Multikulturalizm
Azərbaycanın yaşam tərzidir
Azərbaycan tarix boyu çoxmillətli
ölkə olub. Əsrlər boyu bu qədim diyarda
müxtəlif xalqların
nümayəndələri dinc və bərabər
yaşayıb, Odlar Yurdu müxtəlif xalqlara əsl ana torpaq,
ana yurd olmağı bacarıb. Buna görə də
bu gün dünyada səsləndirilən
və hətta bəzilərinə yeni termin kimi çatan
multikulturalizm ideyaları əslində əsrlərdir Azərbaycan
torpaqlarında mövcud olmuş bir həqiqətdir və bu
gündəlik yaşam tərzinin bir parçasıdır.
Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Polietnik dövlət olan Azərbaycan Respublikasında xalq, böyük əksəriyyəti təşkil edən azərbaycanlılardan və bir sıra milli azlıqlardan, tarixən öz vətənləri olmamış udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilərdən, həmçinin öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlardan ibarətdir.
Azərbaycan müxtəlif millətlərə çox rahatlıqla qucaq açdığı kimi , bu ölkədə yaşayan insanların öz dini inanclarını yaşamasına da rəvac verib, yardımçı olub. Bir müsəlman ölkəsi olaraq heç kimə öz dini adət- ənənələrini açıq- aşkar yaşatmaq və təbliğ etməyə qadağalar qoymayıb bundan narahatçılıq duyulmayıb. Hələ orta əsrlərdə Hindistandan atəşpərəst zəvvarlar Atəşgah məbədinə öz dini ayinlərini yerinə yetirməyə gələrdilər. Uzaq Şərq ölkəsindən gələn bu insanların karvanları burda məmnuniyyətlə qarşılanır, qonq edilir, ticarət əməkdaşlığı qurulurdu. Bu fikirləri bir sıra tarixi faktlar da sübut edir.
“Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst məbədi, katolok kilsəsi və sinaqoq, pravoslav məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir və hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir.”,- deyə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bildirib.
Müasir dövrün
reallıqları və tələblərini nəzərə
alan Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı
il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycanda
“Multikulturalizm ili” elan edildi. Ümumiyyətlə , Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsindən
(DQİDK) bildirilib ki, ölkədə
dini qurumların yenidən dövlət qeydiyyatına
alınması prosesi başlayandan, yəni 1 sentyabr 2009-cu il
tarixdən indiyədək ümumilikdə 597 dini qurum icma
qeydiyyatdan keçib və hazırda fəaliyyətini davam
etdirir. Qeydiyyatdan keçən dini icmaların 576-sı
müsəlman, 21-i isə qeyri-müsəlman dini
icmalarıdır. Onlardan 12-si xristian, 6-sı yəhudi,1-i
krişna,2-i bəhai dini icmalarıdır. (Qeyri-ənənəvi din və
təriqətlərə misal olaraq Yehova şahidlərini,
Nehemiyanı, Mədh kilsəsini, Həyatverici lütfini,
Beynəlxalq Krişna şüurunu, Bəhai,
Novoapostol kilsəsi, Yevangelxristianları
icmasının adını çəkmək olar).
Azərbaycanda
yaşayan hər kəsin hüquqları “Dini etiqad
azadlığı haqqında” qanun maddəsi ilə qorunur və
tənzimlənir.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb və quruma rəhbərlik Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdullaya tapşırılıb. 2016-cı ildə Azərbaycanın
tolerantlıq və multikulturalizm ideyalarını dünyaya təbliğ
etmək yönündə bir xeyli iş aparıldı.
Dünyanın müxtəlif ali məktəblərində
Azərbaycanın multukulturalizm modeli tədris olundu və bu
missiya davam etməkdədir. Ölkəmizdə
açılan yay və qış məktəblərinə gələn
xarici tələbələr bu reallığı öz
gözləri ilə görmək imkanı əldə etdilər.
Ötən
əsrin 80-ci illərinin sonundan etibarən Sovet
İttifaqının süquta uğrması prosesində millətlərarası
ədavət post -sovet məkanındakı bütün respublikalar kimi Azərbaycandan
da yan keçmədi. Bununla belə, azərbaycanlılar və
bu torpağın
çörəyini yeyən bütün millətlər
əlbir olmağı bir olmağı həmrəy
qalmağı bacardılar. Ermənilər
istisna olmaqla. Artıq 20 ildən artıq müddətdə davam edən Dağlıq Qarabağ
müharibəsinə baxmayaraq Azərbaycan bu gün də
öz toleant mövqeyini dünyaya nümayiş etdirir. Ölkəmizdə
hətta ermənilərə məxsus tarixi dini abidələr
qorunur. Dövlət başçısının da
dediyi kimi, “Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər
məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr
edirik”.
Bakı və Azərbaycanın yepiskopu Aleksandr
İşelin fikrinə görə, Şərqlə Qərb,
Şimalla Cənub arasında körpü olan Azərbaycan zəngin
təbii resurslarla bərabər, tolerant bir ölkədir. Azərbaycanın
tolerantlıq sahəsində təcrübəsi dünya
ölkələri tərəfindən öyrənilməlidir:
“Azərbaycan Prezidenti İlham Əliyev 2016-ci ili
“Multikulturalizm İli “elan etməsi Azərbaycanda
tolerantlığa və multikulturalizmə verilən qiymətin
bariz nümunəsidir. Azərbaycanda
müxtəlif mədəniyyətlər cəmləşib,
burada müxtəlif dinləri təmsil edın nümayəndələr
heç bir maneə olmadan rahat yaşaya və fəaliyyət
göstərə bilir. Vaxtilə
multikulturlizm deyilən sözü tanımırdıqsa,
hazırda bu söz beynəlxalq terminə çevrilib. Hər kəs multikulturalizmi müxtəlif cür
anlayır. Azərbaycanda tolerantlıq
görüldüyündən də artıqdır”.
Azərbaycandan
siyasi sığınacaq almış ermənilər də
özlərini burda çox normal hiss edilər. Kiçik
bir nüansı xatırladım. Noyabr ayının
ortalarında Bakıda , İçəri Şəhərdə
gəzərkən ölkəmizə qonaq gəlmiş
hüquq müdafiəçisi , siyasi baxışlarına
görə hazrda İsveçrədə yaşayan Vahe
Avetyan, siyasi sığınacaq
alaraq ölkəmizdə
yaşayan Vaan Martirosyan və
onlarla gəzən bir qrup insana rast gəldim .Turist kimi rahat
rahat gəzib- dolaşırdılar.
Üzlərində müharibə şəraitində
, düşmən saydıqları bir xalqın içərisində gəzən insan ifadəsi yox idi.
Çünki bizdən arxayın idilər. Azərbaycanlıların qonağa qarşı ,
qapısına sığınan hər kəsə
qarşı mərdcə davranacağını yaxşı bilirlər.
Vahe
Avetyan elə Bakıdaca verdiyi müsahibəsində burda
prezident kimi qarşılandığını, gələcəkdə
əgər mümkün olarsa Azərbaycanda yaşamaq istədyini
dilə gətirmişdi
Azərbaycan və azərbaycanlıları ən
yaxşı və dürüst şəkildə bu ölkədə
yaşayan başqa xalqların nümayəndələri anlada
bilər. Buna
görə də Bakı Dağ Yəhudiləri Dini
İcmasının sədri Melix Yevdayevə üz tutdum. Onunla dünyada və Azərbaycanda yəhudilərə qarşı
göstərilən münasibət barədə söhbət
etdik.
Mən hamınızı Azərbaycana
dəvət edirəm
Melix müəllim sualıma cavab olaraq kiçik bir hekayə
anlatdı.
“1913-cü ildə Ukraynada “Dünyada antisemitizmə qarşı mübarizə”
mövzusunda beynəlxalq konfrans keçirilirdi. Dünyanınn
42 dövlətindən nümayəndələrin
qatıldığı bu tədbirdə Azəraycanı təkcə
mən təbliğ edirdim. Mənə
söz verilməmişdi. Lakin mən təşkilat
komitəsinə müraciət edərək
çıxış etmək istədiyimi bildirdim. Səhəri
gün mən Radada keçirilən iclasda söz alıb
bildirdim ki,
dünyada antisemitizmin tüğyan etdiyini
görürük. Bəzi
dövlətlərdə az, bəziləriində çox
şəkildə antisemitizm ideyaları görülməkdədir.
Onda belə çıxır ki, dünyada yəhudilərə
yer yoxdur. Mən sizin hamınızı Azərbaycana
dəvət eləyirəm. Buyurun, gəlin. Bütün təşkilati məsələləri
mən böyük məsuliyyətlə üzərimə
götürürəm, siz gəlin və ö gözlərinizlə
görün ki, antisemirtizm məvhumu bu ölkədə yoxdur,
biz onun nə olduğunu bilmirik. Mənim bu
çıxışıma inananlar da oldu, inanmayanalar da.
Sonra o zamankı Ukrayna pezidenti Kravçuk mənə
bildirdi ki, mən sizə inanıram. Mən Heydər
Əliyevi də tanıyırdım, İlham Əliyevi də
tanıyıam, ona görə də sizin
danışıdqlarınızın həqiqət olduğuna əminəm.
İkinci bir haşiyəni qeyd etmək istərdim.
Keçən il
Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanıın rəhbərlik etdiyii nümayəndə heyəti Fransaya səfər etmişdi. Beynəlxalq səviyyəli bir tədbirə qatılmışdıq. Toplantıya müxtəlif dini icmaların rəhbərləri
qatılmışdılar. 3 saat yarım ərzində
keçirilən dialoqda Mehriban xanım 3 dəfə verilən
suallara aydınlıq gətirməli oldu. Azərbaycanda
multikulturalizmin bu qədər yüksək səviyyədə
olması heyrət doğurmuşdu . Bu tədbirdə çıxış edən Fransa
yəhidilərinin ravvini belə bir fikir səsləndirdi.
“Fransada biz evdə
yəhudiyik, küçədə fransız”. Fransa təhlükəsizlik məqsədi ilə
müxtəlif icmaların milli və dini xüsusiyyyətlərinin
bariz şəkildə özünü göstərməsinə
icazə vermir. Xüsusən də 2015-ci ildən bəri bu
ölkədə müsəlman
və yəhudilərə
qarşı xüsusi bir siyasət
yürüdülür. Yəhudilərə fransada milli geyimlərdə gəzmək tövsiyə olunmur.
Biz orda
sinaqoqu ziyarət etməyə gedərkən təhlükəsizlik
tədbiri olaraq 10 addımdan bir
əli silahlı əsgər
düzmüşdülər. Bizim ölkəmizdə
bu varmı? Mən həmin tədbirdə
çıxışım zamanı belə söylədim
? Hörmətli Ravvin, biz Azərbaycanda küçədə
də yəhudiyik, evdə də. Bizim fərqimiz
də yəqin elə bundadır. Bizim Bakıdakı
sinaqoqa dünyanın hər yerindən gələn qonaqlar burda qeyd
etdiyimiz Şabat günlərini həsədlə seyr edirlər.
Biz burda öz ənənələrimiz gözəl
qoruya bilmişik.
Belçikada müxtəlif xalqların nümayəndələrinin
toplaşdığı sanballı bir görüş keçirilirdi.
Mən orda çıxışım zamanı dedim ki, Azərbaycan
kiçik bir dövlətdir. 9 milyonluq bu xalq
durduğu yerdə müharibəyə cəlb edildi və bir
milyon qaçqını old. Azərbaycan
öz evindən eşiyindən didərgin dümüş bu
bir milyon insana qucaq açarkən bütün Avropa
ağzına su alıb, susdu. İndi isə
Avropa özü 500-600 min qaçqının əlində
çaş- baş qalıb. Amma nə
vaxtsa məhz bu qaçqınlar Avropaya lazım olacaq. Sabaha ümidiniz azdır. Bilirsinizmi
niyə? Çünki, bizdə hər qapıdan ən
az 3-4 uşaq çıxır, sizdə isə evlərdə
uşaq yox ya pişik, ya da it saxlanılır. İsraildə knessetdə
çıxış edərkən mən bildirdim ki,
dünyanın heç bir müsəlman dövlətində rast gələ bilməzsiniz ki,
dövlət sinaqoqun tikilməsinə və saxlanmasına vəsait
ayırsın. Amma bu Azərbaycanda belədir.
O zaman da mənim bu çıxışım heyrətlə
qarşılanmışdı. Dünyanın
heç bir yerində insanlar burdakı qədər bir- biri ilə
rahat deyillər. Eyni fikri Bakıdakı Bakirə Müqəddəs Məryəm
Kilsəsinin Baş keşişi Vladimir Baxa da söyləyir.
Azərbaycanda insanlar çox
ünsiyyətçil və açıqdırlar
Vladimir ata Çexoslavakiyada dünyaya gəlib. Milliyətcə
slovakdır. 6 ildir Azərbaycanda Roma Katolik Kilsəsinin təyinatı
üzrə xidmət göstərir.
Azərbaycan dilini yaxşı başa
düşür və bir qədər danışa da bilir.
Vladimir ata bildirir ki əhalisinin 90 faizdən
çoxu müsəlman olan bir ölkdə 600-ə yaxın
katolik yaşayır və onlar üçün kilsə tikilməsi
təqdirəlayiq haldır. Onun dediyinə görə, Azərbaycanda yəhudi, pravoslav katolik və
müsəlman dini icmalarının bərabər şəkildə
fəaliyyət göstərməsi özlüyündə
multikulturalizmin mövcudluğundan xəbər verir. “Azərbaycan
maraqlı ölkədir.
Slovakiyada yaşadığım müddətdə
multukulturalizm ideyası barədə
danışıldığını eşitməmişəm.
Bu barədə ümumiyyətlə heç nə
deyilmir. Burda məncə insanlar daha
azaddırlar. Azərbaycanda zəng etmədən
günün istənilən saatında tanışının evinə
gedib söhbət edə bilərsən. İnsanlar daha
ünsiyyətçildirlər, açıqdırlar.Təzə
gələndə mənə qəribə gəlirdi. Elə
şeylər var ki , Slovakiyada yoxdur elə
şeylər var ki ,Azərbaycanda. Müxtəlif mədəniyyətlərə
malikik. Bizdə belə deyil. Lakin mən
indi azərbaycanlıları daha yaxşı anlayıram.” Valdimir atayla qurduğum kiçik bir dialoqu təqdim
etmək istəyirəm. Əslində bu dialoq qərb
dünyasının dilindən düşməyən
islamofobiyanın nə qədər gərəksiz, uydurma bir
anlayış olduğunu göz önünə qoyur.
Vladimir
ata, müsəlmanlar
namaz qılmaq üçün təmiz və təhlükəsiz
yer tapa bilmirsə rahatlıqla girib hər hansı kilsədə
üzünü qibləyə tutmaqla namaz qıla bilər. Eyni zamanda başqa dinlərin
nümayəndələri də rahat- rahat məscidlərə
daxil ola ilərlər. Katolik kilsəsində bir
müsəlmanın və ya digər din nümayəndəsinin ibadət etməsinə icazə
verilirmi?
Yox, bu bizdə qəbul olunmur. Roma Papasının və katolik kilsəsinin müəyyən
etdiyi müəyyən qaydalar var ki, bunlara əsasən katolik
kilsəsində digər din nümayəndələrinin ibadətinə
icazə verilmir. Lakin giriş sərbəstdir,
istənilən kəs buyurub gələ bilər.
Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrinə,
yəni kürdlərə, ləzgilərə,
talışlara, avarlara, udinlərə xalqlararası münasibətlərin
inkişafı barədə sual verəndə onlar heç
düşünmədən məsələyə azərbaycanlı
prizmasından baxırlar. Başqa cür yanaşma bu
insanları incidə, əsəbləşdirə bilər. Yüzillərlə bu torpaqda kök salmış
hansı milli azlığın nümayəndəsinə sən
azərbaycanlı deyilsən deyə bilərsən ki?
Biz bir torpaqda böyümüşük, eyni ağacda
çiçək açmış müxtəlif rəngli fidanlar kimiyik. Kökümüz
birdir. Ama hər kəs öz fərdi
xüsusiyyətini, ətrini, rahiyyəsini qoruyub saxlayır.
Dünya bunu örnək almalı, görməli,
təbliğ etməlidir.
Bu gün siyasi dairələrin qaynar qazan halına gətirdiyi Yer kürəsinə hava , su qədər sülh də lazımdır. Biz yaşamaq üçün bir birimizlə savaşmalı deyil, çiyin-çiyinə dayanmalıyıq. İnsan nə üçün insana düşmən olmalıdır ? Sülh ilk növbədə müxtəlif xalqların , din və icma nümayəndələrinin dinc və yanaşı yaşamaq istəyindən asılıdır. Bu imkansız deyil. Bu təcrübə yüzillərdir Azərbaycanın nümunəsində mövcuddur. Buna görə də millətlərarası dostluq, tolerantlıq ideyası inkişaf etdirilməli və gənc nəslə təlqin olunmalıdır. Əgər sakit və aydın sabahlara göz açmaq istəyiriksə .
İlhamə Rəsulova
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün.
Bizim Yol.- 2016.- 7 dekabr.- S.15.