoldaşı 1992-ci ildə Qarabağda şəhid olub ve bu səbəbdən
ömrünün sonunadək sadiq qalacağına söz
verib.
Sevda (Zümrüd Qasımova) -
Qadın idman klubunda çalışır,
sözübütövdür. Kişiləri
yoldan çıxarmaq, onlara dərs vermək hobbisidir. Hələlik cəmiyyət tərəfindən
layiqli qiymət almır.
Serialda təqdim olunan digər
obrazlar, qızların həyatında aparıcı qüvvəyə
çevrilirlər. Leylanın işlədiyi yeni redaksiyada
qeyri-adi xüsusiyyətlərə malik vəkil Mahmudla (Rəşad
Səfərov) tanışlığı, Turanın Türkiyədən
qayıtdığı zaman naməlum kişinin onun fotosunu
çəkməsi hadisələrə düyün vuraraq,
ziddiyyətləri formalaşdırır.
Məhəbbət, sevgi, nifrət, xəyanət,
kriminal aləm, sosial həyat - bütün bu sadalananlar
serialın əbədi mövzuları kimi vahid dramaturji xətdə
cəmlənərək, daim yeni hadisələr yaradır...
Filmin ssenari müəllifi
Kamran Qasımov, quruluşçu rejissoru Namiq Ağayev, Abbas
Paknəhatdır.
Aktrisa Təhminə Məmmədovanın
rol aldığı teleserialları sırasında “Ağabəyovlar”
teleserialı var. 2012-ci ildə ANS televiziyasının efirində
yeni - “Ağabəyovlar” serialının nümayişi
başlanıb. ANS Müstəqil Yayım və Media
şirkətinin “Bakı Film” kinostudiyası tərəfindən
istehsal edilmiş “Ağabəyovlar” bədii serialının
ssenari müəllifləri Vahid Mustafayev və Kamran
Qasımov, quruluşcu rejissoru Vahid Mustafayevdir.
“Ağabəyovlar” serialının
rejissor assistentləri Yeganə Əbdülməmmədova,
Cahangir İmani, baş operator Saman Əhədi, montaj Elşad
Rəhimov, səs rejissoru Məcid Əliislam, baş
prodüseri Mirşahin Ağayev, prodüseri Eyyub Danışvərdir.
Serialın təqdimatında
tədbirin xüsusi qonağı Amerika televiziya
seriallarının ulduzu, məşhur “Santa-Barbara”
serialından tanıdığımız Meyson rolunun
ifaçısı aktyor Leyn Hant Deyvis də iştirak edib. Azərbaycanda
serialın təqdimatı bir ilk olduğu kimi, dünya səviyyəli
aktyorun dəvət olunması da ilk idi.
“Ağabəyovlar”
teleserialı 100 seriyadan ibarət olub. Təhminə Məmmədovanın
bu teleserialdakı rolu mənfi obrazdır, işlərin
yaxşı getdiyi halda gəlib hər bir şeyi bir-birinə
qatır.
- Rol aldığınız hansı
yeni tamaşanın məşqi gedir?
- Azərbaycanda Kamera teatrının
yaradıcısı, teatr rejissoru Cənnət Səlimova
Şekspirin “III Riçird” tamaşasının məşqi
gedir. Riçrd rolunda Şövqi Hüseynov
oynayır. Mən isə kraliça
Marqarita obrazını canlandıracam. Tamaşanın məmunu
belədir: Kral III Ricırd murdar insan kimi təqdim edilir ki, ətrafındakılar
ona nifrət etsin. Tax-tacını saxlmaq
üçün hər bir pisliyi edir. Amma
yalnız 3 krallıq edə bilir. Bu müddətdə
onun öldürmədiyi, nifrətini qazanmadığı adam qalmayıb.
Marqarita isə taxdan
düşmüş kraliçadır. Həyatının
ağır məqamları canlandırılacaq. Bir sözlə dramatik, faciəvi həyatı
canalandırıram.
-Sizə dramatik, yoxsa komedik rollar
yaxındır?
- Romantik obrazlarım çox olubdur. 23 ildir teatrda çalışıram. Bu teatrda (Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrınında-R.İ.)
18 ildir ki, fəaliyyət göstərirəm. 5 il isə Bakı Kamera teatrında obrazları
canlandırmışam. Təhsil
aldığım müddətdə burada işləməyə
başladım. Universiteti bitirdikdən sonra təyinatımı Rus
Dram Teatrına vermişdilər. Amma Vaqif
müəllim məni Dövlət Gənc
Tamaşaçılar teatrına gətirdi. Romantik obrazlar var ki, o mənim yaşımla
uyğunlaşmır. O obrazları gənclərin
oynaması arzuolunandır, uyğundur. Mən istədiyim
rolları hələ oynamamışam. Gərək
adamın olsun. Müəyyən
obrazların arzusu ilə teatra gəldim, amma hələ də
rolları oynamamışam. Ssenarist və rejissor Nicat
Kazımovun “Ələddinin sehrli çırağı”nın qəhrəmanın həyatı
sırf mənim üçün yazılıb və səhnələşdirilib.
Bu tamaşa bizim teatrda 2000-ci ildə “İlin ən
yaxşı tamaşası” adına layiq
görüldü. 2001-ci ildə isə bu
tamaşa ilə mən “İlin ən yaxşı
aktrisası” adı ilə mükafatlandırıldım.
Hələ də o tamaşa repertuarda var. Teatrımızda təmir-bərpa
işi aparıldıqdan sonra tamaşada dəyişiklik oldu,
tamaşanı bir az da
cavanlaşdırdılar. Hər dəfə də
anşlaq olur. Bilet tapılmır.
- Dediniz kimi teatra gələrkən
arzuladığınız rolu hələ
oynamamısınız. Buna səbəb nədir?
- Mən arzuladığım rolu hərə
teatrda görməmişəm. Onu da deyim ki, bu
arzu mənim üçün artıq kiçilib,
çılızlaşıb. Mən planet
haqqında düşünürəm. Mənim
üçün daha öndə olan məsələ planetin
qorunmasıdır. Yəni, planetin
insanlardan mühafizəsi məsələsi mənim arzumdur,
istəkdir. Flora və faunanın,
heyvanların qorunmasını istəyirəm, arzulayıram.
İnsanlar vəhşidir. İnsan
parazitdir. Düşdüyü yerin
imkanlarından istifadə edir və oranı məhv edir.
İnsanın gözü doymur. Gözü tox insanların sayı azdır. Dünyanı xilas etmək üçün
insanların sayı azaldılmalıdır. İnsan sayı çoxaldıqca planetin problemləri
də çoxalır. Hesab edirəm ki, hər
ailədə bir uşaqdan çox uşağın dünyaya
gəlməsinə icazə verilməməlidir. Canlı aləmi mühafizə etmək
lazımdır. Biz buna
çalışmalıyıq. Xeyriyyəçilik
olmalıdır. İnsanlar bir-birinə
kömək, yardım etməklə yanaşı digər
canlılara da ziyan verməməli, onu qorumalıdır.
- Bax, siz bu arzularınızla
bağlı olmuş, yaxud da olacaq xeyriyyə aksiyalarında
öz sənətinizlə dəstək olmaq istərdinizmi?
- Əlbəttə. Şübhəsiz!
Canlı aləmi qorumaq üçün hər
bir imkanımdan istifadə etməyə hazıram və buna
çalışıram da. Mən xeyriyyə
aksiyalarında iştirak etməkdən məmnun olaram.
Hesab edirəm ki,
aktyorların maaşı qaldırılmalıdır. Aktyorların
sayı azdır. Anasından-atasından
küsüb teatra gələnləri saymırıq. Mən ikinci, üçünci işlərlə ailəmi
saxlayıram.
- Dövlət büdcəsindən
teleserialların çəkilməsi üçün maliyyə
vəsaiti ayrılıb. Yeni teleseriallar
bağlı gözləntilər özünü
doğruldubmu?
- “Qanun naminə”
çoxseriyalı televiziya filminin bir serialına
baxmışam. Uğurlu hesab edirəm. Peşəkarlığa, keyfiyyətə şahidi
oldum. Filmdə 20-ci əsrin əvvəllərində
böyük səs-küyə səbəb olmuş cinayət
işlərindən bəhs olunur. Filmin
ssenari müəllifi İsmayıl İmanov, rejissoru Xanlar
Ağayev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı
Rəşad Həşimovdur. Film tam HD
formatında çəkilir və sənədli xronikadan, arxiv
materiallarından, tarixi sənədlərdən istifadə
olunur. Baş rollarda Rasim Balayev,
Əbdülqəni Əliyev və başqaları
oynayırlar. Bax, bu telesriala baxanda adamda
ümid yaranır ki, teleserialların səviyyəsi
qalxıb.
Hazırda mən Azərbaycan ssenari müəllifi,
rejissor, kino redaktoru, Əməkdar İncəsənət
Xadimi Ramiz Fətəliyevin çəkdiyi teleserialda rol
alıram. Çəkilişlər gedir. Bu ilin sentyabr ayında tamaşaçıların
ixtiyarına veriləcək. Serial kimi yox,
film kimi çəkilir. İki serialı
bir filmdir. Serial çəkmək peşəkarlıq
tələb edir. Bizdə bir müddət
film sahəsində durğunluq oldu. Filmlər,
teleseriallar çəkilmədi. Arada-sırada
bir-iki filmr çəkildi. Ancaq bu hər
şey demək deyildi. Yəni indiki şərait
və imkanlar o zaman olmadı. Nəticədə
peşəkarlardan öyrənmək üçün
mühit olmadı. İndi peşəkar
film çəkənlər azdır.
Ümid edirəm ki, getdikcə
uğurlu teleseriallar olacaq. Həm texniki, həm də
yaradıcılıq baxından keyfiyyətli filmlər,
seriallar olacaq. Azərbaycanda serial çəkilişlərinə
hələ yeni öyrənilir, mənimsənilir. Bunu nəzərə alaraq vəziyyətə
azacıq alicənablıqla yanaşmalıyıq. Hesab edirəm ki, ssenaristlər fikirlərini yazmaqda
azaddırlar. Teleserialların uğurlu
olması üçün festivalların olması
arzuolunandır.
- Region və xarici ölkələrin
teatrlarında olmusunuzmu?
- Olmuşam.
- Müqayisə apara bilərsinizmi?
- Əlbəttə. Deyim ki,
region teatrlarında aktyor azlığı var. Məsələn,
Naxçıvan teatrının binası, texniki imkanları
yüksək səviyyədədir. Arzulolunan şərait
o teatr binasında var. Ancaq orada işləmək istəyən
aktyorlar azdır. Məsələn, Gəncəli
olan aktyor Bakıda təhsil aldıqdan sonra Gəncəyə
dönüb yerli teatrda fəaliyyət göstərmir,
qalır Bakıda. Buna təəssüflənirəm.
Region teatrlarına tələbat var. Deyim ki,
region tamaşaları arasında uğurlu tamaşalar var.
Xarici ölkələrin teatrlarından Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna teatrlarında olmuşam. Etiraf edim ki, paxıllığım tutub.
Ramid İbrahimov
Bizim
yol.-2014.-25 fevral.-S.13.