Ceyranların təbii miqrasiya
yolları
Raqub Mirzəyev: “Heyvanların
cütləşmə
dövrü iqlim şəraitindən
çox asılıdır”
(Əvvəli ötən
sayımızda)
Şirvan Milli
Parkının ərazisində su mənbələri
əsasən Çala gölü,
Şirvan kollektorları və onlardan ayrılan arxlar və
dənizin sahil xətlərinə
yaxın hissəsidir. Burada suyun tərkibində duz az olduqda (1litrdə 9-14 q duz) ceyranlar
üçün içməli olur. Bundan başqa
qış aylarında heyvanlar qardan da istifadə edirlər.
Əlverişli hava şəraitində efemerlərin toxumları adətən payızda (oktyabr, noyabr) cücərir və cücərmə mərhələsində qışlayır. Bu cücərtilərin bir hissəsi qış düşənədək inkişaf edir və müəyyən vegetativ kütlə verir ki, bu ceyranların qış fəsli üçün yem bazasının 20-25%-ni təşkil edir. Efemerlər yazın sonuna yaxın (may ayının ortaları) quruyur. Erkən yazda (martın axırları) havaların istiləşməsilə əlaqədar efemerlərin bir hissəsi çiçəkləyir və toxum verir, bu da ceyranların qidasının əsas hissəsini təşkil edir. Məsələn, soğanaqlı qırtıcın inkişafı payızda gedir. Heyvanlar onların soğanağından çox həvəslə istifadə edirlər.
Yay dövründə quraqlığın başlanması və yüksək temperaturun təsirindən efemer və efemeroidlər quruduqdan sonra torpaq çılpaqlaşır. Bu dövrdə vegetasiyanın yalnız yovşan, müxtəlif şoran bitkiləri davam etdirir. Bu zaman ceyranların qidasının əsas hissəsi həmin bitkilərin payına düşür.
“Həyəcan
zamanı ceyranlar
elə vəziyyətdə
dururlar ki...”
ETSN rəsmisinin sözlərinə görə, ceyranların döl dövrü noyabr-dekabr aylarında davam edir və 5-6 aydan sonra 1, 2 və ya 3 bala verirlər. Balalama dövrü aprel-iyun aylarında davam edir: “Mart-aprel aylarında boğaz dişi heyvanlar sürüdən ayrılır. Aprel-may aylarında ceyranlar tək-tək və yaxud kiçik dəstələr şəklində yaşayır. Tək-tək heyvanlara adətən may ayında-doğumdan sonra təsadüf olunur, onlar öz sürülərin tərk edir və 3-4 gündən sonra yenidən həmin dəstələrə birləşir. İyun-iyul aylarında ana ceyranlar öz balaları ilə erkəklər olan sahələrə köçürlər. Erkək ceyranlar yaz-yay aylarında tək-tək, bəzən xırda dəstələr şəklində, gecələr isə tək yaşayırlar.
Yayın axırı və payızın əvvəllərində
onlar xırda dəstələr halında
yaşayır, payızda isə böyük
sürülər əmələ gətirirlər. Erkəklərdə
spermotogenez prosesi bir yaşında başlanır, lakin intensivlik çox aşağı olur.
Cinsiyyət yetişkənliyi 17-18 ayında baş
verir. Müəyyən edilmişdir
ki, ceyranlarda iki dövrdə yüksək cinsiyyət aktivliyi olur, yazda aprel ayında və
payızda oktyabr, noyabr
aylarında. Lakin yazda spermotogenez reproduktiv olmur. Yazda mayalanma çox
nadir hallarda olur.
Sentyabr-oktyabr aylarında erkək
ceyranlarda hövrə
gəlmə əlamətləri
özünü biruzə
verir. Onlar bu vaxt az dincəlib çox otlayırlır, bir-biri ilə oynayır və dalaşırlar.
Ceyranların cütləşmə dövrü
iqlim şəraitindən,
havadan, coğrafi şəraitdən və dişi ceyranların sayından asılıdır. İstər tək,
istər xırda, istərsə də böyük sürülər
şəklində olan
ceyranlar təhlükə
hiss edərkən qulaqlarını
şəkləyir, ayaqlarını
yerə döyür və qaçmağa başlayır. Həyəcan zamanı ceyranlar elə vəziyyətdə
dururlar ki, digər ceyranları da xəbərdar edə bilsinlər. Dişi ceyran təhlükə hiss etdikdə
otlamır, başını
yuxarı qaldırıb
qulaqlarını şəkləyir
və quyruğunu tez-tez oynadır. Təhlükə yaxınlaşdıqda qabaq ayaqlarını yerə vurur. Bu zaman ceyran
quyruğunu yuxarı qaldırıb, başını
aşağı əyir,
dörd ayağı ilə yuxarı, qabağa tullanıb qaçır. Qaçan
heyvanın arxasında
olan ağ
“güzgü” arxadan gələn heyvanlar üçün siqnal rolunu oynayır. Ceyranlar qışda qaldıqları
ərazidə iz qoyurlar, qabaq dırnaqları ilə torpağı cızırlar”.
“Qızılqaz” gölünün əhəmiyyəti
R.Mirzəyev qeyd etdi ki, Milli Park ərazisində 4 ha sahəsi
olan “Qızılqaz” gölü var: “Gölün bitki örtüyü ceyranların
diqqətini cəlb edir və ayrı-ayrı
kiçik ərazilərdə
10-15 başdan ibarət
sürülər olur.
Yayda saksaul kolları arasında, yaşıl olmayan yerlərdə isə dənizə yaxın ərazidə, parkın şimal və qərb sahillərində, şirin
su mənbələri
yaxınlığında məskən
salırlar. Payız və
qış aylarında
Parkın cənub hissəsinə doğru dənizin sahillərinə
köçürlər. Bir çox ceyranlar saksaul sahələrində
məskən salır.
Qışda soyuqdan və
qardan qorunmaq üçün hündür
kolların altında daldalanırlar. Ərazidə ceyranların təbii miqrasiya yolları əlverişlidir, əsasən
geniş ərazilərdə
hündür kolların
arası ilə qumsal yerlərlə miqrasiya edir. Bu da onların
narahatlıq faktorlarından
müdafiə olunmasına
imkan verir. Həm də islanmış qum üzərində ayaq izləri qaldığından bu onların əvvəlki yerlərinə qayıtmasını
asanlaşdırır”.
Qanunsuz ovçuluqla mübarizə
Qeyd edək
ki, bir zamanlar
ceyranların sayının
azalmasına qanunsuz ovçuluq halları da ciddi təsir
göstərirdi. Lakin sonradan bu sahədə qanunvericilik sərtləşdirildi və
prosesin qarşısı
xeyli dərəcədə
alındı. Hazırda Azərbaycan
Respublikasında ovçuluq
fəaliyyəti "Ovçuluq
haqqında" Azərbaycan
Respublikasının qanunu
ilə tənzimlənir.
Bu Qanun Azərbaycan
Respublikasının ərazisində
ovçuluğun və
ovçuluq təsərrüfatlarının
təşkilinin, onların
fəaliyyətinin həyata
keçirilməsinin, habelə
ov obyektlərinin mühafizəsinin artırılmasının
və istifadəsinin hüquqi əsaslarını
müəyyən edir.
Bu qanunun tətbiqi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 27 yanvar,
2005-ci il tarixli, 10 nömrəli qərar verilib. Qərarda göstərilir
ki, "Ovçuluğun
həyata keçirilməsinə
və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən,
təbii sərbəstlik
və yarımsərbəst
şəraitində yaşayan,
habelə ayrı-ayrı
hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib
artırılan vəhşi
heyvanların məskunlaşdığı
torpaq sahələri, meşə, digər bitki və su
ilə örtülü
olan təbiət əraziləri ov yerləridir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada ovu həyata keçirən şəxslər tərəfindən
tutulmuş və vurulmuş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları,
əti və digər hissələri ov məhsulları hesab olunur.
Qanunvericiliklə müəyyən edilmiş
qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst
şəraitində xüsusi
ayrılmış yerlərdə
yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən
yetişdirilib artırılan
vəhşi heyvan növləri ov obyekti sayılır. Vəhşi
heyvan növlərinin
ov obyektinə aid edilməsi və ovlanma limitləri, həmçinin əhalinin
sağlamlığını mühafizə etmək və təhlükəsizliyini
təmin etmək, kənd təsərrüfatı
və ev heyvanlarını xəstəliklərdən
qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə
və iqtisadiyyata zərər vurulmasının
qarşısını almaq
məqsədilə ayrı-ayrı
yırtıcı heyvan
növlərinin vurulması
limitləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən müəyyən
edilir. Ov obyektinə aid edilmiş
vəhşi heyvanları
yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müəyyən
etdiyi qaydada ov etmək üçün
icazə verə bilər. Ovçuluq fəaliyyəti Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
tərəfindən ovçuluq
üçün ayrılmış
ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti
ovçuluq fəaliyyətini
həyata keçirmək
üçün hüquqi
sənəddir. Ovçuluq fəaliyyətini
həyata keçirmək
üçün ovçuluq
bileti və ov etmək üçün
icazəsi olan fiziki şəxs ovçu sayılır.
Qərarda həmçinin göstərilir
ki, Respublika ərazisində ov mövsümünün başlanmasını
və müddətini
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi müəyyən
edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir. Ov
obyektinə aid edilən
vəhşi heyvanların
ayrı-ayrı növlərinin
ov mövsümündə
tutulmasının və
vurulmasının norması
(sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən müəyyən
edilir. Ov mövsümündə ov edilməsinə ərazinin epizodik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən müəyyən
edilən günlərdə
yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca
verilən ov etmək üçün icazədə göstərilən
normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü,
ovlama üsulu və yeri, norması
(sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir.
Ov etmək üçün icazədə göstərilən
normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur.
Göstərilən normadan (saydan)
artıq əldə edilən ov məhsulları ovçulardan
geri alınır və onlara qarşı qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada müvafiq tədbirlər görülür.
ÜMİD
Bizim Yol.- 2015.- 19 sentyabr.- S.13.