«Elə seriallar var ki, onları
yayımlamaq ayıbdır»:
Rövşən
İsax: «Azərbaycan cəmiyyətinin siyasi durumuna uyğun gəlməyən
mövzular götürülür»
«Tamaşalara
gedirəm, getməyimə də peşman oluram»
Bizimyol.info-nun budəfəki müsahibi rejissor, aktyor, ssenarist Rövşən İsaxdır (Rövşən İsax oğlu Məmmədovdur). O, 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb. Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan Televiziyasında "Virtouz" verilişində çalışıb. Samanyolu Televiziyasının icraçı direktoru olub (1998-2001). Hazırda "Pozitiv media"nın direktorudur. Onlarla reklam filminin müəllifidir.
Onun filmoqrafiyasında “Girişmə, öldürər!” (film, 1990-cı il), “Yarasa” (film, 1995-ci il), “Kiçik leytenant” (film, 1996-cı il), “Aktrisa” (film, 2011-ci il) (tammetrajlı bədii film), “Pərvanələrin rəqsi” (teleserial, 2012-cı il) və “Sonuncu fəsil” (teleserial, 2013-cu il) var.
- Rövşən bəy, milli teleserialların çəkilməsi üçün dövlət maliyyə vəsaiti ayırdı. Bu hansı dəyişikliklərə səbəb oldu?
- Prezident
İlham Əliyev Azərbaycan
Respublikasında milli televiziya
filmlərinin istehsalına maliyyə yardımının
göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda
qloballaşma proseslərinin intensiv xarakter
aldığı müasir dövrdə Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin, zəngin
mədəni irsinin qorunması və təbliği
mühüm əhəmiyyət kəsb etdiyi bildirilir. Azərbaycanda
yerli televiziya
kanallarının həmin istiqamətdə
yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında
gündən-günə daha böyük rol oynayır.
Bununla əlaqədar Azərbaycan hökuməti
milli kino
istehsalına, o cümlədən telefilmlərin
çəkilişinə diqqəti getdikcə artırır.
Prezident İlham Əliyev 2012-ci ildə serial çəkilişlərinə 4 milyon, 2013-cü ildə 5 milyon
manat pul ayırdı.
Bu günlərdə də Milli Televiziya və Radiyo Şurasnın qərarı ilə milli teleserialların çəkilişinin dəstəklənməsi
məqsədilə milli ümumrespublika
özəl yayımçılarının hər birinə
200 000 manat
məbləğində maliyyə yardımı
ayrılıb. Ölkə başçısının
teleserialın inkişafına ciddi məbləğdə
pul ayırması o
deməkdir ki, lazımi nəticəni
görməyib. Bu mənim subyektiv
fikrimdir. Yəqin televiziyalar
bu işə bir az daha diqqətlə yanaşarlar. Televiziya
kanalları indi daha
diqqətlə fikirləşəcəklər ki,
serial çəkilişlərini kimə
həvalə etsək, daha yaxşı nəticələr
əldə edə bilərik. Getdikcə, kəmiyyət azalacaq, keyfiyyət yüksələcək.
Serialların yüksək
səviyyəli çəkilməsi üçün
onu peşəkarlara həvalə etmək
lazımdır. Keyfiyyətli teleseriallar
azdır, kəmiyyət çoxdur. Bu sahədə təəssüf ki, vəziyyət ürəkaçan deyil. Peşəkar dedikdə, təkcə rejissoru nəzərdə tutmuram,
seriallarda çəkilən aktyorlar da peşəkar
olmalıdır. Çəkmək o deyil ki, bir
gözəl modelə rol verirsən, olur gözəl film. Sənin
maşının varsa, “gəl səni də
filmə çəkim” kimi fikirləri kənara
qoymaq lazımdır. Filankəsin
bağı var, onu da seriala çəkim kimi söhbətlər olmamalıdır. Nəticədə
Azərbaycan tamaşaçısı seriala
baxıb belə qənaətə gəlir ki,
bizim seriallarımız
biabırçılıqdı. İndi
efirdə elə seriallar yayımlanır ki, onlar dərnək səviyyəsindədir.
Bunları efirdə yayımlamaq ayıbdır. Bu
bir deyil, iki deyil ki,
deyəsən eybi yox.
Həmin serialların içərisində bir
dənə yaxşısı olanda da onun özünü
sübut etməsinə qədər daş qayadan
ayrılır. Azərbaycan tamaşaçısında milli seriallar haqqında
artıq pis təəssürat yaranır,
buna görə də o,
yaxşıya da baxmır. Ayrılan pulun azalması yaxşı serialın ortaya çıxmasına səbəb olacaq. Azərbaycan cəmiyyətinin siyasi durumuna uyğun gəlməyən mövzular
götürülür. İnsanda
elə bir təəssürat yaranır ki, ölkədə bütün
günü atışma gedir.
Kim kimin xətrinə
dəyir, silahını götürüb
gedir onun nəslini
qırır. Amerikadakı döyüş
filmlərinin bizdə dərnək səviyyəsində
variantları nümayiş olunur. Bir də türk filmlərindəki melodramanı
xatırladan aktyor oyunları yer alır. Bir var zəif serial, bir də var dərnək,
özfəaliyyət. Hansı ki, onu efirə buraxmaq olmaz. Bu,
biabırçılıqdır. Hesab edirəm
ki, telekanallara serial çəkilişi üçün
vəsait ayrılarkən keyfiyyət məsələsinə ciddi nəzarət olunacaq.
Əlbəttə
Prezidentin sərəncamından
öncə də teleseriallar çəkilirdi. Bu seriallar barmaqla
sayılacaq qədər
idi. Amma bu sahəyə
ciddi yanaşma sərəncamdan sonra oldu. Peşəkar ssenaristlərin, rejissorların,
aktyorların adını
titrlarda gördük.
Əlbəttə, keyfiyyətli seriallar
var.
- Rejissor və ssenarist olaraq teleserial sahəsində prespektivləri necə görürsünüz?
- Məncə, seriallarin
çəkilməsi, qurulması
kommersiya şərtləri
üzərində yaradılsa
daha yaxşı nəticə olar. Yəni serial
televiziya kanalında özünə izləyici
toplaya bilmirsə, kommersiya tələbinə
cavab vermirsə, o teleserial hökmən dayandırılmalıdır. Nə olsun pulunu MTRŞ ayırır? Bu mənim subyektiv fikrimdir.
Məsələn,
Avropada belə bir üsul mövcuddur. Bu və digər
prodakşın televiziya
kanalı ilə müqavilə bağlayanda
müqavilədə göstərilir
ki, 13 seriada teleserial özünü doğrultmursa o serialın
yayımı bağlanır.
13-cü seriada hadisələri bitirirlər.
Amma bizdə belə deyil. Bizdə bele teleseriallar
efirdə 30-40 seriya yayımlanır. Serialın yaradıcı
heyyəti, texniki heyyəti üzərində
məsuliyyət hiss etməlidir.
Dövlətin etimadını doğurultmalıdırlar.
Bizim
qeyri-peşəkar serialın
yaradıcı heyəti
tamaşaçını seriallara
küsdürür. İnsanlarda fikir yaranır ki, Azərbaycanda keyfiyyətli teleserial çəkilmir. Qurunun oduna
yaş yanan kimi keyfiyyətsiz teleseriallara görə, keyfiyyətli teleseriallara da baxılmır. Azərbaycanda peşəkar, istedadlı
aktyorlar var.
- Rövşən bəy, sizin teatr fəaliyyətiniz
də olub, Son zamanlar teatrlara gedirsinizmi?
-Mütəmadi olmasa da, tamaşalara gedirəm. Premyeralara dəvət edirlər,
gedib baxıram. Tamaşaları izləyirəm.
- Yaradıcılıq baxımdan
teatr sahəsində
durum necədir?
- Azərbaycan teatrının
eniş-yoxuşu hamımızın
gözü qarşısında
baş verib. Teatrımız yeni inkişaf
istiqamətindədir. O baxımdan ki, teatr binaları təmir olunur, səhnəüstü və
səhnəaltı qurğular
yenilənir. Bu təmir respublika Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun
olaraq aparılır.
Texniki imkanlar yüksək səviyyə çatıb.
Təəssüf ki, bunu yaradıcı sahəyə
aid etmək olmaz.
Tamaşaçı kimi məni
Azərbaycan teatrlarının
tamaşasının səviyyəsi
qane eləmir. Tamaşalara gedirəm, getməyimə
də peşman oluram. Ara-sıra maraqlı tamaşalar
gördüm.
- Maraqlı hesab etdiyiniz tamaşaların dramaturqu azərbaycanlıdır,
yoxsa əcnəbi?
- Bəyəndiyim tamaşalar
sırasında yerli də, əcnəbi də dramaturqların tamaşası var.
Bizdə qəribə bir
hal var. Mən bilmirəm onun səbəbi nədir.
Yerli yazarlardan birinin maraqlı pyesi olur. Baxırsan ki, bütün
teatrlar bu pyesi tamaşaya qoyurlar. Mənə bu çox qəribə gəlir.
Məsələn, o vaxt rəhmətlik
Yusif Səmədoğlunun
“Qətil günü”
əsəri ictimailəşəndə,
bu əsəri Azərbaycanda tamaşaya qoymayan bir teatr
da qalmadı. Hamısı
səhnələşdirdi. İndi də “Qatil”ı qoyurlar. Yəni, teatrlarda repertuar
zənginliyi yoxdur.
Bu teatrların birinci dərdidir.
O ki qaldı rejissor işinə, bu da başqa
məsələdir. Tamaşalar müxtəlifdir.
Söyləyəcəyim fikir
subyektiv fikir ola bilər.
Başqasının bəyəndiyini mən bəyənməyə
bilmirəm, mən bəyəndiyimi başqası
bəyənməyə bilər.
Təəssüf olsun ki, biz böyük ola bilmirik. Görmədim ki, rejissor və tənqidçi dostu olan rejissoru
təndiq etsin. Salamdan, kəsdiyi çörəkdən
keçmir. Qələminə hörmət etdiyin tənqidçi keyfiyyətsiz
tamaşaya, teleseriala,
filmə tərif, xoş sözlər yazır, şişirdir.
Təəssüf olsun ki, bu həmişə olub, və olacaq
da. Məsələn, mən təndiqçi
dostum mənim zəif işim haqqında yazmır.
Hökmən axtarır yaxşı
işimi, ondan yazır. Belə demək olarsa “borcun”dan çıxır.
Bu da nəticədə
işə mənfi təsir edir.
- Rövşən İsax hazırda ATV kanalında yayımlanan “Sonuncu fəsil” serialının ssenari müəllifi və quruluşçu rejissorudur, o ssenarini yazmaqda və serialı çəkmədə
azaddırmı?
- Bəli, mən
serialın ssenarisini yazmaqda və onu ekranlaşdırmaqda
azadam, sərbəstəm.
Kimsə
mənim yaradıcı
işimə görə,
mənə hər hansı şərt, qadağa qoymayıb.
Mən teleserialın keyfiyyətli
çəkilməsini, peşəkar
təqdimatını qarşıma
məqsəd qoymuşam.
Ramid
İBRAHİMOV
Bizim Yol.- 2014.- 7 iyun.-
S.13.