Azərbaycanın milli geyimlərinin özəllikləri…
Bütün
milli geyimlər kəsim üslübları, məhəlli
xüsusiyyətləri qorumaqla hazırlanır
Bakı Milli Geyim Evinin Dənizkənarı
Milli Parkda sərgi təşkil etdi "Hər bir millətin
öz milli mentaliteti var. Bu onun qədim və milli dəyərlərinin
qorunub saxlanılmasında mühüm
rol oynayır. Azərbaycan xalqının da bir sıra milli dəyərləri var
ki, məhz onlar
xalqımızın adət-ənənələrini
özündə ehtiva etdirir.
Bu tip milli dəyərlərimizdən
biri də Azərbaycanın milli geyimləridir. 2010-cu ilin
yanvar ayından fəaliyyətə başlayan Bakı Milli Geyim Evi də məhz milli dəyərlərimizdən biri olan Azərbaycan milli geyimlərinin tikilməsi və onların
təbligi ilə məşgul olan bir qurumdur. Qeyd edək ki, geyim evində calışan gənc rəssam-modelyerlərin
əməyi nəticəsində bir-birindən maraqlı milli geyimlər ərsəyə gəlir. Bu günə
qədər Bakı Milli Geyim
Evi yüzlərlə milli
geyim hazırlayıb. İstər respublika daxilində istərsə də bir necə xarici ölkədə
kecirilən müxtəlif tədbirlərdə və sərgilərdə,
bayram şənliklərində Bakı milli geyim evinin
hazırladığı milli geyimlərdən
istifadə olunub. Onu
da qeyd edək ki, hazırlanan bütün
milli geyimlər kəsim
üslübları, məhəlli xüsusiyyətləri qorumaqla hazırlanır. Onu
da qeyd edək ki, hazırlanan bütün
milli geyimlər kəsim
üslübları, məhəlli xüsusiyyətləri qorumaqla hazırlanır”. Bu
sözləri dünən Bakı Milli Geyim Evinin Dənizkənarı
Milli Parkda təşkil
etdiyi sərgidə qurumun
əməkdaşı dedi.
Məlumat verildi ki, Bakı Milli Geyim Evi Mehdi Huseyin küçəsi 65 ünvanında yerləşir. Hər bölgənin milli geyimin burda tapmaq olar. Öyrəndik ki, geyimlərin qiyməti 150-500 manat arasında dəyişir.
Sərgidə məlumat verildi ki, Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycan XVII-ci əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi...
Azərbaycan qadın geyimi XIX-cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel üst geyimindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi.
Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarından tikilirdi.
Çəpkən - çiyinüstü, astarlı və yalançı qolları malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Arxalıq - çiyinüstü, uzun, beli ensiz gödəkcədir.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi. Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Kişi milli geyimi…
Kişi milli üst geyimi - üst
köynək, arxalıq, qaba və çuxadan
(çiyinüstü) ibarət idi.
Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir.
Arxalıq - çiyinüstü, uzun, beli ensiz gödəkcədir. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.
Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa- içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.
Baş geyimləri…
Sərgidə məlumat verildi ki, qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbədici və maraqlı idi. Bura ipək kəlağayılar, çalmalar, nar-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri ipək kəlağayı idi. Digər qadın baş geyimi təsək (onu qadın papağı adlandırırdılar) idi. Təsəyi bəzəyən naxışın növündən asılı olaraq onun müxtəlif adları mövcüd idi: mirvari papaq, qızıl papaq, ayulduz.
Qadın geyiminin elementlərindən biri də xüsusi baş sarğısı - çutqu idi ki, tündrəngli parçadan (qara və ya tünd göy sətin, atlas, çitdən və s.) tikilirdi. O, hər iki tərəfdən açıq, ensiz örtük şəklində tikilirib. Çutqunu başın ətrafında (eyni zamanda alnı da örtərək) ensiz lent şəklində bağlayırdılar. Çutquyla saçları və ya hörükləri yığaraq onları arxadan sallayırdılar. Belə ev və çöl işləri zamanı rahat olurdu. Beləliklə, çutqu həm gigiyenik, həm də utilitar əhəmiyyət daşıyırdı. Çutqunun üstündən, bir qayda olaraq, yaylıq ya da ipək və ya pambıq örtüklər (çarşab, örpək, şal və s.) örtürdülər. Çutqu Azərbaycanda XX əsrin 40-ci illərinədək mövcüd olmuşdur.
Cəmiyyətin zəngin zümrələri arasında naz-nazı və qaz-qazı (xalq terminologiyası) kimi təntənəli günlərdə taxılan baş geyimləri geniş yayışıb ki, onlarda qış vaxtı başı bağlayırdılar və ya çiynin üzərinə sallayırdılar. Şallar fabrik istehsalı idi.
Çalma və dingə digər baş geyimləri ilə müqayisədə onlar daha az yayılıb. Belə ki, onların bağlanması qadınların çox vaxtını alırdı. Çalmanı başa bağlanmış yaylığa və ya araqçına sarıyırdılar. Çalmanın üstündən bir yaylıq da örtürdülər. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilibdi. Yalnız Şirvanda çalmanın sarınmasının bir neçə üsulu məlum idi. Dingənin bağlanması üçün şaldan istifadə olunurdu. Dingə çalmadan daha mürrəkkəb baş geyimi idi. O da çalma kimi başda sancaqla bərkidilibdi.
Qadın baş geyimin ən sadə elementi ləçək (düzbucaq və ya üçbucaqşəkilli yaylıq) idi. Ləçəyi ev işləri zamanı, eləcə də başa xına qoyanda bağlayırdılar. Şəhərlərdə qadınlar evdən çıxarkən bütün bədəni örtən çadra geyibdilər. Kəndli qadınlar çadranı çox nadir hallarda, yalnız hərdən kənddən uzaq məsafəyə gedəndə örtürdülər. Adətən baş üçün yaylıqla (yaşmaq) ağız və burnun bir hissəsini örtməklə kifayətlənirdilər. Varlı qadınlar atlas, kasıblar isə sətin, bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça) müxtəlif çalarda çadralar örtürdülər. Çadrayla yanaşı, şəhərlərdə qadınlar hərdən üzlərini göz üçün krujevalı torla örtürdülər.
Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücümü kimi qiymətləndirilirdi. Kişinin başından papağı vurub salmaq onu və onun bütün nəslini təhqir etmək demək idi. Papaq və onun formasına görə onun daşıyıcısının sosial vəziyyətini müəyyənləşdirmək olardı. Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab olunurdu.
Kişilərin əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. XIX əsrin sonlarına aid müəlliflərdən biri papağın hazırlanması prosesini belə təsvir edir: "Əvvəlcə, dərini tikib ona papaq forması verilir, sonra onun tərs üzünü çevirirlər və papağı yumşaq etmək üçün onun çılpaq üzünə pambıq və ya kalka sərirlər. Pambıq və ya kalkanın üzərinə bir vərəq şəkər kağızı qoyurlar, nəticədə papaq ona verilmiş formanı saxlayır; əlbəttə, şəkər vərəqi papağın formasına və böyüklüyünə görə kəsilir. Sonra şəkər vərəqinin üstündən hər hansı bir parçadan astar tikilir və papaq tüklü üzünə çevrilir. Hazır papağa su sıçradaraq 4-5 dəqiqə ərzində üzərində yüngülcə çubuq gəzdirirlər; bu zaman papağı sol ələ taxılmış vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa papaq üçün xüsusi qəlibə taxılır. Bununla da, papağın hazırlanması bitir".
Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı. Belə papaqlar rənginə görə də seçilirdi - qızıl papaq və gümüş papaq. Nuxa qəzasında papaq daqqa (taqqa) papaq adlanırdı və onun üzü məxmərdən tikilirdi.
Ramid İbrahimov
Bizim
yol.-2014.- 20 mart.-S.13.