Abbasqulu Ağa
Bakıxanov –
milli maarifçiliyimizin banisi
Azərbaycanın
tarixi keçmişinin müasir dünya elmi səviyyəsində
sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə
sıx bağlıdır
Musa
Qasımlı: «Dil, coğrafiya, tarix, astronomiya, məntiq,
psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli
bir alim olduğunu göstərir»
Prezident İlham Əliyev 12 fevral 2014-cü il tarixində “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda bildirilir ki, 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur: “Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaradıb. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri var. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.
Sərəncamda
bildirilir ki, milli ictimai fikrin,
elmin və mədəniyyətin
inkişafına dəyərli töhfələr vermiş Abbasqulu Ağa Bakıxanovun 220 illik
yubileyinin keçirilməsini Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan
Milli Elmlər Akademiyası və Təhsil
Nazirliyi təmin etsin.
Bu
günlərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti Abbasqulu
Ağa Bakıxanov adına
mükafatın təsis edilməsinə dair
qərar qəbul edib.
Mükafat prezidentin sərəncamına
uyğun olaraq elmin inkişafına böyük
töhfələr verən, tarix, fəlsəfə,
sosiologiya, hüquq,
beynəlxalq münasibətlər və şərqşünaslıq
elmləri sahəsində yüksək səviyyəli tədqiqatlar
aparan alimlərin əməyini daha da stimullaşdırmaq məqsədi ilə təsis
edilib.
Azərbaycan
Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov
adına Tarix İnstitutundan
“Bizim Yol”a məlumat verildi ki, A.A.Bakıxanov 1794-cü il
iyun ayının 21-də Bakı şəhəri
yaxınlığında Əmircan (köhnə adı Xilə)
kəndində varlı bir ailədə anadan olub. Onun atası II Mirzə
Məhəmməd xan Bakı xanları nəslindən,
anası Sofiya xanım isə müsəlmanlığı
qəbul etmiş gürcü
qızı idi. Bakıxanov
səkkiz yaşına qədər Bakıda
yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa,
Balaxanı, Ramana kəndlərində keçirib. 1802-ci ildə atası xanlıq
taxtı uğrunda vuruşmalarda
öz əmisi oğlu
Hüseynqulu xana məğlub
olduğuna görə məcburiyyət
qarşısında qalaraq Qubaya,
vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə
köçməli olub. Abbasqulu ağa
1819-cu ilədək Qubada, Əmsar kəndində
yasamış, yarımçıq qalan təhsilini
davam etdirib. 1819-cu ildə
Bakıxanov general Yermolovun
dəvəti ilə Tiflisə gəlib Qafqaz
Baş Hərbi İdarəsində şərq
dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışıb.
Ömrünün sonlarında o, Yaxın Şərqi
səyahətə çıxıb. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov
Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə
adlanan yerdə vəba xəstəliyinə
tutulub vəfat edib və
həmin yerdə də dəfn olunub.
“Sərəncam A.A.Bakıxanovun
irsinin
öyrənilməsi ilə bağlı
tətqiqat
işlərini genişləndirəcək”
“Elə dahi şəxsiyyətlər, qüdrətli
simalar var ki, onlar mənsub olduqları xalqın, millətin, məmləkətin
tarixini yuxusuz gecələri, enişli-yoxuşlu ömür
yolları ilə yazır. Yüz
il bundan öncə dünyaya gələn, gəlişi ilə məmləkətinin
maarifçilik ideologiyasında yeni səhifələr yazan Abbasqulu ağa Bakıxanov milli maarifçiliyin rüşeymlərini
yaradandır”. Bu sözləri “Bizim Yol” qəzetinə Milli Məclisin deputatı, tarix
elmləri doktoru, professor
Musa Qasımlı bildirdi.
O, A.A.Bakıxanovla bağlı sərəncamın verilməsini
yüksək dəyərləndirdi: “Cənab Prezidentimiz İlham
Əliyevin A.A.Bakıxanovun yubileyinin
keçirilməsi ilə bağlı sərəncam
imzalaması bir daha göstərir ki,
dövlət başçısı Azərbaycan tarixinə, ədəbi,
mədəni irsinə, tarixi şəxsiyyətlərin
fəaliyyətinin təbliğinə və
tanıdılmasına müstəsna əhəmiyyət
verir. Bu onu göstərir ki, cənab
prezidentimiz Azərbaycan tarixinə xüsusi qayğı göstərir.
A.A.Bakıxanov böyük bir nəslin nümayəndəsidir, Azərbaycanın
peşəkar tarixçisi, maarifçisi, ədəbiyyatçısı,
tərcüməçisi və ictimai xadim olum. Onun
“Gülüstani-İrəm” əsəri Azərbaycan tarixinin öyrənilməsi üçün
mühüm bir mənbədir.
Mən cənab prezidentimizin bu sərəncamını müsbət
addım hesab edirəm.
Düşünürəm ki, bu addımdan sonra
A.A.Bakıxanovun irsinin öyrənilməsi
ilə bağlı yeni tətqiqatlar
işləri genişlənəcək”.
M.Qasımlı bildirdi ki, Abbasqulu
ağa Bakıxanovun elmi
fəaliyyəti və pedoqoji xidmətləri
var: “O Azərbaycan elmi
tarixində mühüm rolu
olan böyük alimdir. “Qanuni-Qüdsi”,
“Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük
şöhrət qazanıb. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya
və sair elmlərə aid
əsərləri onun hərcəhətli
bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi
əsəri fars dilinin
qrammatikasına aid yazdığı “Qanuni-Qüdsi” əsəridir. Fars
dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik,
lakin dərin məzmunlu girişindən,
“Hərflər”, “Kəlmələr” və “Cümlə”
adları altında ayrı-ayrı üç
fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini
verdikdən sonra, bu əsəri
nə münasibətlə, nə kimi
şəraitdə və hansı prinsiplər əsasında
yazdığı haqqında qısa və aydın elmi izahat verir.
Həmin girişdən yenə aydın görünür
ki, müasir dilçilik elminin tələbləri
nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən
fars dilinin
qanunlarını kitablardan deyil,
canlı danışıq dilindən öyrənib.
Coğrafiya
elminə aid onun iki əsəri var. Bunlardan biri “Kəşfül-qəraib”, o birisi
“Ümumi coğrafiyadır”dır. Hər iki əsər
fars dilində
yazılıb. İki
fəsildən ibarət
olan “Kəşfül
qəraib” Amerikanın
Xristofor Kolumb tərəfindən kəşf
olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs
dir. Yarımçıq qalan
“Ümumi coğrafiya”
əsəri farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın
vəziyyətlərindən, ünsürlərin xassələrindən,
məvalidin məhsulatından,
iqlimlərin hüdüdunu
təyin etmək və Yer kürəsi
əhalisinin siniflərini
müəyyən etməkdən
və hər bir ölkənin yaşayış tərzindən
bəhs edir.
Abbasqulu ağa
Bakıxanov pedaqoji məsələlərlə bir
alim kimi məşğul olub, uşaqların və gənclərin tərbiyəsi
ilə əlaqədar
olan iki əsər yazıb ki, bunlardan biri
“Təhzibül-əxlaq”, digəri
isə “Kitabi-nəsihət”dir.
“Təhzibül-əxlaq” əsəri
Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri
hesab etmək olar. Bu əsərdə
o, cəmiyyət haqqındakı
fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini
təbliğ edir.
Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir”.
Deputat bildirir
ki, “Gülüstani-İrəm”
əsəri Azərbaycan
və Dağıstan xalqlarının tarixinə
aid olan Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir: “Əsər müəllifin
uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində
yazılıb. Müəllif
bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparıb, tarixi abidələrdən,
köhnə binaların
qalıqlarından, sikkələrdən,
padşahların və
xanların fərmanlarından,
milli əfsanələrdən,
dini kitablardan, “Avesta”dan, qoca kişilərin nağıl
və rəvayətlərindən,
səyyahların verdiyi
xəbərlərdən, gürcü
və ləzgi salnamələrindən, çoxlu
şərq mənbələrindən,
qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin
əsərlərindən istifadə
edib. Bu əsəri
də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə
başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə
tarix elminə qısa bir tərif
verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır.
Tarixə müasir elmin
tələbləri nöqteyi-nəzəri
ilə yanaşan müəllif bəşəriyyətin
keçmiş həyatını
təcrübə adlandırır.
Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən
istifadə etməyi lazım bilir.
“Gülüstani-İrəm”in
müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa
coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə
istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi,
dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə
5 dövrə ayırıb
və buna əsasən də əsərini 5 fəslə
bölüb”.
“Dövlətin tarix elminə qayğısı
var”
“Azərbaycan Milli
Elmlər Akademiyasının
Abbasqulu Ağa Bakıxanov adına
Tarix İnstitutu milli tarixin öyrənilib
doğma xalqa çatdırılması sahəsində
böyük uğurlarla
zəngin inkişaf yolu keçib. Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına
və tarixi tədqiqatların məqsədyönlü
surətdə təşkilatlandırılması
işinə hələ
1923-cü ildə Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyətinin
yaradılması ilə
başlanılıb. Bununla,
əslində, Azərbaycan
tarixi problemlərinin elmi surətdə araşdırılması və
ümumiləşdirilməsi işini həyata keçirə biləcək
akademik elmi tədqiqat institutunun - bu günkü A.A.Bakıxanov adına
Tarix İnstitutunun özülü qoyulub.
Azərbaycan
dövlətinin tarix elminə qayğısı
var. Belə ki, Tarix İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi haqqında
Prezident sərəncam
imzalayıb. 2013-2015-ci illərdə Azərbaycan
tarixinə dair tədqiqatların daha da genişləndirilməsi
və səmərəliliyinin
artırılması üçün
Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının
2012-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan 3 milyon manat ayrıldı”,
deyə bu sözlər Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutundan bildirildi.
Ramid
Bizim
Yol.- 2014.- 13 iyun.- S.13.