Səməd Vurğunun
ev müzeyindən reportaj
Muzeydəki
üç otaq - şairin iş otağı, qonaq və yataq
otaqları onun sağlığında olduğu kimi saxlanılır
Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv küçəsi 6 ünvanı… Burada Səməd Vurğunun ev muzeyi yerləşir. Azərbaycan şairi, dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Mədəniyyət və Turizm Nazirliyi tabeliçiyindədir.
Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Muzeydən bildirdilər ki, Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub.
Ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirib.
Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb.
Şairin
iş otağı - kabineti.
Hər şey sadə, hər şey adi. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə
şairin son əlyazmaları,
ömür vəfa etmədiyiyindən üçün
çəkə bilmədiyi
papirosları, avtoqələmi,
həyat yoldaşı
ilə övladlarının
birgə çəkdirdikləri
fotoşəkil və
şairin ən çox sevdiyi bənövşə gülünün
rəmzi kimi kiçik səbətdə
süni bənövşə
qoyulub. "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün"
və bir çox başqa sənət inciləri, məqalələr, çıxışlar
bir zamanlar bu yazı stolunun
arxasında ərsəyə
gəlib.
Şairin qonaq otağı onun sağlığında
olduğu kimi qorunub saxlanılır. Səməd
Vurğun məşhur
şair olmaqla yanaşı, həm də açıqürəkli
insan, qonaqpərvər
ev sahibi
idi. Bu qonaq
otağına tez-tez şairin dostları - yazıçılar, bəstəkarlar,
rəssamlar, kənd zəhmətkeşləri və
onun istedadının pərəstişkarları toplanırdı.
Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə
Səməd Vurğunun
əvvəlki mənzilində
tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə
də məşhur bəstəkarlarımızdan Qara
Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa ediblər.
Qonaq otağında həmçinin
1944-cü ildə xalq
rəssamı Mikayıl
Abdullayev tərəfindən
şairin ilk naturadan çəkilmiş portreti
nümayış etdirilir. Səməd Vurğun
burada öz bağında, dərin düşüncələr aləmində
təsvir olunub.
Qiymətli eksponatlar
arasında bir saat da var. Səməd
Vurğun dünyasını
dəyişdiyi zaman,
1956-cı il mayın 27-də axşam saat 8:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırıb.
Memorial otaqlarından
sonuncusu şairin yataq otağıdır. Burada da hər şey
sağlığında olduğu
kimi qorunub saxlanılır…
1975-2006-cı illərdə
Xavər Vəkilova, 2006-2009-cı illərdə Aybəniz Vəkilova, 2009-cu ildən indiyə kimi Aygün Vəkilova muzeyin direktorudur.
Muzeyin təmir
olunması ilə bağlı sərəncam
Muzeydən bildirildi ki, muzey əhatə dairəsi çox geniş olan kütləvi işlər
də görülür. İldə iki
dəfə, martın
21-də və mayın
27-də şairin "Xatirə
günləri" keçirilir.
Şairlə bağlı tədbirlərlə
yanaşı, ev-muzeyində
ayrı-ayrı ədəbi
hadisələrə, şairin
qələm dostlarının
yubileylərinə, tarixi
günlərə həsr
olunmuş tədbirlərin
keçirilməsi, eləcə
də bu tədbirlərdən bir çoxunun respublikada ilk dəfə olaraq məhz bu muzeydə
(Azərbaycan Demokratik
Respublikasının ildönümü:
tədbir və sərgi - 1988, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 150 illiyi: tədbir və sərgi - 1989) təşkil olunması respublika ictimaiyyətində
xüsusi maraq doğurub.
Muzeyə gələn
tamaşaçılar və
tədbir iştirakçıları
şairin həyat və yaradıcılığını
çox maraqla izləyir, onun səsinin lent yazısına
böyük məhəbbətlə
qulaq asır, şairi müxtəlif illərdə əks etdirən kino-xronikaya çox həyacanla bıxırlar. Onlar muzeydə keçirdikləri
hissləri, şairə
olan hədsiz məhəbbətlərini rəy
kitablarında qeyd edirlər. Rəy kitablarında Muzeyin
fəaliyyəti də
qiymətləndirilir.
13 dekabr
2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
"Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" Sərəncam imzalayıb. Həmin
Sərəncama əsasən
Xalq şairi Səməd Vurğunun Bakı şəhərində
yerləşən (Tərlan
Əliyarbəyov küçəsi,
6) ev-muzeyinin əsaslı
təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 300 min manat ayrılıb.
Ev-muzeyinin yeni ekspozisiyasının
açılış mərasimi
keçirilib
Muzeyin direktoru Aygün Vəkilova bildirdi ki, martın 5-də xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış
mərasimi keçirilib. Açılış mərasimində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və başqa mədəniyyət
və incəsənət
xadimləri iştirak
edib.
Nazir Əbülfəs
Qarayev muzeyin təmirdən sonrakı yeni ekspozisiyasının açılışını Azərbaycanın mədəni
həyatında əlamətdar
hadisə kimi dəyərləndirib: “Sevinirəm
ki, muzeyin bərpasına nail olduq. Muzey bundan sonra
bütün ziyarətçilərin
üzünə açıqdır
və hər kəs öz evi kimi muzeyə
gələ, böyük
şairin evi, şəxsi əşyaları
ilə tanış
ola bilər. Səməd Vurğunun yaradıcılığı
dövlətin daim diqqətində olub və muzeyin təmiri, yenidən açılışı bunun
əyani sübutudur”.
Tədbirdə çıxış edən akademik Teymur Bünyadov S. Vurğun haqqında xatirələrini danışıb.
Açılış mərasimində şairin dilindən şeirlər səsləndirilib,
nəticəsi Vurğun
Vəkilov fortepianoda musiqi parçaları ifa edib.
Xalq şairinin
yaradıcılığı…
Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub. Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmış.
Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazıb. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib.
1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin "A.S.Puşkin medalı" təqdim olunub. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə edib, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilib. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə edib.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini - "Vaqif"i yazır. "Vaqif" dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirib. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülüb.
Nizami Gəncəvinin 800 illik yubileyinə Səməd Vurğun "Leyli və Məcnun" poemasını Azərbaycan dilinə çeviribr. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan "Xanlar"ı yazıb. Həmin il onun "Azad ilham" kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazıb. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılıb.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılıbr. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranıb.
1945-ci ildə yazdığı fəlsəfi dram olan "İnsan"da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərib. Şairin bu əsərdə yaratdığı "Qardaşlıq şəhəri"ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşıb.
Ramid İbrahimov
Bizim
yol.-2014.-19 mart.-S.13.