Azərbaycan incəsənətində
«YARAT» izi
Müasir İncəsənət Məkanı yaradıcı
gənclərə mühüm
dəstək verir
“2011-ci ildə
Aida Mahmudova tərəfindən
təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı
Azərbaycanda müasir
incəsənətin inkişafı
və onun ictimaiyyət tərəfindən
dərk olunması sahəsində fəaliyyət
göstərir, habelə
ölkə daxilində
və beynəlxalq səviyyədə Azərbaycan
incəsənətinin təmsil
olunması ilə məşğuldur”. Bu barədə “Bizim Yol” qəzetinı “YARAT” Müasir İncəsənət
Məkanından məlumat
verildi.
Məlumatda bildirilir ki, adı “yaratmaq” sözündən əmələ
gələn “YARAT” təşkilatının
əsas fəaliyyətlərini
sərgi proqramları,
təhsil tədbirləri
və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq
incəsənət şəbəkələri,
o cümlədən, müxtəlif
fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata
keçirilməsi sahəsində
çalışır. “YARAT”-ın həyata
keçirdiyi təhsil
proqramları silsiləsi
qlobal səviyyədə
mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün
imkan yaradır.
Məlumatda o da qeyd edilir ki, “YARAT-ın, əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar
platformanın yaradılması,
incəsənət institutlarının
tələbə və
məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür: “Bu isə
öz növbəsində
rəssamın və onun əsərlərinin peşəkar mühitdə
iştirakı, digər
incəsənət təşkilatlarının
diqqəti cəlb edilməsi, müasir incəsənət sahəsində
uğurlu karyeranın
qurulmasına imkan əldə etməsidir. YARAT müasir incəsənətlə
bağlı mühazirələr,
seminarlar və master-klasslar keçirməklə,
xüsusi təhsil proqramını, tətbiq
edəcəkdir, həm
də ressam-rezedensiyaları
keciriləcək”.
“YARAT”-ın incəsənət-təhsil layihələri...
“YARAT” müasir incəsənət
təşkilatı peşəkar
sənətkarlar, həvəskarlar,
uşaqlar və incəsənətin tədrisi
ilə məşğul
olanlar, qısaca desək, hər kəs üçün nəzərdə tutulan təhsil proqramları həyata keçirir. Təşkilat yerli və beynəlxalq
rəssamlar cəmiyyətləri,
o cümlədən, fondlar,
incəsənət məktəbləri
və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin
aparılması sahəsində
xidmət göstərir;
“YARAT” mühazirələr, seminarlar, məşğələlər,
habelə xaricdə tərəfdaş təşkilatlarla
birlikdə stipendiya proqramları təşkil
etməklə məşğuldur.
Azərbaycan dilindən “tərəqqi”
kimi tərcümə
olunan və “YARAT”-ın gənc rəssamlar üçün
nəzərdə tutulan
ARTIM layihəsinin əsas
məqsədi ölkənin
gənc nəslinin istedadlı nümayəndələrini
incəsənət sahəsində
karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar
səhnədə öz
əsərlərini nümayiş
etdirmək üçün
müvafiq şərait
yaratmaq olub.
“YARAT”-ın təhsil
layihələri təşkilatın
əsas fəaliyyətlərini
təşkil edir, və onların icra müddəti ilbəil uzadılır. 2013-cü il ərzində həyata keçiriləcək
təhsil təşəbbüslərinin
sayı 2012-ci illə
müqayisədə üç
dəfə artmalıdır,
və bu təşəbbüslərdə xarici rəssamların daha geniş təmsil olunması nəzərdə tutulur.
Kursda tələbələri incəsənətin tarixi
tanış edəcəklər
“YARAT” Müasir İncəsənət
Məkanının təşkilatçılığı
ilə iyunun 1-dən
30-dək həftədə 3 dəfə olmaqla Teymur Daiminin rəhbərliyi altında
kurs təşkil olunacaq. Bu barədə təşkilatdan
məlumat verildi.
Məlumata görə, Teymur
Daimi həm multimedia rəssamı, film yaradıcısı,
filosof alim, incəsənət və kino tənqidçisi, incəsənət üzrə
məsləhətçi, müəllim,
həm də publisist və şairdir. Onun peşəkar maraq
dairəsi təsviri incəsənət, kinematoqrafiya,
eksperimental kino, qavrayış nəzəriyyəsi,
incəsənət barədə
yazı, pedaqoji təcrübə, neyropsixologiya,
tətbiqi psixologiya, antropoloji təcrübələri
özündə birləşdirən
müxtəlif sahəli
fəaliyyəti əhatə
edir.
Kursun məqsədi
tələbələrə müxtəlif analitik texnikaları təqdim etmək, onların yazı qabiliyyətlərini
dəyişmək və
nəticədə onları
müasir incəsənət
və mədəniyyət
istiqamətində tənqidi
və analitik mətnlə peşəkar
işləmək üçün
hazırlamaqdır. Kurs nəzəri
və praktik hissədən ibarət olacaq. Nəzəri hissə tələbələri
incəsənət tarixi,
xüsusilə müasir
incəsənət tarixi
ilə tanış
edəcək, onlara yaradıcı yazının
və tənqidi analizin əsaslarının
tətbiqini öyrənməkdə
kömək edəcəkdir.
Praktik hissə tələbələrə
onların öz yazıları üzərində
daim işləmək
üsulunu aşılayacaqdır.
Kursun sonuna yaxın hər tələbə müstəqil şəkildə
analitik mətn yazmağı bacarmalıdır.
Tələbələr kurs çərçivəsində
muzey, qalereya, rəssam studiyaları və incəsənətlə
bağlı digər məkanları ziyarət edəcəklər.
Kursun hədəf
qrupu sözün sehri, incəsənət və mədəniyyətin
fəlsəfəsinə dərin
marağı olan və mədəniyyət
analitiki, incəsənət
publisisti peşəsinə
sahib olmağı arzulayan
və yaxud özünün intellektual
fəaliyyətini daha
məhsuldar etmək istəyən humanitar sahənin tələbələri
və ya gənc peşəkarlardır. Yaxşı yazı
qabiliyyəti vacib şərtdir. İyun ayında
4 həftə ərzində
keçiriləcək kursda
hər dərsin müddəti 3-5 saatdır
(dəyişə bilər).
İlk 3
həftə nəzəri-praktiki
hissəyə, sonuncu həftə isə tam müstəqil fəaliyyətə
həsr ediləcək.
Tələbələr kursun rəhbəri
ilə gündəlik
ünsiyyətdə olaraq
başlıca analitik mətnləri yazmaq üzrə istiqamətləndiriləcəklər.
Sonda tələbələrin müəllifi
olduqları müasir incəsənətə həsr
edilən işlərin
məqalə toplusu və yaxud elektron
mediada nəşri, o cümlədən tələbələrin
ən yaxşı və uğurlu yazılarının ən
nüfuzlu jurnallarda dərc edilməsi təklif olunacaqdır.
Rəssamlar…
“YARAT”ın dəstəyi ilə rəssamlar Aida Mahmudovanın, Leyla Əliyevanın, Hüseyn
Haqverdiyevin, Məmməd
Mustafayevin, Ramal Kazımovun və başqalarının sərgiləri
təşkil olunub.
Sərgisi təşkil olunanalardan olan Ramal Kazımovla
yaradıcılığı-rəssamlıq
fəaliyyəti ilə
bağlı həmsöhbət
olduq. Söhbətimizi təqdim etməmişdən
öncə, müsahibiz
haqqında qısa məlumat verək. Ramal Kazimov 1987-ci ildə Gəncə şəhərində
anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
rəngkarlıq ixtisası
üzrə ali
təhsil alıb. Ramal Kazımovun iştirak etdiyi sərgilər:
2006-cı ildə Şimali
Kipr Türk Respublikasının Yaxın
Şərq Universitetinin
təşkil etdiyi sərgidə,
2007-ci ildə İsrail
Dövlətinin qurulmasının
60-cı ildönümünə həsr olunan sərgidə, 2011-ci ildə
"Ön Söz",
"YARAT! Müasir İncəsənət Məkanı" tərəfindən
təşkil olunan sərgidə, 2011-ci ildə
"Almaniya Azərbaycan
rəssamlarının gözü
ilə" sərgisində
və 2012-ci ildə
"Birləşən Körpülər",
"YARAT! Müasir İncəsənət Məkanı" tərəfindən
təşkil olunan sərgidə iştirak edib.
““YARAT” Müasir İncəsənət
Məkanı müasir
Azərbaycan incəsənətini
tam və maraqlı şəkildə təqdim
etmək, habelə bakılıları dünya
incəsənətində peyda
olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoyur. "Yay"
qalereyası rəssamların
yaradıcılıq sınaqları
üçün daimi
meydançasıdır. “YARAT”ın dəstəyi
ilə 2012-ci ildə açılmış "Yay"
qalereyasında mənim
fərdi sərgim açıldı.
İncəsənət xadimlərinin, rəssamların,
tənqidçilərin mənim
sənət yolum haqında fikiri belədir ki, əsərlərimdə ekspressionist
rəssamların təsiri
duyulur. Mən insanı çəkirəm.
Əsərlərimdə bəzi
personajlar "qorxu",
"xəcalət" və
"həyəcan" məfhumlarının
vizual əksinə bənzəyirlər”, deyə
rəssam Ramal Kazımov bildirdi.
««YARAT”ın dəstəyi nəticəsində
mənim fərdi sərgim təşkil olunub”
Rəssamın sözlərinə görə,
istedadlı gənc rəssamlara “YARAT” dəstək
olur: “Dəstək nəticəsində Azərbaycan
rəssamlarının əsərləri
tanınır, təbliğ
olunur. Hətta sözügedən təşkilat rəssamların
xarici ölkələrə
keçirilən sərgidə
iştirak etməsi üçün maddi dəstək də olur. Təşkilatçılığı da “YARAT” öz
üzərinə götürür.
Bu təşkilat istedadlı Azərbaycan rəssamlarının ölkə
daxilində və xaricində təhsil alması üçün
kömək olurlar.
Sirr deyil ki, rəsm
üçün materiallar
bahadır. Rəsm
materiallarının alınması
üçün müraciət
edəndə “YARAT” müraciət
edən rəssama maliyyə yardımı ayırır.
Müasir incəsənətdən məlumatlı
olmaq üçün
dinləmələr keçirilir. Mən özüm
də həmin dinləmələrdə iştirak
etmişəm. Xarici rəssamlarla
görüşlər olub,
o görüşlərdə iştirakçı olmuşam.
Bildirim ki, “YARAT”ın dəstəyi nəticəsində mənim fərdi sərgim təşkil olunub. Mən çox razı
qalmışam. Heykəltaraşlıq fəliyyətim də var.
Bu fəaliyyətimi gerçəkləşdirmək
keçirmək üçün
də təşkilat mənə dəstək oldu. Heykəllər yaratdım və
bu heykəllər Fransaya da aparıldı.
“YARAT” doğma evimiz olub. Bizə hər çür şərait və imkanlar yaradılıb, heç bir mane, müdaxilə olmur. Sərbəst yaradıcılığımızla
məşğul oluruq.
Bizi yaxşı anlayırlar.
Bu da məni
şad edir”.
Ramid İbrahimov
Bizim yol.-2014.-1 may.-S.13.