“30 mineral su yatağında tam geoloji-kəşfiyyat işləri aparılıb

 

Ağamahmud Səmədov: “Azərbaycanda dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar

 

Mineral suda olan sulfat ionu maqneziumla birləşərək acı ingilis duzu - MgSO4 əmələ gətirir; sulfat ionu natriumla qlauber duzu - NaSO4 əmələ gətirir. Bu acı duzlar mədənin bağırsağın motor funksiyasını ödün ifrazını sürətləndirir. Suda ionun olması onun müalicəvi dəyərini artırır, çünki kalsium ionu soyuqdəyməyə qarşı təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir.

Mənşəyinə görə mineral sular təbii mineral suya süni sürətdə bəzi mineral duzların suda həll olunub CO2 ilə doydurulması yolu ilə alınan süni mineral sulara ayrılır. Mineral sular qazlı ( təbii süni ) qazsız olur.

Təbii mineral suları süfrə müalicəvi sulara ayırırlar. Lakin bəzi müalicəvi sular həm süfrə suyu kimi istifadə olunur. Süfrə suyunun tərkibində müəyyən miqdarda faydalı mineral maddələr (2 - 8 q/l) vardır sərinləşdirici xoşa gələn dada malikdir. Müalicə suları müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir.

"Mineral su yataqları 200 qrupda cəmlənib"

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssisi Ağamahmud Səmədov əməkdaşımızla söhbətində qeyd etdi ki, əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənib, onların 1000-dən çox təbii çıxışları qeydə alınıb: "Lakin cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılmış istismar ehtiyatları təsdiq edilmişdir. Çox qiymətli mineral sular, xüsusilə, Naxçıvan MR ərazisində geniş yayılmışdır. Təsadüfi deyildir ki, Naxçıvan "Mineral suların təbii muzeyi" adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Muxtar Respublikanın ərazisində müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə 690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr (Narzan tipli) - 1468 min litr, Vayxir (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr miqdarında təsdiq edilmişdir. Lakin Naxçıvan MR ərazisində bu ya digər mineral su yataqlarının istismar proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir.

Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı İstisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşağı İstisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilmişdir. Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, mineral su zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının böyük miqyasda xarici ölkələrə ixracı təşkil edilmişdir.

Dəvəçi rayonunda "Naftusiya" mineral suyunun analoqu olan "Qalaaltı" mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir. Xaçmaz rayonunda "Nabran" (ehtiyatı 29,9 min l/gun), Şamaxı rayonunda "Çuxuryurd" (140 min l/gün), Çağan (252 min l/gün), Qax rayonunda "İlisu" (284 min l/gün), Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) "İbadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi s.) müalicəsində istifadə edilir. Abşeron yarımadasında Suraxanı mineral suları (istismar ehtiyatları 510 min l/gün), Mərdəkan (620 min l/gün), Buzovna (80 min l/gün), Bilgə (280 min l/gün), Pirşağı (35 min l/gün), Şıxov (150 min l/gün) geniş istifadə üçün perspektivli sayılırlar.

Lerik rayonunda "Bülüdül" mineral sularının istismar ehtiyatları 86,4 min l/gün, Qazaxda - "Salahlı" 10,8 min l/gün, Aşağı Salahlı - 21,6 min l/gün, Əskipara - 5,4 min l/gün, Əzizbəyli - 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq - 2,7 min l/gün, Kazımlı - 10,8 min l/gün, Kəndalar - 43 min l/gün, Şınıx - 8064 min l/gün, Gədəbəydə Qizilca - 86,4 min l/gün, Slavyanka - 21,6 min l/gün, Qalakənd - 108 min l/gün, Çayqarışığı - 216 min l/gün, Şəmkir - 43,2 min l/gün, Daşkəsəndə Yuxarı Daşkəsən - 4,3 min l/gün, Aşağı Daskəsən - 5,4 min l/gün, Alaxançallı - 108 min l/gün, Qabıqtala - 4,3 min l/gün səviyyəsində qiymətləndirilir. Faktiki olaraq bu suların istismar ehtiyatları dəfələrlə çoxdur onlar çox qiymətli təbii sərvət kimi xalqın istifadəsinə verilməlidir".

Sənaye əhəmiyyətli sular

Nazirlik rəsmisinin sözlərinə görə, sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynayıb: "Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan Neftçala) ümumi sənaye ehtiyatları - 229,5 min m3/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m3/gün, Babazənən - 50,1 min m3/gün, Mişovdağ - 28,5 min m3/gün, Binə-Hövsan - 51,2 min m3/gün, Neftçala - 52 min m3/gün. Binə-Hövsan Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir.

Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom digər kimyəvi komponentlər vardır. Təkcə yeni Neftçala zavodunda ildə 800 t yod, 3000 t brom alınması nəzərdə tutulmuşdur. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu zavodun bərpa olunması üçün tədbirlər görülür.

Bu yataqların istismar edilməsi üçün ekoloji tələblərə cavab verən, ətraf mühitin, o cümlədən Xəzər hövzəsinin çirklənməsinə yol verməyən qabaqcıl texnologiyanın tətbiq edilməsinə böyük ehtiyac vardır. Əvvəlki illərdə olduğu kimi yeraltı sulardan bor, kalium, stronsium, litium elementlərinin sənaye tullantısı kimi atılmasına yol verilməməli bu elementlərin tam kompleks şəkildə çıxarılması təmin olunmalıdır. Yod güclü radiasiyaya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli vasitələrdən biridir. Çernobıl qəzasında 10 minlərlə adam məhz Bakı zavodunda istehsal olunan yodun təsiri ilə şəfa tapmışdır. Son illərə qədər Binə-Hövsan yatağının bazasında fəaliyyət göstərən Bakı yod zavodunda texniki yod, kalium-yod ( yod) kristallik yod istehsal olunmuşdur".

 

əvvəli, ardı var

 

ÜMİD

Bizim yol.-2015.- 2 sentyabr.- S. 13.