Təbiətlə insanın yaratdığı mənəvi dəyərlərin sintezi

 

Ekoloji amillərin təsiri nəzərə alınmadan müasir sivilizasiya ölümə məhkumdur

 

Təsərrüfat fəaliyyətinin vüsətli beynəlmiləlləşməsi nəticəsində qlobal problemlər planetar xarakter kəsb etməklə insanların, ümumi bəlaya qarşı birləşməsinə səbəb oldu. Şişirdilmədən qeyd etmək lazımdır ki, qlobal problemlərin təşəkkülü və güclənməsinə siyasət və mədəniyyətdə sinfimilli stereotiplər güclü zərbə vursa da, digər tərəfdən dünyanın hərbi düşərgələrə bölünməsi üzrə fikirlərin aradan qaldırılmasına əhəmiyyətli şəkildə təsir göstərir. Bu məqamda humanist mədəniyyətin rolu durmadan artır.

Elmi ədəbiyyatlarda qlobal problemlərin sonuncu "siyahısı" yoxdur: onların kəmiyyət və xarakteri müəlliflərin müxtəlif fikir və fərziyyələri ilə ölçülür. Belə ki, əgər Roma klubu qlobal problemlərin insanın ətraf aləmə, dünyaya güclü müdaxiləsi nəticəsində formalaşması ideyasını irəli sürürdüsə, marksist nəzəriyyələr bunu kapitalist istehsalının kortəbiliyində, burjua ictimai inkişafının anarxiyasında, mənfəətə görə rütbələrin artımında, müstəmləkələrin soyğunçuluğunda və digər bu kimi hadisələrdə görürdülər. Başqa sözlə deyilsə, bir konsepsiya elmi-texniki tərəqqini, digər konsepsiya isə kapitalizmin çürüməsində yaranan qlobal problemlərin mənbəyini qəbul edir.

Müxtəlif müəlliflərin həmin "siyahı"ya münasibəti müxtəlifdir. Tariximizin sovet dövrünü əhatə edən ədəbiyyatlarda dünyanı iki qütbə - Qərb və Şərqə bölmək əsas səbəb idisə, indi təbiətin çirklənməsi və korlanması, enerjinin ənənəvi mənbələrinin tükənməsi, "demoqrafik partlayış" və s. qlobal problemlər kimi aktuallıq təşkil edir.

İnsanın onu əhatə edən aləmdən uzaqlaşması

Mədəniyyətlə bağlı qlobal problemlər içərisində müasir insanın onu əhatə edən aləmdən, mühitdən kənarlaşması, uzaqlaşması üstünlük təşkil edir. Məlum olduğu kimi, "kənarlaşma, yadlaşma" mənəvi mənada ilk dəfə Hegel tərəfindən təhlil edilmişdir. Bu anlayış altında o, daxili pozğunluğu, ayrılmanı, mənəvi "dezinteqrasiya"nı başa düşürdü. Marks da insanın konkret ictimai-iqtisadi formalarda kənarlaşması problemini təhlil etmişdir.

Mənəviyyat, mənəvi ruh aləmində kənarlaşma, yadlaşmanın əsas simptomu hamıya tanış olan kütləvi mədəniyyətdir. Kütləvi mədəniyyət narkotik kimi insanların, kütlələrin öz keçmişini yaddan çıxarması, unutmasını təmin etməklə, cəmiyyət təbiət qarşısındakı məsuliyyətin unudulmasına şərait yaradır.

Mənəviyyatın ekologiyası

Qlobal problemlərin öyrənilməsi prosesində "ekologiya" anlayışına tez-tez rast gəlmək mümkündür. Belə ki, ekoloji amillərin təsirinin qeydi nəzərə alınması olmadan müasir sivilizasiya ölümə məhkumdur. Ona görə , bu anlayışın izahına ehtiyacın olması, ilk növbədə, onun mədəni proseslərlə birbaşa əlaqəsindən irəli gəlir.

"Ekologiya" anlayışı qədim yunan dilindən "oikos" - ev, vətən sözündən əmələ gələrək sonralar insanların onu əhatə edən təbiət, təbii aləmə münasibətlərini tədqiq edən elm sahələrindən biri kimi dərk olunur. Ekologiya problemlərinin öyrənilməsində iki qarşılıqlı proses: bir tərəfdən maddi mədəniyyət yaradan insanların istehsalat fəaliyyətinin təbiətə təsiri; digər tərəfdən isə təbiətin, təbii mühitin sağlamlığı, populyasiyası, genofonda əkstəsiri öyrənilir.

Bütün bunlar bioloji fizioloji əlaqələrin sintezinə gətirir. Lakin insan heyvandan fərqli olaraq maddi- fizioloji ölçüdə uzun müddət mövcud olmur. Bu çərçivədən kənara çıxan insan, xalis insani mühit kimi məhz noosferi yaratdı. Beləliklə, insan yeganə varlıqdır ki, iki "doğma evə" sahibdir: bunlardan birincisi təbiət; ikincisi isə, onun özünün yaratdığı mənəvi, mədəni dəyərlər aləmi. Ona görə son dövrlərdə "ekologiya" anlayışı, həm təbiətə, həm insanın "ruhu"na aid edilərək "mənəviyyatın ekologiyası", "mədəniyyətin ekologiyası", anlayışlarını yaradıb.

"Bioloji" ekologiya ilə mədəniyyətin ekologiyası arasındakı fərqin müəyyən edilməsinə ilk dəfə D.S.Lixaçov cəhd göstərərək burada yaddaşın, mənəvi varisliyin keçmişlə əlaqədəki rolunu, əhəmiyyətini daha qabarıq şəkildə izah etmişdir. İnsan ömrünün uzadılmasında təkcə təbii ekologiya deyil, insanın tarixən yaratdığı mənəviyyat, mədəniyyətin ekologiyasının da qorunmasına böyük ehtiyac var. Mədəni aləmin qorunması - təbiətin qorunması qədər vacib zəruridir. Əgər təbiət insanın bioloji varlığı, mövcudluğu üçün zəruridirsə, mədəni aləm onun "ruhi oturaq"lığı yaşaması üçün vacibdir. Yeni bilik sahəsi kimi, mənəviyyatın ekologiyasının öyrənilməsi, tədqiqi genişləndirilməsi müasir kulturologiyanın əsas tədqiqat predmetlərindən birini təşkil edir.

Ekoloji təhsil

İnsanın ətraf mühitə qarşı davranışının təkmilləşməsi üçün tədrisin əvəzolunmaz rolu var. Son 20 il ərzində ekoloji təhsil daha geniş tətbiq edilməyə başlanıb. Hazırkı şəraitdə elm təhsil sahəsində ekologiyanın inkişafı öz əksini tapıb: Bu sahədə yeni istiqamətlər yaranıb. İlk növbədə ölkənin ali orta ixtisas məktəblərində  ekoloji fakültə kafedralar açılıb, ekoloji tədris şəbəkələri genişlənib. Respublikanın  ümumtəhsil məktəblərində "Təbiətşünaslıq", "Biologiya" "Coğrafiya" fənlərinin tərkibində "Ümumi ekologiya" tədris olunur. Ekoloji təhsilin səviyyəsini yüksəltmək məqsədilə bəzi ümumtəhsil məktəbləri təbiət təmayüllü məktəblərə ekoloji liseylərə çevrilib.

Respublikamızın ümumtəhsil orta tam orta məktəblərində "Ümumi biologiya" tədris edilərkən "Ekologiyanın əsasları" "Biosfer təlimi" adlı fəsillər ekologiyadan bəhs edilirdi. Bunun az olmasını nəzərə alaraq M.Babayev Q.Mustafayev tərəfindən "Ümumi biologiyaya ekologiyadan əlavələr" adlı vəsait yazılmış (1992) tədris proqramına daxil edilmişdir. Fikrimizcə, bu da tələbatı tam ödəmir. Yaxşı olar ki, ekologiya təhsilin bütün pillələrində (ibtidai, orta tam orta məktəblərdə) müstəqil fənn kimi ayrıca tədris edilsin. Məsələn, qonşu Rusiya dövlətində olduğu kimi.

Ekologiyanın digər təbiət elmləri ilə əlaqəli tədrisi üçün imkanlar vardır; bir çox bitki heyvan növləri haqqında məlumat, onların bioloji xarakteristikası, ərazilər üzrə yayılmalarında rol oynayan coğrafi mühit, təbii komplekslərin xarakteri, yaşadıqları ərazidə ətraf mühitin kimyəvi çirklənməsinin zərərli təsiri, hər hansı təbiət hadisəsində, növlərin həyat tərzi davranışlarında baş verən dəyişikliklərdə fiziki qanunauyğunluqların mövcudluğu, radiasiya şüalanması ətraf təbii mühit. Ekoloji problemlər o qədər çoxalıb ki, indiki dövrdə onu yalnız bir elm çərçivəsində öyrənməklə problemi həll etmək çətinlik törədir. Ona görə   ekologiyanı həm elm, həm bir fənn kimi inteqrativ şəraitdə öyrənməklə müəyyən nəticə əldə etmək olar. Bu baxımdan ekologiyanın əsaslarının ümumtəhsil məktəblərdə tədrisi zamanı onu təkcə biologiya coğrafiya (az miqdarda kimya) fənlərinin daxilində deyil, tarix, dil-ədəbiyyat, fizika, riyaziyyat, informatika, incəsənət, musiqi, əmək təlimi, hərbi hazırlıq kimi fənlərlə birgə öyrənilməsi daha effektli səmərə verə bilər.

 

ÜMİD

Bizim yol.-2015.- 12 avqust.- S. 9.