“Bir ölkənin aktyoru sınarsa...”
-Ola bilsin ki, müasir informasiya texnologiyaları dövrü teatrları bir növ kölgədə buraxır. Bütün bunlara baxmayaraq, teatr əsrlərdir ki var və olacaq. İncəsənətin bir növü olan teatr, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatrda aktyorla tamaşaçı arasında bilavasitə ünsiyyət var.
Baxın, teatr rəqs
formasında hələ daş dövründə mövcud
olub. Onun yeni əsasları antik Yunanıstanda işlənir və
teatr sənətinin inkişafına təkan verir.
"Teatron"nun yaradılması ilə bir tərəfdən
yunan demokratiyasının müzakirəsinə imkan verilib, digər
tərəfdən dini bayramların keçirilməsi
mümkün olub. Çünki, o dövrdə din və siyasət
bir vəhdət kimi çıxış edirdi. Aristotel öz
işlərində teatr elmini də əsaslandırıb, o
hadisə, məkan və vaxtı dramada birləşdirməyi
tələb edib. Qeyd edim ki, Azərbaycanda teatr sənəti ədəbiyyatımız
ilə sıx bağlıdır. Müsahibənin əvvəlində
dedim ki, rejissorlar dramaturqların
yaradıcılığına müsbət təsir göstərib.
Bunu əsassız demədim. Teatrla ədəbiyyat bir-birinə
bağlıdır, bir-birinin inkişafına da təsir
göstərir. Dünya
teatrının yaranma səbəbindən
danışdıq. Bizim teatr sənətimizin
kökləri xalqın fəaliyyəti, məişəti,
şənlik və toy ənənələri, həmçinin
dünyagörüşü ilə əlaqədardır. Mərasim,
ayin və oyunlardakı tamaşa elementləri müstəqil
xalq teatrının yaranmasında mühüm rol
oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik
daşımış və əməkçi təbəqələrlə
bağlı olub. Xalq teatrının
repertuarını müəyyən etik məzmunlu kiçik
tamaşalar (farslar) təşkil edib. Şübhəsiz ki, Azərbaycan
professional teatrının təşəkkülündə
xalq teatrı əhəmiyyətli rol oynayıb. Əksər
xalq oyunlarını əvvəlcədən hazırlayan, yaxud
oynanılan gün ona rəhbərlik edən,
tamaşanın bütün prosesinə başbilənlik
göstərən əsas oyunçu (canbaz) və
başçı olub. Onların fəaliyyəti
müəyyən mənada çağdaş teatr sənətinin
rejissorluq peşəsinin funksiyasını xatırladır.
Ümumilikdə dəstəbaşı adlandırılan
tamaşa təşkilatçısı rolların
bölünməsində, hovuz üstündə, kənd
içində, zəmi kənarında, xırmanda, bazar
başında, karvansaray meydançasında səhnələrin
qurulub, xovsuz xalçalarla, qurama pərdələrlə tərtib
edilməsinə, çalğıçıların yerbəyer
olmasına başçılıq və nəzarət edirdi.
Bu da tetardır. Bildiyiniz kimi Azərbaycan teatr sənətinin
tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və
aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran
xanının vəziri” və “Hacı Qara”
tamaşalarından başlanır. Bununla professional Milli
teatrımızın, başqa sözlə, Akademik Milli Dram
Teatrının əsası qoyuldu. Teatr tarixinə nəzər yetirəndə
məlum olur ki, öncələr müxtəlif truppalar şəklində
“Nicat”, “Səfa”, “Həmiyyət” mədəni-maarif cəmiyyətləri
nəzdindəki teatr dəstələrində, həmçinin
“Müsəlman Dram Artistləri İttifaqı”, “Hacıbəyov
qardaşları müdiriyyəti” şəklində
tamaşalar verən teatr, 1919-cu ildən bu günədək
Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir.
Teatrın adı müxtəlif illərdə Hökumət
teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan
Türk Dram Teatrosu və s. adlandırılıb, Dadaş
Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun
(1933-1991) adlarını daşıyıb. Azərbaycan
teatrında klassiklərimizin və müasirlərimizin
yaratdıqları ədəbi əsərlər mühüm əhəmiyyət
daşıyır. M.F.Axundovdan başlayaraq
N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin,
M.P.Vaqifin, M.V.Vidadinin, eləcə də bir çox başqa
şair və yazıçılarımızın
yaratdığı əsərlər indi də öz yüksək
bədii-estetik əhəmiyyətini itirməyib.
Diqqət edin, teatr rəngarəngdir. Teatrda
danışıq var, yəni dram, komediya, tamaşalar
mövcuddur. Teatrda musiqi var, yəni opera,
operetta, musiqi teatrları var. Teatrda rəqs var, yəni balet,
milli rəqslər olan teatrlar var. Teatrda fiqur və ya kukla var,
yəni marionet teatrı, kölgə teatrları var.
Bir sözlə, teatr sahəsinin özünün sevənləri
var. Təkcə bizdə deyil, bütün dünyada belədir.
Teatr öz səviyyəsini gözləməli
və qorumalıdır. Teatr sənətçiləri
yüksək səviyyəni və keyfiyyəti qoruyub saxlayırlar və
saxlamlıdırlar. Diqqət edin, rejissor
küçədə bəyəndiyi bir şəxsi öz
filminin qəhrəmanı kimi çəkə bilər.
Amma teatrda belə eləmək olmur. Teatr çox böyük təcrübə, yüksək
təhsil, istedad istəyir. Bu baxımdan teatr işi
çox çətin iş sayılır. Teatra
maraq hələ erkən yaşlarından başlayır.
Sovet hakimiyyəti illərində dram dərnəkləri,
xalq teatrları fəaliyyət göstərirdi. Ona görə də, valideynlər və müəllimlər
tez-tez azyaşlı uşaqlarla bu dərnəklərə gəlirdilər.
Eləcə də, aktyorlarla məktəblilərin
görüşü təşkil olunurdu.
-İlham müəllim, son
zamanlar Gücüstan teatrında olmusunuzmu?
-Əlbəttə
olmuşam.
-Müstəqillik tarixi yaxın olan
qonşu ölkənin teatrını bizim teatrla müqayisə
etsək...
-Onlarda da, bizdə də peşəkar
aktyorlar, rejissorlar var. Maraqlanmamışam ki, Gürcüstanda
teatrın 5 növü də var, yoxsa yox. Amma
bir şey deyim. Siz bayaq yaxşı
vurğuladınız ki, Tağıyev teatr sənətinin
inkişafı üçün dəstək olub, xeyriyyəçilik
edib. Bax mən öz teatrımızdan
danışmaq istəyirəm, öz problemlərimizdən
danışmaq istəyirəm. Amma
müqayisə aparmağınızı da anlayıram.
-Teatr binlarının təmir
olunması, texniki imkanların yükək səviyyəyə
çatdırılması ilə bağlı
danışdıq. Bəs kadrlar
yetişdirilirmi? İstedadlı aktyorlar,
peşəkar rejissorlar hazırlanırmı?
-Əlbəttə var.
İstedadlı aktyor, istedadlı rejissorlar var. İstedadlar
var. Diqqət edin, teatr ağır qurumdur. Musiqili
Teatrı götürək. Aktyor 8 saaat məşq
edir. Sonra bir neçə saat rəqsə
gedir. Günün sonunda isə tamaşa
göstərmək üçün çıxır səhnəyə.
Baxın, aktyorlar nə qədər fədəkar
adamdırlar. Bəs, teatra gələcək
gəncin qayğıları qarşılanacaqmı ki, o
saatlarla vaxtını yalnız teatra həsr etsin, fədakarlıq
etsin? Bunu düşünmək lazım!
Baxın, mənim müəllim
olaraq da fəaliyyətim var. Tələbələrim mənimlə
söhbət edirlər, teatra gəlmək istəyirlər. İstedadları da var. 150
manat maaş alacaq gənc aktyor həmişə
fədakarlıq göstərə bilərmi? Bunu
həmişə ondan gözləmək olarmı? Ağsaqqallıq edirik, istəyirik istedadlı
aktyorları gətirək teatra. Gənc
istedadlı aktyorların teatra dəvət olunması və
onlar şəraitin yaradılması üçün dəfələrlə
müvafiq dövlət qurumlarına müraciətlər
etmişik. Bildiyim qədər gənc
aktyorlarla və aktyor maaşları ilə bağlı olaraq
layihə hazırlanacaq. Hələ ki, bu məslənin
həlli yoxdur. Bu məsələ həll
olunsa, istedadlıların aktyorluq sənədinə gəlişi
çoxalacaq. İstedadlı şəxslər
başqa sahələrlə getməzlər, öz qüvvələrini
ucuz-ucuz yerlərə, nə bilim məclislərə sərf
etməzlər. Öz sənəti ilə
məşğul olarlar.
Bilirsiniz, gərək aktyor
rahat olsun. O mənadakı,
qayğıları olmasın, sosial problemlərini
düşünməsin. Ehtiyyac hiss etməsin ki, o, bir kilo alma alacaq, yoxsa almayacaq.
Aktyorların necə
yaşaması cəmiyyət üçün önəmlidir. Nə geyinir,
necə geyinir önəmlidir. İctimaiyyət
üçün necə özünü aparması da vacibdir.
Aktyorun gərək qüruru ölməsin.
Qüruru ölərsə, kiminsə
qarşısında əyilərsə, aktyor səhnədə
normal cildən-cildə girməyəcək. Aktyorlar fağırdırlar, incədirlər. Onların qürurlarını sındırmaq
çox asandır. Yaşından
asılı olmayaq aktyor uşaqdır. Bir adam
ki, səhnədə kağızdan, rezindən gülü əzizləyirsə,
qoxulayırsa, onu hiss edirsə, deməli bu adam-aktyor köpədir
də. Aktyorun qürurunu əzən adam
böyük günah edir. Aktyoru sındırmaq
lazım deyil. Teatr aktyoru yeganə sənətdir
ki, canlı olaraq insanlara xeyir və şəri anladır,
çatdırır. Aktyor çox
böyük qüvvədir. Cəmiyyətin
gələcəyidir. Bizim artıq
yaşımız keçib. Biz
dövrümüzü yaşadıq. Çox sağ olsunlar, dövlət də qiymət
verib. İstər maddi, istərsə də
ordenlə mükafatlandırıblar. Amma gənclər
gəlir. Gəncləri qorumaq gərəkdir.
Gənclər sabahımızdır. Sabah isə bu gündən başlayır.
-Sizin 65 yaşınız oldu. Yubiley yaşınızla bağlı olaraq hansı
tədbirlər keçirildi və keçiriləcək?
-Öncə qeyd etdiyim kimi mart
ayında Azərbaycan Dövlət Musiqili Teatrnın təmirdən
sonra açılışı olacaq. Gözlənilir
ki, açılışdan sonra mənim 65 illik yubileyim teatrda
qeyd olunsun. Bildiyiniz kimi yanvar ayın 9-u mənim
ad günüm oldu. Bu münasibətlə
bütün dostlarım, yaxınlarım, media nümayəndələri
zəng edib təbrik etdilər. Bu baradə
mətbuatda, informasiya saytlarında jurnalistlər,
teatrşünaslar yazdılar. İnşaallah
teatrımız açıldıqdan sonra yubiley tədbiri
keçiriləcək. Bu mənim
üçün ilk deyil. Çünki
dövlətimiz hər zaman məni öz diqqətində
saxlayıb. 50-55 illik yubileylərim də
böyük təmtəraqla keçirilib. Sevinirəm
ki, yenə də unudulmadım və bu il də
ötən yubileylərim kimi Allah nəsib etsə möhtəşəm
qeyd ediləcək. Bu da təbii ki, ölkə
başçımızın mədəniyyət nümayəndələrinə
göstərdiyi diqqət və qayğının təzahürüdür.
65 illik yubileyim münasibəti ilə dövlət
başçısının sərəncamı ilə 25 iyun
2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edildim.
Dövlətin sənətkara olan
qayğsını dəyərləndirirəm.
-İlham müəllim, sizin
teatrla yanaşı kino fəaliyyətiniz də var.
Filmoqrafiyanızda 34 film yer tutur. Hazırkı Azərbaycan
filmini necə dəyərləndirirsiniz?
-Nəhəng “Azərbaycanfilm”
studiyası təmir olunur. Ümid edirəm ki, təmirdən
sonra film sahəsində irəliləyiş olacaq. Dünya səviyyəsinə çıxa biləcək
filmlərimiz olacaq. Bizim istedadlı
aktyorlarımız, peşəkar rejissorlarımız var.
Texniki imkanlar müasir şərtlərə cavab verdikdən,
müəyyən maliyyə vəsaiti ayrıldıqdan sonra
keyfiyyətli filmlərimiz çəkiləcək. Bu şübhəsizdir. Hazırda
kino deyəndə gözümüz önünə televizor gəlir.
Evdə oturub istədiyimiz filmi izləyirik.
Sovet dövründə isə filmlər ilk
olaraq kino-teatrlarda nümayiş etdirilirdi. Növbədə
dayanıb, bəzən də əldən bilet alaraq filmlərə
baxa bilirdik. Keyfiyyətli filmlərimiz
olandan sonra kinoteatrlarda inkişaf edəcək. Film festivalları keçiriləcək. Studiyalar təmir olunsun, fəaliyyətə
başlasın, bu barədə obyektiv rəyimizi deyərik,
qiymətləndirərik.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-25 yanvar.-S.13.