Neftin «öldürdüyü» torpaqları necə diriltmək olar?

 

Çirklənmiş ərazilərin təmizlənməsində Azərbaycanın öz standartları var

 

Abşeron yarımadası 200 ilə yaxın tarixi olan neftçıxarma rayonudur. Vaxtı ilə mütərəqqi neftçıxarma texnologiyasının olmaması,  ətraf mühitin mühafizəsinin ən sadə tələblərinə belə riayət edilməməsi yarımadada çoxlu neftneft məhsulları ilə çirklənmiş torpaq sahələrinin yaranmasına səbəb olub. Neft yataqlarının istismarı zamanı torpaqların münbit qatı deqradasiyaya məruz  qalıb. Bunun nəticəsində torpaq səthinin mexaniki pozulması, münbit məhsuldar torpaq sahələrinin bitki örtüyündən məhrum olması müşahidə olunur. Bu torpaqlar neftli tullantılarla həm eninə, həm də dərinliyə doğru müxtəlif dərəcədə çirkləniblər.

Neftli kütlənin  bir hissəsi torpaq səthində qalmaqla örtük əmələ gətirib, bir hissəsi isə müxtəlif dərinlikdə torpağın dərinliyinə hopub. Yarımadanın torpaq - bitki sistemində yaranmış həmin gərginliyin aradan qaldırılmasında  əsas məsələ texnogen pozulmuş proseslərin, eləcə də həmin torpaqların genetik xüsusiyyətlərini, fiziki, fiziki - kimyəvi, aqrokimyəvi və sanitar - gigiyenik göstəricilərini müəyyənləşdirmək  vacibdir.

Məlum olduğu kimi 200 min hektar sahəsi olan Abşeron yarımadasının 21,3 min hektar sahəsi  rekultivasiyaya ehtiyacı olan torpaqlardır ki, bunun da 10,1 min hektarı neftneftli axar sularla çirklənmiş torpaqların payına düşür.

Yarımadada neftlə çirklənmiş torpaqların morfoloji-genetik xüsusiyyətləri müxtəlif vaxtlarda tədqiq edilib. Binəqədi, Sabunçu, Suraxanı və Əzizbəyov  rayonları ərazisində aparılan  tədqiqat işləri nəticəsində neftlə çox, orta və zəif çirklənmiş torpaqlar üçün münbitlik modeli qurulub. Model kimi qəbul olunan torpağın adi - neftlə çirklənmiş yüngülorta gillicəli boz - qonur torpaqlardır. Bu torpaqların əsas xassələri digər boz - qonur torpaqlardan fərqli olaraq karbonatlığın aşağı olmasıdır. Çirklənməyə səbəb olan neft tullantılarının miqdarı çox çirklənmiş ərazilərdə 26,0 -20,0 %, orta dərəcədə çirklənmiş ərazilərdə 18,0-16,4 %, zəif çirklənmişdə isə 13,0-10,6 % təşkil edir.

 

AMEA torpaqları təmizləməyin yeni üsulunu tapıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsi ilə təmizlənməsi metodunu hazırlayıblar. Müəyyən edilib ki, ot bitkilərindən pencər, yarağan otu, adi yovşan, sürünən ayrıq, eləcə də yağış qurdu, mikroorqanizmlərdənsə bəzi bakteriyalar torpaqdakı ağır metal zərrəciklərini və radionuklidləri udaraq onu təmizləyir. Nəticədə isə çirklənmiş ərazi bir müddətdən sonra yaşıllığa çevrilir. Yeni metodun rəhbəri, Botanika İnstitutunun laboratoriya müdiri İbrahim Əzizovun sözlərinə görə, artıq Akademiyanın 3 - Botanika, RadiasiyaMikrobiologiya İnstitutunun elmi işçiləri bir sıra neftli sahələrdə monitorinqlər aparıb: "Bibiheybət, Balaxanı, Binəqədi ərazisindəki neftli sahələrdə monitorinqlər keçirmişik, əsas ideya ondan ibarətdir ki, bakteriyaların müəyyən növləri ağır molekulları parçalayır,onları oksidləşdirir. Bunun üçün xaricdən dəfələrlə müxtəlif texnologiyalar gətirilib, amma artıq təbii ehtiyatlarla bunu reallaşdırmaq mümkündür".

Layihənin hazırlanmasında yaxından iştirak edən elmi işçi Pirverdi Səmədovun sözlərinə görə, hazırda təxminən 10 min hektardan artıq ərazi neft və neft məhsulları ilə çirklənib. Yeni metodun yaradılmasında məqsəd bu tip torpaqları əkin sahələri və çəmənliklər üçün yararlı hala gətirməkdir: "Bu metod həm neftlə çirklənən ərazilərin estetik görünüşünü tənzimləyəcək, həm kənd təsərrüfatından səmərəli istifadəyə imkan yaradacaq. Torpaqlar sağlamlaşacaq, təmizlənəcək".

Sözügedən layihə Ukrayna ElmTexnologiya Mərkəzinin 183 min avroluq qrant dəstəyi ilə icra olunubbu il başa çatır. Onu da bildirək ki, indiyədək ölkədə bu tip torpaqların təmizlənmə prosesi Azneft İstehsalat Birliyinin dünyada mövcud olan ən son təmizləmə texnologiyaları ilə həyata keçirilib.

 

Neftlə çirklənmiş ərazilərin rekultivasiya üsulları

 

Hazırda dünya ölkələrində neftlə çirklənmiş torpaqların rekultivasiya texnologiyasının  bir standart modeli yoxdur. Buna səbəb, ilk növbədə, neftqaz çıxarılan rayonların müxtəlif fiziki-coğrafi zonalarda yerləşməsidir. Konkret metodun seçilməsi çirklənmənin səviyyəsindən, neftin tərkibindən, çirklənmə müddətindən, torpağın fiziki-kimyəvi və su-fiziki xassələrindən, landşaftiqlim şəraitindən və s. asılıdır.

5-10% -dən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən əvvəl, qalıq neft məhsullarının sahədən çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir. Təcrübə göstərir ki, bu yolla çirklənmə dərəcəsi 10-20% olan torpaqların hər hektarından 1-2 ton neft ayırmaq mümkündür. Torpaq qatından neft intensiv aparılan biotexnologiya üsullarının  köməyilə kənar edilir.

Məsələn, çirklənmə dərəcəsi 10-20% olan sahədə kanallar (kollektorlar) çəkilir, kanal arası sahələrdə şaquli vurulmuş borulardan torpağa yüksək yuyucu qabiliyyətinə malik maddələr (45°C-yə kimi qızdırılmış soapstokun məhlulu, sintetik surfakt məhlulu və s.) yeridilir. Bu maddələr torpaq hissəciklərini neftdən yuyur, torpaq qatından çıxarılan tullantı kanallara axaraq, xüsusi tutumlara yığılır və oradan emal məntəqələrinə göndərilir.

Bu yolla qalıq neft miqdarı ərazidən çıxarıldıqdan sonra, sahədə rekultivasiya tədbirləri planlaşdırılır.

Neftneft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə mexaniki (fiziki-kimyəvi), bioloji, kimyəvi, termikbiotexnoloji üsullar tətbiq olunur. Dünya ölkələrində bu üsulların qarşılıqlı kombinasiyası əsasında torpaqların rekultivasiyasının 27 forması işlənilmiş və tətbiq olunmaqdadır.

Mexaniki rekultivasiya. Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə daşınılır. Sexdə torpağın yuyulması üçün vidroələklərdən, hidrosiklonlardan, buxar qurğusundan, nasoslardan, transportyorlardan istifadə olunur.

Bu proses müxtəlif mərhələlərdə gedir. Üç pilləli yuyulma zamanı torpaqdan ayrılan iri fraksiyalar vibroələkdən keçməyən neftlə çirklənmiş digər dənəvər qrunt hissələri avtonəqliyyat vasitəsilə şlam yığılan sahəyə daşınır. Son mərhələlərdə, təmizlənmiş torpağın tərkibində olan neft məhsullarının miqdarı, müvafiq normaya uyğun minimuma endirilir. Təmizlənmiş torpaq sexdən sahəyə qaytarılır  yayılır. Torpaq işlərinin kartoqramması əsasında planlaşdırmanın hündürlük səviyyəsini relyefə uyğunlaşdırmaq üçün lazım olan əlavə torpaq həcmi yaxın karxanadan rekultivasiya olunan sahəyə daşınılıb buldozerlə yayılaraq ərazinin landşaftı bərpa olunur.

Göründüyü kimi, mexaniki rekultivasiyada neft neft məhsulları çirklənmiş torpaqların qazılması avtonəqliyyatla sexə aparılması təmizlənmiş torpaqların  sahəyə gətirilməsi rekultivasiya işlərinin əsasını təşkil edir.

Bu işlər görülərkən, "Neftçıxarma sənayesində təhlükəsizlik qaydaları"nın   2.3 bölməsinə əsasən, torpaq işləri müvafiq layihə işçi sənədlərə uyğun yerinə yetirilməlidir.

Bilavasitə fəaliyyətdə olan yeraltı kommunikasiyaların yaxınlığında torpaq işləri cavabdeh şəxsin  nəzarəti kommunikasiya sahibi olan təşkilatın  nümayəndəsinin iştirakı ilə aparılmalıdır. Bu işlərin  aparılmasında yalnız beldən istifadə edilməlidir. Zərbə alətlərindən (lingdən, külüngdən, pnevmatik  alətlərdən s.) istifadə etmək qadağandır.

Bioloji rekultivasiya. Torpaqda neftlə çirklənmə 5-7%-dən artıq olduqda mexaniki rekultivasiya işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür (N. İsmayılov, 2007). Bu üsuldan, aşağı çirklənmə dərəcələrində torpaq qatının sağlamlaşdırılmasında sərbəst (fitomeliorasiya), digər rekultivasiya üsulları ilə birlikdə də istifadə oluna bilər.

Bioloji rekultivasiya mərhələsi bir neçə pillədə həyata keçirilir (22, 33, 40, 46). Onun ilk pilləsində meşə və kənd təsərrüfatı üçün ən çox əlverişli olan bitki növləri müəyyənləşdirilir. Birinci ili yoxlama məqsədilə birya çoxillik yem otları səpilir. Tarla şəraitində həmin sahələrdə səpilmiş toxumların cücərmə vəziyyəti yoxlanılır. Əgər toxumların cücərməsi qənaətbəxş səviyyədə deyilsə, neft məhsullarının parçalanmasının müddəti herik altında bir il də uzadılmalıdır.

Kimyəvi rekultivasiya. Neftlə çirklənmiş torpaqların kimyəvi rekultivasiyasına torpağa yüksək aktivli absorventlərin, əhəngin, natrisulfatın, dəmir oksidinin, üzvimineral gübrələrin və gipsin verilməsilə əlaqədar aparılan işlər daxil edilir. Bu yolla torpaq qatının neftdən təmizlənilməsi tədbirlərinin səmərəsi reagentlərin və ekotoksikanların reaksiya xüsusiyyətlərindən çox asılıdır. Təmizləmə aparılarkən, reagentin sulu məhlulu torpağa hopdurulurya quru halda torpağa səpilib qarışdırır, torpaq mühitində hidrofob ovuntu əmələ gəlir. Nəticədə neft maddələri parçalanaraq, ağır metallar fiksasiya olunur.

Bu üsulda torpağın təmizlənməsinin keyfiyyəti reagentlərin təmizliyindən və torpağa qarışdırılarkən görülən işlərin keyfiyyətindən asılıdır. Bəzən ovuntu torpaq məsamələrinə düşdükdə onun tərkibindəki üzvi maddələr təbii mikroorqanizmlər tərəfindən tədricən parçalanır, nəticədə sahədə təkrar çirklənmə prosesi gedir.

Biotexnoloji rekultivasiya. Bu üsul torpaqdakı çirkləndiriciləri parçalamaq qabiliyyətinə malik olan mikroorqanizmlərdən istifadə etməyi nəzərdə tutur.

Məlum olduğu kimi çirklənmiş torpaq (və ya su) mühitində adi halda gedən bioloji proses nəticəsində öz-özümü təmizləmə gedən bioloji proses, mühitdə mövcud olan mikroorqanizmlərin çirkləndiriciləri parçalanma qabiliyyətinə əsaslanır. Torpaq qatı neftlə və neft məhsulları ilə çirkləndikdə öz-özünü təmizləmə prosesi ləng gedir. Bu proses torpağın aerasiya zonasında məsamələrdəki havanın, rütubətin miqdarından, azot, fosford. elementlərin mövcudluğundan asılıdır.

 

Elmar

 

Bizim yol. - 2015.- 26 avqust.- S. 9.