“Mənim
üçün ən
dəyərlisi
tamaşaçıların fikridir”
Eldar Quliyev: “Filmlərimin
ən böyük tənqidçisi özüm
olmuşam”
Hər filmlə biz tamaşaçılara
bayram sevinci yaşadan kino işçilərinin bayramına
sayılı günlər
qalıb
Onlar var qüvvələri ilə
bayram tədarükündədirlər. Kino işçiləri
kinomuzun 118 yaşını
bərabər qeyd edəcəklər. Xatırladaq
ki, ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli
sərəncamı ilə
hər il avqustun 2-də Azərbaycanda
Milli Kino günü qeyd olunur. Azərbaycan
kino sənətinin tarixi 1898-ci il
iyunun 21-dən başlayır.
İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən
çəkilmiş xronika
süjetləri (“Bibiheybətdə
neft fontanı yanğını”, “Balaxanıda
neft fontanı”, “Şəhər bağında
xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”)
ibarət idi.
- Milil kino günü ərəfəsində istədik
kinomuzun dünənindən,
bu günündən danışaq…
- Danışaq deyirsən, danışaq.
Mən çəkdiklərimi
çəkmişəm, üstündən
40-50 il keçib,
amma bu gün
də tamaşaçılar
o filmləri sevə-sevə
izləyir.
- Bəs bu gün
necə, film çəkmək
istəmirsiniz?
- Əlbəttə istəyirəm. İnşallah, yəqin ki, çəkəcəyəm.
- Eldar müəllim, hər sənətkarın
şah əsəri olur, kimisi o şah əsərini yaradır, amma kimisi də elə həsrətini çəkə-çəkə bu dünyadan köçür. Siz kinoda
öz şah əsərinizi yaratmısınızmı?
- Çox filmlər çəkmişəm,
amma deyə bilmərəm hansı alınıb, hansı alınmayıb. Lakin yüz faiz sizə əminliklə deyirəm ki, hələ şah əsərimi çəkməmişəm,
onu çəkəcəyim
günü gözləyirəm.
- Hər bir rejissorun
sevimli aktyoru olur. Bəs sizin?
- Sevimli aktyorum Həsənağa Turabov olub. Həsən mənim
həm yaxın dostum, həm də sevimli aktyorum idi. O, elə mükəmməl aktyor idi ki,
rejissoru çəkiliş
meydançasında bir
baxışla anlayırdı.
Biz bir-birimizi o qədər gözəl başa düşürdük
ki, əlavə köməyə ehtiyac qalmırdı. Filmlərimin uğurlu alınmasında
aktyor seçiminin də böyük rolu olub, bu
danılmazdır.
- Amma bu gün sevimli aktyorunuz və onun kimi bir
çox gözəl aktyorlarımız dünyasını
dəyişib. İndi
film çəksəm, hansı
aktyorları dəvət
edəcəyəm deyə
pessimizmə qapılmırsınız
ki?
- Mən optimist insanam. Yaxşı aktyorlar həmişə
olub və olacaq. Sadəcə olaraq, onları
axtarıb, tapıb, üzə çıxarmaq
lazımdır. Onlara özlərini
sübut etmələri
üçün kömək
lazımdır. Bizim vaxtilə
böyük aktyorlarımız
da elə filmlərdə tanınıb,
seviliblər. Aktyor çəkildiyi
filmlərlə tanınar.
- Filmlərinizə fərq qoyursunuz? Məsələn, sizə ən
doğma olan film hansıdır? Hansı
ki, baxanda, deyirsiniz, əhsən sənə Eldar Quliyev…
- (Gülür).
Çəkdiym filmlərin deyə
bilmərəm hansı
alınıb, hansı
yox, amma hamısı mənə doğmadır. Bilirsiniz niyə?
Çünki onların hamısını
mən yaratmışam.
- Bəzən evdə sakitliyə çəkilib filmlərinizə
tamaşa edirsiniz?
- Yox, yadıma gəlmir. Hərdən televizorda göstərəndə
baxıram. Bəzilərinə baxanda xoşum gəlib, bəzilərinə
baxanda da tənqid eləmişəm.
Onu da deyim ki,
filmlərimin ən böyük tənqidçisi
özüm olmuşam.
- Qəddarcasına?
- Lazım olanda, bəli. Fikirləşmişəm ki, burada belə çəkməliydim.
Burada başqa cür olmalıydı. Əslində tənqid ən böyük inkişaf deməkdir.
- Bəs yeni çəkilən
filmləri necə, tənqid edirsiniz? Ümumiyyətlə, yeni çəkilən
filmlərə heç
baxmısınız?
- Baxmışam.
Xoşuma gələnlər də olub, bəyənmədiklərim
də. Bu barədə danışmaq
istəmirəm. Mənə öz
filmlərim barədə
sual verin.
- Başqa filmlər barədə fikir söyləmək istəmirsiniz, yaxşı,
onda deyin görək, sizin filmləriniz barədə
başqaları tənqid,
ya tərif söyləyərkən reaksiyanız
necə olur?
- Mənim üçün ən dəyərlisi tamaşaçıların
fikridir. Tamaşaçı əgər o filmi
bəyənirsə, baxırsa,
demək ki, ən böyük qiyməti də onlar verir. İllərdir filmlərim baxılır,
sevilir, məncə, ən böyük qiymət, ən qiymətli fikir budur.
- Atanız, məşhur bəstəkar Tofiq Quliyev milli kinomuzun
ən gözəl nümunələrinə musiqilər
yazıb. Amma sizin filmlərin
birində də onun musiqilərinə rast gəlməmişik.
Nə əcəb?
-
Nə bilim, atamla bu barədə
söhbətimiz olmayıb.
Amma atam mənə demişdi ki, özünə yaxşı
bir bəstəkar tap,
onunla işlə.
Onu da bildirmişdi
ki, ruhuna yaxın olan bəstəkarı tap. Filmlərimdə Qara Qarayev, Müslüm
Moqamayev, Fərəc Qarayev, Polad Bülbüloğlu, Siyavuş
Kərimov işləmişəm.
Onların hər biri ilə işləmək mənə xoş olub.
- Tofiq Quliyev heç sizin kino yaradıcılığınız
barədə fikir bildirirdi?
- Bəlkə
də deyib, amma mən heç
vaxt eşitməmişəm.
- Kino bayramına hazırlaşırsınız?
- İldə bir dəfə olur, buna görə də kino bayramını
sevirəm. Mən də bayrama
qatılacam.
- Arzularınızı da eşitmək
maraqlı olardı?
- Ancaq və ancaq film çəkmək.
- Amma bir dəfə söz vermişdiniz ki, səhhətinizdəki
problem aradan qalxan kimi film çəkəcəksiniz?
İndi ki, yaxşısınız.
- Ötən il insult keçirdim və aylarla müalicə olundum. Hə, indi yaxşıyam, yaxşıyamsa, demək ki film çəkəcəyəm.
Amma hələ vaxtı bilmirəm. Gözləyirəm.
Bizim Yol.- 2016.- 27 iyul.- S.15.