12 il səhnəyə qadın
qiyafəsində çıxan məşhur...
Əhməd Ağdamskinin dünyaya gəlməsindən 131 il ötdü
Dünən Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Bəşir oğlu Bədəlbəylinin (Ağdamski) dünyaya gəlməsindən 131 il ötür. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Əhməd Ağdamski 1884-cü
ilin soyuq qış günü, yanvar ayının 5-də Şuşa şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Əhməd Bədəlbəyli hələ kiçik yaşlarında ikən teatra çox böyük maraq göstərirdi.
O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçıları sırasında öz bacarığını səylə nümayiş etdirirdi. 1910-cu ildə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Teatrda çalışdığı illərdə o, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi. Üzeyir Hacıbəyov teatr səhnəsində qadın aktrisaları olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu isə necə deyərlər, vəziyyətdən çıxış yolu demək deyildi. Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.
"Leyli və Məcnun" operasının 1909-cu ildəki proqramı. Ağdamskinin adı "Leyli" rolunda "Miri" kimi qeyd olunub.
Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin
anası Əzizə xanım doğma bacı idilər. Üzeyir bəy
xalası oğluna üz tutur. O zaman onun ən
böyük arzusu müəllim olmaq idi, lakin teatra
olan məhəbbət
onu səhnəyə gətirib çıxarır.
O illərdə Əhməd
tələbə idi, tələbələrin teatrda
oynamaları bir yana, axşam
tamaşalarına baxması
üçün belə
xüsusi icazə olmalıydı. Belə bir icazə
alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını "Miri" yazdırır.
Sonralar isə səhnə təxəllüsü olaraq
özünə Ağdamski
familiyasını götürür.
1915-ci il 116 saylı
"Kaspi" qəzetində:
"Bu gecə Leyli
rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində
idi. Artistin səsi əla
idi. Tamaşaçılar onu arası
kəsilmədən alqışlayırdılar".
Ağdamski "Leyli" rolunu
ifa edərkən dəfələrlə səhnədən
düşməyən "Leyli və Məcnun"
operasında baş rolların ifaçılarının
ifasını 1916-cı il 22 dekabr tarixli "Kaspi" qəzeti öz səhifələrində belə
yazır: "Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi".
Onun çıxışı
Üzeyir Hacıbəyovun
xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində
baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində
ilk dəfə qadın
rollarının ifaçısı
kimi tanınmışdı.
O, qadın rollarını
elə artistlik məharətilə ifa edirdi ki, hətta
tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də
az olmurdu.
Onun oynadığı qadın
rollarının hamısı
xarakter etibarilə bir-birindən fərqlənirdi.
Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı.
Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi. O, düz
12 il səhnəyə
qadın qiyafəsində,
qadın geyimində çıxdı. Üzeyir
Hacıbəyovun "Leyli
və Məcnun" operasında Leyli, "Əsli və Kərəm"də Əsli,
"O olmasın, bu olsun"da Gülnaz, "Arşın mal alan"da Gülçöhrə, "Ər
və arvad"da Minnət, "Rüstəm
və Söhrab"da
Təhminə, "Şah
Abbas və Xurşudbanu"da kəndli
qızı və s. onun əsas rolları kimi opera tarixinə düşüb.
Onun bir
artist kimi yüksək
keyfiyyətlərindən biri
də oynaya bilməyəcəyi roldan
bacarıqla imtina etməsi idi. Üzeyir bəy
istəyirdi "Şeyx
Sənan"da Xumarı
Əhməd oynasın,
lakin opera sırf muğam operası olmadığı üçün
oxumaqda çətinlik
çəkəcəyini əvvəlcədən
hiss edən Ağdamski
Xumardan boyun qaçırdı.
20-ci illərin əvvəllərində,
artıq oxumadığı
vaxtlarda belə Ə.Ağdamski bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı.
Sonralar Leyli rolunun daha bir
kişi ifaçısı yarandı
– Hüseynağa Hacıbababəyov
idi.
1934-cü
ildən başlayaraq ömrünün sonunadək,
yəni 1954-cü il aprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə
məşğul olur.
O, Ağdaş rayonunun
musiqi məktəbində
tardan dərs verirdi. Ağdaşa gəldiyi gündən
rayon ziyalıları arasında
hörmət qazanaraq və el məclislərində
yaxından iştirak edirdi. Rayona gəldiyi gündən
Ə. Ağdamski kaman
ustası, gözəl
musiqiçi Habil Əliyevgilin evində kirayənişin qalıb.
Uşaqlıq çağlarından Habil Əliyev onu "Əhməd əmi" deyə çağırmış, indi
də xatirələrində
"Əhməd əmi"
kimi qalıb. Sirr deyil ki, Habil
Əliyevin musiqiyə
gəlişində, müşayiətçi
kimi yetişməsində
də Əhməd müəllimin faydalı məsləhətləri və
tövsiyələri çox
böyük rol oynayıb.
1943-cü
ildə Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülüb.
Qeyd edək
ki, Ə.Adamskinin həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar, demək olar ki, yox
səviyyəsindədir.
Bizim Yol.- 2015.- 6 yanvar.- S.15.