Tarixi abidlər baxımsızlıqdan məhv olur
“Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Biz də qeyri-hökumət təşkilatı olaraq bu sahədə ictimaiyyətə hesabat və monitorinq xarakterli açıqlmalar veririk. Yeri gəlmişkən deyim ki, Azərbaycanda vətəndaş cəmiyyətinin monitorinq aparması asan məsələ deyil. Dəfələrlə buna görə, yerli və mərkəzi icra hakimiyyəti qurumlarının təzyiqinə məruz qalmışıq. Fotoaparatımızı (onunla tarixi abidələrin şəkillərini çəkirik), tarixi abidələrin vəziyyətini özündə əks etdirən qeydlərimizi apardığımız dəftərimiz əlimizdən alınıb. Məhkəmələrin çıxardığı qərarları dövlət qurumları icra etmir. Hazırda tarixi abidələrin vəziyyəti ölkəmizdə ağır olaraq qalır. Baxın, tarixi abidələrin qorunması üçün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Hər bir xalqın, ümumilikdə insanların keçmişi, həyat tərzi onun tarixi abidələrində və yerlərində təcəssüm olunur”, deyə həmsöhbətimiz Hüquq müdafiəçisi, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova bildirdi.
“Həmin şəxslər cinayət məsuliyyətinə
cəlb olunmalıdır”
Həmsöhbətimiz qeyd etdi ki, araşdırmalara görə, ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu çoxsaylı abidələr yaradıblar. Ölkəmizin bütün ərazilərində tarixi abidələr mövcuddur ki, bunların da yaşı əsrləri və minillikləri əhatə edir.
“Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində işlər görməlidir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Yaxşı olardı ki, Azərbaycanın tarixi abidələrinə zərər yetirən şəxslərə qarşı cəzalar daha da sərtləşdirilsin. Cərimənin məbləği artırılmaqla yanaşı, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, deyə hüquq müdafiəçisi vurğuladı.
«Sözügedən kilsə həyətdədir və
qəzalı vəziyyətdədir»
A.İmranovanın sözlərinə görə, Bakı ilə yanaşı regionlarda da tarixi-mədəni abidələrin monitorinqini aparır: “Tarixi-mədəni abidələrin durumu ağırdır. Bu günlərdə məlumat aldıq ki, Xaçmazda olan azsaylı alban kilsəsi məhv olmaq üzrədir. 4 tərəfdən girişi olan abidə bişmiş kərpicdən inşa olunub. Onu da öyərindim ki, bu kilsədə arxeoloj-tədqiqatı aparılmadığından onun hansı əsrdə tikilməsi dəqiq məlum deyil. Abidənin alban tayfaları olan Udinlər tərəfindən inşa edildiyi ehtimal olunur. Amma bu da tam dəqiq deyil. Sözügedən kilsə yerli sakinlərin birinin həyətindədir.
Kilsədə aparılan müşahidə nəticəsində məlum olub ki, tarixi abidə baxımsız vəziyyətdədir. Baxın, Azərbaycan Respublikasında 6308 abidə var, əfsuslar olsun ki, böyük əksəriyyəti qəzalı vəziyyətdədir.
Rəsmi məlumata görə, Dövlət Proqramı qəbul edilib və Azərbaycanda mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb”.
“Peşəkar iş üçün
şəffaflıq, zəhmət və mütəxəsis olmaq gərəkdir”
A.İmranova deyir ki, tarixi abidələrin
vəziyyəti ilə Mədəniyyət
və Turizm Nazirliyi, şəhər (rayon) icra hakimiyyətləri
illik hesabt verməlidirlər: “Yerli icra hakimiyyətlərinə
mədəniyyət şöbəsləri var. Amma hanı onların hesabatı? Dövlət
qurumları işləmir. Sovet hakimiyyəti dövründə abidə nəzarətçiləri
vardır. Onlar abidəyə bir şey olanda
dərhal akt yazırdılar. Budur abidələrin qorunması ilə
bağlı mexinizm. Məmurlar gəlir mənbəyi
olar tarixi abidələrə
nədənsə biganə yanaşırlar. 2012-cü ilin sonunda Dövlət
Proqramı elan olundu.
Görək də… Bxaq ki,
məmurlar işləyəcəkmi? Peşəkar iş üçün
şəffaflıq olmalıdır, zəhmət
olmalıdır, mütəxəssis olmalıdır və s.”
«Bərpa”
adıyla tarix təhrif olunur”
“Baxın,
son vaxtlar payaxtda tarixi abidələrin bərpa işləri gedir. Bu “bərpa”dan sonra abidədən heç nə qalmır. Onu memarlıq incisi
edən elementlər yoxa çıxır.
Məsələn, metronun “Nizami”
stansiyasının yanı,
daha dəqiq Cəfər Cabarlı küçəsinin hər
iki tərəfində
yerləşən tarixi
binalarda bərpa-yenidəqurma
işləri aparıldı.
Nəticədə o binlarda tarixdən
əsər-əlamət belə
qalmadı. O binaları
bəzəyən balaca
heykəllər vardı.
O heykəllər yoxdur
indi. “Bərpa”
adıyla abidələrin
xarici görünüşü
də təhrif olunur. Tarixə biganəlik var. Bu açıq-aşkar görünür.
“Bərpa” olunan
tarixi abidələrə
gedib orada işləyənlərlə söhbət
edirik. Məlum olur ki, burada işləyənlər
qeyri-peşəkardırlar. Pula görə burada
işləyirər. Bərpa bahalı
işdir. Laboratoriyalar işləməlidir
onun üstündə
illərcə. Mənimcə,
Nizami-77-dəki dövlət tərəfindən qorunan
“Vətən” kinoteatrı
da artıq tarixi abidə deyil! O fundamental bina
idi və belə “bərpa”ya ehtiyacı yox idi”, deyə A.İmranova vurğuladı.
“Tarixi
abidələrin sökülməsi
xarici qurumları narahat edir”
Onun sözlərinə
görə, tarixi abidələrin sökülməsi
xarici qurumları narahat edir: “Vətəndaş cəmiyyəti
ölkənin tarixi abidələrinə biganəliyi
pisləyən bəyanatları
dəfələrlə verib.
Beynəlxalq təşkilatlara müraciətlər olunub.
Baxın,
2006-cı ildə, yəni
İçərişəhərdə söküntü işləri
aparılmağa başlayanda
vətəndaş cəmiyyəti
birlik nümayiş etdirərək QHT-lərdən
ibarət şəbəkə
yaratdı. O gündən
bu günə qədər vətəndaş
cəmiyyəti tarixi abidələrə olan biganəliyə qarşı
çıxıb, problemi
məhkəmə müstəvisində
həll etməyə çalışıb. Amma bütün səylərə
baxmayaraq Azərbaycanın
tarix və mədəniyyət abidələrinin
məhvi davam etdirilir. Baxmayaraq, Azərbaycanın bütün
qanunlarında, o cümlədən
tarixi və mədəniyyət abidələrinin
qorunması haqqında
qanunlarda, Konstitusiyada abidələrin sökülməsi
bilavasitə qadağandır,
amma ölkədə bu proses gedir.
Tarixi-mədəni abidələrin
məhv ediməsi ilə bağlı yüskək vəzifəli
dövlət məmurlarına, millət
vəkillərinə və
digər müvafiq orqanlara müraciətlər
olub ki, abidələrin sökülməsi
prosesi dayandırılsın.
Dəfələrlə çıxışlar,
vədlər olsa da, proses davam
edir. “İçərişəhər”də
sökülmə işləri
hazırda da davam edir. “Qış
parkı” adıyla onlarla tarixi abidə söküldü.
Bu söküntü indi “Qış
parkı”na yaxın olan ərazilərdə də davam etdirilir.
Biz hətta onları
siyahıya almağa vaxt çatdıra bilmirik. Tarix və mədəniyyət
abidələrinin qorunması
ilə bağlı beynəlxalq sənədlər
var. Azərbaycanın onların
hamsına qoşulub. Amma nə olsun ki? Məmurlar heç nəyi saymırlar, abidələrə
nəzarət edən
qurum da problemə biganə yanaşır!. Biz ölkə daxilində
bu prolemi həll etmək gücündə olmadığımızı
görüb beynəlxalq
təşkilatlara üz
tutduq. Yerli məhkəmələrdə uduzub, Avropa İnsan Haqqları Məhkəməsinə üz
tutduq. Beynəlxalq tədbirlərdə məruzələrlə çıxış
etmişəm, müzakirələrdə
monitorinqimin nəticəsini
açıqlamışam. Reaksiyalar bu olub ki, tarixi abidələrin sökülməsi
xarici qurumları narahat edir”.
Zəlzələ bölgəsində qədim
tikililərin vəziyyəti...
Həmsbhbətimiz deyir ki, ötən il şimal-qərb
bölgəsində baş
verən zəlzələ
nəticəsində tarixi
abidələrə zərər
dəyib: “Tarixi abidələr tikinti texnologiyası yüksək
səviyyədə və
keyfiyyətli olduğundan
6-7 ballıq zəlzələlər
zamanı tam dağılmadı.
Mən bunu apardığım müşahidələr əsasında
deyirəm. Çünki biz zəlzələdən sonra
həmin ərazidə
olub qədim tikililərin vəziyyəti
ilə maraqlandıq, monitorinq apardıq.
2012-ci ilin sonu 2013-cü ilin əvvəlində əraziyə səyahətlər
etdim. Yerli sakinlərlə, muzey direktorları ilə, yerli bərpa qurumlarının
mütəxəssisləri, Şəkidə rayon İcra
Hakimiyyətinin memarlıq-tikinti
şöbəsinin əməkdaşları
və şəhərin
baş memarı ilə görüşlər
keçirdim. Ərazidə
böyük sayda abidələr cəmləşdiyindən,
ölkədə mövcud
olan tarix-memarlıq qoruqlarının ikisinin bu ərazidə (Şəki və Zaqatala) yerləşdiyindən,
abidələrin ancaq az bir qisminin real vəziyyəti
ilə tanış olmaq imkanım oldu. Mənə verilən şifahi
məlumatlara görə,
ancaq dağlarda və mağara tipli qədim qalalarda uçmalar baş verib. Şəki şəhərində qala
divarlarının da müxtəlif hissələri
dağılıb, qədim
binalarda daha çox müşahidə
olunan müxtəlif ölçülü çatlar,
fundamentin laxlaması nəticəsində döşəmə
və divarların çökməsi baş
verib. Bu səbəbdən əksər
abidələrdə və
tarixi yaşayış
binalarında tavan və dam örtüyü
ziyan çəkib, hətta çöküb,
bəzən yaranan deşiklərdən qar və yağış binaların içinə hopub. Ancaq fasad deyil, həmçinin daxili görünüş də
korlanıb.
Abidələrdə yaranmış çatlar və dam örtüyünün
uçmaları həmin
abidələri mümkün
olan növbəti təbii və texniki vibrasiyaya dözümsüz edir və uçma təhlükəsi yaradır. Ona görə də, təcili abidələrin özülü və divarlar möhkəmləndirilməli,
dam örtükləri dəyişdirilməlidir.
Acınacaqlı haldır ki,
tarixi-memarlıq abidələrinin
mühafizəsi və
bərpasına ayrılan
vəsaitin illər boyu artan büdcəyə
heç də mütənasib deyil.
Bax bu da nəticədir,
yəni tarixi olan münasibətdir.
Qədim tikililərin üzərində
ancaq bəzi kosmetik təmir işləri aparılıb.
Həm yerli icra hakimiyyəti,
həm bərpa emalatxanaları, həm mütəxəssislər, ekspert
və vətəndaş
cəmiyyəti bu istiqamətdə imkan çərçivəsində fəaliyyət göstərməyə
maraqlıdırlar. Ancaq
bərpa işlərinə
böyük vəsait
tələb olunduğundan
və bu iş mərkəzləşmiş
qaydada aparılmalı
olduğundan, bu məsələdə birbaşa
hökumətin dəstəyi
və yardımına
ehtiyac var. Qeyd edim ki, apardığımız
müşahidə nəticəsində
bəzi abidələrin
təyinatı üzrə
istifadə olunmdığı
məlum oldu. Məsələn, Şəkidə qeydiyyata XIX əsrin abidəsi kimi alınan, amma bəzi məlumatlara görə tarixi XVI əsrə qədər uzanan məscid uşaq bağçası
kimi yerli təhsil şöbəsinin
balansındadır”.
Ramid
Bizim
yol.-2014.-10 yanvar.-S.13.