“Şəxsi həyatım maraqlıdır,

insanları qınamıram”

Əməkdar artist Lalə Məmmədova yaradıcılıq işlərindən, şəxsi həyatından danışıb. Lent.az-a müsahibə verən əməkdar artist bir çox məqamlara toxunub.

- Yaradıcılığınızda kimi yenilik var?

- İstəyirəm klip çəkdirəm. Amma xarici görkəmimlə bağlı problemim var idi. Ana olandan sonra kökəlmişdim. İndi bir balaca arıqlamışam. İstəyirəm ki, klip çəkdirəm. Amma bilirsiniz məni narahat edir? Əvvəlki kimi klip bazarında rəqabət yoxdur. Arzu edirəm ki, bunun üzün xüsusi bir telekanal açılsın. Hazırda sosial şəbəkələr daha çox izləyici toplayır, nəinki telekanalda yayımlanan  klip. İndi zamanın tələbləri dəyişib. İstədiyim məlumatıİnstagramsəhifəmdə paylaşıram, oradan da xəbər saytları həmin informasiyanı mənimsəyirlər. Amma elə mahnılar var ki, həmin bəstələr efir üçün yaranıb. Məsələn “Bu şəhər ikimizə dar”, “Kar tanelerimahnılarıma klip çəkdirmək istəyərdim.

 - Türkiyənin tanınmış müğənnisi Kayahanın bəstələrindən ibarət albomu işıq üzü gördü. Onun repertuarından ifa etdiyinizKar tanelerimahnısı da albomda yer almışdı...

 - Bəli, bu mənim üçün çox sevincli idi. Bu mahnımla bağlı Türkiyənin tanınmış musiqi yazarı sosial şəbəkədəki səhifəsində ifamla bağlı xoş sözlər yazmışdı. Qeyd etmişdi ki, Kayahanın bəstəsini ən gözəl mən oxumuşam. Amma mən hesab edirəm ki, bu mahnını Kayahanın özündən gözəl oxuyan ola bilməz. Kayahan bir başqa olub. Mənim ifama verilən qiymətə görə, uçmağa qanadım yox idi. Bir daha əmin oldum ki, əsil sənət, zəhmət heç zaman itmir. Çünki bu mahnını 12 il öncə ifa etmişdim. Bu mənim uğurum idi. Tək mənim yox, bütövlüklə Azərbaycanımızın uğuru idi.

- Sözügedən bəstəyə klip çəkdirmək istəyərsiz?

- Bəli, çox istəyərdim. Çünki vaxt gedir, mahnı qışa uyğun olduğuna görə indi çəkilməlidir. Amma bu mənim üçün çətindir. Bir mahnının ərsəyə gəlməsi üçün xeyli pul lazım olur. Üstəlik klip çəkdirmək. 2 qızım var. Ailəmi dolandırmalıyam. Mən toy ifaçısı deyiləm. Bu günə qədər sponsorum olmayıb. Yaradıcılıq işlərimi tək öz başıma etmişəm. Sponsorsuz. Klip çəkdirmək çətin deyil, xərc çəkib, ekranlaşdıraram. Amma istədiyim effekti almayacam. Hələ gözləyirəm.

 - Bir çox həmkarlarınız müğənnilik peşəsini ucuzlaşdırıb. Bu hal sizi narahat etmir ki?

 - Əlbəttə, buna görə təəssüf hissi keçirirəm, üzülürəm. Amma bunu mən həyatımın böyük probleminə çevirmirəm. Çünki dünya yaranandan, əzəl gündən belə olub. Hər bir sahədə öz peşəsinə qeyri-ciddi yanaşanlar var. Mən kiməsə cavabdeh deyiləm. Özümə yaradıcılığıma cavabdehəm. Amma bizim peşəmizi ucuzlaşdıran insanları tanıdan televiziyalardır. Bəlkə birinin əqli çatışmazlığı var. Bir çox insanlar puluna görə, gəlib müəyyən yerlərə çatıb.

- Olubmu ki, hər hansı bir həmkarınıza efirdə xoşagəlməz ifadələr işlətdiyinə görə irad tutasınız?

- Olub. Bir gənc həmkarıma irad tutmuşam. Amma həmin adamın adını çəkə bilməyəcəm. Bir gənc ifaçı vardı. İlk dəfə idi real həyatda üz-üzə gəlirdik, yaxınlaşdı, dedi ki, “Salam, necəsən?” Başqa adam olsa idi, onu acılaya bilərdi. Amma mən təmkinlə onu başa saldım ki, belə danışmaq olmaz. Biz səninlə ilk dəfədir ki, rastlaşırıq. Mən səndən böyüyəm. İndi aparıcılar var ki, atası, anası, babası yaşda adamlarlaSənmüraciət forması ilə danışırlar. Bu, hörmətsizlikdir.

- Gənclərdən kimin ifasını bəyənirsiz?

 - (Bir az düşünür) Nurlan Növrəsli, Günay İbrahimli, “Ayparaqrupunu bəyənirəm... Başqa kim? Siz yadıma salın, mən deyim. Əslində yeni çıxan ifaçıların zövqlərindən narahatam.

 - Bəlkə siz izləyirsiniz ki, telekanallarda mövzunun adını, əxlaq, ədəb-ərkan qoyurlar, amma proqrama dəvət olunan müğənnin ədəb-ərkanı olmur...

 - deyim, mən bu cür insanlara gülürəm.

 - Şəxsi həyatınızda işləriniz necə gedir?

 - Şəxsi həyatımda hər şey yaxşıdır. Maşallah, balaca qızımın bu yaxınlarda 1 yaşı oldu. Allah olmayanlara da qismət etsin. Böyük qızımın da 9 yaşı var. Dərslərinə diqqət edirəm.

 - Övladınıza nəyi qadağa etmisiniz?

 - Kompüter televiziyaya baxmağı qadağa etmişəm. Çünki uşaq dərs oxumalıdır. Əlavə vaxtı oldusa, kitab oxumalı, rəsm çəkməlidir.

 - Bu sualı bir çox məşhurlara verirlər. Ənənəyə sadiq qalıb, sizdən soruşmaq istəyirəm: Övladınızın müğənni olmasını istərdiniz?

 - Təki övladımın istedadı olsun, onun qarşısını heç kim ala bilməz. Çünki istedad elədir ki, bir gün üzə çıxacaq. Amma elə bir istedad görmürəm. Amma gələcəkdə hansısa bir istedadını görsəm, dəstək olaram.

 - Sizi yormayım, son sualımı verim. Bir çox məşhurlar özləri şəxsi həyatlarını bilərəkdən gündəmə gətirib, reklam üsulu kimi istifadə edirlər. Amma siz bu barədə danışmadığınız halda, şəxsi həyatınız müzakirə mövzusu olur. Səbəb nədir?

 - Səbəbi odur ki, mən tanınmış insanam. Şəxsi həyatım insanlara maraqlıdır. İnsanları qınamıram. Amma hər halda heç bir xanım istəməz ki, belə olsun. Şükür Allaha, şəxsi həyatımdan qorxmuram, çəkinmirəm.

Bizim Yol.- 2015.- 3 fevral.- S.15.