Azərbaycan maarifçiliyinin görkəmli siması

 

Əli bəy Hüseynzadənin həyat yaradıcılığını əks etirən sərgi təşkil edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin həyat yaradıcılığını əks etirən sərgi təşkil edilib. Bu barədəBizim Yol”a Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir: “Məlum olduğu kimi, Prezident İlham ƏliyevƏli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqındaSərəncam imzalayıb. Bununla əlaqədar olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında ədibin yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Ə.Hüseynzadənin həyat yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Müxtəlif bölmələr üzrəTürklər kimdir, kimlərdən ibarətdir”, iki cilddən ibarətSeçilmiş əsərlər”i, “Qərbin iki dastanında Türk”, “Siyasəti-fürüsat”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, həmçinin nəşrində ədibin böyük əməyi olduğuFüyuzatjurnalı s. sərgilənib”.

Məlumata görə, sərgidə nümayiş olunan 150-yə yaxın ədəbiyyat Azərbaycan, rus, türk Qərbi Avropa dillərində təqdim olunub. Sərgidə həmçinin foto videomateriallar da öz əksini tapıb.

Məlumatda bildirilir ki, Əli bəy Hüseynzadə (24 fevral 1864-17 mart 1940) Azərbaycan ədibi, filosof ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı publisistikası sahəsində müstəsna xidmətləri var.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Ə.Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb bir sıra portret mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, 21 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevƏli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında  sərəncam imzalayıb. Sərəncamda bildirilir: “2014-cü ilin fevral ayında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi tamam olur. Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadimdir”.

Sərəncamdan irəli gələrək Mədəniyyət Turizm Nazirliyi, Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılıb.

 

 

Ramid İbrahimov

 

Bizim yol.-2014.-21 may.-S.13.