Bazarda qutab satan
milyonçunun acı hekayəsi
Quliyevin ailəsi Bakıda
rəzil gündə idi, özü isə dilənçi vəziyyətinə ölmüşdü
1908-ci il
martın 30-da Stavropolda
çıxan “Yuq” qəzetində belə bir xəbər dərc olunmuşdu: “Şəhərimizdə ən
müasir texnikayla işləyən dəyirman
istifadəyə verilmişdir.
Mühəndis Savitskinin layihəsi əsasında tikilmiş bu dəyirmanın illik istehsal gücü 500 min puddur. Dəyirmanın dəyəri isə 352000 rubl təşkil edir”.
108 il əvvəl
352 min rubl fantastik rəqəm sayılırdı.
Və Rusiyanın ucqarında adi dəyirmana bu qədər, indiki dillə desək investisiya qoyulması çoxlarını
təəccübləndirmişdi. Çoxları hesab edirdi ki, bu
adam kimdirsə,
dəli olub, bu qədər pulu göyə sovurub. Amma sonradan məlum
olacaqdı ki, Stavropol
kimi ucsuz-bucaqsız zəmilərə malik bir quberniyada belə bir dəyirmanını
tikilməsi ağılsızlıq
yox, uzaqgörən bir addım imiş. Keşləli
Hacıqulunun oğlu nə elədiyini yaxşı bilirmiş…
***
1862-ci ildə Bakının
Keşlə kəndində,
yoxsul bir ailədə anadan olmuşdu Ağabala. Atası Hacıqulu
aftafa düzəldib satar, ailəsini də elə bununla dolandırarmış.
Ağabala Hacıqulunun böyük
oğlu idi. 7-8 yaşından da bazarda işləməyə
başlayır Ağabala.
Anasının bişirdiyi qutabları
bazarda satarmış.
Bir qədər
də böyüyəndən
sonra atası onu fəhləliyə düzəldir. Tatausovun dəyirmanında fəhlə işləməyə
başlayır. Gündə
az qala
14 saat işləyən
bu yeniyetmə qısa zamanda sahibkarın etimadını
qazanır. 16 yaşlı Ağabala sex müdiri təyin edilir. Sex müdiri
işlədiyi dövrdə
isə əməkhaqqını
qəpik-qəpik yığaraq
normal sərmayə toplaya
bilir. 4 ildən
sonra isə Ağabala xozeyinin yanına gələrək
ondan ayrılacağını
deyir. Məlum olur ki, Ağabala Quliyev elə doğulduğu Keşlədəcə köhnə
bir dəyirman almaq istəyir.
Və alır da…
***
Dəyirmanı işə salmaq, rəqabətə davam gətirmək onun üçün asan olmur. Amma o, bunu bacarır.
Köhnə avadanlıqları yenisi ilə əvəz edir, Bakı yəhudilərinin
birindən sələmlə
pul götürərək
təzə texnika alır. Gecə-gündüz işləyir. Qısa müddətdən sonra Almaniyadan belə, texnika gətirdir. Dəyirmanının fəaliyyətini genişləndirir. Və
günlərin bir günü məlum olur ki… Ağabalanın dəyirmanının üyütdüyü
una o qədər böyük tələbat
var ki, o dövrün milyonçuları
olan Sadıxovların,
Tağıyevin, Qlaz qardaşlarının dəyirmanları
həm gücünə,
həm də keyfiyyətinə görə
onunkundan geri qalır. Vur-tut iki ildən sonra isə o da məlum olur
ki, Bakıda bu sahədə onunla rəqabətə girə biləcək bir nəfər var: bu da
Skobelevlərdi. Amma az sonra
Skoblelər də onunla rəqabətə davam gətirə bilməyəcəkdi, Quliyev
nəinki Bakının,
bütün Qafqazın
un kralına çevriləcəkdi.
Bakıda, Vladiqafqazda,
Stavropolda, Samarada, Qroznıda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandıracaqdı.
O, Rusiyanın taxıl istehsal edən regionları ilə daima əlaqədə idi.
Rostov, Krasnodar, Stavropol diyarlarından vaqonlarla taxıl gətirdər, dəyirmanlarının
bircə saat da dayanmasına imkan verməzdi.
***
Quliyevin sərvəti günü-gündən
artırdı. Amma maraqlısı budur
ki, o, digər Bakı milyonçuları
kimi dəbdəbəli
binalar tikdirməzdi.
Bakıda onun yaşadığı bircə
dəbdəbəli bina
vardı: Keçmiş
Poluxin, indiki Murtuza Muxtarov küçəsi, 24 ünvanında
yerləşən bina
indi də Bakıya gözəllik verir.
Quliyev, əksinə,
xeyriyyə məsələlərinə
daha çox diqqət ayırırdı. Milyonçu 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin
yaradıcılarından olub.
1916-cı
ildə Bakıda baş vermiş məşhur “Qadın qiyamı”ndan sonra onunu fabrikləri əhaliyə havayı un və un məmulatları
paylayırdı. Bundan başqa,
Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi
meydana çıxanda
da necə deyərlər, sinəsini
qabağa verənlərdən
biri məhz Ağabala Quliyev idi.
Ağabala Quliyevlə bağlı
bir maraqlı məqam. 1914-cü il Birinci Dünya Müharibəsində
baş vermiş məşhur Sarıqamış
əməliyyatında Osmanlı
Türkiyəsinin 9-cu korpusu
mühasirəyə düşmüşdü.
Rus ordusu 40 min əsgər və zabiti əsir almışdı.
Onların böyük hissəsi
Bakıya gətirilmişdi.
Əsirlər, əsasən zabitlər
isə Nargin adasında saxlanılırdı.
Məhz Ağabala Quliyevin səyi nəticəsində
onlarla türk zabit Nargindən qaçırılmış, gəmiylə
Astaraya gətirilərək
oradan Osmanlı Türkiyəsinin İrandakı
konsulluğuna təhvil
verilmişdi. Bu sirli qaçışın
necə həyata keçirildiyi indiyədək
məlum deyil.
Milyonçunun ictimai-siyasi fəaliyyəti
isə necə deyərlər, o qədər
də ürəkaçan
olmayıb. O, 1905-ci ildən
“Rus xalqının ittifaqı” adlı qaragüruhçu təşkilatın
üzvü idi. Elə ADR dövründə də cümhuriyyətə qarşı
da qərəzli mövqedəydi. 1919-cu ildə
nəşr olunan “Azərbaycan” qəzetinin fevral saylarının birində yazılırdı:
“Ağabala Quliyev demokratik respublikanın əleyhinə danışdığına
və Denikinin ordusunun tərəfdarı
kimi özünü göstərdiyinə görə,
camaat tərəfindən
təhqir olunmuş və polis tərəfindən
həbs olunaraq hətta bir-neçə
ay qazamatda da qalmışdı. Onun belə
hərəkəti camaatın
böyük nifrətinə
səbəb olmuşdu”.
Bu yerdə bir maraqlı faktı da deyək, keçək qəhrəmanımızın
şəxsi həyatına. Tanınmış Molla Nəsrəddinçi
rəssam Əzim Əzimzadə məhz Quliyevin dəyirmanlarında
çalışıb, fəhlə
kimi təbii. Sonradan onun istedadını görən milyonçu Əzimzadənin rəssam
kimi fəaliyyət göstərməsinə şərait
yaradıb, ona təqaüd ayırıb.
***
Ağabalanın üç qızı və bir oğlu
olub. Oğlu Ağa İsmayıl,
qızları Rübabə,
Səriyyə və
Sara xanım.
1920-ci ilin martında
milyonçu həbsdən
çıxıb İrana
gedir. O, İranda olarkən bolşeviklər
Bakını işğal
edir. Quliyevin də mülkləri
müsadirə olunur, ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır.
Quliyev arvad-uşağını zülmlə
Bakıdan çıxara
bilir. Milyonçu arvadı və
uşaqları cır-cındır
paltarda Tiflisə gedirlər. Oradan İrana, İrandan
isə Türkiyəyə
keçirlər. Qızları Sara və Rübabəni İstanbulda kollecə düzəldir, onlara yaxşı təhsil verir. Qızlar elə İstanbuldaca
ərə gedir.
Oğlu Ağaismayıl gənc yaşında vəfat edir. Özü…
Özünün isə nə vaxt və harada
vəfat etməsi barədə xəbər yoxdu. Bircə o məlumdur ki,
Təbrizdə sərgərdan
vəziyyətdə dünyasını
dəyişib.
Bizim Yol.- 2016.- 19
mart.- S.15.