Tarixi gün, yaxud günün tarixi

 

Azərbaycan şərəfli bayramını qeyd edir

 

Dünən Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Eləcə , “Butasarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul da keçirilib. Prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları, milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyalarımonoqrafiyasına görə Tofiq Nağıyevə Heydər Əliyev. Şəxsiyyət zamanaltıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib. Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

 

“Bu, Azərbaycan xalqının həyatına böyük tarixi hadisə kimi daxil olub

 

Milli Məclisin deputatı,  tarix elmləri doktoru, professor Musa QasımlıBizim Yol”a bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti türk islam dünyasında ilk parlamentli respublikadır: “Azərbaycan Xalq Cümhuriyyəti türk islam dünyasında ilk demokratik, hüquqi dünyəvi dövlət nümunəsi olub.  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmişİstiqlal Bəyannaməsi”ndən - “Əqdnamə”dən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir”.

 

Dövlət bayrağının ordunun yaradılması...

 

M.Qasımlı dedi ki, Azərbaycan dövlətinin indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilib: “Azərbaycanın dövlət bayrağı 1918-ci ilin noyabrın 9-da qəbul edildi. Odur ki, bu tarix təqvimdə bayraq günü olaraq qeyd olunur. 26 iyun 1918 - Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar verilib. 1918-ci ilin dekabrında fəaliyyətə başlayan nazirliyə Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin ediliblər. Qeyd edim ki, Cümhuriyyətin hökuməti "Dövlət dili haqqında" qərar qəbul edib. Azərbaycan dili Cümhuriyyət ərazisində dövlət dili elan olunub”.

 

 

Dövlət sərəncamları...

 

M.Yaqublu bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti  dövrünün ictimai-siyasi xadimlərinin adına küçələr, qəsəbələr salınıb, onlarla bağlı sərəncamlar verilib, dövlət tədbirləri keçirilib: “Bildiyiniz kimi 2008-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı oldu. Eləcə də, Azərbaycan xalqının müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimlərlə bağlı sərəncamlar verilib. Bildiyiniz kimi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam verdi. Sərəncamda dövlət qurumlarına tapşırılıb ki, müvafiq tədbirləri həyata keçirsinlər. Cənab Prezident Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında da sərəncam verdi.  Əlimərdan bəy Topçubaşov Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimidir”.

 

Müasir Azərbaycan AXC-nin siyasi varisi kimi...

 

Azərbaycan Xalq Cümhuriyyətinin araşdırıcısı Nəsiman Yaqublu bildirir ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur: “Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olub. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun  bayrağını, gerbini, himnini qəbul edib.

Tarixə nəzər yetirəndə məlum olur ki, Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, milli azadlıq, istiqlal uğrunda mübarizə aparıb. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi.

Cümhuriyyətin ilk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunub. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik  atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edib. Bildirim ki, Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olub”.

 

Tarixi qərar

 

N.Yaqublu deyir ki, Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlib: “Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək, özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Və Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir”.

 

 

Ramid İbrahimov

 

Bizim yol.-2014.-28 may.-S.13.