“Qeyri-ənənəvi enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyət kəsb edir

 

 Ağamahmud Səmədov: “Respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır

 

Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssisi Ağamahmud Səmədovla söhbətimizin davamı:

 

"Naxçıvan Muxtar Respublikasının ərazisində 200-dən çox ziyadə mineral su bulağı vardır. Buranın mineral suları öz müxtəlifliyi ilə hidrokimyəvi muzeyi xatırladır. Bu rayonun ən qiymətli mineral su yataqları: Darıdağ, Sirab, Nəhəcir, Badamlı, Qızılvəng, Cəhri, Qəmur, Qahab, Dəstə və başqalarıdır. Bu növ mineral su qrupu son dərəcə balneoloji içməli hidromineral ehtiyatdırlar".

Dağlıq Qarabağın mineral suları

"Dağlıq Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyətini qat-qat artırır. Kiçik Qafqaz dağlarının cənub-şərqində dəniz səviyyəsindən 600-1800 m yüksəkdə yerləşir. Bu rayonun özünəməxsus təbii iqlim şəraiti vardır.

Dağlıq Qarabağda şimaldan-cənuba doğru, yəni Xankəndindən Şuşaya kimi bu rayonun bütün ərazisində uzanan kurort zonası xüsusilə diqqəti cəlb edir. Məlum olan mineral su bulaqlarının əksəri: Turşsu, Şirlan, Çərəktar, Kolataq s. bu zonanın qərb hissəsində yerləşir".

Laçın-Kəlbəcər rayonunun mineral suları

"Bu ərazi Azərbaycan Respublikasının qərbində Kəlbəcər Laçın rayonlarında yerləşir. Laçın - Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 m hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu digər bu kimi mineral bulaqları göstərmək olar".

Gəncə ətrafındakı mineral sular

"Hacıkənd Gəncə şəhərindən 17 km aralı 1000 m hündürlükdə yerləşir. Bu yerin iqlimi mülayim isti, rütubətlidir. Qışı nisbətən istidir. Hacıkənd yaxınlığında karbonturşulu bulaq böyük sayda içməli su çeşmələri mövcuddur".

Şamaxı rayonunun mineral suları

"Ərazidə azot kükürdlü oksigen xassəli termal soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum Xalxal sularıdır (Qəbələ rayonu)".

Şəki Zaqatala bölgələrinin mineral suları

"Mineral sular baxımından burada ən tanınanı Qax rayonunun İlisu bulaqlarıdır. Yerli əhali bu sulardan müalicə məqsədləri ilə qədimdən istifadə edir. Bulaqlardan birinin Oğlan bulağı, digərinin isə Qız bulağı adlarını daşıması həmin mülahizənin doğruluğunu bir daha təsdiqləyir".

Lənkəran rayonunun mineral suları

"Lənkəran bölgəsi mineral sularla xeyli zəngindir. Termal soyuq suların temperaturu 130 J-dən 640 J qədərdir. Onlar azot metan tərkiblidir. Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur: Astaranın İstisu kəndində, Lənkəranın İbadisu, Haftoni kəndlərində, habelə Masallının Qəriblər kəndində sair".

Babazənən mineral suları

 

"Kür çayının dənizə töküldüyü yerə yaxın, Salyan rayonun ərazisində yerləşən bu rayonu mineral sərvətləri Babazənən dağlarında yerləşir. Burada hidrogen-sulfidli, metanlı, xloridli kalsiumlu isti soyuq mineral su bulaqları vardır. Uzun müddət davam edən yay fəsli, mülayim-isti iqlim şəraiti bu mineral sulardan ilin çox müddətində müvəffəqiyyətlə istifadə etməyə imkan verir. Yerli əhali qədimdən bəri kükürdlü metan-xlorid-kalsili soyuq isti Babazənən mineral sularından istifadə edir".

Aran zonasının mineral suları

"Respublikanın bu bölməsi müxtəlif xassəli təbii müalicə ehtiyatları ilə zəngindir. Bunlara müalicəvi neft, mineral sular müalicəvi palçıq aiddir. Müalicəvi neft kimi tanınan naftalan Goranboy rayonunda yer üzünə çıxır. Onun yatağı Goran dəmir yolu stansiyasından 18 km cənubda dəniz səviyyəsindən 450 m hündürlükdə yerləşir. Öz xarici görkəminə görə o, sənaye neftinə bənzəyir. Lakin benzin neftin mövcud xassələrinin yoxluğu, qiymətli sürtgü yağlarının bolluğu nisbətən yüksək xüsusi çəki (0,930-0,960) naftalan neftinin digər neft növlərindən üstün olan cəhətləridir. Hal-hazırda naftalan nefti uğurla səhiyyənin demək olar ki, bütün sahələrində tətbiq olunur. Bu ərazidə yerləşən müalicəvi neft yatağı dünyada yeganədir".

Termal sular

"Ənənəvi olmayan günəş, külək yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.

Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.

Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m<sup>3</sup>, yer səthində temperaturu isə 72-97°C olmuşdur. Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m<sup>3</sup>/gün-dən artıq yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir. Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış 25,7 min m<sup>3</sup>/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır.

Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyildir. Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir".

Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları

"Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:

Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;

Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;

Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;

Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;

Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;

Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;

Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;

Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;

Respublika üzrə - 249000 m3/gün.

Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır. Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir. Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır".

 

ÜMİD

Bizim yol.-2015.- 4 sentyabr.- S. 13.