“Zəngin mədəni
irsimizi dünyaya
tanıtmaq üçün gözəl fürsət
yaranıb”
Dünya
miqyaslı azərbaycanlı alim:
“Beynəlxalq
aləmdə əqli və etik mədəniyyətimizi
nümayiş
etdirərək
Azərbaycana məhəbbət hissini artıra bilərik”
“Bizim Yol”un bu dəfəki müsahibi kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovdur. Müsahibiz mədəniyyət və elm tarixinə, nəzəriyyəsinə dair 200-dən artıq elmi və elmi-maarifləndirici işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-ın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və "Humay" mili mükafatı ilə təltif olunmuş "Kulturologiya" fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, dünya mədəniyyəti Beynəlxalq Universitetin layihəsini göstərmək olar.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında respublikada yeganə
"İdarəçilik mədəniyyəti" innovativ kulturoloji kursun müəllifidir. Kurs
demokratik ölkələrin idarəetmə
təcrübəsinin və dünya mədəniyyəti
və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında
hazırlanmışdır. Kursun tədrisi şəxsiyyətlər və liderlərin
formalaşmasına, gələcək mütüxəssislər
və məmurlər tərəfindən müasir
elmi biliklərin, beynəlxalq standartlara cavab verən, professional vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə
xidmət edir.
Professor Fuad Məmmədovun
kulturologiya və idarəçilik mədəniyyətinin
nəzəri-metodoloji problemlərinə dair
elmi tövhəsini xüsusi
ilə qeyd etmək lazımdır. O, ilk dəfə olaraq, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini
kulturologiya elminə, universal
kulturoloji təhlili isə (insan, ailə, cəmiyyət, dövlət və
qlobal səviyyələrdə) idarəetmə
elminə tədbiq edib. Onun "mədəniyyətin
elmi anlayışı",
"yaradıcılıq düsturu",
"mədəni inkişafın amilləri", "mədəni
insan düsturu",
"idarəetmənin və özunuidarəetmənin effektivliyi" və s.
yaratdığı nəzəri anlayışlar və kateqoriyalar humanitar elmlərin
inkişafı üçün fundamental xarakter
daşıyır.
Fuad Məmmədovun 40 ildən artıq elmi-pedoqoji, o cümlədən,
20 ildən artıq pedoqoji stajı var. O, 1990-cu ildən daimi fəaliyyət göstərən, "Mədəniyyət
və cəmiyyət" adında, respublika
kulturuloji seminarının elmi
rəhbəridir. 1990-2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti
sahəsində, xarici qonaqların
iştirakı ilə keçirilən, müxtəlif mövzularda 300-ə
yaxın respublika və beynəlxalq konfranslar, interaktiv seminarlar, treninqlər, dəyirmi masalar və fokus-qruplara rəhbərlik
edib. İnsan, cəmiyyət
və dövlətin sosial-mədəni inkişafina
həsr olunmuş mövzularda
ali və orta məktəblərdə,
müəssisələrdə, televiziya və
radioda, jurnal və qəzetlərin
səhifələrində daimi kulturoloji maarifləndirici xarakterli
çıxışlar edir.
Professor 26 ölkədə olub və bu ölkələrin sosial-mədəni inkişaf təcrübəsini, Azərbaycanın
inkişafında yaradıcı şəkildə istifadə etmək
üçün öyrənib. 1999-cu ildə
o, Avropa
Şurasının mədəniyyət siyasəti üzrə
ekspertləri siyahısına daxil edilib, 2001-ci ildə "Ambassador
for Peace" Beynəlxalq fəxri diplomuna layiq görülüb. Beləliklə:
-Fuad müəllim, əvvəla “mədəniyyət” və “incəsənət” məhfumlarının mahiyyətinin aydınlaşdırılmasından başlayaq. Bu iki terminin fərqli anlamları varmı?
-Əlbəttə. Mədəniyyət
ikinci süni təbiətdir.
Qədim romalılar deyirdilər: “kultura kontura natura”. “Natura” latinca
təbiət deməkdir.
“Kontura”, yəni
təbiətə daxil
olmayanların hamısı
mədəniyyətdir. İnsanın ağlı, hissləri
və fiziki əməyinin nəticəsində
nə yaranıbsa, hamısı - bütün
toplu, ruhi, yəni əqli və mənəvi, eləcə də maddi nümunələr mədəniyyətə daxildir.
Bildirim ki, mədəniyyət təkcə topludan ibarət deyil. Mədəniyyət hətta dərk
edib dəyişmək
prosesinin özüdür.
Və nəhayət mədəniyyətə
texnologiyalar daxildir.
Bax bu üçlük
vəhtəd təşkil
edir: yaradıcı proses, onun nəticələri
və onun texnologiyaları. Bu mənada mədəniyyət
təbiəti, insanın
özünü və
cəmiyyəti dərk
edib dəyişmək
prosesidir. Nəticədə əldə olunan ruhi, yəni əqli və mənəvi, eləcə
də maddi dəyərlər və normalar toplusudur. Həmin dəyərlərin və
normaların istehsalı,
qorunub saxlanması, istehlakı, yayılması
texnlogiyalarıdır.
İncəsənət
isə mədəniyyətin
bir hissəsidir. Çox vacib bir hissəsidir.
Onsuz yaşamaq mümkün deyil. İncəsənət hər bir xalqın milli mədəniyyətinin əsas
göstəricisidir. Amma mədəniyyət
tam sosial sistem olaraq təkcə incəsənətdən ibarət
deyil. Mədəniyyət nədən ibarətdir?
Mədəniyyəti kürə şəklində
tam sistem kimi göstərmək olar.
Mədəniyyət ikinci təbiətdirsə,
insanın bütün
həyat və fəaliyyətinin sahələri
bura daxildir. Biri-biri ilə üzvü bağlı olaraq sistem təşkil edilir. Ona görə də
kulturologiyada mədəniyyət
təhlil ediləndə
məhz sistemli təhlildən istifadə
edilir. Çünki bütün dünya
sistemdən ibarətdir.
Hətta
insan da, cəmiyyət də, millət də, dövlət də, atom da sistemdən ibarətdir.
Bu kürədə bir-biri ilə üzvü bağlı olan bir sıra
vacib sahələr
var. Hansı ki, bu sahələr insanın həyat fəliyyətinin sahələridir. Bu sahələrə təhsil
və tərbiyə,
elm və texnologiya, iqtisadiyyat və maliyyə, incəsənət
və ədəbiyyat,
informasiya və mətbuat, din və etika, daxili və
xarici münasibətlər,
siyasət, həyat tərzi və həyatı təmin etmək, nəqliyyat, dil, təbabət və s. daxildir.
Baxın,
bu sistem tam bir sistemdir, ayrılmazdır. Bunların hamısı
mədəniyyətdir. Allah-təala təbiəti
və onun zirvəsi olan insanı - əqli mədəniyyət sahibini
yaradıb. İkinci süni
təbiəti, yəni
mədəniyyəti isə
insan yaradır. Mədəniyyət sisteminə
daxil olan bu sahələrin insan həyat və fəaliyyətində
öz əhəmiyyəti,
öz xüsusiyyəti,
öz enerjisi, öz dinamikası, öz istiqaməti, öz inkişaf qanunları, öz texnologiyaları və yeni imkanları var. Bunlar biri-birilə bağlıdır, bu bağlılığı da
yaradan insandır.
Maraqlısı
odur ki, mədəniyyətin səmərəli
və milli maraqlara uyğun inkişafı insanın fəaliyyəti və seçdiyi üstünlüklərlə,
yəni prioritetlərlə
bağlıdır. Bura yalnız iqtisadiyyat daxil deyil. Çünki iqtisadiyyat hər
sahənin əsasını
təşkil edir və başqa sahələri maliyyələşdirməyə
şərait yaradır.
İqtisadiyyatı çıxmaq şərti
ilə, təhsil, texnologiya və tərbiyə mədəniyyətdə
əsas sahədir.
Onlar mədəniyyətdə aparıcı
iki əsas istiqamətdir. Keyfiyyətli təhsil olmasa, nə elm olar, nə də iqtisadiyyat inkişaf edər. Elmi texnologiya olmasa,
nə rəqabətə
davamlı istisadiyyat, nə də keyfiyyətli təhsil olar. Nəhayət tərbiyyə olmasa,
insani keyfiyyətlər
- alicənablıq, mərdlik,
vətənpərvərlik olmaz. İqtisadiyyat mədəniyyətin maddi hissəsidir. İqtisadiyyatın əsasında əqli
mədəniyyət var.
İncəsənətə gəldikdə… İncəsənətin mədəniyyətdə böyük rolu var. Mənim ana nənəm Azərbaycanda
ilk rəssam qadındır.
Söhbət Qeysər Kaşıyevadan
gedir. Mən elə bir ailədə böyümüşəm
ki, həmişə bizim ailədə incəsənətə, elmə
böyük rəğbət
hissi olub. İncəsənət mədəniyyətdə həlledici rol oynamır. O, bir milli göstərici kimi inkişafı, insani keyfiyyəti, millətin adət-ənənələri,
zövqləri və bir çox çizgiləri-istedadı əks
etdirən sahədir.
Mədəni
tərəqqi, dövlətin
qüdrətli olması,
rəqabətə dözümlü
olması, təhlükəsiz
inkişafı təmin
etmək üçün
həlledici intelektual,
etik, hüquqi idarəçilik mədəniyyətidir. Bunların da əsasını götürsək, intelektual
və etik mədəniyyəti götürəcəyik.
Nə qədər əqli mədəniyyət inkişaf
etmiş olsa, eyni zamanda nə
qədər milli-mənəvi
dəyərlər inkişaf
eləsə, insani keyfiyyətlər inkişaf
etsə, insan da, cəmiyyət də, dövlət də qüdrətli olar. İncəsənət mədəniyyətin əsasən yaradıcılığıdır,
yaraşığıdır, millətin adət-ənənəsini
göstərən, dünyada
nümayiş etdirən
çox vacib bir sahədir. Ümumiyyətlə, insanın etik,
estetik inkişafı üçün incəsənətin
misilsiz rolu var.
-Azərbaycanda mədəniyyət
siyasətini hansı mərhələlərə bölmək
olar?
-Mən istərdim ki, mədəniyyət siyasəti barəsində
mədəniyyət naziri
cənab Əbülfəz
Qarayev danışsın.
Mənim öz yanaşmam var. Təəssüflər
olsun ki, Mədəniyyət
Nazirliyi eskpert kimi məni bir dəfə də olsun mədəniyyət
siyasətini hazırlamağa
dəvət etməyib.
Mən
2000-ci ilin fevralından
Avropa Şurasının
mədəniyyət siyasəti
üzrə ekspertiyəm.
1999-cü ildə ilk dəfə olaraq Azərbaycanı Norveçdə
Beynəlxalq Kulturoloji
Konqresdə təmsil eləmişəm. Mədəniyyət siyasətinə elmi yanaşmada məruzəmi
bəyəndilər və
məni Avropa Şurasının Ekspertlər
Şurasına qəbul
etdilər.
-Yaxınlarda Azərbaycan
Avropa Şurasının
Nazirlər Kabinetinə
sədrliyə başladı. Bu sədrlik Azərbaycan mədəniyyətinin tanıdılması
üçün hansı
imkanlar yaradacaq?
-Məncə, bununla
fürsət və imkanlar yaranıb ki, Azərbaycanın zəngin mədəniyyətini,
mütərəqqi inkişafını,
Manna dövlətindən başlayaraq
bu günkü müasir Azərbaycan dövlətinə qədər
təbliğ edə bilərik. İkincisi, yüksək əqli
və etik mədəniyyətimizi nümayiş
etdirərək Azərbaycana
məhəbbət hissini
artırmaq olar. Bununla da, Qarabağla bağlı haqq mübarizəmizə dəstək
qazana bilərik.
Müasir dünyada bilirsiniz
ki, informsiya müharibəsi gedir.
Düşmənlərimiz bizə qarşı
bütün cəbhələrdə
vuruşular, bizi gözdən salmağa çalışırlar. Mənə elə gəlir ki, dost qazanmaq üçün xarici ölkələrdə
yüksək səviyyəli
insanların çıxışına,
problemlərin müzakirəsinə,
mədəniyyətimizin təbliğinə
ehtiyac var.
(Davamı gələn sayımızda)
Ramid İbrahimov
Bizim yol.- 2014.- 5 iyun.-
S.13.