«Üns» Teatrı ənənə yeniliyi özündə birləşdirir

 

Fuad Salayev: «Üns»» təkcə ziyalılarımız üçün deyil, bütövlükdə Azərbaycanın vizual mədəniyyəti üçün əvəzsizdir»

 

Azərbaycan teatrı 2014-cü ilin martın 10-unda 141 yaşını qeyd etdi. Teatr dünya haqda anlayışlarının bir hissəsi olmalı, tamaşaçının daxili təlabatını oyanmalıdır. Tamaşaçı inansın ki, mədəni varlığı onun həyatı üçün çox vacib nəsnədir. Mədəniyyət Turizm Nazirliyindən bildirilir ki, son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilib. Bura, 2006-ci ildə qəbul edilmiş "Teatr teatr fəaliyyəti haqqında", 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident Sərəncamı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı aiddir.

Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqındaSərəncama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Şəki Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Ağdam Füzuli Teatrlarının binalarında təmir-bərpa yenidənqurma işləri, Dövlət Pantomima "Yuğ" teatrlarında isə təmir işləri aparılıb. Daha biri isə, Akademik Opera Balet Teatrı yaxın vaxtlarda təmirə edilməsi planlaşdırılır.

Hazırda Azərbaycanda 26 dövlət teatrı, "Üns" yaradıcılıq səhnəsi, Bələdiyyə Teatrı, 50-yə yaxın xalq teatr 13 teatr studiyası fəaliyyət göstərir. Dəfələrlə dövlət teatrlarından reporrtajlar hazırlamışıq. Bu dəfəÜns”dən reportaj hazırlamağı qərara aldıq.

"Üns Yaradıcılıq Səhnəsi" Teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Tetrdan əməkdaşımıza məlumat verildi ki, bu mədəni layihə Aida İmanquliyevanın xatirəsinə həsr olunub. A.İmanquliyeva-şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktorudur. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Yaxın Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi redaktoru olub.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 

"Üns Yaradıcılıq Səhnəsi" Teatrından o da məlumat verildi ki, teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə yeniliyi birləşdirməkdir: “Həmçinin incəsənət mədəniyyətdə şərq qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. “Üns Yaradıcılıq Səhnəsi”nin yaradıcısı bədii rəhbəri Nərgiz Paşayevadır.  O, "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir”.

 

Burada ədəbi-bədii axşamlar, maarifçi xarakterli tədbirlər təşkil edilir

 

Teatrdan o da bildirildi ki, Azərbaycan mədəniyəti aləmində forma məzmunca yeni model olanÜns yaradıcılıq səhnəsi  2006-cı ilə aprelin 22-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb: “ArtıqÜns yaradıcılıq səhnəsinin yaranmasından 8 il keçib. Azərbaycanın mədəniyyət salnaməsində yeni səhifə açan bu mədəniyyət ocağı indiyə qədər tamaşaçılara onlarla bir birindən fərqli tamaşalar, rəngarəng kompozisiyalar təqdim edib. "Üns Yaradıcılıq Səhnəsi" layihəsinin ideya istiqamətlərindən biri Şərq Qərb mədəniyyətləri vəhdətinin bədii əksini sənətdə mədəniyyətdə göstərməkdir. Qeyri-kommersiya xarakterli olmaqla fikri, ideyanı, mənəvi tələbatı reallaşdırmaq məqsədi daşıyan layihədə üstünlük teatr tamaşalarına verilsə , burada ədəbi-bədii axşamlar, maraqlı şəxsiyyətlərlə görüşlər, maarifçi xarakterli tədbirlər təşkil edilir. Çünki məhz bu teatr mədəniyyətin bir çox növlərini janrlarını özündə təmsil edir.

Xatırladaq ki, “ÜNS Yaradıcılıq Səhnəsi”ndə dünya şöhrətli müğənni bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası olub. 

Burada, eləcə xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilənMəryəmbədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Filmin bədii hissəsiSirr”, sənədli hissəsi isəBəyaz gəmilərlə rənglərin dansıadlanır. Filmdə hadisələr absurd məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə təkbətək qalan yaşlı rəssam qadın sonda öz əsərlərinin köməkliyi ilə yenidən həyatın başlanğıcına qayıdır. Tədbir iştirakçıları əvvəlcə foyedə filmin qəhrəmanı, tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsm  əsərlərinin sərgisinə baxıblar”. 

 

Burada milli eyni zamanda ümumbəşəri ideyalarla, mədəniyyət incəsənətlə ünsiyyətə girir

 

Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı,  Fuad Salayev bildirir ki, “ÜNS” yaradıcılıq səhnəsi bütövlükdə çox düşünülmüş şəkildə planlaşdırılıb: “İlk baxışdan həm foye, həm səhnə tamaşaçı salonu yığcam xudmani görünür. Lakin bu bir görüntüdür. Yaruslu foye eyni zamanda tutumlu bir sərgi salonu, ziyalıların, sənətsevərlərin sevimli məkanına çevrildi. Mən hesab edirəm ki, istər interyereksteryerin tərtibatı, istər burada keçirilən hər hansı bir tədbirin uğuru bilavasitə Nərgiz Paşayevanın irsi yaradıcılıq istedadı və intellekti ilə bağlıdır. Deyirlər ki, teatr asılqandan başlayır. Nərgiz xanım burada da stereotipi sındırdı. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı, daha doğrusu, mən bura gələnləri qonaq adlandırardım, kiçik darvazadan içəri daxil olan kimi millieyni zamanda ümumbəşəri ideyalarla, mədəniyyət və incəsənətlə ünsiyyətə girir. Məhz bu səbəbdən sənətsevərlərin vaxtaşırı görüşdüyüÜns” yaradıcılıq səhnəsi təkcə ziyalılarımız üçün deyil, bütövlükdə Azərbaycanın vizual mədəniyyəti üçün əvəzsizdir. Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, məni təkcə bir tamaşaçı və heykəltəraş olmaqla yanaşı, bir pedaqoq kimi də sevindirən bir cəhət var”.

 

““Üns” teatrı isə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi”

 

Azərbaycanın tanınmış teatrşünası, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə bildirdi ki, Azərbaycanda teatr sənəti dövlət səviyyəsində özünün layiqli dəyərini alıb: “Dövlət mənəvi zənginliyi xalqın böyük sərvəti sayır, odur ki, teatrın inkişafını da diqqətdə saxlayırlar. Dövlətin məqsədyönlü qərarları ilə teatr sənətinin tərəqqisi, yeniləşməsi, beynəlxalq teatr məkanında layiqli yer tutması kimi vacib məqamlar dövlətin hərtərəfli dəstəyini qazanıb. Bu dəstək dünyaya inteqrasiya edən teatra nail olmaq üçün böyük imkanlar deməkdir. Bu gün nəinki paytaxt teatrları, habelə bölgələrdəki teatrlar da yeni inkişaf dövrünü yaşayır. Teatrlara dğvlət qayğısı müasir teatr sənətimizin real mənzərəsini də göz önünə gətirir. Artıq Azərbaycanda böyük beynəlxalq teatr festivallarının keçirilməsinə də böyük imkan yaranır. Bu gün teatr xadimlərinə, aktyorlara, yaradıcı insanlara qayğı, istedadlı gənclərin üzə çıxarılması, onların bədii axtarışlarının dəstəklənməsi məqsədi ilə həyata keçirilən tədbirlər də dövlətin diqqətindədir.

Azərbaycanın teatrında təzə ad olanÜns” teatrı isə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi, az vaxtda geniş tamaşaçı rəğbəti qazandı. Uzun illər boyu milli səhnəmiz  zəngin teatr məktəbini formalaşdırıb və ənənələr yaradıb. “ÜNS yaradıcılıq səhnəsi” teatrının əsas məqsədlərindən biri də Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir məcrada inkişafını təmin etməkdir. Bir növ klassika ilə moderinliyin harmoniyasını yaratmaqdır. Öz məramına görə ÜNS adi teatr deyil, ziyalıların ünsiyyət ocağıdır. Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında özünəməxsus yer tutan ÜNS sənətdə, səhnədə iki cinahın, Şərq və Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün əsl bayrama çevrilir. Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, «Gelikon-opera»nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri və neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları... Bir sözlə, bu teatrın Azərbaycan mədəniyyətindəki rolu əvəzsizdir. 8 yaşlı mədəniyyət ocağı bu qısa müddətdə daha yaşlı teatr məbədlərinin gördüyü işi həyata keçirə bilib. Uğurları bol olsun.

Azərbaycan teatrının tarixi qədimdir. Teatr sənətinin ünsürləri, yəni çalmaq, oxumaq, oynamaq, hərəkət etmək, söhbət aparmaqs. cəhətlərdir ki, bu baxımdan Azərbaycan teatrının üç min ildən artıq tarixə malik olduğu fikrini irəli sürmək mümkündür.  Şərqdə ilk olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, estetik zövqünün formalaşmasında mühüm rol oynayıb. Bu gün Azərbaycan teatrı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olub. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb”.

 

 

Ramid

 

Bizim yol.-2014.-2 may.-S.13.