Dünya gömrükçülərinin müzakirəsinə
çıxarılan Azərbaycan təcrübəsi
Bölmə : KİVDFYayım tarixi : 6/6/2016 [23:59]Baxılıb : 188 dəfə BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti birgə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsini həyata keçirib
2010-cu il sentyabrın 1-2 tarixlərində Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatkanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda ikigünlük rəsmi səfərdə olub. DGK-dan öyrəndiyimiz məlumata görə, səfərin ilk günü - sentyabrın 1-də Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatkanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər: “Daha sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, Əbədi məşəl kompleksi önünə əklil qoyublar. Görüşdə Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Silvia Mayer-Kaybiç iştirak edib.
Sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatka imzalayıblar”.
“Bir pəncərə” prinsipi və Azərbaycan nümunəsi
Həmin il iyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi və bu təşkilatın İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçuranı qəbul edib. DGK sədri Aydın Əliyev BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən söhbət açıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
Komitədən verilən məlumata görə, iyulun 28-də gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi və bu təşkilatın İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçuranı qəbul edib: “DGK sədri Aydın Əliyev BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən söhbət açmış, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
İyulun 6-8 tarixlərində isə, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilib. Seminar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil edilib. Tədbirə Azərbaycan da daxil olmaqla, 8 ölkənin, o cümlədən, Qazaxıstan, Özbəkistan, Qırğız, Tacikistan, Əfqanıstan, Cin və Monqolustanın, eləcə də Asiya İnkişaf Bankı, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumların nümayəndələri qatılıb.
Tədbir iştirakçıları iyulun 6-da, əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önündə onun xatirəsini yad edib, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının məzarlarını ziyarət ediblər. Daha sonra seminarın açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təmsilçisi xanım Virginia Kram-Martos, Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə mütəxəssisi Ceff Prosak və Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Satya Prasad Sahu çıxış ediblər.
Daha sonra isə, seminar işə başlayıb və “bir pəncərə”nin tərtibatının razılaşdırılması, Azərbaycanda “bir pəncərə” sisteminin icmalı və onun inkişafının retrospektivləri, “bir pəncərə” sisteminin layihələndirilməsi və inkişafı, eləcə də bu sistemin idarə olunması və təkmilləşdirilməsi ilə bağlı Azərbaycan təcrübəsindən nümunələr barədə məruzələr dinlənilib. Məruzələrlə BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının təmsilçisi Yann Düval, “Crimson Logic Pte Ltd”nin nümayəndəsi Çan Fuk Senq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev çıxış ediblər”.
Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında görüş
Yenə 2010-cu il iyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçi qəbul edib. DGK sədri may ayında Avstriyada, BMT-nin Vyana Bölməsinin inzibati binasında keçirilən “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” mövzusunda sərgini məmnunluqla xatırlayaraq iki ölkənin mədəni əlaqələrinin inkişafı baxımından bu cür tədbirlərin müstəsna əhəmiyyətindən danışıb.
Komitədən verilən digər məlumata görə, həmin il iyunun 24-dən 26-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyası keçirilib: “Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Sessiyanın işinə Şuranın üzvləri, eləcə də 150-dən çox dövlətin gömrük xidmətinin nümayəndələri, müşahidəçi qismində bəzi beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri də qatılıb.
Liberiyanın Harmonik sistem üzrə Beynəlxalq Konvensiyaya qoşulmaq barədə sənədlərinin təqdimetmə mərasimi keçirildikdən sonra ÜGT-nin Ukraynada, Cənubi Koreyada və Konqoda yeni regional tədris mərkəzlərinin açılması üçün həmin dövlətlərin gömrük xidməti rəhbərləri ilə anlaşma memorandumu imzalanıb. Eyni zamanda, ÜGT Baş katibi Kuniyo Mikuriyanın iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Makedoniya Respublikası Gömrük İdarəsinin direktoru Vanco Karqov imzalayıblar”.Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində
İyunun
21-dən 24-dək Fransanın Strasburq şəhərində
Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
növbəti sessiyası ərəfəsində Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü,
eləcə də Mədəniyyət Nazirliyinin və
AŞPA rəhbərliyinin dəstəyi ilə “Azərbaycan
gömrüyü mədəni və dini irsin keşiyində”
adlı sərgi, eyni zamanda “Azərbaycan
gömrüyü mədəni irsin keşiyində” adlı
kitabın təqdimat mərasimi keçirilib: “Tədbirdə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyevin rəhbərliyi altında
nümayəndə heyəti, həmçinin xalq rəssamı
Ağəli İbrahimov, tanınmış bəstəkar,
pianoçu Vüqar Camalzadə iştirak edib. Avropa
Şurası Parlament Assambleyasının əsas binasında
baş tutan açılımərasimində AŞPA prezidenti
Mövlud Çavuşoğlu, Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev, Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin rəhbəri, millət vəkili
Səməd Seyidov çıxış ediblər.
Bizim
yol.- 2016.- 7 iyun.- S.13