“Oxu tar, səni kim
unudar...”
Ramiz Quliyev:
“Tarla dünyanı fəth etmişik”
May 27-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
“2014-cü il üçün
Azərbaycan Respublikasının
elm, mədəniyyət və
ədəbiyyat sahələrində
Dövlət Mükafatlarının
verilməsi haqqında”
sərəncam imzaladı.
Sərəncamda bildirilir:
“Azərbaycan Respublikasının
Elm, texnika, memarlıq,
mədəniyyət və
ədəbiyyat üzrə
Dövlət Mükafatları
Komissiyasının təklifinə
əsasən və Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
2014-cü il üçün
elm, mədəniyyət və
ədəbiyyat sahələrində
Azərbaycan Respublikasının
Dövlət Mükafatları
aşağıdakı şəxslərə
verilsin:
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev - “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə
reaksiyaları” (ingilis
dilində, Amsterdam) monoqrafiyasına
görə
Mədəniyyət sahəsi
üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə - Azərbaycan
təsviri sənətinin
inkişafında xidmətlərinə
görə
Ramiz Eyyub oğlu Quliyev - konsert-ifaçılıq fəaliyyətinə
görə
Ədəbiyyat sahəsi
üzrə
Elmira Hüseyn
qızı Axundova - “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına
görə”.
Tar və Ramiz Quliyev
Dövlət Mükafatını alanlar
sırasında olan tarzən, xalq artitsi Ramiz Quliyev
müsahibimiz oldu. Müsahibəni təqdim etməmişdən
öncə həmsöhbətimiz
haqqında məlumat verək. Ramiz Quliyev 1947-ci il
aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə,
1960-cı ildə Üzeyir
Hacıbəyov adına Ağdam orta ixtisas musiqi
məktəbinə daxil
olub. 1964-69-cu illərdə
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında
tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ağdam musiqi məktəbi illərində
"Şur" xalq çalğı alətləri
ansamblının tərkibində
bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən
"Xalq təsərrüfatı
nailiyyətləri sərgisində"
iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy
Haqverdiyev adına
Ağdam dram teatrında
musiqi hissə müdiri olub. 1963-64-cü
illərdə Ağdam
1 saylı, 1965-1974-cü illərdə
Bakı 1 və 20 saylı [musiqi] məkləblərində, 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət
Konservatoriyasının Xalq
çalğı alətləri
kafedrasında tar ixtisası
üzrə müəllim,
baş müəllim,
dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.
Müasir tar ifaçılığı
məktəbinin yaranması
və təşəkkülü
XX əsrin
60-cı illərində təməli
qoyulmuş müasir
tar ifaçılığı məktəbinin yaranması
və təşəkkülü
onun adı ilə bağlıdır.
Hazırda Azərbaycan
xalq musiqisini sevənlər arasında elə bir şəxs
tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir
bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə
tanış olmasın. Onun xarici ölkələrə
qastrolları da həmişə uğurla
keçərək, böyük
rezonans doğurub.
R.Quliyevin tarı
Türkiyə, Əfqanıstan,
Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə,
ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, Avstriya,
İsrail, Norveç,
Moldova və dünyanın
digər ölkələrində
heyranlıqla qarşılanıb.
1974-cü ilin iyun ayında musiqiçilərin
Zaqafqaziya festivalında
o, birinci mükafata, həmin ilin oktyabr ayında isə Moskvada keçirilən estrada
artistlərinin V Ümumittifaq
müsabiqəsində isə
1100 nəfər iştirakçı
arasında laureat adına layiq görülüb.
1987-ci ildə Səmərqənddə keçirilən
III Beynəlxalq musiqişünaslıq
simpoziumunda R.Quliyev Sadıqcan adına
muğam üçlüyünün
rəhbəri və solisti kimi böyük
müvəffəqiyyətlə çıxış edib.
1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu
çıxışından sonra o, yüksək ifaçılıq məharətinə
görə komitə rəhbərliyinin xüsusi
diplomuna layiq görülüb. 1989-cu ildə isə R.Quliyev ənənəvi
“Böyük ipək yolu” festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq
şəhərlərində konsertlər verib.
1964-94-cü illərdə
M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasının və
Dövlət konsert birliyinin solisti olub. 1978-ci ildə
Respublika Lenin komsomolu mükafatı laureatı,
1982-ci ildə Əməkdar
artist, 1988-ci ildə Xalq
artisti olub. 1981 və 1984-cü illərdə XVIII və
XIX çağırış Nəsimi rayonu Xalq Deputatları Sovetinə seçilib.
1993-cü ildə "Humay"
Milli mükafatına,
2001-ci ildə "Simurq
milii mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı
- "ilin fədakar sənətçisi" fəxri
adına layiq görülüb.
Filmoqrafiya…
Ramiz Quliyevin filmoqrafiyasında 11 film var: “Üzeyir ömrü” (film, 1981-ci il), “Havalansın Xanın səsi” (film, 2001-ci il), “Oxu, tar” (film, 1989-cu il), “Mədəniyyət salnaməsi. Əbülfət Əliyev” (film, 2004-cü il), “Bu səs Qədirin səsidir” (film, 2007-ci il), “Həsən Abdullayev xatirələrdə...” (film, 2007-ci il), “Qəmbər Hüseynli” (film, 2007-ci il), “Sarı sim” (film, 2007-ci il), “Tarzən Ramiz Quliyev” (2008-ci il), “Muğamat var olan yerdə...” (film, 2009-cu il)”, “Xalq Təranələri” (film).
“Oxu tar…”
R.Quliyev “Bizim Yol” əməkdaşı ilə söhbətində bildirdi ki, dövlətin mədəniyyətə olan diqqət və qayğısı arzuolunandır: “Dövlət mükafatının mənə təqdim olunduğu gün həyatımda şərəfli gün idi, böyük sevincə səbəb idi. Mən bu mükafatı bir neçə mərhələ ilə dəyərləndirirəm. Belə ki, bunlardan biri Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti əlaqədardır. Bilirsiniz ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və tarixi hadisə kimi daxil olub. Sözügedən mükafatı mənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Bunun mənim üçün önəmli mənası var.
Bir mərhələ də milli musiqimizə olan diqqətdir. Təqdimatda dedim, indi də sizə deyirəm. Bu sözləri həmişə demişəm - dünən də, bu gün də, sabah da deyəcəm. Azərbaycan dövləti və dövlət başçısı başqa sahələrə olduğu kimi mədəniyyət sahəsinə də qayğı və diqətlə yanaşır. Milli musiqimizin, muğamımızın, milli musiqi alətlərimizin və onları yaşadan sənətkarların yüksək səviyyədə - dövlət səviyyəsində dəyərləndirilməsi arzuolunandır. Bu, bir daha sübüt olundu. Bu, çox önəmlidir”.
Tarzən mükafat aldığı günün sevincini hələ da yaşadığını bildirdi: “Vurğulayım ki, mənə mayın 27-də Dövlət Mükafatı veriləndə mən uzun illərin yaradıcılıq əziyyətlərinin, keçilməz yolların, məşəqqətli günlərin, məsuliyyətli zamanların tənətənəsini gördüm. O zamanlar deyirdilər: “Oxuma, tar, səni sevmir proletar”. Mən isə deyirəm: “Oxu tar, səni kim unudar, oxu tar, səni sevir iqtidar”.
O müküfatı
alarkən böyük hisslər yenidən
oyandı. Mən bu mükafatla
dövlətin Azərbaycan tarına, xalqın musiqinə olan sevgini hiss
etdim. Tarın yaşaması, yüksək
səviyyələri fəth etməsində mərhum böyük sənətkarların da rolu var.
Nəticədə Azərbaycan xalqının tarının səsis
təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də eşidilir. Xarici ölkələrə
gedərək orkestrlərlə iştirak
etdiyim konsertlərdə tarın möhtəşəmliyinə
sayğı və sevginin şahidi
oldum. Tarla
dünyanı fəth etmişik. Tarı xalq qoruyur. Dövlətimiz
də, Prezidentimiz də, eyni
zamanda mədəniyyət işlərində
çox böyük rol oynayan Heydər
Əliyev Fondunun və onun
prezidenti Mehriban
xanım Əliyevanın da məniyyət
sahəsində xidmətləri böyükdür”.
“Azərbaycan
tarı özünəməxsus bədii-texniki imkanlara
malikdir”
R.Quliyevin sözlərinə görə, dövlətin Azərbaycan tarına qayğısı nəticəsində tar dünya mədəniyyətinin tərkib hissəsi olub: “Hamı bilir ki, Azərbaycan tarı və tar ifaçılığı 2012-ci ildə UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bildiyiniz kimi tar - mizrabla çalınan simli dartımlı musiqi alətidir. Azərbaycan tarı özünəməxsus quruluşa, konstruksiyaya və bədii-texniki imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkələrdə - İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılıb. Ancaq özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən xeyli fərqlənir. XIX əsrin II yarısı Azərbaycan musiqi sənətənin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi-akustik prinsiplər əsasında dəyişdirib. Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi istifadə olunur. Muğam sənətində tar aparıcı alətdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında bu alətdən geniş istifadə olunur. “Tar” sözünün mənası “sim”deməkdir. Şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, çahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar”.
Xalq artisti bildirdi ki, məmnuniyyətlə Azərbaycan musiqisinə xidmət etməkdə davam edəcək: “Mən tarımızla Azərbaycan musiqisini tanıdım, yaşatdım və bu xidmətim davam edəcək. Musiqimizi sevən və yaşadan gənclərin olması üçün çalışacam. Tarımız yaşayacaq. Ümivdavaram k, milli musiqimizin səsi həmişə olacaq”.
Ramiz Quliyev ona və tara olan diqqət və qayğıya görə dövlətə və xalqa təşəkkürünü ifadə etdi: “Mən tar ifaçısı olaraq sizin qəzetiniz vasitəsi ilə tara olan sevgiyə görə dövlətimə və xalqıma təşəkkür edirəm. Oxusun tar!”.
Ramid
Bizim
yol.-2014.-30 may.-S.13.