“Respublika
ərazisində 1000-dən çox mineral su bulağı var”
Ağamahmud Səmədov: “Ölkəmizdəki
təbii mineral su bulaqlarının 90 faizdən
çoxu dağlıq
bölgələrdə yerləşir”
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin
baş mütəxəssisi
Ağamahmud Səmədovla
söhbətimizin davamı:
"Hidrokarbonatlı su
- Tərkibində hidrokarbonat
anionu; natrium, kalium, kalsium və maqnezium kationları vardır. Bu qrupa
"Brajom", "Sairme",
"Kuka", "Sirab",
"Batabat", "Nəhəcir",
"Badamlı" suları
aiddir. Tərkibində 1200 - 8000 m/l hidrokarbonat və karbonat ionu vardır.
Xlorlu su - Tərkibində xlor anionu; kalium, natrium, kalsium və maqnezium kationları vardır. Bu qrupa "Minskaya",
"Vitautac", "Omsk" və "Druskininkay" suları aiddir.
Sulfatlı su - Tərkibində sulfat anionu; kalium, natrium, kalsium və maqnezium kationları vardır. Bu qrupa
"Moskovski", "Aşkabat",
"Batalinskaya", "Suraxanı"
suyu aiddir. Tərkibində 1700 - 3200 mq/l xlor
ionu olur.
Tərkibində bioloji aktiv dəmir, mışyaq, brom,yod, latyum
ionları və xüsusi bioloji xassələri (katalitik, kalloid və s.) olan su. Bu qrupa
tərkibində 20 - 30 mq/l
dəmir olan "Polyustrovskaya" 50 - 70 m/l dəmir
olan " Martsialnaya",
tərkibində 10 - 15 mq/l
yod olan "Semiqorski", 150 - 200 mq/l brom olan "Luqela", 1-1,5 mq/l mışyak olan "Çermuk" və
"İstisu", 25 - 40 mq/l
brom olan "Nijneserginskaya" və s.
sular aiddir. "Navtusya" suyu
zəif neft qoxusu verir.
Şimali
Qafqazda - "Narzan",
" Yesentuki 20", "Yesentuki
17", "Yesentuki 4", "Smirnovski", "Slavyanovski",
"Batalinski" və
s; Gürcüstanda - "Barjom",
"Sairme", "Lugela"
və s; Azərbaycanda
- " Badamlı", "İstisu", "Turşsu",
" Vayxır", "Sirab"və
s; Ukrainada - "Naftusya",
"Polyana-Kvasova", "Svalyava", "Berezovski",
"Mirqorodski", "Kiyev"
və s; Moskva yaxınlığında - "Moskovski", Sankt-Peterburq yaxınlığında - "Polyustrovski", Tatarıstanda
- "İjevski", Zabaykalyedə
- "Darasun", Özbəkistanda
- "Daşkənd", "Turşsu" və s.
mineral sular vardır".
Mineral suların istehsalı
"Mineral
sular kimyəvi tərkibindən və süzülmə üsulundan
asılı olaraq 4 texnoloji qrupa bölünür: 1- qazlaşdırılmamış
sular; 2-karbon qazlı sular; 3-tərkibində dəmir
olan qazlı karbon qazlı sular; 4-hidrosulfidli və hidrosulfidli-hidrogensulfidli sular.
I texnoloji qrupa daha davamlı, süzülmə zamanı
oksidləşməyə məruz
qalmayan və kimyəvi tərkibini dəyişməyən mineral sular
aiddir.
II texnoloji qrupa kimyəvi tərkibi dəyişikliyə məruz
qalan mineral sular aiddir. Onlarda olan CO2, kimyəvi
tərkibin stabilizator rolunu oynadığından,
belə suyun butulkalara süzülməsi
nisbətən CO2-nın ifrat
təzyiq altında aparılmalıdır ki, qazsızlaşdırma prosesi
minimuma ensin.
İkinci
texnoloji qrupa aid olan mineral suların süzülməsinin texnoloji
sxemi, yuxarıdakı
sxemlə identik olub , ancaq bütün texnoloji əməliyyatlar,
yəni nəql etdirilmə, saxlanma və süzmə
CO2-nın nisbətən ifrat
təzyiqi altında aparılır.
III texnoloji qrupa -1 litrdə 5-70 mq dəmir olan mineral sular aiddir.Bu suların butulkalara doldurulması zamanı butulkada çöküntünün
əmələ gəlməsinin
qarşısını almaq
üçün, dəmirin
oksidləşmə və
süzmə zamanı
qazsızlaşmaya mane olan
şəraitin olması
vacibdir. Bu məqsədlə
mineral suya stabilləşdirici
turşular - askorbin və ya limon turşuları əlavə edilir".
Tərkibində dəmir olan mineral
sular
"Süni mineral sular
- xüsusi müəssisələrdə
adi içməli sudan hazırlanır; bu suya karbon
qazı vurulur və bəzən də kimyəvi cəhətdən saf qələvi duzlar əlavə olunur.
Süni mineral suların çeşidinə
soda suyu və selter suyu daxil
olur; onlar şortəhər dad verir
və susuzluğu yaxşı söndürür. Soda suyu qazlı suda həll edilmiş içməli
soda ilə xörək
duzunun məhlulundan ibarətdir; selter suyu qazlı suda həll edilmiş soda, xörək
duzu, kalsium -xlorid və natrium -xlor məhlulundan
ibarətdir.
Süni mineral sulardan "Selter suyu", "Sodalı",
Süfrə suyu" daha çox istehsal edilir. "Selter suyu" ilk dəfə sərinləşdirici
içki kimi yayılmışdır. Onun adı
Almaniyadakı Niderselters
dağlıq yerinin adı ilə adlanır. Hələ
keçən əsrdə
rus kimyaçısı
Çalavskiy bu suyu tədqiq edərək müəyyən
etmişdir ki, yerli əhali bu sudan
ürək-damar və
mədə bağırsaq
xəstəliklərinin müalicəsində
istifadə edirmiş.
Eyni zamanda Niderselters suyu çox dadlı idi. Lakin onun miqdarı geniş miqyasda eksport üçün çatmadığı üçün
müxtəlif ölkələrdə
süni olaraq "selter suyu" hazırlayırlar. Təbii
"selter suyunun" tərkibində dal/q- la aşağıdakı miqdarda
maddə vardır: Na
2 CO3 -13,2, NACl -16,0, KCl- 0,47, MgCl-2,7, Na SO4 - 0,52
K2 SO4 - 2,95, Na 3 PO4 - 0,13. Bu tərkibə uyğun olaraq süni "selter suyu" aşağıdakı miqdarda
müxtəlif duzlardan
istifadə etməklə
hazırlanır. Natrium
karbonat 12-25q və ya 40 q natrium hidrokarbonat, xörək duzu 10-15q, kalsium xlorid 10-15q, 0,10-0,15q MgCl .Bu duzlardan istifadə olunması müvafiq sdart və ya texniki
şərtlərlə müəyyənləşdirilir.
Bu duzlardan müəyyən
qatılıqda məhlul
hazırlanır və
onu filtrdən keçirib soyudur, su ilə qarışdırırlar.
Beləliklə, hazırlanmış duz məhlulu xüsusi rezervuarlarda saxlanılır, oradan dozalaşdırıcı aparatın
köməyi ilə butulkalara tökülür,
üzərinə karbon
qazı ilə doydurulmuş su əlavə edilir.
"Selter suyunu"
başqa üsullarla da hazırlayırlar. Bunun üçün
xüsusi rezervuarlarda
mineral duzların məhlulu
ilə qazsız içki hazırlanır,
sonra həmin içki istilik dəyişdirici qurğuya
verilərək soyudulur,
saturatorda qazla doydurulur və təzyiq altında doldurucu maşına verilib butulkalara doldurulur".
Mineral suların coğrafiyası
"Azərbaycan Respublikasında
mineral su bulaqları tükənməzdir. Respublika ərazisində 1000-dən çox mineral su bulağı vardır.
Bir qayda olaraq, bu
bulaqların çoxu
respublikamızın dağlıq
rayonlarında yayılmışdır.
Düzən rayonlarda təbii su bulaqlarına
az rast
gəlmək olar. Buna baxmayaraq buruq
qazma yolu ilə mineral sular çıxarılır.
Azərbaycan fiziki-coğrafi cəhətdən
çox kəskin dəyişən relyef quruluşuna malikdir. Respublikanın
85,5 min km2 ümumi düzənliklərdən ibarətdir.
Təbii
mineral su bulaqlarının
90%-dən çoxu, yəni 905-i dağlıq rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda yerləşmişdir".
Abşeron yarımadasının mineral suları
"Abşeron yarımadası
kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 kilometr dənizin
içərisinə doğru
irəliləyən bu
yarımadanın cahili
başdan-başa gözəl
çimərliklərlə əhatə olunmuşdur.
Abşeron yarımadası iqliminə
görə subtropik iqlimə çox yaxındır. Burada isti
yay, günəşli
payız, mülayim qış keçir, yazı nisbətən qısa olur. Abşeron qumlu sahilləri və təkcə dənizi ilə şöhrət tapmamışdır.
Burada çoxlu şəfa bulaqları qaynayır.
Suraxanı, Sabunçu və
Şıx burnunda çıxan mineral sular böyük müalicə
əhəmiyyətinə malikdir.
Tərkibində yod, brom və böyük müalicə təsiri gücünə malik çoxlu başqa maddələr olan mineral suları Abşeronu daha da şöhrətləndirmişdir.
Böyük Şor və
Masazır mənbələrində
qiymətli müalicə
palçığı çıxır.
Abşeron yarımadasında onlarca palçıq vulkanı püskürmüşdür.
Təəssüf ki, bu vulkanlardan
çıxan müalicə
palçıqları balneoloqlar
və kurortoloqlar tərəfindən lazımınca
tədqiq olunmamışdır. Mərdəkan,
Buzovna, Şüvəlan,
Zağulba, Pirşağı,
Türkan və Abşeronun digər guşələri indi zəhmətkeşlərin ən
sevimli istirahət yerinə çevrilmişdir.
Həmin
yerlərdə onlarca sanatoriya, istirahət evləri tikilmişdir.
Lakin bu son hədd deyildir".
əvvəli,
ardı var
ÜMİD
Bizim yol.-2015.- 3 sentyabr.-
S. 13.