Milli mədəniyyətimizin inciləri

 

Milli İncəsənət Muzeyində 17 min incəsənət əsəri qorunur

 

Bakı şəhər, Səbail rayonu, Niyazi küçəsi 13. Bu ünvanda Azərbaycan Milli İncəsənət Muzeyi yerləşir. Bu muzey Bakının bədii həyatının mərkəzidir və ekspozisiyaları ilk dəfə 1937-ci ildə açılıb. Muzeydə Azərbaycanın təsviri incəsənət əsərlərinin, rus və qərbi Avropa, habelə Şərq ölkələrinin - Türkiyə, İran, YaponiyaÇinin incəsənət əsərlərinin böyük kolleksiyası toplanıb. Əl işi olan xalçalar da böyük əhəmiyyət kəsb edir. Ümumilikdə muzeyin 60 otağında 3000-dən çox eksponat nümayiş etdirilir, muzey fondunun ümumi kolleksiyası 17 min incəsənət əsərindən ibarətdir.

Muzeydən əməkdaşımıza bildirdilər ki, ölkədə yaradılan ilk muzeylərdən biri olan Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtın mərkəzində XIX əsrin sonlarında inşa edilən ikimərtəbəli binada yerləşir: Burada ölkəmizin incəsənətinə aid əsərlərdən ibarət ekspozisiyamuzey fondları, eləcə də Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın rəssam, heykəltəraş və digər incəsənət nümayəndələrinin əsərlərindən ibarət kolleksiyalar daim zənginləşir. Muzeydə ardıcıl olaraq elmi tədqiqat və elmi bərpa işləri aparılır, kamera musiqisi konsertləri, yubiley mərasimləri təşkil olunur”.

Hazırda muzey XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir.

 

XVI əsrə aid məzar daşı

 

Şahidi olduq ki, muzeyin foyesində Şamaxının Xınıslı yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan, eramızın I-III əsrlərinə aid olan insan fiqurları nümayiş etdirilir. Nümayiş olunan maddi-mədəni irsin arasında Laçın rayonundan tapılan at formalı məzar daşı da var. Bu daşın  XVI əsrinə aid olduğu onun altında yazılıb.

Muzeyin əməkdaşı bildirdi ki, burada antik orta əsrlər Azərbaycan incəsənəti kolleksiyasına Azərbaycan ərazisində aşkarlanmış antik orta əsrlərə aid müxtəlif sənət nümunələri var. Bu kolleksiyanın bir hissəsi muzeyin səkkiz zalında nümayiş etdirilir. Nümayiş etdirilən əsərlər arasında Naxçıvanda aşkarlanmış, Manna dövrünə aid tunc quş fiqurları, e.ə. III-I əsrlərə aid qadın fiqurları, Şamaxı rayonunu Xınıslı yaşayış yerində aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid insan fiqurları, Gəncə, Beyləqan, Qəbələ Mingəçevirdə aşkarlanmış müxtəlif dövrlərə aid dəyərli sənət əsərləri olan qab nümunələri, Xəzər arxeoloji ekspedisiyasının Bayıl qalasında aşkarladığı daş pilitələr üzərində lent yazısı kitabələri, Urud abidələr kompleksindən Laçın rayonundan gətirilmiş daş at qoyun fiqurları (məzar daşları) da var.

Muzeydə müşahidə apararkən məlum oldu ki, muzeyin metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif incəsənət nümunələri saxlanır. Buradakı rəngkarlıq bölməsində Azərbaycan, Qərbi Avropa, Rusiya Şərq rəssamlarının müxtəlif dövrlərə aid sənət incisi mühafizə olunur. Qrafika fondundakı sayı 6000-ə çatan yüksək sənət nümunələri Azərbaycan, Qərbi Avropa Rusiya rəssamlarına məxsusdur. Bu fondlarda Finlandiya istehsalı olan ən müasir avadanlıq quraşdırılıb.

 

         Bədii tikmələr ağac üzərində oymalar

 

Şahidi olduq ki, muzeydəki orta əsrlərə aid dekorativ incəsənət nümunələri böyük maraq doğurur. Muzeyin tikmə toxuma sənətləri kolleksiyasında orta əsrlər müasir dövrə aid yaradıcılıq nümunələri toplanıb. Belə ki, muzeyin ekspozisiyasında Azərbaycan İrana məxsus orta əsr milli geyim nümunələri, XVII-XIX əsrlərə aid Fransa qobelenləri, Azərbaycan, İran Çinə aid incə tikmə nümunələri, həmçinin Azərbaycan xalçaçılıq məktəblərinə aid xalça nümunələri sərgilənir.

Vaxtilə Bakı, Gəncə, Şamaxı, Şəki tacirlərinin Qərbi Avropa bazarlarına çıxardıqları iri xalça dəstləri geniş şöhrət qazanıb. Ənənəvi olaraq Azərbaycanda xovlu xovsuz xalçalar - kilim, palaz, vərni, zili, sumax sair toxunurdu. Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri, misgərlərin döymə, həndəsi nəbati naxışlarla bəzədikləri metal məmulatları digər çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Azərbaycanın müxtəlif regionlarına aid tikmələrlə bəzədilən geyimlərə muzeyin ekspozisiyasında geniş yer verilib. Azərbaycan döyüşçülərinin geyimləri böyük maraq doğurur. Burada təsviri sənət nümunələri geniş yer alıb.

Yeni korpusun ikinci mərtəbəsində heykəltəraşlar Ömər Eldarov, Kamal Ələkbərov Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş etdirilir. Sərgi salonundakı eksponatlar da yüksək peşəkarlıq nümunələridir. Tanınmış heykəltəraşlar Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov, Cəlal Qaryağdı, Tokay Məmmədov Sobsay Pinxosun portret digər janrlarda əsərləri tamaşaçıda dərin təəssürat yaradır. Korpusun tavanı təkrarsız görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii işıqlandırma sistemi yaradılıb.

Muzeydə dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin kolleksiya ilə təmsil olunub. Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, çeşidli, bənzərsiz xalçalar, keramika bədii metal nümunələri Azərbaycan incəsənətinin qədimliyinin misilsiz bədii dəyərinin əyani sübutudur.

 

Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında

 

Azərbaycan Milli İncəsənət Muzeyinin XIX əsr Azərbaycan rəssamlıq kolleksiyasında peşəkar Azərbaycan rəssamlığının ilk nümunələri sərgilənir. Kolleksiyaya Azərbaycan realist rəssamlığının əsasını qoyan Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab kimi sənətkarlarla yanaşı, XVIII əsrdə yaşamış Usta Qənbər Qarabağinin XIX əsrdə yaşamış naməlum Azərbaycan rəssamlarının da əsərləri daxildir. Muzeyin ekspozisiyasının buradakı bölmələrində Azərbaycanla yanaşı, Qərbi Avropa Rusiyanın tanınmış rəssam heykəltəraşlarının müxtəlif əsərləri yer alıb.

Məlumat verildi ki, Prezident İlham ƏliyevinAzərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı Azərbaycanın milli-mədəni sərvətlərinin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan verib.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-15 may.-S.13.