Mobil telefonlar haqqında nələri bilmirik?
Mobil rabitə insana geniş imkanlar yaratmaqla bərabər təhlükələr də
vəd edir
İnformasiya kommunikasiya texnologiyalarının inkişafı insanların həyatında mühüm rol oynayır. Mobil telefonlar və internet həyatımızın ayrılmaz parçasına çevrilib. Hazırda dünyada beş milyarddan çox mobil telefon, iki milyarddan çox internet istifadəçisi var. Bu gün Azərbaycanda da gənclərin mütləq əksəriyyəti mobil telefon istifadəçisidir. “Ağıllı telefonlar”ı sayəsində istənilən məlumata çata bilir, sürətli internetdən rahat istifadə edə bilirlər. Bəs hamının istifadəsində olan telefonlar haqqında nə bilirik? Bizimyol.info bu barədə araşdırmanı təqdim edir.
İlk mobil telefonlar
İlk portativ
mobil telefon 1983-cü il martın
6-da istehsal olunub. Həmin gün "Motorolla" şirkəti layihəsinə
100 milyon dollar xərclədiyi
aparatı təqdim edib. Bu aparatın çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 santimetr olub. Telefon 8 saat ərzində
akkumulyatoir vasitəsilə
işləyə bilib.
Telefonun ilkin satış qiyməti 3995 dollar olub.
Təkmilləşdirmələrdən
sonra mobil aparata saat, təqvim
və digər rahatlığı olan qrafik displey əlavə olunub. 1998-ci ildə peyk
rabitəsinin kommersiya
istismarından sonra mobil telefon stansiyasının
əhatə dairəsindən
kənarda işləyən
mobil telefonlar insanların istifadəsinə
verilib.
Mobil telefonların reytinqi
və istehsal olunduğu ölkələr
2013-cü ildə
"J.D. Power and Associates" tədqiqat agentliyi müasir istehlakçıların tələblərinə
cavab verən populyar mobil ticarət markalarının
reytinq cədvəlini
hazırlayıb. "Apple" şirkəti doqquzuncu dəfə 855 bal toplayaraq lider olub. İstehlakçılardan
795 bal almış
"Nokia" şirkəti populyarlığa görə
ikinci ən böyük smartfon istehsalçısı, "Samsung" şirkəti isə 793 balla 3-cü ən populyar marka hesab olunub. İlk beşlikdə,
həmçinin "Motorola" və "HTC" şirkətləri
yer alıblar.
"J.D. Power and Associates" şirkətinin çıxardığı
nəticələr istehlakçıların
konkret məhsul üzrə rəy və təəssüratlarına
əsaslanıb. Sorğuya
cavab verənlər üçün smartfonların
məhsuldarlığı 33 faizlə, dizaynı 23 faizlə, funksiyaları və istifadəsinin asan olmağı hər biri 22 faizlə əsas götürülüb.
İstifadə olunan
mobil telefon markalarından "Nokia" Finlandiyanın,
"Samsung və LG electronics" Koreya Respublikasının,
"Apple" və "Motorolla"
Amerika Birləşmiş
Ştatlarının, "HTC" Çin Xalq Respublikasının,
"Huawei" Çexiya
Xalq Respublikasının,
"Sony Ericsson" isə İsveç və Böyük Britaniyanın
məhsuludur.
Ölkəmizdə gənclərin maraq
göstərdiyi marka və modellər
"İNTEGRALPLUS" mağazalar
şəbəkəsindən verilən məlumata görə, gənclər
daha çox son model mobil telefonlara maraq göstərirlər. Xüsusən, alıcılar
"Samsung Galaxy S5", "Samsung Note 3" və
"İphone 5s" modellərinə
diqqət edirlər:
"Hazırda mağazamızda
"Galaxy Note 3" 599 manat, "Samsung
S5" 699 manat, "İphone
5S" isə 689 manatdır.
Müştərilər seçim edərkən
daha çox android sisteminin olmasına, kamera göstəricilərinin
keyfiyyətinə, sosial
şəbəkələri dəstəkləməsinə önəm
verirlər. Təbbi ki,
maraqlar fərqlidir.
Daha sadə model istəyən
də var, bütün funksiyaların
yüksək olmasını
istəyənlər də.
Kampaniyadan asılı olaraq
telefon satışı
kifayət qədər
həyata keçirlir.
Faizsiz kredit, kartlara xüsusi endirim kimi kampaniyalar geniş marağa səbəb olur. Ümumilikdə
isə seçimlər
və maraqlar fərqli olur"
"İNTEGRALPLUS" mağazalar
şəbəkəsindən bildirirlər ki, gənclər yeni çıxacaq modellər
haqqında suallar verirlər. Xüsusən də "İphone 6"
və 2015-də istehsal
olunacağı gözlənən
"Samsung 6s" haqqında suallar çoxluq təşkil edir.
"IRSHAD Telecom" mağazalar
şəbəkəsindən isə dedilər ki, indiyə kimi alıcılar aldıqları heç bir modeldən şikayətçi olmayıblar. Mağaza rəsmisi qeyd etdi ki,
etibarlı modellər
satılıb: "Seçim
çox olduğundan istifadəçilər də
müxtəlif modellərə
maraq göstərirlər.
Elə bir model yoxdur ki, müştərilər
onunla maraqlanmasın.
Ancaq hazırda daha çox "Samsung" və
"Apple" firmaları arasında
rəqabət gedir.
Ən çox diqqət mərkəzində olan
"Apple" firmasına məxsus
olan "İphone
5S"dir. 16 GB-lıq yaddaş
kartına malik olan model 696 manatdır.
Mağazada ən bahalı
telefon modeli "İphone 5S"dir. 64 GB yaddaş
kartı olan model isə 835 manata təklif olunur".
"Baku Electronics" mağazalar
şəbəkəsində isə kampaniyalardan asılı olaraq modellərə qarşı
marağın dəyişdiyini
dedilər. Mağaza
rəsmisi deyir ki, hazırda
"Samsung", "HTC" modellərinə
tələbat çoxdur:
"Qiymətlər olduqca
müxtəlifdir. Ən aşağı
qiymətdən, ən
yüksək qiymətədək
məhsullarımız var. Gənclər
mağazamızın saytında
istənilən telefonun
parametrləri, qiyməti
haqqında məlumatlar
əldə edə bilər. Alıcılar daha çox
"Samsung", "HTC", "Sony xperia"
telefonlarına üstünlük
verirlər. Ancaq yenə
də bütün bunlar müştərinin seçimindən, zövqündən
və istəyindən
asılı olaraq dəyişir".
“Ağıllı telefon”lardan şikayətlər...
Telefon
satışı və
təmiri ilə məşğul olan Məhəmməd Rəsulzadə
deyir ki, hazırda ən çox "Samsung" firmasının
məhsulları satılır. Ancaq mobil telefonlardan
şikayətlər də
olduqca çoxdur:
"İstifadəçilər
daha çox smartfonların "donma"sından
şikayət edirlər. Belə olan zaman adətən
telefonun ekranı tez-tez sönüb-yanır,
bəzən də uzun müddət istifadəyə yararsız
halda qalır. Ən çox problemli telefonlar "Samsung" firmasının
məhsullarıdır. Heç bir "Samsung" modelinin batareyası 6 aydan artıq davam gətirmir. İstifadəçilər bununla bağlı
nə qədər şikayət etsələr
də, əlimizdən
batareyanı dəyişməkdən
başqa heç nə gəlmir. Batareya dəyişilən zaman isə təbii ki, orijinal batareya
qoyulmur. Bu zaman onların istifadə müddəti daha da az olur. Telefona yazılan proqramlar
isə hamısı yenilənmiş versiyada, orijinal proqramlardır.
Əks halda telefon həmin
proqramı dəstəkləmir".
Mobil telefonlar insan
orqanizminə necə
təsir göstərir?
Fransanın
Bordo Universitetinin apardığı tədqiqatların
nəticəsində məlum
olub ki, insan gün ərzində 30 dəqiqədən
artıq mobil telefondan istifadə edirsə, bu, onda beyin xərçəngi
xəstəliyinə tutulma
riskini artırır. Eyni zamanda İsraildəki Təl-Əviv Universiteti və "Beylinson" xəstəxanasının alimləri
iddia edir ki, mobil telefonların
elektromaqnit şüalanması
ilə insan orqanizmində qalxanabənzər
vəzdə xərçəng
xəstəliyinin yaranması
və inkişafı arasında əlaqə
var.
Bir
digər beynəlxalq təşkilatın apardığı
araşdırmalar nəticəsində,
mobil telefonsuz və smartfonsuz qalmanın artıq psixi pozuntuya çevrildiyi aşkarlanıb. Britaniya və ABŞ-dakı psixiatrlar bunu "no mobile
phobia" və ya
"nomofobi" adlandırıblar.
Bu mobil telefondan məhrum qalmaq, xüsusilə də sosial şəbəkələrə
daxil ola
bilməmək qorxusudur.
Britaniyada 1000 telefon istifadəçisi
arasında keçirilmiş
anonim sorğuya əsasən respondentlərin
66 faizi mobil telefonlarını itirəndə
və ya telefon əllərinin altında olmayanda özlərini çox narahat, depressiyada hiss etdiklərini qeyd ediblər. 18-24 yaşlılar arasında bu göstərici 76 faizdir.
Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) isə mobil telefonlarla bağlı elektromaqnit şüalanmasını
xərçəngin inkişafının
potensial səbəblərindən
biri kimi qəbul edib. Mütəxəssislərin fikirincə, müəyyən
zaman daxilində mobil telefonların elektromaqnit şüalanması
orqanizmə ciddi təsir göstərir.
Hematologiya
Klinikasının elmi
rəhbəri İsgəndər
Bağırov deyir ki, telefonun insanda
xərçəngin hər
hansı bir növünü yaratması
tam dəqiqliklə sübut
olunmayıb. Tibb
sahəsində bu barədə də dəqiq müayinələr
aparılmayıb: "Mobil telefonlardan insana dəyən ziyan elektromaqnit dalğalarının
orqanizmə göstərdiyi
təsirə bərabərdir.
Belə bir paralellik var. Ancaq telefonun konkret hansısa xərçəng
xəstəliyini yaratdığını
demək olmur"
Dəyanət Babayev:
"Mobil telefonlardan
asılılıq xəstəlik
kimi qəbul olunacaq"
Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayev deyir ki, mobil
telefonlardan uzaq qalmamq bir vərdişdir. İnsanlarda bu getdikcə asılılığa çevrilir.
Psixoloqun sözlərinə
görə, narkomaniya,
alkoqolizm Ümumdünya
Səhiyyə Təşkilatı
tərəfindən xəstəlik
qəbul olunduğu kimi, mobil telefonlardan,
sosial şəbəkələrdən,
internetdən asılılıq
da bir neçə
il sonra
xəstəlik kimi qəbul olunacaq: "Əvvəllər narkomaniya
və alkoqolizm də xəstəlik kimi qəbul olunmurdu. Sonradan daxil edildi.
Gənclərimiz yatarkən, istirahət
edərkən, hətta
ayaqyoluna gedərkən
belə telefonu yanlarından ayırmırlar.
İnsana elə gəlir
ki, mobil telefon yanında olmasa ona təcili
zəng gələcək,
yaxınlarından kiməsə
nə isə olacaq və o, telefona çata bilməyəcək şəklində
qorxular yaranır.
Halbuki, əvvəllər mobil telefonlar yox idi. Insanların da həyatı
yolunda idi. Hər bir işlərini vaxtında görə bilirdilər".
Psixoloqun
sözlərinə görə,
mobil telefonlardan asılı olma insanlarda obssessiv-kompulsiv pozuntu yaradır. Bunlar isə insanın həm zamanını alır, həm də aşırı həyəcana
səbəb olur:
"Gənclər üçün
telefondan asılılıq
vaxt itkisinə səbəb olur. Onlar daim telefon üzərində
sosial şəbəkələrdə
olurlar. Yəni dayanmadan virtual ünsiyyət
qururlar. Bu isə özü bir növ yarışa
çevrilir. Gələcəkdə isə mobil telefonlardan asılılıq
xəstəlik kimi qeydə alınmalıdır".
Aysel İsgəndərli
Bizim Yol.- 2014.- 26 iyun.- S.11.