Xarici siyasətdə Azərbaycan hələ ki, çətin olanı bacarır”

Xarici siyasətdə Azərbaycan hələ ki, çətin olanı bacarır” Bölmə : KİVDFYayım tarixi : 1/6/2016 [22:44]Baxılıb : 93 dəfə Araz Aslanlı: “Artıq rəsmi Bakı maksimum ehtiyatlılığa daha yüksək keyfiyyət və daha operativliyi əlavə etməyə başlamalıdır”

(Əvvəli ötən sayımızda)

Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail, Azərbaycan-Rusiya və digər mövzular ətrafında, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlının "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Yeri gəlmişkən, Rusiya-Türkiyə gərginliyinin ilk mərhələsində Bakı öz vasitəçiliyini təklif etdi. Bu iki böyük dövləti barışdırmaq niyyətini ortaya qoydu. Nədən bir nəticə olmadı?

- Rusiya-Türkiyə gərginliyinin aradan qaldırılması istiqamətində Azərbaycanın verə biləcəyi töhfə Türkiyə-İsrail münasibətləri ilə müqayisədə daha çoxdur. Təsadüfi deyildir ki, Azərbaycan bu barədə rəsmi mövqenümayiş etdirdi. Bu həm Azərbaycanın maraqlarına uyğun idi, həm də regionda gərginliyin azaldılmasına, müəyyən problemlərin həllinə töhfə verə bilərdi.

Bu təklifə açıq rəsmi reaksiya gəlmədi. Amma ola bilsin ki, Türkiyə ilə Rusiya arasındakı gərginliyin aradan qaldırılması istiqamətində kiçikolsa hansısa addımlar varsa, burada Azərbaycanın da rolu olsun. Rusiyanın buna açıq rəsmi cavab verməyəcəyini isə təxmin etmək olardı. Çünki əksər hallarda Rusiya özünü "qeyri-məhdud qüdrətin sahibi" kimi aparır və Azərbaycanın belə bir dövlətin probleminin həllinə cəlb olunmasını, ən azı Rusiyadakı indiki xarici siyasət kursunun sahibləri arzulamazdılar. Digər tərəfdən Rusiya gərginliyin müəyyən qədər davam etməsini və Türkiyənin geri addım atmasını arzulayır. Gərginliyin "vaxtından əvvəl" yumşalması bu mənada da onlar üçün arzuolunan deyildi.

- Ümumiyyətlə, bu gün regionda gedən həssas və hətta təhlükəli proseslər Azərbaycanı necə davranmağa vadar edir?

- Azərbaycan hələ ki, çətin olanı bacarır. Yəni çoxlarının gözləntisinin əksinə olaraq balanslaşdırılmış xarici siyasət kursunu davam etdirə bilir. Bu xətti son Türkiyə-Rusiya gərginliyi və aprelin əvvəlində cəbhə xəttində baş verənlər fonunda da davam etdirmək doğrudan da çətin idi. Amma Azərbaycan bunu bacardı. Xarici siyasətdə ardıcıllıq əhəmiyyətlidir və Azərbaycan xarici siyasətində bunu əsasən müşahidə etmək mümkündür.

Aydındır ki, problemlərimiz var. Daxili xarici siyasətlə bağlı, sosial, iqtisadi s. istiqamətdə, eləcə diplomatiyamızın keyfiyyətinin artırılması istiqamətində həllini gözləyən problemlər var. Maksimum ehtiyatlılıqla hələ ki, mümkün qədər az itki ilə proseslər idarə olunur. Amma bu, daimi uğurun təminatçısı deyil. Artıq Azərbaycan maksimum ehtiyatlılığa daha yüksək keyfiyyət daha operativliyi əlavə etməyə başlamalıdır. Problemlərin həlli istiqamətində daha ciddi addımlar atılmalıdır.

- Balanslı siyasətin faydasından düzgün xarici siyasət kursundan danışdınız. Azərbaycanın balanslı siyasəti heç bir bloka qoşulmama prinsipi qabaqlar tənqid edilsə , artıq hətta Qərb Rusiya analitikləri tərəfindən təqdir olunur. Buna misal olaraq, Gürcüstan Ukraynanın birmənalı Qərbə seçim etmələri ərazilərinin itirilməsini, yaxud birmənalı Rusiyaya meyl edən Suriyanın bu gün başına gələnləri göstərmək olar. Necə düşünürsünüz, balanslaşdırılmış siyasi kurs Azərbaycana qazandırıb indiyədək?

 

- Azərbaycan müstəqilliyinin ilk dövründə xarici siyasətlə bağlı axtarışlar mərhələsini yaşadı. Bu, bir qədər təbii idi. Çünki söhbət sadəcə xarici siyasət kursunun müəyyənləşdirilməsindən getmirdi. Azərbaycan bir yandan müstəqilliyini möhkəmləndirməyə, digər yandan ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzün qarşısını almağa çalışırdı. Dövlətçilik baxımından siyasi təcrübə əskikliyi var idi. Belə bir vaxtda xarici siyasət kursu ilə bağlı qeyri-müəyyənliklər, ya da radikal açıqlamalar arzuolunan olmasa da, təbii idi.

Amma bir mərhələdən sonra (1993-cü ilin sonundan etibarən) Heydər Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi hazırda da uğurla davam etdirilir. Bu kursun uğurla aparılması üçün Azərbaycanda digər dövlətlərə adi hərbi bazaların olmaması çox əhəmiyyətli idi. Bu baxımdan Əbülfəz Elçibəy hakimiyyəti vaxtında başlanan İlham Əliyevin prezidentliyi dövründə başa çatdırılan Rus ordusunun ümumiyyətlə hərbi varlığının Azərbaycandan tam çıxarılması prosesi çox əhəmiyyətli olmuşdur.

Bəziləri düşünür ki, dünyadakı güc mərkəzlərindən birinə yaxın olaraq siyasət formalaşdırmaq daha doğru olar. Bu, bəlkə başqa regionda mümkün ola bilər. Amma bizim regionda bu cür siyasətlər bəzi siyasi liderlər üçün uğur gətirsə , ölkələr üçün fəlakətlərə səbəb olduğu bir neçə dəfə görünmüşdür. Böyük güclərin arasında, eləcə öz dövlət maraqlarınız ilə böyük güclərin maraqları arasında balansı qorumağa çalışmaq çətin prosesdir. Amma yaxşı ki, bu çətin prosesi Azərbaycan hələ ki, uğurla apara bilir.- Amma, ən böyük problemimiz həllini tapmayıb - Dağlıq Qarabağ münaqişəsi...

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi, ya da qısa adıyla Qarabağ problemi Cənubi Qafqaz ümumilikdə dünya üçün risk mənbəyidir. Bu, münaqişənin ilk mərhələsində tam belə qiymətləndirilmirdi. Amma 2008-ci ilin avqust hadisələri, Ukraynada baş verənlər, Türkiyə-Rusiya gərginliyi Qarabağ probleminin alovlanmasının yarada biləcəyi təhlükənin miqyasını aydın göstərir.

Hazırkı vəziyyəti ilə bu problem Cənubi Qafqazın rifah, sülh əməkdaşlıq regionu olmasına imkan vermir. Bu problem Cənubi Qafqazda bütün dövlətləri əhatə edən daha rentabelli beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasına imkan vermir. Bu problem Cənubi Qafqazda resursların dincməqsədli istifadəsinə imkan vermir. Bu problem Cənubi Qafqaza beynəlxalq sərmayənin cəlb olunmasının qarşısındakı maneələrdən birinə çevrilib s. Bu mənada, artıq münaqişənin həllinin böyük dövlətlərin marağında olduğunu düşünürəm.

P.S.

"Dördgünlük müharibə" kimi tarixə düşən 2-5 aprel 2016-cı il hadisələri Qarabağ cəbhəsində yeni mənzərə meydana gətirdi. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə - dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

 

2 aprel 2015-ci ildə beynəlxalq qurumların təkidli müraciətləri Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu.

Nəhayət, aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.

Ümüd

Bizim yol.- 2016.- 2 iyun.- S.13