“Dünya
ilə ayaqlaşmağın yolu təhsildən
keçir”
Ərtoğrul Cahandar: “Xaricdə
yaşayan hər bir vətəndaşımız həmin
ölkələrdə Azərbaycanı təmsil edən
konsul kimidir”
Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsi çox mühümdür. Eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığını tarix və xalqların iradəsi də tələb edir. Bu birlik hər iki dövlətin milli maraqlarının mərkəzində durmaqla, regional əməkdaşlığa da öz müsbət töhfələrini verir.
Bu və dünyaya inteqrasiya etmək istiqamətində "Bizim Yol"un bu dəfəki həmsöhbəti İstanbul Beykent Universitetinin iqtisadiyyatın idarə edilməsi fakültəsində magistr təhsili alan həmyerlimiz, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandardır. Onunla müsahibəni təqdim edirik:
- Milli
kimliklərin get-gedə zəiflədiyi, qloballaşma
dalğasının dünyanı ağuşuna
aldığı bir zamanda
yaşayırıq. Necə etməli ki, həm
milli kimliyini itirməyəsən,
həm də dünya ilə ayaqlaşa biləsən?
- Ümumi olaraq "milli kimlik" dediyimiz anlayışı bir fərdin və ya xalqın tanınmasını təmin edən mədəni xüsusiyyətlər kimi ifadə edə bilərik. Bu xüsusiyyətlər, onu digərlərindən fərqləndirir. Məsələn, Türk mədəniyyətinə sahib olan xalqlar Türk şəxsiyyətini daşıyırlar. Yəni onlar Türkdür. Necə ki, bizlər Azərbaycan Türkü olduğumuz kimi. Milli kimliklər o vaxt zəifləyər ki, o millətdə milli kimlik düşüncəsi formalaşmaz. Bizim milli kimliyimiz, bizim qürur mənbəyimizdir. Bizlər tariximizi bilməli, öyrənməli və öyrətməliyik. Bizdən sonrakı nəsillərə də milli kimliyimizlə bağlı geniş məlumatlar verə bilməliyik.
Dünya ilə ayaqlaşmağa gəlincə isə, bu proses, təbii ki, ilk öncə təhsildən keçən uğurlu yoldur. Hər bir gənc təhsilinə önəm verə bilirsə, o, həm milli kimliyini itirməz, həm də dünya ilə ayaqlaşmağı bacarar. Təhsil bir soyun gələcək yaşamıdır. İnanıram ki, təhsilli olan hər bir gənc öz milli kimliyini qoruyacaqdır və dünya ilə ayaqlaşmağı bacaracaqdır.
- Türk
kimliyi bizlər üçün
qürur mənbəyidir. Bu
gün bu kimliyi daşıyan ölkələr, xalqlar arasında əlaqələr istənilən
səviyyədədirmi?
- Təbii ki, Türk kimliyi bizim qürur mənbəyimizdir. Biz bununla qürur duymalıyıq. Mən hər zaman demişəm, yənə də qeyd edirəm ki, Azərbaycan tarixində kimliyimizi, özlüyümüzü bizlərə unutdurmayan, tarixi şəxsiyyətlərimizə hər zaman hörmətlə yanaşmışam. Bizlər Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyev kimi böyük şəxsiyyətlərimiz ilə qürur duymalıyıq. Çünki Azərbaycan millətinin gələcəyini düşünüb, böyük işlərə imza atmışlar. Bunun nəticəsidir ki, bu günlərə qədər Azərbaycan və Türkiyə dostluğunu, qardaşlığını gücləndirmiş, istər strateji mövqedə, istərsə də iqtisadi əməkdaşlıq, enerji, hərbi və siyasi mövzuların inkişafında birgə böyük məsafə qət etmişlər.
Ulu öndər Heydər Əliyevin çox gözəl bir sözü var: "Bir millət, iki dövlət - Azərbaycan-Türkiyə" deyə. Çox istərdim ki, Türk kimliyinə sahib olan digər türkdilli dövlətlərlə də bütün mövqe və mövzularda əlaqələrimizi daha da inkişaf etdirək. Çünki bizlər Türk dünyası ailəsinin üzvüyük. Soyumuza, keçmişimizə sahib olmalıyıq ki, gələcəyimiz də sağlam formalaşsın. Bu, gələcək nəsillər üçün də ən əsas şərtlərdən biridir. Təbii ki, bu gün Türk kimliyini daşıyan digər türkdilli dövlətlərlə də əlaqələrimizi daha çox inkişaf etdirməliyik. Necə ki, Mustafa Kamal Atatürk Azərbaycan haqqında deyib: "Azərbaycanın kədəri və sevinci, bizlərin də kədəri və sevincidir".
Fikrimcə, inkişaf olan yerdə, durğunluq ola bilməz. Əgər məqsədimiz Türk dünyası və böyük Turandırsa, bizlər daha çox Türk dünyası ilə əlaqələrimizi hər bir mövzuda inkişaf etdirməliyik. "Tək əldən səs çıxmaz" deyimi bu yanaşmanın isbatıdır. Biz bu yolda gücümüzü ortaya qoyub, dostluq münasibətlərimizi daim qoruyub, inkişaf etdirməliyik.
- Dövlətlərarası
münasibətlərin formalaşmasında, xalqlar
arasındakı yaxınlaşmanın möhkəmlənməsində
diaspor təşkilatlarının üzərinə
mühüm vəzifə düşür.
Sizcə, hazırda dünya ölkələrindəki
Azərbaycan diasporlarının bu yöndəki
fəaliyyəti qənaətbəxşdirmi?
- Belə bir deyim
var: Dövləti yaradan onun millətidir.
Bir millətin övladları
öz vətənindən
kənarda, başqa ölkələrdə yaşayarsa,
orada diaspor fəaliyyəti göstərərsə,
əlbəttə ki, öz ölkəsi ilə, xaricdə yaşadıqları ölkələr
arasında, dövlətlər
arasındakı münasibətlərin
formalaşmasında, xalqlar
asındakı yaxınlaşmanın
möhkəmləşməsində mühüm rol oynamalıdırlar. Bu mənada diaspor təşkilatlarının üzərinə
mühüm vəzifə
düşür. Ümumi olaraq
belə deyə bilərəm ki, xaricdə yaşayan hər bir vətəndaşımız
yaşadıqları ölkələrdə,
ölkəmizi təmsil
edən konsullar kimidirlər. Düşünürəm ki, nə qədər
işlər görsək
də, gördüyümüz
işlərlə kifayətlənməməliyik.
Nə qədər daha çox çalışsaq,
bir o qədər də böyük işlərə imza atmış olarıq.
- Türkiyə və Azərbaycan qardaş ölkələrdir.
Siz də ordakı diaspor təmsilçilərimizdənsiniz.
Qardaş ölkədə diaspor fəaliyyətinə
nə dərəcədə
ehtiyac var?
- Bəlli olduğu kimi, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ problemidir. Bizlər xaricdə yaşayan
və diaspor fəaliyyəti ilə məşgul olan gənclər olaraq, Azərbaycanın həqiqətlərini
yaşadığımız ölkələrdə əlimizdən
gəldiyi qədər
xarici vətəndaşlara
çatdırmalıyıq. Dünya bilməlidir ki, 20 Yanvarda, Xocalı soyqırımında qırılan,
qətl edilən Azərbaycan xalqının
başına necə vəhşiliklər və
kimlər tərəfindən
gətirilib. Bilməlidirlər ki, ermənilər dünyada necə bir vəhşi və qatil bir
millətdir. Bunu hər
kəs bilir ki, ermənilərin dövləti olmamışdır.
Var olduqları ərazi, Qərbi Azərbaycan - İrəvan torpaqlarıdır.
Bəli, bizlər xaricdə yaşayan və təhsil alan, özəlliklə
də diaspor fəaliyyəti ilə məşgul olan gənclər olaraq, ölkəmizin həqiqətlərinin
həm Türkiyədə,
həm də digər xarici ölkələrdə tanıdılmasında
əlimizdən gələni
əsirgəməməliyik.
Qardaş ölkə dediyimiz Türkiyənin, demək olar ki, hər
bir şəhərində
azərbaycanlı tələbələr
təhsil almaqdadırlar. Diaspor dediyimizdə,
millətin nümayəndələrinin
yaşadıqları xarici
ölkələrdə bir
olub, bütöv olub, daha ətraflı
birlik, bərabərlik
şəklində ölkəsinin
tarixi keçmişini,
mədəniyyətini, mövqeyini
xarici vətəndaşlara
çatdırmaq kimi qəbul edilməlidir.
Bizlər öz ölkəmizin
uğurları və sıxıntılarını bölüşməli,
uğurların daha çox olması və sıxıntıların
aradan qalxması yolunda səfərbər olmalıyıq.
Sözün həqiqi mənasında, Türkiyədə bir çox diaspor fəaliyyəti göstərən
təşkilatlar var. Bizlər
daima çalışmalıyıq
ki, bir olub,
diri olaq. Türkiyə bizə doğmadır, qardaş vətəndir.
Bizlər bir olub nəinki Türkiyədə,
demək olar ki, bütün xarici ölkələrdə
diaspor fəaliyyətlərimizi
artırıb, Azərbaycan
həqiqətlərini dünyaya
tanıtdırmalıyıq. Bunun üçün də diaspor fəaliyyətlərimizi
inkişaf etdirməyimiz
şərtdir.
- Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin
səviyyəsini necə
qiymətləndirirsiniz?
- Türkiyə-Azərbaycan münasibətlərini
çox uğurlu və müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu belə
də olmalıdır.
Çünki bizim münasibətlərimiz
tarixi əsaslara dayanır. Tarix boyu bir olmuşuq. Çünki dinimiz bir, dilimiz bir və
ən əsas da soyumuz birdir.
Bütün türk dövlətləri
də türk soyundandırlar. Tarix boyu
həm Azərbaycan, həm də Türkiyə bir-birinə
köməklik etmişlər.
Tarixə baxdığımızda,
istər 1915-ci il Çanaqqala müharibəsində
yüzlərlə azərbaycanlının
göstərdiyi qəhrəmanlıqlar,
o cümlədən də
Ənvər Paşanın
başçılığı altında 20 minlik Qafqaz İslam Ordusunun qurulması, Azərbaycanın problemlərini
həlli üçün
türkiyəli qardaşlarımızın
yardıma gəlməsi
çox qürurvericidir.
Əlbəttə, belə şanlı
bir tarix yaşamış iki dövlət əbədi qardaşdır. Belə
bir söz var: "Ət dırnaqdan ayrılmaz".
Biz belə yaxınıq
- "Bir bədəndə
iki can, Türkiyə-Azərbaycan"ıq. İnanıram ki, iki dövlət olaraq gücümüzü inkişaf
etdirib, işğal altında olan Qarabağ torpağımızı,
birlik olub düşməndən geri
alaraq, orada şanlı Azərbaycan bayrağımızı dalğalandıracağıq.
Bizlər bir-birimizə dəyər
versək, hər kəs də bizə dəyər verəcəkdir.
ÜMİD
Bizim yol.- 2016.- 27 yanvar.- S.- 8-9.