“Mineral su
mənbələrinin əksəriyyəti 4 bölgədə
yerləşir”
Ağamahmud Səmədov: “Azərbaycanın
əsas mineral suları
Hacıkənd, İstisu,
Turşsu, Şuşa,
Naftalan, Badamlı, Sirab və Vayxırdadır”
Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə, məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər.
Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə olunması hələ çox keçmişdən məlumdur. Bu müalicə növü özünün yüksək inkişaf səviyyəsini XIX əsrdə tapmış və hazırda öz təsir dairəsinə görə yüksək yer tutur.
Mineral sular
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssisi Ağamahmud Səmədov "Bizim Yol" əməkdaşı ilə söhbətində bildirdi ki, mineral su aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur: "Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir. Müalicəvi sulara İstisu, Yesentuki 4, Yesentuki 17, Mahaçkala və s. suları, süfrə sularına Narzan, Yesentuki 20, Kiyev və s. suları və Badamlı, Borjomi, Cermuk, Turşsu həm müalicəvi, həm də süfrə sularına aiddir.
Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Ukraynada, Krımda və az miqdarda Orta Asiyadadır. Şimali Qafqazda mineral su doldurulması ixtisaslaşdırılmış sahələrdən biridir. Burada müalicəvi, müalicəvi-süfrə və süfrə mineral suları doldurulur".
Ölkəmizin mineral su ehtiyatları
Müsahibimizin sözlərinə görə, Azərbaycan mineral sularla zəngindir: "Əsas mineral su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa Naftalan, Badamlı, Sirab, Vayxır və digər yerlərdədir. İstisu çox məşhur mineral su olmaqla Slovakiyadakı KarlovıBarı suyuna bənzəyir. Sirab Borjomiyə oxşar olub, həm də süfrə suyu kimi işlədilir. Son illər Qalaaltı, Sərkar, Qax mineral sularının buraxılması təşkil edilmişdir. Qalaaltı suyu Turskavesk suyuna oxşayır. Darıdağ qələvili arsenli xlorlu hidrokarbonatlı natriumlu suyu əsasən qaraciyər, əsəb sistemi və başqa xəstəliklərin müalicəsində istifadə edilir. Badamlı süfrə suyu keyfiyyətinə görə Narzandan geri qalmır.
Mineral sular
növündən və tərkibindəki mineral
duzların miqdarından, müxtəlif elementlərin ( yod, brom,
və s. ) və qazların ( karbon, kükürd, radon ) olmasından asılı olaraq
insan orqanizminə müəyyən fizioloji təsir göstərir və ona görə də müalicəvi vasitə kimi tətbiq edilir. Mineral suların tərkibində olan mineral duzların
miqdarı adi içməli sudan qat-qat çoxdur.
Ən aşağı həd 1 litr suda 2 q., ən yuxarı həd
isə 1 l. suda 50
q.-dır. Buna baxmayaraq,
təbiətdə tərkibində 1 q/l-dən az
mineral duz olan sular da
vardır ki, bunlar da müəyyən dərəcədə
orqanizmə müalicəvi təsir göstərir. Tərkibində 50 q/l-dən çox mineral duz olan sular
məhlul adlanır.
Mineral suya həddindən
artıq durulaşdırılmış
duz məhlulu kimi baxmaq olar. Burada duz
molekulları ionlara parçalanmış olur.
Ona görə də mineral suların tərkibində
duz yox, müsbət yüklənmiş
hidrogen, natrium, kalsium, maqnezium kationları və onlara bərabər miqdarda mənfi yüklənmiş xlor, sulfat və hidrokarbonat anionları olur".
Mineral suların orqanizmə təsiri
A.Səmədov qeyd etdi ki, müalicəvi məqsədlə işlədilən
suyun tərkibində
0,25 q/l-ə qədər
karbon qazı, hidrogen-sulfid və radon ola bilər: "Radon - qısaömürlü radioaktiv
elementdir. O, radiumun və onun birləşmələrinin
parçalanmasından alınır.
Təbii
mineral sularda radonun miqdarı 10-3-dən 10-11 kuri/-l-ə
qədər olur.
Təbii
mineral sularda bu çox olduqda radonlu su adlanır.
Tibbi praktikada radonlu sulardan vannalar təyin olunur və bunun orqanizmin
funksiyalarının aktivləşdirmək
kimi fizioloji təsiri vardır. Radon və onun
parçalanması məhsulları
qan damarlarını genişləndirir, maddələr
mübadiləsini nizamlayır,
orqanizmdən bəzi zərərli maddələrin
çıxarılmasına kömək edir.
Mineral suları içdikdə
onlar selikli qişa vasitəsilə, xaricə qəbul etdikdə isə (vanna qəbul etdikdə) dəridən keçərək orqanizmə
təsir edir. Mineral suyun
ionları selikli qişa vasitəsilə sorulur (əsasən nazik bağırsağın
yuxarı hissəsində ) və qana
keçərək bütün
orqanizmə yayılır.
Beləliklə, həmin ionlar
başqa mərhələdə
sinir refrektorları vasitəsilə başqa mühitə də düşür. Mineral suların orqanizmdə yığılıb saxladığı
əsas yer qaraciyərdir. Suyun artıq
miqdarını qaraciyər
o vaxta qədər saxlayır ki, nəhayət nizamlayıcı
mexanizm tərəfindən
orqanizmdən artıq
su xaric edilir.
Orqanizmdən xaric olunan su
müxtəlif mübadilə
məhsullarını və
mineral maddələri də
çıxarır. Əgər
tərkibində az mineral maddə olan su çox
içilərsə orqanizmdə
bəzi ionların çatışmazlığı hiss olunur. Lakin mineral sular orqanizmdən
bəzi ionları çıxarmaqla yanaşı,
eyni zamanda, orqanizmə onlara oxşar kimyəvi birləşmələr daxil
olur. Orqanizmdə olan nizamlayıcı
mexanizmlər oraya daxil olan elektrolitləri
çıxarır, lakin
bəzi ionlar orqanizmdən tez, bəziləri isə çox yavaş çıxır. Ona
görə də
mineral suyu uzun müddət qəbul etmək orqanizmdə bir ionun çox,
başqasının isə
az olmasına
gətirib çıxarır.
Mineral suların içilməsi
nəticəsində ion tərkibinin
kəmiyyət və keyfiyyətcə dəyişməsi
həyat üçün
lazımi sayılan xlor ionu mədənin
selikli qişasını
qıcıqlandırdığı üçün vəzilərin
sekresiyasını gücləndirir
duz turşusunun ifrazını artırır. Bikarbonat ionu
selikli qişaya təsir edərək mədə-bağırsaqdakı seliyin olub yuyulmasını
müşayiət edir.
Tərkibində bikarbonat
ionu olan suda natrium ionu
da olduqda, belə su "
süfrə suyu"
kimi tətbiq edilə bilər, çünki susuzluğu yaxşı yatırır.
Mineral suların ( "Borjom",
"Polyana Kvasova",
"Berezovski", "Badamlı",
"Vayxır", "Sirab"
və s. ) belə istehlakı qida qəbulundan əvvəl aşağıdakı kimi
öz təsirini göstərir. Mədə vəziləri vasitəsi
ilə ifraz olunan xlorid turşusu
bikarbonat natriumla reaksiyaya girir".
(Davamı gələn
sayımızda)
ÜMİD
Bizim yol.-2015.- 1 sentyabr.-
S. 13.