5 milyon illik əlahiddə su hövzəsi...

 

12 avqust Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü idi

 

Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası - beş Xəzəryanı dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Qeyd edək ki, Konvensiyanın imzalanması üçün BMT-nin Ətraf Mühit Proqramının digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq uzun illik hökumətlərarası danışıqlar aparılıb nəhayət Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı il tarixində qüvvəyə minib. Bundan sonra 12 avqustXəzər günükimi qeyd edilir. Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq, həmçinin “Tehran Konvensiyasıkimi tanınan Saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, dəniz ətraf mühitinin mühafizəsi, saxlanması bərpasına, o cümlədən bioloji sərvətlərinin davamlı səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib.

Tədbirlər silsiləsi

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaBizim Yol”a açıqlamasında bildirdi ki, “Xəzər günü”nün Xəzəryanı dövlətlərdə hər il qeyd edilməsində əsas məqsəd dənizin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı səmərəli istifadə edilməsi bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir: “Bununla əlaqədar Azərbaycanda da hər ilXəzər günü”nə xüsusi önəm verilir, Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyətin nümayəndələrinin Ekologiya Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik abadlıq işləri həyata keçirilir. Ekologiya Təbii Sərvətlər Nazirliyi Xəzərətrafı rayonların idarə təşkilatlarını, eləcə bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır”.

Nazirlik sözçüsünün bildirdiyinə görə, 2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan "Xəzər günü" ilə əlaqədar Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin problemlərinə mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlər keçirilir: “Müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə müxtəlif görüşlər keçirilib. Tədbir iştirakçıları ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun fəaliyyəti ilə tanış olub. Qeyd olunanlarla yanaşı, Xəzər dənizinin sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilib. Qeyd edək ki, təmizlik aksiyası zamanı 2 hektar ərazi tullantılardan təmizlənmiş toplanmış tullantıların utilizasiyası həyata keçirilib”.

Əlahiddə su hövzəsi

 Xəzər dünyanın ən böyük qapalı su hövzəsi-gölüdür. Lakin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. Vaxtı ilə o, Qara dənizlə bitişik olan Sarmat dənizini əmələ gətirib. Keçmişdə Xəzərin okeanla əlaqəsinin olmasını okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması bir daha sübut edir. Tarixən Xəzərin 70-ə yaxın adı olub; Kaspi, Hirkan, Bakı, Dərbənd, Xvalın, Gürgan s. Xəzər 5 ölkənin - İran, Azərbaycan, Rusiya, Qazaxıstan Türkmanistanın dənizidir. Xəzər sahillərində yarımsəhra səhralar geniş sahə tutur. Sahəsi 371 min km2, həcmi 76000 km3, uzunluğu 1200 km, eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri - Lənkəran çökəkliyində - 1020 m, ən dayaz yeri şimalda 5 m-dir. Xəzərin sahil xətlərinin uzunluğu 6,5 min km-dir. Xəzər dənizində əsas yarımadalar - Abşeron, Mangistau, Buzaçı, Çələkən, Krasnavodsk. Əsas adalar - Bakı Abşeron arxipelaqları, Çeçen, Oqurçi, Kulalı, Suiti adaları. Körfəzlər - Qaraboğazqol, Krasnavodsk, Manqistau, Qızılağac, Türkmən, Bayıl buxtası. Xəzərə şimal qərbdən daha çox çay tökülür”.

Bu fikirləri isəBizim Yoləməkdaşı ilə söhbətində Ekologiya Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Nadir Cahangirov səsləndirdi. Onun sözlərinə görə, Xəzər dənizinin suyu okean mənşəlidir, dəniz qədim  dövrdə okeanla birləşmiş, Aralıq, Qara Azov dənizləri ilə birlikdə Para Tetis dənizinin tərkibində olmuşdur. Xəzər dənizinin əlahiddə su hövzəsi kimi yaşı 3-5 milyon il hesab edilir: “Xəzər dənizinin suyunun orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ - dir). Duzluğun aşağı olması dənizin qapalı olması çay axımlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır”.

Müşahidə şəbəkəsi

N.Cahangirov bildirdi ki, Xəzər dənizinin hidrometeoroloji monitorinqi Ekologiya Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Dəniz Hidrometeorologiya Mərkəzində aparılır: “Mərkəz Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında yerləşən müşahidə şəbəkəsinə malikdir. Bu şəbəkə dənizin sahillərində, adalarda, estakadalarda platformalarda yerləşən 14 müşahidə məntəqəsindən ibarətdir. Mərkəzdə hidrometeoroloji müşahidələrin təşkil edilməsi, aparılması, məlumatların əldə edilməsi, təhlili, ümumiləşdirilməsi dəniz illiklərinin tərtib edilməsi işləri yerinə yetirilir. Həmçinin, açıq dəniz rayonlarından gəmi ekspedisiyalar vasitəsi ilə hidrometeoroloji məlumatlar əldə edilir.

Xəzər dənizinin hidrometeoroloji parametrləri (dənizin səviyyəsi, suyun duzluluğu temperaturu, dəniz axınları, dalğalanma, havanın temperaturu rütubəti, küləyin sürəti istiqaməti s.) üzrə əldə edilmiş sutkalıq, aylıq illik informasiyalar hər təqvim ili üçün tərtib edilən dəniz illiklərində yerləşdirilir. Beləliklə, Dəniz Hidrometeorologiya Mərkəzində Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında hidrometeoroloji parametrlərin əldə edilməsinin bütün mərhələləri yerinə yetirilir. Son illər dəniz müşahidə şəbəkəsi genişlənmiş yeni müasir cihazlarla təmin edilmişdir. Belə ki, 2005-ci ildə Xəzəryanı ölkələr içərisində ilk dəfə olaraq dənizin dərinliyi 100 m olan ərazisində ("28 May" rayonunda) həmçinin Səngi-Muğan adasında müşahidə məntəqəsi fəaliyyətə başlamışdır. "Neft Daşları" məntəqəsində dənizin səviyyəsini, dalğalanmanı, suyun temperaturunu atmosfer təzyiqini ölçən avtomatik cihaz qurulmuşdur”.

Dənizin ekosistemində yaranan problemlər

ETSN rəsmisinin sözlərinə görə, Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr dənizin ekomühitinə öz təsirini göstərib: “Xüsusilə hərbi münaqişələr. Məsələn, 1991-ci ildən başlanan Rus-Çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Bundan əlavə, texnogen qəzaların sayı da xeyli artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçen müharibəsi ilə əlaqədar xeyli artmışdır. Məlumdur ki, Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar "Əsrin müqaviləsi" (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər”.

 

ÜMİD

Bizim yol.-2015.- 13 avqust.- S. 9.