“Azərbaycan
teatrının
beynəlxalq əlaqələri
genişlənib”
İlham Əsədov: “Bu dövlət
proqramı teatr sənətimizin yaxın 10 il ərzində
inkişaf istiqamətlərini müəyyənləşdirir”
Bizimyol.info-nun bu dəfəki müsahibi aktyor, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının Həmkarlar
Komitəsinin sədri İlham Əsədovdur. Onun bir arzusu var: filmdə
baş qəhrəman obrazına çəkilmək. Aktyorla tanışlığımızı
xatırladım. İlham Əsədovla
tanışlığım bu ilin mart ayının 8-də
Qadınlar Günü ilə bağlı keçirilən
konsertdə oldu. O, işlədiyi teatrda solo konsert verirdi.
Aktyor konsertdə səhnəciklər oynayır, həm də
mahnı oxuyurdu. Zalın oturacaqları dolu idi.
Elə o zamandan İlham Əsədovdan
müsahibə almaq istəyim yarandı. Beləliklə:
-İlham bəy, jurnalist olsaydınız
özünüzü necə təqdim edərdiniz?
-Yetərincə tanınmamış aktyor İlham
Əsədov.
-Sizcə,
tanınmamağınıza səbəb nədir?
-Bir var teatr aktyoru, bir də var kino aktyoru.
Mən teatr aktyoru olduğum üçün
ictimaiyyət tərəfindən kifayət qədər
tanınmamışam. Mən həmişə deyirəm
ki, Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur
ulduzuyam. Teatr camiyəsində tanınıram.
“Həyat varsa”, “Üç bacı”
teleseriallarında kiçik rolları canlandırmışam.
Nəticədə, ticarət mərkəzində
məni tanıyan bir nəfər olub. Mənə o dedi
ki, məni filan teleserialda görüb. Çox
sevindim. Şad oldum. Onu
da deyim ki, mən ANS-də “Bir gün” verlişinin
aparıcısı olmuşam. Dörd
verlişim olub. Məni verlişdən
çıxardılar. Verlişdən
çıxarılmağıma səbəb əsassız idi.
Kifayət qədər
tanınmamağımla bağlı bir məsələni qeyd
edim. Mən ictimai nəqliyyatdan istifadə
edirəm. Məsələn, metroya daxil
olanda özüm-özümə deyirəm ki, onlar niyə
ayağa durub mənə yer vermirlər axı? Öz aləmimdə mən tanınmış
aktyoram. Mənim
balaca dünyam var, o dünyamda məndən məşhuru
yoxdur. Sizə
deyim ki, öz dünyamda rahatam.
-Ola bilərmi
ki, sizin oynadığınız tamaşaların
tamaşaçıları az olduğundan
kifayət qədər tanınmırsınız?
-Mən belə düşünmürəm. Tamaşalarımızın kifayət qədər
tamaşaçıları var. Tamaşaçı
qıtlığı ilə bağlı şikayətim
yoxdur. Əlbəttə,
ümumilikdə Azərbaycan teatrı tamaşaçı
azlığından əziyyət çəkir. SRRİ dövründə teatr oturacaqları
tamaşaçı ilə dolurdu. Boş
yer olmurdu. O zaman ab-hava başqa cür idi. Hə,
tanınmaq üçün filmlərə çəkilmək
lazımdır. Balaca rollarla tanınmaq
olmur. Filmlərdə çəkilsəm,
televiziya kanallarında verliş aparsam, tanınacam.
-Dediniz
ki, indiki dövrdən fərqli olaraq SSRİ dövründə
tamaşaçı çoxluğu var idi. İndiki
aktyorların peşəkarlığında problemmi var, yoxsa əsərlər
zəifdir?
-Deyim ki, hazırda
tamaşaçını güldürmək səviyyəsi
aşağıdır. Ona görə də,
tamaşaçı komediyalara, gülüşə səbəb
olan tamaşalara elə internetdə baxır. Hazırda teatrda o möhtəşəmlik, izdiham
yoxdur. Və düşünmürəm
ki, hazırda kimsə kiminsə fanatıdır. Mən xalq artisti Zeynəb Xanlarovanın fanatıyam.
O, mənim üçün əlçatmazdır. Ancaq digər sənətçilər əlçatandır.
İstənilən şəxs restorana gedib, həmin
müğənini görə bilər, şəkil çəkdirə
bilər. Əlçatanlıq fanat
olmağa mane olur. Mən Zeynəb
Xanlarovanı küçədə, restoranda görə bilmirəm. Amma bizi... Bizi
küçədə, ictimai nəqliyyatda, bir sözlə hər
yerdə görmək olar.
Bir məsələni qeyd edim. Teatrımızın səhər tamaşaları, yəni
uşaqlar üçün olan tamaşalarımız izdihamla
keçir. Zalda boş yer olmur. Amma axşam tamaşalarımızda bu vəziyyəti
müşahidə edə bilmirik. Axşam
tamaşasına 50 nəfər bilet alırsa, bugünkü
reallıqda bu normal sayılır.
-Kinoklublara
gedirəm, demək olar ki, orada boş oturacaqlarının
sayını bir əlin barmağı ilə də saymaq
olar...
-Bu son zamanların müşahidəsidir.
Deyim ki, əvvəllər belə deyildi.
-Bu
müşahidəm komedik janrda olan filmlə
bağlıdır...
-Teatrda tamaşaçını güldürmək
çətindir. Bəli, tamaşaçı
işdən sonra istirahət etmək, əylənmək,
gülmək istəyir. Ağlatmaq
asandır. Baxın, televiziya kanallarına,
insanlardan maraqlanın, məlum olacaq ki, ağladan verlişlər
məşhurdu.
-Tamaşaçını
güldürmək üçün maraqlı ssenarimi yoxdur,
yoxsa peşəkar aktyor?
-Əlli əlliyə. Yəni, həm ssenaristin, həm aktyorun birgə əməyi
nəticəsində maraqlı tamaşa alına bilər.
Onlar bir-birinə bağlıdır.
-Sizcə,
ssenaristlər fikirlərini yazmaqda azad və sərbəstdirlərmi?
-Azərbaycan teleserialları ssenaristlərinin
əksəriyyəti özü ssenari yazır, özü də
aktyorluq edirlər. Sən ssenarist, ssenarini
yazıb pulunu qazanırsan, daha niyə aktyorun payına göz
dikirsən. Baxın, bir müddət
öncə bayram konsertlərində müğənnilər
aktyorluq etməyə başladılar. Müğənnilər
aktyorluq edə bilmədilər, gülüş yarada bilmədilər.
Bax, bu və bu kimi hallar aktyorluq sənətini
nüfuzdan salır. SSRİ-nın
dağılması incəsənət aləmində ən
çox teatra zərbə oldu.
-Aktyorların
aldığı maaş bazar şərtlərinə
uyğundurmu?
-Dünyada belədir ki, teatr
aktyorlarının maaşı azdır. Aktyorlar
filmlərə, teleseriallara, reklamlara çəkilməklə
pul qazanırlar. Bizim başqa tetrlarla əlaqələrimiz var.
Aktyorların maaşı eynidir. Xalq artisti 234 manat maaş alır. Dünya təcrübəsində
belədir ki, aktyorlar kinolara çəkilməklə tələbatlarını
qarşılayırlar. Teleserialların,
kinoların qonorarı çox olur. Hə,
bizdən fərqli olaraq bu dünyada belədir. Deyim ki, mən aldığım aktyor maaşı ilə
yaşayıram. Kirayə evdə
qalıram. İkinci,
üçüncü işim yoxdur.
-Siz
dövlət teatrında çalışırsınız,
dövlətin teatra qayğısı varmı?
- Milli teatra diqqət və qayğı
artırılıb. Aktyor və rejissorların səmərəli,
mükəmməl fəaliyyət göstərmələri
üçün teatr binalarının təmiri, bərpası
başlamış, eləcə də yaradıcı kollektivlərin
əməkhaqları dəfələrlə
artırılmış, ayrı-ayrı istedadlı, görkəmli
sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü
verilmişdir. Yaradıcılıq şəraitinin
daha da yaxşılaşdırılması yolunda dövlət
tərəfindən vaxtaşırı müxtəlif tədbirlər
həyata keçirilmiş, sənətkarların,
dramaturqların, rejissorların yubileyləri qeyd edilmiş,
onların arzu və istəklərinə uyğun müxtəlif
görüşlərin təşkili bu gün də davam etməkdədir.
Azərbaycan teatrının beynəlxalq əlaqələri
də genişlənib. Respublikada fəaliyyət
göstərən 26 dövlət teatrının və bu
şəbəkəyə daxil olan digər qurumların səmərəli
fəaliyyətini təmin etmək məqsədilə dövlət
onlara hər cür qayğı göstərir.
Əlbəttə, teatrların fəaliyyətini
dünya standartlarına uyğun şəkildə təmin etmək
üçün zamanın tələblərindən
asılı olaraq müxtəlif sərəncamlar imzalanır,
proqramlar həyata keçirilir. Dövlət
başçısı İlham Əliyev tərəfindən
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında sərəncam imzalanıb. Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunması,
milli-mənəvi dəyərlərin təbliği və
dünya mədəniyyətinə inteqrasiyasını təmin
etmək, milli teatr sənətinin davamlı
inkişafını dəstəkləmək məqsədilə
dövlət proqramı təsdiqlənib. Proqramda
mövcud vəziyyətə uyğun olaraq Azərbaycan
teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi,
yaradıcılıq potensialının inkişaf etdirilməsi,
habelə teatr təhsil sisteminin
yaxşılaşdırılması məqsədilə
onillik müddətinə bir sıra vacib tədbirlərin
hazırlanıb həyata keçirilməsi nəzərdə
tutulub. Azərbaycan teatr sənətinin
yaxın on il ərzində inkişaf
istiqamətlərini müəyyənləşdirən bu
dövlət proqramı milli-mədəni sərvətə
çevrilmiş teatrımızın zəngin bədii irsinin
və yaradıcılıq ənənələrinin
qorunmasına, inkişaf etməsinə, dünya mədəniyyətinə
qovuşmasına təkan verəcəkdir. Eləcə
də dövlətlərarası mədəni əməkdaşlıq
haqqında ikitərəfli sazişlərə uyğun olaraq
respublika teatrları xarici ölkələrdə keçirilən
müxtəlif festivallardakı uğurlu
çıxışlarını yenə də davam etdirəcəklər.
-Siz
başqa teatrlarda olub tamaşaları izləyirsiniz?
-Bəli, mən tamaşalara gedirəm, baxıram. Tamaşaları diqqətdə saxlayıram. Deyim ki, bizim tamaşalara gələn yoxdur. Mən görməmişəm. Azərbaycan
teatrlarının maraqlı tamaşaları var ki, iztihamla
keçir. Bildirim
ki, Azərbaycanda dövlət, bələdiyyə, özəl
teatrları fəaliyyət göstərir. Təəssüf olsun ki, xeyriyyə teatrı Azərbaycanda
yoxdur. Sahibkarlar müğənnilərə 200 minlik
avtomobil hədiyyə edirlər, amma tamaşa
hazırlanması üçün vəsait ayırmırlar...
Qeyd: İlham Əsədov orta məktəbə
Bakıxanov qəsəbəsində 252 nömrəli məktəbə
gedib. “Elə məktəb
illərindən aktyorluq sənətinə bağlandım. Məktəb
illərində bütün tədbirlərdə fəal
iştirak etdim: həm mahnı oxumuşam, həm də aktyor
kimi oynamışam. 12 yaşından Tofiq Bayramov adına
pionerlər evində Cücələrim ansanblında xorda
oxudum. Lütvi Məmmədbəyovun xalq dərnəyində
aktyor kimi fəaliyyət göstərdim. Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
dram teatrı və kino aktyorluğu fakultəsini bitirmişəm.
Ali məktəbin üçüncu kursunda oxuyarkən İlham Minatur Teatrında aktyor
olaraq işlədim.
2012-ci ildən Gənc
Tamaşaçılar Teatrının kollektivinin səs
çoxluğu ilə Həmkarlar Komitəsinin sədriyəm.
Gənc Tasmaşaçılar Teatrının kollektivi mənə
çox əziz və doğmadır, mən bu teatrda öz
uşaqlıq arzuma da catmışam. Artıq 5 ildir ki , mən
hər il 8 mart-Beynəlxalq Qadınlar Günündə solo
konsert verirəm. Tamaşaçılar mənim aktyorluq
qabiliyyətimdən başqa, müğənillik tərəfimi
də görürlər, buna görə bütün
teatrın kollektivinə və Mübariz Həmidova minnətdaram.
Əgər onlar olmasaydı, mən
arzularıma çata bilməzdim.
İlham Miniatur
Teatrında Rəhman Əlizadənin bir neçə pyesində
obrazları canlandırmışam. “Dünyanın
axırı”, Anarın “Əl əli yuyar”. Gənc
Tamaşaçılar Teatrında isə “Ələddinin
sehirli çırağı”, “Pəri Cadu”, “Viktoriya”, “Çəkməli
pişiyin evi”, “Tık-tık xanım” və başqa
tamaşalarda rol almışam”, -deyə İlham Əsədov
bildirdi.
Ramid İbrahimov
Bizim
Yol.- 2014.- 3 iyun.- S.13.