“Dost ellərin hədiyyələri” sərgisindən
reportaj
Milli Azərbaycan
Tarixi Muzeyində 74 ölkə və bölgəni təmsil
edən 600-dan artıq unikal eksponat nümayiş olundu
Mayın 16-da saat 16:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Dost ellərin hədiyyələri” sərgisinin açılış mərasimi oldu. Sərgidə xarici ölkələrdən nümayəndlər də iştirak edirdilər.
Sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat-Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyələr nümayiş olundu. Sərgidə qeyd olundu, Azərbaycanda belə sərgi ilk dəfədir ki muzeydə təşkil olunur. Məlumat verildi ki, ümumiyyətlə, muzeyin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qonumaqdadır. Onlardan sərgidə 74 ölkə və bölgəni təmsil edən 600-dan artıq unikal eksponat nümayiş olundu. Məlumat verildi ki, bu unikal eksponatlar müxtəlif illərdə Azərbaycanın dövlət müəssisələri və görkəmli şəxsiyyətlərinə olunan hədiyyə edilib.
Sərgi iştirakçılarına məlumat verildi ki, muzeyin kolleksiyasında nümayiş olunan eksponatlar sırasında ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının Azərbaycan Sovet Sosialist Respublikasına hədiyyəsidir. Ən çox hədiyyə təqdim olunub - Rusiya Federasiyası - 105 ədəd. Əslində yalnız Moskva və Leninqrad deyil, Rusiyanın ayrı-ayrı subyektlərinin də hədiyyələri mövcuddur (Dağıstan, Çeçenistan, Tatarstan, Başqırdıstan, Sibir bölgələri)
Siyasi, mədəni və sənaye xarakterli
eksponatlar
Eksponatlar sırasında bütün qitələrin hədiyyələri təqdim olunub - Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliya. Ən şimal ölkə Norveçdən, ən cənub ölkə Argentinə və Braziliyaya qədər, ən soyuq bölgə Tümen, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə- Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini sərgidə görmək mümkündür.
Siyasi xarakterli hədiyyələrlə bərabər idman, mədəniyyət, sənaye xarakterli hədiyələr də mövcuddur. Hədyyələrin bir qismi Muzeyə olunan hədiyyələrdir.
Ekspozisiyada alban, bolqar, çex, qana, monqol, özbək, rumın, türkmən milli geyimləri sərgilənir. Sərgidə əfqan, belorus, rumın, iran, mali, misir, moldova, qabardin- balkar, tacik, türkmən xalçaları nümayiş olunur. Rus, qazax, kuba, hindistan, çin, seneqal, özbək musiqi alətləri təqdim olunur.
Ölkə
prezidentlərinin hədiyyəsi...
Ekspozisiyada müxtəlif təşkilatlarla
bərabər aşağıda adları göstərilən
ölkə rəhbərləri və dövlət xadimləri
- Rusiya prezidenti Vladimir Putin, Meksika prezidenti X.Lopes, Misir
prezidenti Camal Əbdül Nasir, İran şahı Məhəmməd
Rza Pəhləvi, İndoneziyanın baş naziri Sukarno,
İndoneziya parlamentinin spikeri Marzuki Alie, Albaniya baş naziri
Ənvər Xoca, Əfqanıstan şahı Məhəmməd
Zahir, Türkiyə prezidentinin xanımı Səmra
Özalın hədiyyələri nümayiş olunur.
Ekspozisiyada tamaşaçılar aşağıdakı unikal hədiyyələr nümayiş olunur: İtalyan siyasi dustaqlarının (partizanlarının) həbsxanada çörəkdən düzətdikləri suvenir gül çələngi; Almaniyanı iki hissəyə ayıran divar parçasından külqabı; ABŞ-ın ilk kosmonavtı Staffordun imzası ilə fotoşəkli; Qazaxstandan qədim türk oyunu “9 kumalak”, Yaponiyadan samuray dəbilqəsi, Seneqaldan yay-ox və maskalar; Rusiyanın ilk sökülüb- yığılan velosipedi; Özbəkistanın unikal keramikası; Çexiyanın nadir büllür qabları; Tiflisin fəxri vətəndaşının medal, 1887-ci il ABŞ dolları; İran sədəfləri; Hindistan musiqi alətləri; Belarusdan Brest qalasının müqəddəs torpağı; Pribaltika rəssamlıarının rəsm əsərləri; 1924-cü il Braziliya pulu; Çin keramika fiqurları; Əfqanıstandan mərmər masa; Fin bıçağı; İraq gümüş suvenirləri; Kuba konyak dəsti; Monqol ağac oyuncaqları; Myanma fiqurları; Ukrayna tikmələri və başqaları.
Sərgidə qeyd olundu ki, “Dost ellərin hədiyyələri” sərgisi 2014-cü ilin sentyabrın 1-dək davam edəcək.
Ramid İbrahimov
Bizim
yol.-2014.-17 may.-S.13.