«QHT-lərin sayı çox ola bilər,

amma fəaliyyəti ola bilməz»

 

Fuad Məmmədov: «Xarici ölkələrin idarəetmə mədəniyyəti

təcrübəsini oxuculara çatdırmaq məqsədi daşıyır»

 

əvvəli ötən sayımızda

 

- Fuad müəllim, mədəniyyətlə bağlı QHT-lər, diaspora təşkilatları var, onları fəaliyyətini necə dəyərləndirirsiniz?

- Mənim həmin təşkilatlar haqqında tam məlumatım yoxdur. Bu təşkilatların sayı çox, ola bilər, amma fəaliyyəti ola bilməz. Mədəniyyətlə bağlı Azərbaycanda əsasən 2 Qeyri-Hökumət Təşkilatının fəaliyyətini yüksək dəyərləndirirəm. Bunlardan birincisi Heydər Əliyev Fondudur. Millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilat qısa vaxtda gördüyü işlərin nəticələri misilsiz dərəcədə Azərbaycana şərəf gətirib.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elmtexnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Fond qeyri-maddi mədəni irsin qorunması, qeyri-maddi mədəni irsə hörmətin təmin edilməsini,  yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılmasını və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsini, beynəlxalq əməkdaşlıq və yardım göstərilməsini təşkil edir. Bu təşkilat Azərbaycanda  qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görür.

Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifələr yazılır.

Nəticədə Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.

Bundan başqa, Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi YUNESKO-ya təqdim olunub.

Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb. Eləcə də, Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bildirim ki,  Azərbaycan tar ifaçılıq sənəti də bu siyahıya daxil edilib.

Eyni zamanda Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

İkincisi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasıdır. Bu təşkilat mədəniyyət sahəsində respublikada yeni tipli çoxsahəli ilk qeyri-hökümət təşkilatıdır. Mən bu təşkilatın prezidentiyəm. Assosiasiya respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1990-cı üin aprel ayında yaradılıb. Assosiyasiyanın missiyası Azərbaycanda sosial-mədəni tərəqqiyə, elmin, təhsilin və maarifin, ilk növbədə, kulturologiyanın inkişafına elmi yardım göstərməkdən, Azərbaycan elmini və mədəniyyətini xaricdə təbliğ etməkdən ibarətdir. Assosiasiyanın əsas məqsədlərindən biri dünya mədəniyyətinin və sivilizasiyasının mütərəqqi tarixi inkişaf təcrübəsini sistemli kulturoloji şəkildə tədqiq etmək və onu Azərbaycan cəmiyyətinin və dövlətinin demokratikləşdirilməsi və modernləşdirilməsi, rəqabətədözümlü, sabit və təhlükəsiz inkişafı, eləcə də beynəlxalq mədəni əməkdaşlıq üçün yaradıcı şəkildə istifadə etməkdir.

Assosiasiyanm fəaliyyətinin elmi əasları, mədəniyyətə sülhü, intellektualsosial tərəqqini təmin edən insanın yaradıcı həyat fəaliyyəti kimi baxan müasir kulturoloji konsepsiyametodologiya üzərində qurulub.

Assosiasiya Azərbaycanın milli mənafeyinə uyğun  modernləşməsinə olan tələbata əsaslanaraq, sistemli kulturoloji tədqiqatlar əsasında mədəniyyət sahəsində mütərrəqi islahatların həyata keçirilməsi üzrə idarəetmə orqanları  üçün nəzərdə tutulmuş praktiki tövsiyələr hazırlayır və nəşr etdiri. Assosiasiya dünya və Azərbaycan mədəniyyətinin və sivilizasiyasının tarixi və nəzəriyyəsi üzrə bir sıra monoqrafiyalar, kitablar və məcmuələr, yüzlərlə elmi məqalələr dərc edib. Nəşr olunmuş əsərlərdən, xüsusi ilə, «Kulturologiya» dərs vəsaitini, «Kulturologiya effektiv həyata və fəaliyytə aparan yol kimi» monoqrafiyasını, «Norveçin mədəniyyəti dünya sivilizasiyası kontekstində», «Azərbaycanda yeni mədəniyyət siyasətinə yardım», «Sülh mədəniyyəti nədir?», «Dönüş mərhələsində qlobal idarəetmə: dəyişən dünyada sülhün qorünmasma innovasiya yanaşmaları» kitablarmı, «Mədəniyyət və cəmiyyət», «Mədəniyyət və Azərbaycan gəncləri» məcmuələrini göstərmək olar.

Assosiasiyanın çap etdirdiyi kitablar «Humay» və «İntellekt» Milli İctimai mükafatları ilə təltif edilib, Rusiyanın PedaqojiSosial Elmlər Akademiyası və «İntellektual İnkişaf Problemləri» Beynəlxalq Elmlər Akademiyası tərəfindən yüksək qiymətləndirilib. Onlardan bəziləri Azərbaycanda istifadə edilmoklə yanaşı BMT-nin, ABŞ-ınn Konqressinin, Roma Klubunun, Sorbonn və İNALKO (FRANSA), Rusiyanın, Almaniyanın, Böyük Britaniyanın, Kanadanın, Bolqarıstanın, İtaliyanın, eləcə də dünyanın müxtəlif ölkələrinin məşhur alimlərinin şəxsi kitabxanalarmda da istifadə edilir.

2000-ci ildə Assosiasiya Avropa Şurasının  mədəniyyət siyasəti üzrə məlumatlar bazasına daxil edilmişBMT-nin nəzdində fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının Ümumdünya Asso-siyasiyasma üzv qəbul edilmişdir. Assosiasiyanın 100 qədər üzvü Sülhün səfiri («Ambassador for Peace») beynəlxalq fəxri adla təltif edilib.

1990-cı ildən fəaliyyət göstərən «Mədəniyyət və cəmiyyət» adlı daima fəaliyyət göstərən kulturoloji seminar çərçivəsində, Bakıda və Azərbaycanm rayonlarmda əhalinin müxtəlif təbəqələrindən minlərlə mütəxəssisin və dinləyicinin və xarici mütəxəssislərin iştirak etdiyi 200-dən artıq elmi və maarifləndirici seminar, konfrans, dəyirmi masa, fokus qrup, treninq keçirilib.

Assosiasiya sosial-mədəni tərəqqinin, sülhün, mədəniyyətin idarəedilməsinin və beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bir sıra layihələr yerinə yetirib. Kulturologiya sahəsində tədqiqatlarm genişləndirilməsi və milli mədəniyyətin demokratikləşdirilməsi məqsədi ilə 90-cı illərin sonunda assosiasiya tərəfindən Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumu, eləcə də Azərbaycan QHT Forumu təsis edilib.

- Fuad müəllim, siz həm pedaqoq, həm də QHT rəbərisiniz, gənclərin mədəni inkişafının təmin olunması və biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasın üçün hansı işləriniz olub?

-2007-ci ildə Kulturologiya Mərkəzini təsis etdik. Bu Mərkəzinin məqsədi intelektual idarəetmə mədəniyyətinin prinsipləri əsasında insanların kulturoloji biliklərinin artırılması vasitəsi ilə biliklər cəmiyyətini inkişaf etdirməkdir. Gənclərlə sahəsində isə biz əminik ki, dövlətin gənclər siyasəti gənclərin intelektual fəaliyyətlərinin çeşidini əhatə dairəsini böyüdərək ictimai-siyasi sferada inkişafı planlaşdırılan bütün sahələrdə gənclərin fəal iştirakını məsuliyyətini artırmış olacaq, Kulturologiya Mərkəzi isə bu prosesdə öz rolunu görür perspektiv inkişaf üçün fəaliyyətini qurmaqdadır.

Bu gün Respublikamızın iqtisadi inkişafında neft kapitalının rolu danılmazdır. Lakin, ölkəmizin sabahının hərtərəfli inkişafı üçün insan kapitalının formalaşdırılması, biliyə əsaslanan iqtisadiyyatın formalaşdırılması bilik menecerlərinin inkişafı üçün münbit şəraitin yaradılması prioritet məqsədlərin ən başlıcalarındandır. Buna əsaslanaraq, insanların intelektual mədəniyyətinin inkişafı idarəetmə mədəniyyətinin başlıca prinsiplərinə dərindən yiyələnmələri nəinki bugünümüzə, xüsusilə sabahımıza yönəlmiş fəaliyyətlərdəndir. Kulturologiya Mərkəzinin vizyonu mütəxəssislər gənclərin mədəni inkişafının təmin olunması biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasına əməli yardım edilməsi yönümündə məsələlər dayanır. Gənclər, mütəxəssislər, peşəkarlar mədəni tərəqqiyə nail olmaq üçün kulturoloji yol ilə addımlamalı gələcək həyat fəaliyyətlərində bilik menecerləri kimi intelektual inkişafa dəstək olmalıdırlar.

Deyim ki, mənİdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsikitabının müəllifiyəm. Bu kitab apardığım tədqiqatlar sayəsində öyrəndiyim xarici ölkələrin idarəetmə mədəniyyəti təcrübəsini oxuculara çatdırmaq məqsədi daşıyır. Burada işlənib hazırlanan universal "kulturoloji piramida" metodu verilib. Bu metoddan effektiv milli qlobal idarəetmədə istifadə oluna bilər, hər bir maraqlanan insana gündəlik şəxsi həyatının, özünü idarəetməsinin yaxşılaşdırılmasında doğru yolu seçməsinə yardım edir.

Kitab tələbələr, lisey gimnaziyaların, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, alimlər, siyasətçilər, məmurlar, dövlət müəssisələrinin rəhbərləri, biznes sahəsində çalışanlar, bələdiyyələr qeyri-hökumət təşkilatları, gənclər hərəkatının liderləri, qadın cəmiyyətləri mədəniyyət işçiləri, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulubdur. Eyni zamanda kitabdan müxtəlif ölkələrin vətəndaşları, millətləri yararlana bilərlər. Bu kitab Azərbaycanda kulturoloji tədqiqatlar sahəsində ilk ciddi vəsaitdir.

 

Ramid İbrahimov

 

Bizim Yol.- 2014.- 6 iyun.- S.13.